28
bələd, mətni düzgün oxumağı bacaran, onu səbir və təmkinlə trans-
foneliterasiya və tərtib edib nəşrə hazırlamaqdan zövq alan ədə-
biyyatşünasdır. O, Qazi Bürhanəddinin “Gülşənə gəl, nigara, bülbülü
gör” (1976), Məsihinin “Vərqa və Gülşa” (1977) kitablarının, şeirlər
divanının, Əmani əsərlərinin, Məhcur Şirvaninin “Qisseyi-Şirzad”,
müəllifi hələlik müəyyənləşdirilməyən “Dastani-Əhməd Hərami”,
“Dəlinamə” məsnəvilərinin, Qazi Bürhanəddin “Divan”ının, Füzuli
“Hədiqətüs-süəda”sının tərtibçisidir.
Doğrudur, bu kitabların bəziləri, məsələn, “Dastani-Əhməd Hə-
rami” məsnəvisi, Qazi Bürhanəddin “Divan”ının fotofaksimilesi, Fü-
zulinin və Nəsiminin əsərləri Əlyar Səfərliyə qədər Türkiyədə və
Azərbaycanda çapa hazırlanmış, nəşr olunmuşdu. Mətnşünaslıq baxı-
mından bu nəşrlər unikal idi. Lakin onlardan oxucuların az bir qismi,
əsasən tədqiqatçılar istifadə edə bilirdi. Əlyar Səfərlinin nəşrləri isə
həmin əsərləri kütləvi oxucuların, hətta məktəblilərin ixtiyarına verdi.
Alim bu kitabların hamısına
elmi müqəddimə, şərh yazmış,
mətni asan
başa düşmək üçün çətin sözlərin lüğətini hazırlamış, bu yolla beş-altı
yüz il qabaq yaşamış klassik sənətkarları çağdaş oxuculara doğmalaş-
dırmışdır.
Əlyazma mətnləri üzərində gərgin işi Əlyar Səfərliyə Azərbay-
can ədəbiyyatşünaslığında analoqu olmayan yeni bir kitabın – “Divan
ədəbiyyatı sözlüyü” (2014; 2015) kitabının meydana gəlməsi üçün
stimul olmuşdur. Məlumdur ki, divan ədəbiyyatının özünəməxsus
mövzuları, dil-üslub xüsusiyyətləri, söz-ifadə arsenalı və bunların
rəmzi mənası, zəngin simvolikası vardır. Divan ədəbiyyatında bir qay-
da olaraq maddi və mənəvi aləm, gerçək bəşəri hislərlə ilahi duyğular,
insana və Tanrıya məhəbbət, İlahi eşq ideyaları vəhdətdə təqdim
edilir. Axirət – dünyanın, ölüm – həyatın, yoxluq – varlığın davamı
olaraq təriflənir. Adi – ümumişlək sözlər divan ədəbiyyatında çox za-
man semiotik funksiya daşıyır, xüsusi gizli məna bildirir. “Divan
ədəbiyyatı sözlüyü”ndə həmin gizli mənalar izah olunur və bu izahlar
klassik poeziyanı, Nəsimi, Füzuli, Xətai kimi klassik sənətkarların şeir-
lərində deyilən gizli sözü, həqiqi fikri düzgün anlamağa kömək edir.
Beləliklə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor Əlyar Səfərli XX əsr Azərbaycan ədəbi-elmi fikrində gör-
kəmli ədəbiyyat tarixçisi, mətnşünas və lüğətçi-leksikoqraf kimi tanı-
nıb sevilir.
29
ƏDƏBİYYAT
1.
Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı,
“Maarif”, 1982.
2.
Səfərli Ə. Məsihi. Bakı, “Gənclik”, 1992.
3.
Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı, “Yazıçı”, 1982.
Zaman Asgarli
ACTIVITY OF ALIYAR SAFARLY
AS A LITERARY CRITIC
Summary
The name and signature of Aliyar Safarly is distinguished among great
researchers of Middle Ages covering VIII-XVIII centuries. In development history
of national literary-scientific and social pedagogical thought, he is known as an
historian of literature, specialist of text and vocabularies, great teacher, an author of
text-books, education-training materials and programs, an ambassador and publicist
as well.
His some workes are widly analyzed in his article “Masihi”, “Epic poem of
Azerbaijan in XVII-XVIII centuries”, “History of Azerbaijani Literature”, and
“Vocabulary of Divan Literature”. A.Safarly’s position in Azerbaijani Literature
studies of XX century is clearly defined in the art.
Заман Аскерли
ЛИТЕРАТУРОВЕДЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ
АЛИЯРА САФАРЛИ
Резюме
Среди видных исследователей азербайджанской культуры и худо-
жественного слова VIII-XVIII веков (периода средневековья) ярко прослежи-
вается деятельность Алияра Сафарли. В деле развития национальной литера-
турно-научной и общественно-педагогической мысли он являлся талантливым
историком литературы, текстологом, составителем словарей, видным педаго-
гом, автором учебников, учебных пособий и программ, а также дипломатом и
публицистом.
В статье всесторонне анализируются его монографии «Масихи», «Эпи-
ческое стихотворение Азербайджана в XVII-XVIII веках», книги «История
азербайджанской литературы» и «Словник литературы Диван» А.Сафарли,
предпринимается попытка определить его место в азербайджанском литерату-
роведении ХХ века.
30
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Almaz ÜLVİ (BİNNƏTOVA)
Filologiya üzrə elmlər doktoru
Nizami adına Ədəbiyyat İnstitutu
almazulvi1960@mail.ru
TƏZKİRƏLƏR İŞIĞINDA VƏ YA
İLK TƏZKİRƏÇİLƏR HAQQINDA QEYDLƏR
(Buxaralı Məhəmməd Ovfi, Əbu Mənsur əs-Saolibi,
Şeyx Əhməd ibn Xudayət Tərazi və Dövlətşah Səmərqəndi)
Açar sözlər: təzkirəçilik tarixi, “Lübab ül-əlbab”, “Yatimat ad-dahr”, “Fünun ül-
bəlağə”, Nizami Aruzi Səmərqəndi, “Təzkirət üş-şüəra”
Key words: history of memori, “Lubab ul-albab”, “Yatimat ad-dahr”, “Fünun ul-
Balagha”, Nizami Aruzi Samargandi, “Tezkiret ush-shuara”
Ключевые слова: история тазкира, «Лубоб уль-албaб», «Ятимат ад-Дара»,
«Фунун уль-Балага», Низами Арузи Самарканди, «
Тазкират аш-шуара
»
Təzkirə – xatırlama, zikr etmə, yada salma mənasını verir. Hətta
müqəddəs “Qurani-Kərim”in 55 adının olduğunu yazan islam alimi onun
adlarından birini “8. Təzkirə”. (xatırlama) Haqqə surəsi 48-ci ayə” [1,
s.203] – deyə qeyd edir.
Əsrlər boyunca təzkirə ədəbi janr kimi tarixi inkişaf yolu keçərək
təkmilləşmiş, bu sahədə mükəmməl əsərlər ortaya qoyulmuşdur. Təzki-
rələrin mövzusu, məzmunu görkəmli insanların, xüsusən şair, yazıçı,
alim, övliya, elm-hikmət sahiblərinin, rəssamların, nəqqaşların, xəttat-
ların, bir sözlə, yaradıcı şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında
məlumat-qeydlərdən, bir çox hallarda əsərlərindən nümunələr (beyt və
misralar kimi) verilib.
Məlumdur ki, lap qədimlərdən bu məsələlər ədəbiyyat tarixlərində,
tarix kitablarında öz əksini tapardı, lakin sonra təkmilləşərək təzkirə adı
ilə yazılmağa başladı.
Bu sahədə hansı əsərin ilk olduğunu söyləmək çox çətindir. Çünki
aparılan araşdırmaları dərindən tədqiq etdikcə, yeni-yeni ünvanlarla rast-