35
Tərazi öz kitabını Mirzə Uluğbəyə bağışlayıb, müqəddiməsində belə
yazmışdı: “O səltənət dəryasının gövhəri və ma'dilat konining cövhəri,
səxavət boronining abri və şücaət beshasining bəbri, fərasət sipehri-
ning mohi, kayosat məmləkətinin şahı, şahənşahi əzəm, şəhriyarı
aləm, sohibus sayf va-l qalam, farmondehi turku arabu ajam,
mag‘isiddin va-d Dövran Əmir Uluğbəy Kuragan” [23]. Türk şeir-
şünaslığı sahəsində Şeyx Əhməd Tərazinin “Fünun ül-bəlağə” [24]
təzkirəsi mühüm əhəmiyyətə malikdir və az əvvəl qeyd etdiyimiz
kimi, cığatay türkcəsində ilk nəzəri mənbədir. Bu əsər klassik şeirşü-
naslıq, ümumən ədəbiyyatşünaslığın öyrənilməsində ilk
və əsas mənbə
kimi dəyərləndirilib. Şeyx Əhməd ibn Xudayət Tərazi “Fünun ül-
bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin elmləri”) əsərində girişdən
əlavə janrların təsnifi 5 bölmə daxilində qruplaşdırılmışdır: İlk böl-
mədə – şeirin qəzəl, qəsidə, qitə, rübai, məsnəvi, müsəmma, müstəzad
və başqa növlərinə dair geniş elmi izah verilmişdir. II bölmədə – qa-
fiyə və rədif məsələləri öyrənilir. III bölmədə – bədii təsvirin təşbeh,
eyham, istiarə, məsəl, təzmin və s. nümunəsində şairlərin 97 növ türk
və farsdilli əsərlərindən misallar əsasında şərh edilmişdir. IV bölmədə
– əruz vəzninin təhlilindən, əruzun 120-dən artıq növü barədə məlu-
mat verib. V bölmədə – Şərq şeiriyyətinin müəmma janrından bəhs
edib.
Şeyx Əhməd Tərazi öz dövrünün tanınmış şairi idi. Əslində
haqqında bəhs etdiyimiz əsəri təzkirədən çox elmi nəzəri mənbə kimi
dəyərləndirmək daha doğrudur. Sadəcə, şeir növlərindən bəhs edərkən
şairlər və onların əsərlərindən də nümunələr göstərildiyindən həm də
təzkirə kimi xarakterizə edilir [25].
Lakin Ə.Nəvai təzkirəsi janr mükəmməlliyi ilə çox fərqlən-
diyindən indiyəcən türk dilində yazılmış ilk təzkirə nümunəsi kimi
qeyd edilmişdir
Dövlətşah Səmərqəndi və onun “Təzkirət üş-Şüəra” təzkirəsi:
Dövlətşah Səmərqəndi M.Ovfi “Lübab ül-əlbab” təzkirəsini yazandan
265 il sonra “Dövlətşah Səmərqəndi “Təzkirət üş-şüarə” (“Şairlər təz-
kirəsi”) əsərini yaratmışdır. Bu təzkirə Şərq ədəbiyyatının önəmli bir
qaynağı sayılır” [26, s. 11]. Bu mənada, Şərq ədəbiyyatı tarixində Döv-
lətşah ibn Əlaəddövlə Bəxtişah əl-Qazi əs-Səmərqəndinin yeri, ədəbiyyat-
şünaslıq sahəsindəki xidmətləri haqqında məlumat da maraqlı olar – fikri
ilə bir sıra araşdırmalara nəzər salmalı olduq.
Bəzi mənbələrdə onun fars olduğu yazılsa da, türk alimi Əhməd
Atəşin tədqiqlərinə görə, “o, ... bir türk bəyzadəsi idi”. Ümumiyyətlə,