49
fikrində, ilk baxışda qeyri-adi bir şey yoxdur. Amma S.Vurğunun
1937-ci il və sonrakı illərdə yaşadığı faciələri göz önünə gətirsək,
şairin körpə qızına “günahsız quzum” deyə müraciət etməsinin səbəb-
siz olmadığı bəlli olur. Bu müraciət “Vaqif”in ilk nüsxəsindən Vaqifin
və oğlu Əli bəyin qətlə yetirilməsi səhnəsindən yuxarıda təqdim etdi-
yimiz övladın ataya görə qətlə yetirilməsi ilə bağlı parçanı (Səni
öldürürlər mənim ucumdan; Qoy uçsun başıma qayalı dağlar! və s.)
yada salır. 1937-ci ildə həbs edilən sənətkarların ailələrinin, övladla-
rının başına gətirilən faciələr göz qabağında idi. Həbs olunmağın real
təhlükəsini yaşayan S.Vurğunu günahsız uşaqların valideynlərinə görə
günahlandırılması, onların valideynlərindən alınıb “detdom”lara veril-
məsi, yaxud valideynləri ilə birlikdə həbs edilməsi, sürgünlərə göndə-
rilməsi hər kəsə məlum idi. S.Vurğunun da qızına “günahsız quzum”
deyə müraciət etməsinin səbəbi də bu idi.
S.Vurğun xüsusilə 1930-cu illərin ortalarından başlayaraq, bir
neçə şeir yazmışdır ki, onlarla da “Vaqif” dramı arasında bir yaxınlıq
hiss olunur. Məsələn, şairin 1935-ci ildə qələmə aldığı:
Döyür pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn.
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?!
– qitə ilə “Vaqif” əsərində səsləşən xeyli parçalar var. Yaxud elə
1937-ci ildə qələmə aldığı və çap etdirmədiyi “Böhtan” şeiri Vaqiflə
Qacarın
üzləşdiyi səhnənin, bizcə, eynidir:
Mənmiyəm məsləki, vicdanı satan,
Çəkilsin qapımdan bu qara böhtan.
Mən ellər bağında azad bir quşam,
Bir az da vaxtından tez doğulmuşam.
İndi bu böhtanlar mənə dar gəlir,
Saçlarım ağarır, ömrüm gödəlir.
Çəkilsin qapımdan qara buludlar,
Mənim günəş boyda bir vicdanım var.
S.Vurğun bu şeiri çap etdirə bilməsə də, ondakı ruhu yenə də
“Vaqif” pyesinə gətirmişdir. Təqdim etdiyimiz parça Vaqifin Qacar və
Şeyxlə qarşılaşdığı səhnəni yada salır. Yuxarıda təqdim etdiyimiz Va-
50
qiflə Əli bəyin ölümə aparılması
səhnəsində də Əli bəy, demək olar ki,
eyni sözləri deyir:
Əli bəy
Ata!
Sənin günəş boyda bir vicdanın var,
Çiynində el dərdi daşıyacaqdır,
Bu dünya durduqca yaşayacaqdır.
“Vaqif” dramında “Təsvir olunan XVIII əsr hadisələrində 1937-
ci ilin “podteksti”ni tanımaq çətin deyil” [10, s. 11] fikri inkaredilməz
həqiqətdir. Bizə görə isə əsərin “podteksti”nin bir qədər də dərin
qatında S.Vurğun fars işğalından çox, rus işğalını nəzərdə tutmuş və
bu işğalın sovet dövründə davam edən acı nəticələrinə işarə etmişdir.
Bu səbəbdən də: “Gərək fars dilində yazsın sənətkar” – misrasının
“Gərək rus dilində yazsın sənətkar” kimi oxunması, bizə görə, daha
obyektivdir və əsərin yazıldığı dövr üçün ruslaşdırma siyasəti daha
çox aktuallıq kəsb etmişdir. “Türk” sözü leksikondan, eləcə də S.Vur-
ğunun əsərlərindən şairin elə “Vaqif” üzərində işlədiyi vaxtlarda çı-
xarılmış (Dedin ki, türk dili, türk şeiri gərək – Dedin ki, el dili, el şeiri
gərək; Çadrasız, boyasız türk qızlarından – Çadrasız boyasız el qız-
larından; Çevirdim ilk dəfə türkün dilinə – Mən çevirdim Azərbaycan
dilinə – Çevirdim Vaqifin şirin dilinə və s.), sonrakı illərdə də aparılan
ruslaşdırma siyasətinə qarşı S.Vurğun etirazını bildirmişdir.
ƏDƏBİYYAT
1.
Vəkilov M. Mənim qardaşım (xatirə-povest). “Azərbaycan” jurnalı, 1976, № 6.
2.
Vəkilov M. Ömür dedikləri bir karvan yolu. Bakı, “Yazıçı”, 1986.
3.
Vahabzadə B., Səməd Vurğun. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1968.
4.
Hüseyn M., Səməd Vurğun. S.Vurğun. Əsərləri, 6 cilddə, I c. Bakı,
Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1960.
5.
Vurğun S. Mənim “Vaqif” dramım haqqında. S.Vurğun. Əsərləri, 6 cilddə,
V c. Bakı, “Elm”, 1972.
6.
Abdullayev C. Səməd Vurğun poetikası. Bakı, “Gənclik”, 1976.
7.
Dadaşzadə M.A. Səməd Vurğunun dramaturgiyası. Bakı, Azərbaycan SSR
Elmlər Akademiyası nəşriyyatı, 1964.
8.
Vurğun S. Azərbaycan ədəbiyyatının gələcək vəzifələri. “Ədəbiyyat qə-
zeti”, 27 iyun 1945.
9.
Vurğun S. Mən necə yazıram? “Ədəbiyyat qəzetəsi”, 10 fevral 1934.
10.
Qarayev Y. Azərbaycan ədəbiyyatının Vurğun dövrü. S.Vurğun. Seçilmiş
əsərləri, 5 cilddə, I c. Bakı, “Şərq-Qərb”, 2005.