160
dilində 120000 beyt həcmində əsərləri olan XVII əsrin böyük Azər-
baycan şairi Saib Təbrizinin (1601-1677) Məhəmmədəli Hüseyni
tərəfindən tərtib edilmiş türkcə şeirlərinin elmi-tənqidi mətninə 18
qəzəl, 1 təkbeyt daxil edilmişdir. Bu şeir Məşhədin Astane-Qüdse-
Rəzəvi kitabxanasında saxlanan 16474 nömrəli əlyazmadan götürül-
müşdür. İran alimi Məhəmməd Qəhrəman bu təkbeyti özünün tərtib
etdiyi Saib Təbrizi əsərlərinin külliyyatına daxil etmişdir [3, s. 3673].
Şeirin başlığı və özü belədir:
Dər məğlub şodəne Nədir Məhəmməd xan əz padşahe-Hind qofte şode
(Hind padşahlarından Nədir Məhəmməd xanın məğlubiyyəti barədə
deyilmişdir)
Qəflətdən oldu Xosrovi-Turan zəbuni-Hind,
Hər kim gedər yuxuyə, qara onu tez basar [4, s. 26].
Məlum olduğu kimi Saib 1625-1633-cü illərdə Hindistanda ya-
şamış, bu ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdar olmuşdur.
Fikrimizcə, Nədir Məhəmməd xanın məğlubiyyətindən danışan şair
yuxuya gedən şəxsi qara basmasından təsadüfi olaraq danışmır. Ola
bilər ki, Nədir Məhəmməd xan ona qarşı təşkil edilmiş hücumdan
xəbərsiz olmuş, Saibin təbirincə, yuxuda olmuş, buna görə də, məğ-
lubiyyətə uğramışdır, yəni onu qara basmışdır. Poetik mətndə fikrin
hərfi deyil, məcazi mənada işlədilməsi məcaz poetik fiqurunun
əlamətidir. Bundan başqa, misraları qafiyələnməyən bu fərddə təlmih
sənətindən də istifadə edilib. Məlum olduğu kimi, tarixi hadisələrə,
əsatir və əfsanələrə, ayə və hadisələrə, məşhur alimlərin əsərlərinə
işarə edilməsi təlmih poetik fiqurunun əlamətidir. Şərq təsəvvürlərinə
görə, türk, Turan ağ rəngi, Hind isə qara rəngi təmsil edir. Şeirdə türk
mənşəli (Hindistanda XVI-XVII əsrlərdə türklər hakim idilər) Nədir
Məhəmməd xanın Hindistanda məğlubiyyəti yatmış adamı qara bas-
ması və dolayısıyla qara rəngin ağ rəngə qələbə çalması ilə müqayisə
edilib. Buradan Saibin Nədir Məhəmməd xana rəğbətlə yanaşdığını
ehtimal etmək olar.
XVII əsrin görkəmli dövlət xadimi, şairi və tarixçisi Mirzə
Məhəmməd Tahir Vəhid Qəzvininin əlyazması Berlin Dövlət Kitab-
xanasında Ms. orient fol. 3314-cü nömrə altında saxlanan, 1842 beyt-
dən ibarət türkcə divanında məsnəvi, qəsidə, qəzəl, qitə, nəzm və tək-
beytlər toplanmışdır. Buradakı əsasən aşiqanə və didaktik mövzularda
yazılmış 102 təkbeytdən 64-ü mətlə, 38-i isə fərddir. Vəhidin təkbeyt-
ləri gözəl poetik tapıntıları, insanın, aşiqin ani ruhi halının təsvirini
161
məharətlə verə bilməsi ilə diqqəti cəlb edir. Şairin bir mətləsini nə-
zərdən keçirək:
Gəldi, gördü, gözlədi, etdi, dolandırdı bəni,
Əglədi, əgdi, əritdi, bükdü, yandırdı bəni [5, s. 217].
Gördüyümüz kimi, bu şeir ifadə vasitələrinin zənginliyi baxı-
mından seçilmir. Yalnız feillərin köməyilə sevgilisinin əlindən əzab
çəkən aşiqin tarixçəsini, məhəbbət əhvalatını oxucuya lakonik, lakin
çox təsirli çatdıra bilməsi müəllifin istedadlı, ustad bir sənətkar
olduğunu, dilimizin incəliklərini gözəl bildiyini sübut edir. Ən maraqlı
cəhət odur ki, mətlədəki bütün sözlər türkmənşəlidir. Vəhid özündən
əvvəl klassik üslubda yazan sənətkarlardan fərqli olaraq, sırf türk
sözlərinə əsaslanaraq şeirdə emosionallığa nail ola bilmişdir. Məlum-
dur ki, XVII əsr şairlərimizin ustad kimi yanaşdığı Məhəmməd Füzuli
poeziyasında ekspressivlik var, emosionallıq yoxdur. Prof. Musa Adi-
lov haqlı olaraq qeyd edir ki, “Füzuli şeiri emosional yox, ekspressiv
səciyyəlidir. Füzuli şeirində emosionallığa yer yoxdur, güclü məntiq,
dərin rasionalizm burada əsasdır” [6, s. 152]. Vəhid Qəzvinin bir sıra
şeirlərində, o cümlədən təkbeytlərində dilin poetik imkanlarını geniş-
ləndirmək, emosionallığını artırmaq istədiyini görürük. Başqa bir mət-
ləsində də o sırf feillərin köməyilə hiss və həyəcanlarını ifadə etmişdir:
Gəldi, qucdu, üzümə görsəndi, söndürdü bəni,
Bükdü bir mərdümək sarı əzbəs qucundurdu bəni [5, s. 219].
Şair şeirlərində, o cümlədən təkbeytlərində ayrı-ayrı obrazlara
təkrar-təkrar qayıdır, öz poetik istedadına uyğun olaraq bu obrazlar
vasitəsilə oxucuya mümkün qədər daha çox fikir və hisslərini çatdır-
maq istəyir. İki təkbeytində şair “göz” sözünü təkrar etməklə, lirik
qəhrəmanın dilindən məşuqəyə “gözüm işığı” deyə müraciət etməklə
aşağıdakı poetik lövhələri yaratmışdır:
Gözüm işığı, gözüm gözlərinə heyrandır,
Qaçar yerində durarkən, bu türfə heyrandır [5, s. 156].
Rəhm et mənə, heyranın olum, getmə nəzərdən,
Göz işığısan, göz işığı gözdə gərəkdir [5, s. 156].
İkinci təkbeyt səmimiyyəti, forma və məzmunun bir-birini ta-
mamlaması, dilin imkanlarından istifadə məharəti ilə diqqəti daha çox
162
cəlb edir. Azərbaycanlılar arasında əziz, sevimli adamlara “gözümün
işığı” müraciəti mövcuddur. Şair bu xalq ifadəsindən istifadə edərək
məşuqəsinə deyir ki, mənə rəhm et, gözlərim önümdən, nəzərimdən
getmə, çünki sən gözümün işığısan, göz işığı isə gözdə gərəkdir. Şair
poetik fikrini ifadə etmək üçün çox vaxt xalq deyimlərindən, türk
sözlərinin çoxmənalılığından istifadə edir:
Duymaq sənin ləbü dəhənindən nə ehtimal,
Qurbanınam, qarın doyuran aşı kor tanır [5, s. 157].
– fərdində “Qarın doyuran aşı kor da tanıyar” atalar sözündən məha-
rətlə istifadə edən Vəhid fizioloji aclığı yada salmaqla məşuqəsinə,
məhəbbətə mənəvi ehtiyacını nəzərdə tutur. Aşiqin fədakarlığı şairin
şeirlərində ən çox toxunduğu məsələlərdəndir. Onun lirik qəhrəmanı
öz canını mey şüşəsi kimi verməyə hazırdır:
Bu canımı gər istəsə canan, gülə-gülə,
Mey şişəsi kibi verərəm can, gülə-gülə [5, s. 194].
Vəhid Qəzvini şeirlərinin dili müasirləri ilə müqayisədə sadə,
buradakı türk leksik vahidlərinin faizi daha çoxdur. Onun əksər tək-
beytlərində dilin sadəliyi xüsusilə nəzəri cəlb edir. Bir mətləsində şair
yarı yadına düşərkən və o yanına gələrkən özünün ruhi vəziyyəti ba-
rədə belə yazır:
Əgər keçsən könüldən, şövqdən dağın közü oynar,
Gəlürsən, badeyi-könlüm özü çalıb, özü oynar [5, s. 152].
Sevgilisi yadına düşəndə belə aşiqin halı xeyli dəyişir, şövqdən
sinəsindəki dağın közü belə oynayır. Məşuqəsi yanına gəldikdə isə
onun könül badəsi özü çalıb, özü oynayır. Şair sanki kənardan aşıq
kimi özünün ruhi durumunu müşahidə edir, məhəbbətin insana möcü-
zəli təsirinə şahid olur. Vəhidin beytlərində bütöv bir poetik mənzərə
canlandırılır. Şair bir mətləsində ona biganə olan sevgilisinə üz tutaraq
deyir:
Olma şüküftə gər bəni yandırsa dağlar,
Pərvanə gər yanar isə, sönməz çırağlar [5, s. 148].
Yəni əgər məni bədənimdəki dağlar (cünunluq dağları eşqindən
dəli olanlara vurulur) yandırsa, gül kimi çiçək açma, sevinmə. Mən