154
olduğu, Əsədin uşaqlarının dərslərinə kömək etdiyi, onun xanımı Sü-
rəyyaya vurulduğu zamanda qalıb o sehr. Nə zaman ki:
“Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi. Bir
fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq kimi qəlbində
dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub. Bu kəşf da-
mardakı qan kimi təpədən topuğacan içini dolaşdı, dövran etdi,
qızdırdı.
… O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri hadırladı.
Səhərəcən Sürəyya da onunlaydı” [1, s. 114].
Onda kasıb idi, dar daxmada yaşayırdı, ailəsi, qadını, övladı, işi
yoxdu... Amma onda xoşbəxt idi. Çünki içini limhəlim dolduran duy-
ğuları, qəlbində bayraq kimi dalğalanan sevgisi, arzuları vardı. Sə-
hərəcən küçələri hadırlaya bilirdi, azad idi... Və Sürəyya... Gecələrini
əlindən alan, yuxusunu ərşə çəkən Sürəyya onda onunlaydı. Onda
daha çox onunlaydı, nəinki indi, ər-arvad olanda... Əsədin qəfil ölü-
mündən sonra evlənmişdilər, bir qızları da olmuşdu, Nərgiz. Əsəddən
də olan iki qızla, Karmenlə, Cildayla birgə böyük ailə olmuşdular.
Amma tənha idi Nemət. Sehrini itirmişdi, mühitin qanunlarıyla yaşa-
mağa məcburdu, ona görə...
Müəllif dövrə aid bir çox gizli, aşkar qanunları, münasibətlər
sistemini, davranış qaydalarını bir qonaqlıqla, Nemətin evindəki yı-
ğıncaqla çatdırır. Əslində o zəmanəyə aid şablon qonaqlıqlar – men-
yudan tutmuş sağlıqlara, söhbətlərə kimi hamısı təkrarlanan məclislər
çox şeyi ifadə edir. Bəzi personajların xarakteri də elə bu məclislərdə
açılır. “Ağ liman”da da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə də
bu cür səhnələrlə dövrə aid xarakterik məqamlar göstərilir. Amma
“Ağ liman”da mühitin yeknəsəqliyini təkcə Nemətin evindəki qonaq-
lıq yox, həm maqnitafona yazılmış səslər ifadə edir. Sürəyyanın, Kar-
menin, Cildanın, balaca Nərgizin, Bikə xalanın təkrarlanan sözləri hər
gün eyniylə təkrarlanan günlərin, həyatın əksidir. Nemətin həyatının
əksi... Təhminənin məsləhətiylə dördüncü düymə vasitəsiylə maqni-
tafona yazılmış səsləri pozmaq olar... Amma! Mühit və onun ayrı-ayrı
fərdləri dəyişilməyəcək, hər halda Nemətin həyatından “pozulmaya-
caq”... Nə qədər “bir də mən görsəm ki...” deyib təkrar eləsə də...
Bir sözlə, yazıçı bu mühit dediyimizi müxtəlif simalarda sim-
vollaşdırıb. Adi kuryerlikdən yüksək vəzifəyəcən gəlib çıxmış Dadaş,
Sürəyyanın bacıları Ayla ilə Tahirənin ailələri, onu-bunu müzakirə
etməkdən yorulmayan dost-aşna...
... Bir də Məmməd Nəsir!
Anar yaradıcılığının kefli İsgəndəri saymaq olar Məmməd Nəsi-
155
ri. Heç vaxt evlənməyib, bir həsirdi, bir Məmməd Nəsir... orfoqra-
fiyanı dəfələrlə dəyişsələr də, onu işdən çıxarda bilməyiblər. İş deyən-
də ki, korrektor işləyir uzun illərdi... həyatda iki ehtirası var: nərd
atmaq və vurmaq. Ən böyük arzusu isə gəmiyə minib Krasnovodska
getməkdi. Əlbəttə, bala-bala vura-vura.
Yazıçı Məmməd Nəsirin simasında tənhalığın ayrı bir şəklini
göstərir. Zahirən adidən-adi, hətta bəsit - sanki icazəylə gülən, qapıdan
da üzr istəyən adamın daxilini, dərinliyini üzə çıxarır. Və məhz elə
Kefli İsgəndərsayağı ağıllı ifadələrin Məmməd Nəsirin dilindən veril-
məsi heç təsadüfi deyil:
“...hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.”
“...ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etmək-
dir.”
“...qudurasan qurbağa... bizim rayon, sizin rayon...”
“...qarnını doldurmasan, ürəyini boşalda bilməzsən.”
“bu dünya bir yer deyil. Bir başım açılmır, bir macal eləyə
bilmirəm ki, gedib özümü öldürüm.”
…Və nəhayət,
“Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı
mərtəbəsi də ola bilər, onda nə vardı ki...” [1, s. 125]
Əslində bu bir az da bəsit, bayağı tərzdə deyilmiş fikirlərin alt
qatında dərin mətləblər durur. Öz aləmində Mirzə Cəlillə görüşən,
keçmişin kişilərini addımbaşı tərifləyən Məmməd Nəsirin əsas prob-
lemi hər şeyi bilməsidi. O, bu gün qılıncının dalı da, qabağı da kəsən
Dadaşın bir vaxt “Ay Dadaş, başına daş…” deyə danlamasını, kimin
kimdən danos yazmasını, kimin hardan hara gəlməsini bilir. Və onun
tənhalığının kökündə də elə bu durur. Nərdi öz-özüylə oynamasının,
özünə bir həmdəm tapmamasının dərində gizlənmiş səbəbi budu. Sa-
dəcə yazıçı bütün bu mətləbləri Məmməd Nəsirin sadə, bəsit obrazı ilə
elə pərdələyib ki…
Nəşriyyatda çox şeydən (hər şeydən!) xəbərdar və qocalığın gə-
tirdiyi tənhalığa düçar olan təkcə Məmməd Nəsir deyil… Bir də mü-
hasib Səfdər dayıdı!
Rəqəmlər “xəstəliyinə” tutulmuş mühasib təkcə işdə yox, hə-
mişə, hər yerdə hesablayır, sayır, vurur, çıxır, toplayır. Amma bu, elə-
belə vərdiş deyil. Asudə zamanın çoxluğundan, baş qatmaq ehtiya-
cından yaranan “işdir”. Axı beyni başqa qayğılarla, fikirlərlə, fərəhli,
yaxud elə adi gündəlik məsələlərlə məşğul olan, dostları, qohumlarıyla
vaxtını keçirən adamın pillələri saymağa, avtobusun rəqəmlərini vurub
çıxmağa imkanı, həvəsi də olmaz... Hətta o mühasib olsa da belə...
156
Səfdər dayının işdən sonrakı saatlarını təsvir edən “Təklik tilsimi”
fəslinin təkcə elə adı çox şey deyir. Və bir anlıq adama elə gəlir ki,
bütün günü rəqəmləri çək-çevir edən qəhrəman bu tilsimi sındırmaq
üçün kod (şifrə!) axtarır. Amma arvadı Minəni iki ay öncə dəfn edən-
dən sonra bu tilsimin nə zamansa açılacağına ümidi də qalmayıb. Axı
qızı da ailəsiylə birgə Qvineyada işləyir...
Yazımın bu yerində Səfdər dayının xarakterini zənginləşdirən,
tənhalığını daha dəqiq ifadə edən detalları sadalamazdan öncə yazı-
çının üslubundan söz açmaq yerinə düşər. “Ağ liman”ın bədii əsər ki-
mi mükəmməlliyinin bir sirri də üslubun, dilin hadisələrlə, xarak-
terlərlə tam şəkildə uyğun gəlməsidir. Fikrət Qoca hələ əsərin əlyaz-
masını oxuyandan sonra (o zaman Moskvada təhsil alırdı) Anara mək-
tubunda yazırdı:
“Anar, salam!
Əsərini oxudum. Sevindim. Lap çox sevindim. Ən yaxşı cəhəti
budur ki, əsərdə mənfi tip yoxdur. Nə mənfi, nə müsbət. Hamısı adam-
dı. Yaxşı adamdı. Düşünəndi. Ağıllı adamlardı. Cildanın, Karmenin
dili, Zaurun məktubu və i.a. hamısı yaxşıdır. Təhminə, Nemət… Adam
bilmir onların hansı bizə daha çox oxşayır” [2, s. 445].
Bu oxucuya hesablanmamış sadə dost məktubunda “Cildanın,
Karmenin dili”nin vurğulanması məndən ötrü xüsusi məqamdı. Çünki
əslində bu qısa eyhamla əsərin məziyyətlərindən biri vurğulanır. “Ağ
liman”da hər kəs öz dilində, öz yaşına, dünyagörüşünə, hətta savadına,
sənətinə uyğun danışır. Və tam əminliklə demək olar ki, burada ye-
rində işlənməyən, yerinə düşməyən sözə rast gəlmək mümkün deyil.
Amma əsərin dili ilə bağlı digər məsələ ondan ibarətdir ki, yazıçı tək-
cə qəhrəmanlarının danışıq tərzini yox, öz təhkiyəsini də hadisələrə,
hər bölümün məzmununa uyğunlaşdırır. Məsələn, daha öncə dediyim
kimi, əgər Nemətlə bağlı fəsillərdə kinematoqrafiya elementlərindən,
üslubundan istifadə olunursa, Zaurla Təhminəyə aid hissələrdə bir
qədər lirik, poetik təsvirlər üstünlük təşkil edir. “Təklik tilsimi”nin bu
mənada nəzərə çarpan cəhəti odur ki, yazıçı rəqəmlərə aludə qəhrə-
manı haqqında özü də rəqəmlərlə danışır. Ağzındakı dişlərin, pencə-
yinin düymələrinin, endiyi pillələrin sayı, yediyi yeməklərin qiyməti,
taksi sayğacındakı rəqəmlər, bir sözlə, təkcə Səfdər dayının düşün-
cələri yox, elə yazıçının da təhkiyəsi rəqəmlərlə doludu və bu oxucuda
xüsusi ovqat yaradır. Və yazıçı bu üsluba, təhkiyəyə sadiq qalaraq
qəhrəmanının da tənhalığını simvollaşdırır:
“Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin
ağrıya, evin dama.
Dostları ilə paylaş: |