25
ənənələri, Azərbaycan nağıl və dastanları ilə yaxından səsləşir” [2, s.9].
Monoqrafiyada Məsihinin dövrü, həyatı, güzəranı, müasirləri
haqqında əhatəli məlumat verilir. Əsas elmi tədqiqat obyekti isə şairin
“Vərqa və Gülşa” məsnəvisidir. Ə.Səfərli bu əsərin bədii qaynaqları,
ərəb şifahi ədəbiyyatında geniş yayılan əfsanə və rəvayətlər, onların
əsasında yaranan sərgüzəştlər barədə söhbət açmaqla, “Vərqa və Gül-
şa” mövzusunun Yaxın və Orta Şərqdə, xüsusilə ərəb qəbilələri ara-
sında qədim zamanlardan məşhur olduğunu, hətta “Leyli-Məcnun”
əfsanəsindən daha çox yayıldığını, bu mövzuda müxtəlif əsərlər ya-
zıldığını əsaslandırır. Kitabda belə qaynaqlardan biri – VII əsrdə Cə-
nubi Ərəbistan qəbilələri arasında kiçik rəvayətlər şəklində intişar
tapan “Urva və Əfra” hekayəsi haqqında geniş söhbət açılır. Müəllif
tədqiqat əsasında bildirir ki, zaman keçdikcə “Urva və Əfra” hekayəsi
Yaxın Şərqdə “Vərqa və Gülşa” adı ilə məşhurlaşmış, türk, Azərbay-
can, fars, özbək, qazax, tacik, türkmən, tatar, əfqan ədəbiyyatlarında
bu mövzuda bir sıra əsərlər yaradılmışdır. Mövzunu yazılı ədəbiyyata
gətirən, dağınıq əhvalatları birləşdirib kamil, bitkin bədii əsərə çevirən
ilk şair isə Əyyuqi olmuşdur. Onun böyük sənətkarlıqla nəzmə çəkdiyi
“Vərqa və Gülşa” dastanından sonra bu mövzu Yaxın Şərqdə daha da
populyarlaşmış, həm farsdilli, həm də türkdilli ədəbiyyatda onun
müxtəlif variantları əmələ gəlmişdir. XIV əsrdə türk şairi Yusif Məd-
dah, XVII əsrdə Azərbaycan şairi Məsihi “Vərqa və Gülşa” mövzu-
sunda əsər yazmışlar. Bundan başqa əfqan, qazax, özbək, tacik və
türkmən şairləri də “Vərqa və Gülşa” əfsanəsinin öz ədəbiyyatla-
rındakı variantı əsasında məsnəvi-dastanlar yazaraq, Yaxın Şərq ədə-
biyyatında “Vərqa və Gülşa” mövzusunda yazılan əsərlərin sırasını
həm
keyfiyyət, həm də kəmiyyətcə xeyli zənginləşdirmişlər.
Bütün bunları xüsusi elmi səliqə və təmkinlə şərh edən Əlyar
Səfərli Yusif Məddahla Məsihinin “Vərqa və Gülşa”larının müqayisəli
təhlili üzərində dayanaraq bu əsərlərin məzmun və forma qatında nə-
zərə çarpan tipoloji oxşarlıqları və fərqləri göstərir. Tədqiqatçının
doğru qənaətinə görə Məsihi “ənənəvi mövzuda əsər yazsa da... əvvəl-
ki “Vərqa və Gülşa” poemalarından tamamilə fərqli, spesifik xüsu-
siyyətlərə malik orijinal bir əsər yaratmışdır” [2, s. 58]. Yusif Məd-
dahın “Vərqa və Gülşah”ı kimi Məsihinin də əsəri epik-lirik əsərdir.
Onların ikisi də məsnəvi formasında yazılmış, hadisələrə, qəhrəman-
ların ovqatına uyğun lirik qəzəllər verilmişdir. Lakin Yusif Məddah
poemasını rəməl, Məsihi isə həzəc bəhrində yazmışdır” [2, s. 59].
“Yusif Məddahın poeması rəvayətlər kimi məclislərə ayrılır. Poema
altı məclisdən ibarətdir və hər məclisin adı ərəbcə verilmişdir...