52
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ
2017, № 1
Nizami MURADOĞLU
Filologiya üzrə fəlsəfə doktoru
Folklor İnstitutu
nizamimurad@gmail.com
ÇAĞDAŞ ŞEİRDƏ YAS MƏRASİMİNİN İNİKASI
Açar sözlər: poeziya, bayatı, mərsiyə, matəm, mərasim, şeir, şair
Key words: poetry, bayati, elegy, mourning, ceremony, poem, poet
Ключевые слова: поэзия, баяты, причитание, траур, обряд, стих, поэт
Müstəqillik dövrü Azərbaycan poeziyasını folklorla bağlayan
qaynaqlardan biri də yas mərasimləri ilə əlaqəli yazılan şeirlərdir. Yas
– insanın dünyasını dəyişməklə əlaqədar olaraq keçirilən mərasimdir.
İnsan övladı doğulan gündən onu izləyən əcəlin nə zaman gəlib
yetişəcəyi anı gözləməkdədir. Doğulanda laylalarla uğurlanan, öləndə
ağılarla əbədiyyətə yola salınan insanın taleyi az zaman içərisində
başladığı kimi də sona çatır. Fərq ondadır ki, doğuluş xüsusi
təmtəraqla qeyd edilir. Əcəlin yetişməsi isə ölümlə nəticələnən son-
luqdur ki, vaxtlı və vaxtsızlığından asılı olmayaraq ailədə, tayfada,
böyük anlamda cəmiyyətdə ağrı-acılarla qarşılanır. Burada da xüsusi
hazırlıqlar və tədbirlər görülür. Lakin doğuluşda sevinc, ölümdə kədər
var. Ölüm ritualları yas mərasimləri ilə xarakterizə olunur. Yas
mərasimləri biri, ikisi, üçü, yeddisi, qırxı, qara bayramı və ili deyə
mərhələlərə bölünübdür. Bu mərhələlərin hər birinin ayrı-ayrılıqda
keçirilməsi yas yiyəsinin ölən adamın xətrini əzizləməsi anlamındadır.
Birinci gün dəfn günü kimi tanınır. Yas evində qadınlar ağı deyib
ağlaşırlar:
Eləmi, tikan gülə,
Məcnundu tikan gülə.
Əzrail də göz tikdi,
Mən gözmü tikən gülə [1, s. 79].
53
Yas mərasimində, xüsusilə də kənd yerlərində qadınlar üçün
ayrıca çadır qurulur və yaxud ayrı otaq verilir. Qadın məclislərində
aparıcı avazla yanıqlı ağılar söyləyərək qadınları ağladır:
Akuşqada pərdə mən,
Düşdüm yaman dərdə mən,
Altım torpaq, üstüm daş,
Necə yatım yerdə mən?! [2]
Eynilə kişi məclisinin aparıcısı molla da Qurandan ayələr oxu-
maqla bərabər, hərdən yanıqlı səs ilə bayatı-ağı deyir, müasir şairlərin
ana, ata, bacı, qardaş haqqında yazdığı şeirlər ilə məclisi davam et-
dirir.
Şərik olan balanın dərdinə yaman gündə
Rəfiqi eşq ilə xoşdu, xoş olan atadı [2].
Yas mərasimlərində Kərbəla müsibəti də xatırlanır, Həzrəti Hü-
seyn əleyhissəlamın, Xanım Zeynəbin adları çəkilir. Kərbəla şəhidləri
Həzrəti Abbasın, Əliəkbərin, Qasımın haqqında mərsiyələr oxunur.
Abbas verib ümmət yolunda iki qolların qurban,
Qeyrətdə, şücaətdə belə gər ələmdara bağışla.
Şahzadə Əliəkbər səs salıb indi cahana
Qana boyanan əkbəri-sərdara bağışla.
Qasim toyunu çün eylədi təxti-bədəvşən
Qundağı qalan ol Əliəsgərə bağışla [2].
Xalq yaradıcılığında yas mərasimləri ağılar, bayatılar, oxşamalar
deyilərək qeydə alınmışdır. Xüsusən ölən adam cavan olarsa, onun
nakam taleyi anaları ağladır, bacıları gözüyaşlı qoyur, ataların belini
bükür. Bütün bu dərdlər bayatılarda, ağılarda ifadə olunur. Eyni za-
manda bu xalq yaradıcılığı nümunələri yazılı ədəbiyyata da sirayət
etmişdir. “Şifahi xalq ədəbiyyatı yazıçılara rəngarəng, çoxmərtəbəli
ideyalar, süjet, motiv, ictimai-siyasi, sosial fikirlər, xəlqilik kimi bə-
şəri, humanist hisslər verir, eyni zamanda nəsrin qurulmasında əsas
element kimi də çıxış edir. Bu bəhrələnmədə yaradıcı və geniş şəkildə
xalq dilinin leksik tərkibinin zəngin qatlarından – folklor dilinin çox-
mənalı ifadə və ibarələri, deyimləri, frazeoloji vahidləri, məcaz və
bənzətmələri, mübaliğə, təşbeh təkrirləri, müraciət (xitab), təzad,
54
kinayə və onlarca digər xalq dili ünsürlərindən istifadə olunmuşdur [3,
s. 141].
Göründüyü kimi, yas mərasimlərində xalq yaradıcılığının bu
lakonik, dərin məzmunlu, təsirli və yaddaşa tez hopan nümunələrindən
istifadə etməklə, aparıcı öz nitqinin təsirini məclisdəki insanların üzə-
rində uzun müddət saxlamağa çalışır. Bunun da ən yaxşı nümunəsi
ağılar hesab edilir. “Ağı bir janr olaraq bu və ya başqa şəkildə bütün
dünya xalqlarının şifahi ənənəsində mövcuddur. Çünki janr universal
xarakterlidir və bütün insanlara aid olan kədərli hadisələrlə bağlıdır.
Bu mənada janrı ümumbəşəri janr adlandırmaq olar. Termin fərqindən
asılı olmayaraq, bu janr əsasən ayrılıq və ölüm hadisələrinin sözlü
mətnlə emosional ifadəsini nəzərdə tutur” [4, s. 3].
Yas mərasiminin təsiri, magik qüvvəsini artırmaq məqsədi ilə
yazılı ədəbiyyatda müxtəlif formalardan istifadə edilibdir. Orta əsr-
lərin şairləri daha çox qəsidələr yazaraq kədərin şiddətini artırmağa
çalışmışlar. Xüsusilə Məhəmməd Füzuli, Seyid Əzim Şirvani kimi
şairlər Kərbəla müsibətini təsvir edərək qəsidələri ilə Kərbəla şəhid-
lərinə yas saxlamışlar. Qardaş türk ədəbiyyatında da biz yas məra-
simlərində bu tipli mərsiyələrin oxunduğuna rast gəlirik. Manastırlı
Behaddinin “Kayıb günler” əsərində oxuyuruq:
Tar içinde zemin, sema yek-ser
Sanki matemde ser-te-ser afak.
Mihrü mahu sehaibü ahter
Dud-i hasret saçar alel-ıtlak!
Bu nedir; Kerbelamı, matemmi,
Yoksa bir girüdar-ı alemmi?
– diye feryadlar koparan Memduhun Tunus gurbetinde gunude ruh-i
mecruhı şad olsun! Benim de bu gecem böyle bir Yes Gecesi, lisani
halim: şu feryadlardır [5, s. 18].
Kərbəla müsibəti dedikdə, İmam Hz. Hüseyn və tərəfdarlarının
haqq yolunda şəhadəti başa düşülür. “Kərbəla Allahın birliyinin tən-
tənəsi, sədaqətin, ixlasın və imanın, etiqadın sınandığı yerdir. Kərbəla
haqq ilə batilin ayrıldığı incə nöqtədir. Aşura Allah nurunun sönmə-
yəcəyi gerçəyinin əyan olduğu gündür. Məhərrəmlik Hz. Hüseynin və
72 şəhidin zülm, ədalətsizlik, haram, bir sözlə, yezidlik qarşısında kə-
silsə də əyilməyən başıdır” [6, s. 7].
Poeziyamızda bu gün də Kərbəla müsibəti ilə bağlı şeirlər ya-
zılır. Kəmalə “Hüseyn aşiqiyəm mən” şeirində Hz. Hüseynə olan mə-
Dostları ilə paylaş: |