31
laşırıq. Bu yazı üzərində işlərkən ilk təzkirə nümunəsi kimi Buxaralı
Məhəmməd Ovfinin “Lübab ül-əlbab” (1222) əsərini [2] qeydə aldıq,
hətta müəllif və əsər barədə qısa qeydlər edib, onunla başlamaq fikrində
olduq. Lakin sonralar ondan da on illərlə, əsrlər öncə yazılmış əsərlərin
adlarına rast gəldik. Məsələn, Əbu Mənsur əs-Saolibinin “Yatimat ad-
dahr” (961-1038) adlı ərəb dilində yazılmış əsərinin ilk təzkirə nümunəsi
olduğunu öyrəndik [3, s. 9]. Tam adı “Yatimat ad-dahr fi maxosin ahl al-
asr” (“Əsr əhlinin fazilləri haqqında zəmanəsinin inciləri”) adlı bu
təzkirənin Qahirə nəşri 1801 səhifədən ibarətdir. Təzkirə dörd fəsildən
ibarətdir. Əsərin axırıncı fəsli Orta Asiyanın məşhur 124 ədibindən bəhs
edilir ki, bunlardan da 48 nəfəri Buxara ziyalılarıdır.
Daha sonra, Nizami Aruzi Səmərqəndinin (əsl adı: Əhməd İbn
Ömər, 1110-1161) “Çahar məqalə” (“Dörd mühakimə”, 1156-57-
ci illərdə yazılıb) əsəri (təzkirəsi) [4] fars ədəbiyyatının qiymətli nüsxələ-
rindəndir. Əsərdə Şah üçün gərəkli olan katib (kargüzarlıq), şair, mü-
nəccim və həkim (təbib) kimi dörd məmurun məsləkindən bəhs edilir.
Katib, şair, münəccim və təbib – bir şahlıq üçün gərəkli olan adamlardır.
Onların saray sultanı yanında olması çox zəruridir. Səltənətin nizamı
katiblə, adın ölümsüzlüyü şairlə, işlərin nizamı münəccimlə, bədənin
sağlamlığı təbiblədir. Bu dörd qiymətli sahə hikmət elminin səhifələ-
rindəndir. Əsl adı “Məcmə ün-nəvadır” olan bu əsərdə dörd məslək
sahəsinə aid 43 şəxs haqqında hekayət yazılıb, hər sahə ayrı-ayrı bölmədə
təqdim edildiyindən, yəni dörd bölmədən ibarət olduğu üçün “Çahar
məqalə” (“Dörd mühakimə”) adı ilə tanınmışdır.
Təzkirəçilik tarixi haqqında mükəmməl monoqrafiyalar yazılıb:
istər Türkiyə, istərsə də Azərbaycan alimlərinin araşdırmalarında kifayət
qədər zəngin faktlar fikrimizi dərinləşdirdi.
Hüseyin Ayan, K.Yavuz, E.Camalnaz, R.Toparlı, G.Ayan, Əli
Yavuz Akpınarın birgə müəllifliyi ilə hazırlanan “Ali Şir Nevayi.
Mecalisün-nefayis” [5], Kemal Eraslanın “Ali Şer Nevayi. Mecalisün
nefayis” [6], Mustafa İsenin “Təzkirədən bioqrafiyaya (və təzkirəçiliyə
dair bir çox əsərləri)” [7], Məhəmmədəli Tərbiyətin “Danişməndani-
Azərbaycan” təzkirəsi [8], K.Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin
“Danişməndani-Azərbaycan” [9],Vüsalə Musalının “XV-XVII əsrlər türk
təzkirələrinin strukturu və spesifikası (əlyazma qaynaqları əsasında)” [10]
monoqrafiyaları faktlar zənginliyi baxımından çox təqdirəlayiqdir.
Məlumdur ki, təzkirəçilik ilk olaraq ərəb ədəbi həyatında meydana
gəlmişdir. Əslində, bu günümüzə yetən yazılı mənbələrin hamısı İslam-
dan sonrakı tarixə aiddir. Sonralar təzkirələr fars dilində, daha sonra fars
32
dilində yazılmış Azərbaycan təzkirəsi, ondan da sonra Osmanlı Türkiyə-
sində və Azərbaycanda yazılaraq yayılmış və ənənəyə çevrilmişdir.
Şairlər haqqında türkcə yazılmış ilk təzkirə – Əlişir Nəvainin
“Məcalis ün-nəfais” təzkirəsi [11] üzərində tədqiqat apararkən təzkirə-
çilik tarixi, xüsusən janrın ilk örnəkləri haqqında bir qədər müfəssəl bəhs
etmək istədik. Beləliklə, Ə.Nəvai təzkirəsinə təsiri olan əsərləri – Bu-
xaralı Məhəmməd Ovfinin, Şeyx Əhməd ibn Xudayət Tərazinin və
Dövlətşah Səmərqəndinin təzkirə yaradıcılığından bəzi qeydləri nəzərdən
keçirməmişdən əvvəl, təzkirəçilik tarixinə müxtəlif tədqiqatlar konteks-
tində diqqət yetirdik.
Birinci, Ə.Nəvainin təzkirəsinə qədər olan əsərlər.
İkinci, Ə.Nəvai təzkirəsinin təsiri ilə yazılan əsərlər.
Dövlətşah Səmərqəndinin “Təzkirət üş-şüəra” [12], Əlişir Nəvainin
“Məcalis ün-nəfais” və “Nəsaim ül-məhəbbət” [13] əsərləri bu dövrdə
yaradılan təzkirələrin ən görkəmli, ən mükəmməli hesab edilir. Əbdur-
rəhman Caminin “Nəfasət ül-üns” [14] və “Baharıstan” [15] əsərləri də
təzkirəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir.
Əlişir Nəvainin dühası və onun təkrarolunmaz bədii, elmi yaradı-
cılığı XVI-XIX əsrlərdə yaşayıb-yaradan şairlər, tarixçilər və ədəbiyyat-
sevərlərin daimi diqqət mərkəzində olmuşdur.
Bütün bunların bəziləri haqqında bir çox elmi mənbələrdə, xüsusən
türkiyəli məşhur alim Kemal Eraslan “Alişir Nevayi. Mecalisün-nefayis”
əsərinin I kitabında [6] – giriş və mətn hissəsində “Təzkirə və təzkirə-
çilik” tarixini zəngin ədəbi-tədqiqi faktlarla tanış edir.
Həmin kitabdan bu siyahını [6, s. 13-18] nəzərinizə çatdırmağı
məqsədəuyğun hesab etdik:
a) İran təzkirələri – Abdulhəmid Xalxali – “Təzkireyi-şüəra
müasiri İran”; Nemətullah Zəkayi Bəyzali – “Təzkireyi-Xani nemət”;
Mahmudu Hidayət “Gülzari Cavidan”; Əziz Dövlətabadi – “Suhanveran-
i Azərbaycan”; Həmidi Dihim – “Təzkireyi şüəra Azərbaycan”; Abdur-
rəfi Həqiqət – “Fərhəngi şairan-i zəbani Parsi”; Seyid Məhəmməd Bakiri
Burka – “Subhanveran-i nami müasiri İran”
Bunların içərisində “Məcmə ül-xəvas”, “Gülşən üş-şüəra”, “Atəş-
kədə”, “Təzkireyi-Nəvvab”, “Riyaz ül-aşiqin” yalnız Azərbaycan şair-
lərindən bəhs edən ilk təzkirələrdir. Günümüzdə də yüksək inkişaf xətti
ilə yayılan təzkirəçilik ənənəsi antologiya, biblioqrafiya, biobiblioqrafiya
adlanaraq davam edir. Müasir tariximizdə tanınmış alim Teymur Əhmə-
dovun bir neçə dəfə təkmilləşdirərək nəşr etdirdiyi “Azərbaycan yazı-
çıları” [16], Anarın “1500 ilin Oğuz şeiri” [17], “Min ilin 100 şairi” [18],
Dostları ilə paylaş: |