38
Bayqara, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şeyx Əhməd Suhayli, Xoca
Əfzələddin, Mahmud Kirmani, Xoca Şihabuddin, Abdulla Marvorid və
Xoca Asəfi haqqında hekayətlər var. Əsər Özbəkistan və Təbrizin X-XV
əsrlərdəki tarixi məlumatlarla zəngin mədəni həyatının öyrənilməsində
mühüm mənbədir. Dövlətşah Səmərqəndinin haqqında bəhs etdiyimiz
əsərinin bəzi hissələri 1819-cu ildə Rusiyada (V.A.Jukovski və F.Erd-
man), Fransada (Silvestr de Sasi), İngiltərədə (E.Braun və A.Folkner),
Türkiyədə (1843, Fəhim Süleyman əfəndi), Almaniyada (Xammer) və
Hollandiyada tərcümə edilərək nəşr olunmuşdu.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nadir əlyazmalar
fondunda “Dövlətşah Səmərqəndi. “Təzkirət üş-şüəra” əsərinin əlyaz-
ması nüsxəsi M-73 şifrədə mühafizə edilir.
Təbəqələr şəklində sistemləşdirilən “Təzkirət üş-şüəra” da Azər-
baycan klassikləri haqqında maraqlı və qiymətli mənbələr vardır. Belə ki,
Azərbaycan klassiklərindən – XII-XV əsrlərdə Şirvanşahlar dövlətinin
ədəbi mühitinin, Şirvanda yaşayıb-yaratmış şairlərdən Əbul-üla Gəncəvi,
Fələki, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Seyid
Zülfüqar Şirvani, Nizami Gəncəvi, Əsirəddin Əmani, Marağalı Əhvədi,
İzzəddin Həsənoğlu, Hümam Təbrizi, Keçəçi Təbrizi, Mir Qasım Ənvar,
o cümlədən III Mənuçöhr və I İbrahim Şeyxşah (Şirvan şahları) haqqında
bioqrafik məlumatlar və qeydlər var [9, s. 21]. Bu haqda tədqiqatçı Könül
Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan”
monoqrafiyasında geniş yazılmışdır. Dövlətşah Səmərqəndinin təzkirəsi
Azərbaycan ədəbiyyatşünaslığı üçün həm də ilk dəfə olaraq Həsənoğlu
haqqında xəbər verməsi baxımından mühüm mənbədir. Təzkirədə Həsən-
oğlunun İsfərainli (Əsfərainli) olması, farsca və türkcə şeirlər yazması,
əsərlərinin Azərbaycanda və Rumda məşhur olması haqqında bəhs edilir.
Türkiyə tədqiqatçısı Əhməd Atəşin qeydlərində də göstərildiyi kimi,
“Uzun illər Teymuri şahzadələrinin xidmətində və saraylarında yaşayıb
çalışdıqdan sonra, Əlişir Nəvainin yazdığına görə, öz istəyi ilə bunlardan
ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat
keçirmişdir”.
Əlişir Nəvainin “Məcalis ün-nəfais” təzkirəsinin “Xorasanın və
bəzi yerlərin mirzələri və digər azadələri” haqqında bəhs edən V Məclisi
Əmir Dövlətşahın təqdimi ilə açılır: “Əmir Dövlətşah Firuz Şah Biginin
əmisi oğlu Əmir Əlaəddövlə İsfərainin (Əsfərainlinin) oğludur. Firuz Şah
Biginin qüdrət və böyüklüyü hər kəsin yanında günəşdən daha parlaqdır,
tərifə ehtiyacı yoxdur. Əmir Əlaəddövlə mərifətli kişi idi. O, xoştəbiətli,
dərviş libaslı və çox istedadlı gəncdir. Görünüşcə əmirlik, ululuq və şux
39
geyimli olan ata və əcdadının yolundan vaz keçib bir köşəyə çəkilmiş,
kasıb və sadə həyat tərzi qənaəti ilə fəzilət və kamillik əldə etməklə ömür
keçirdi. Bu müxtəsərin (“Məcalis ün-nəfais” təzkirəsinin – A.Ü.) yazıl-
dığı sıra o da bir şairlər məcmuəsi yazmağa başlamışdır. Bu yaxında fani
aləmdən (bu dünyadan) köçdüyü xəbəri gəldi. Əgər doğrudursa, Allah
ona rəhmət eləsin” [11, s. 395-396].
Dövlətşah Səmərqəndi [27, s. 234-238] 60 ilə yaxın ömür yaşamış
və 1495-ci ildə vəfat etmişdir.
Bu tədqiqatın davamı Ə.Nəvainin “Məcalis ün-nəfais” təzkirəsi
haqqındadır.
ƏDƏBİYYAT
1.
Ağayeva Mənzər. İsmi şəriflərin hikmətləri. Bakı, “Zərdabi LTD” MMC, 2014.
2.
Avfy Muhammad. Nodir hikayotlar (prof. dr. Sh. Shomuhamedovningin
“Gumanist1k go'yalar kuychisi” nom. sözbashi) // Toshkent, 1977.
3.
Mallayev N. O’zbek adabiyoti tarixi. Toshkent, 1976.
4.
Низами Арузи. Собрание редкостей или четыре беседы //пер.с персидс.,
предисловие А.Н.Болдырева.Москва: изд. Вост. литер., 1963.
5.
Ali Şir Nevayi. Mecalisün-nefayis / hazır. H.Ayan, K.Yavuz, E.Cemalnaz, R.Toparlı,
G.Ayan, Y.Akpınar. Erzurum: Türkiyat Araştırmaları Enstitüsü, 1995.
6.
Ali Şir Nevayi. Mecalisün-nefayis / yayımlayan Kemal Eraslan. 1.-2. c. Ankara:
Türk Dil Kurumu, 2001.
7.
Esen Mustafa. Təzkirədən bioqrafiyaya və secilmiş məqalələr (Azərbaycan türk-
cəsinə uyğunlaşdıran: Narıngul Nadir qızı, elmi redaktorları: Prof. Dr. Kamil Vəli
Nərimanoğlu və Prof. Dr. Nəsib Göyüşov). Bakı, “Oskar” NPM, 2012.
8.
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan: Azərbaycanın görkəmli elm,
sənət adamları (fars dilindən tərc.ed. İsmayıl Şəms, Qafar Kəndli). Bakı, Azərnəşr,
1987.
9.
Nəhmətova Könül. Məhəmmədəli Tərbiyətin “Danişməndani Azərbaycan” əsəri.
Bakı, “Elm və təhsil”, 2012.
10.
Səmədova Vüsalə. XV-XVII əsrlər türk təzkirələrinin strukturu və spesifikası
(əlyazma qaynaqları əsasında), fil.e.n. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş
dis. avtoreferatı, Bakı, 2006.
11.
Navoiy Alişer. Tula asarlar tuplami, 10 jildlik, IX jild. Toşkent, Ğafur Ğulom
nomidaqi naşriyet-matbaa ijodiy uyi, 2011.
12.
Nihad Sami Banarlı, “Resimli Türk Edebiyatı Tarihi” kitabı, I cild, Ankara, 1987
13.
Navoiy Alişer. Tula asarlar tuplami, 10 jildlik, X jild. Toşkent, Ğafur Ğulom
nomidaqi naşriyet-matbaa ijodiy uyi, 2011.
14.
Cami A. Baharistan //Terc.Ed.:Muallim Kilisli Rıfat Bilge Meral Yayinevi- İstanbul,
1970.
15.
Molla Cami. Nefahat'ül Üns Min Hadarat'il Kuds. Evliya Menkıbeleri
(çevirmən: Abdulkadir Akçiçek) // Turkiye, Huzur Yayınevi, 2016.
16.
Azərbaycan yazıçıları XX-XXI yüzillikdə (ensiklopedik məlumat kitabı) tərtib edəni
Teymur Əhmədov. Bakı, “Nurlar”, 2011.
Dostları ilə paylaş: |