Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə21/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

 
52 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Nizami MURADOĞLU 
Filologiya üzrə fəlsəfə doktoru 
Folklor İnstitutu 
nizamimurad@gmail.com
 
 
ÇAĞDAŞ ŞEİRDƏ YAS MƏRASİMİNİN İNİKASI
 
 
Açar sözlər: poeziya, bayatı, mərsiyə, matəm, mərasim, şeir, şair 
Key words: poetry, bayati, elegy, mourning, ceremony, poem, poet 
Ключевые слова: поэзия, баяты, причитание, траур, обряд, стих, поэт
 
 
Müstəqillik  dövrü  Azərbaycan  poeziyasını  folklorla  bağlayan 
qaynaqlardan biri də yas mərasimləri ilə əlaqəli yazılan şeirlərdir. Yas 
– insanın dünyasını dəyişməklə əlaqədar olaraq keçirilən mərasimdir. 
İnsan  övladı  doğulan  gündən  onu  izləyən  əcəlin  nə  zaman  gəlib 
yetişəcəyi anı gözləməkdədir. Doğulanda laylalarla uğurlanan, öləndə 
ağılarla  əbədiyyətə  yola  salınan  insanın  taleyi  az  zaman  içərisində 
başladığı  kimi  də  sona  çatır.  Fərq  ondadır  ki,  doğuluş  xüsusi 
təmtəraqla  qeyd  edilir.  Əcəlin  yetişməsi  isə  ölümlə  nəticələnən  son-
luqdur  ki,  vaxtlı  və  vaxtsızlığından  asılı  olmayaraq  ailədə,  tayfada, 
böyük  anlamda  cəmiyyətdə  ağrı-acılarla  qarşılanır.  Burada  da  xüsusi 
hazırlıqlar və tədbirlər görülür. Lakin doğuluşda sevinc, ölümdə kədər 
var.  Ölüm  ritualları  yas  mərasimləri  ilə  xarakterizə  olunur.  Yas 
mərasimləri  biri,  ikisi,  üçü,  yeddisi,  qırxı,  qara  bayramı  və  ili  deyə 
mərhələlərə  bölünübdür.  Bu  mərhələlərin  hər  birinin  ayrı-ayrılıqda 
keçirilməsi yas yiyəsinin ölən adamın xətrini əzizləməsi anlamındadır. 
Birinci  gün  dəfn  günü  kimi  tanınır.  Yas  evində  qadınlar  ağı  deyib 
ağlaşırlar: 
 
Eləmi, tikan gülə, 
Məcnundu tikan gülə. 
Əzrail də göz tikdi, 
Mən gözmü tikən gülə [1, s. 79].  


 
53 
Yas  mərasimində,  xüsusilə  də  kənd  yerlərində  qadınlar  üçün 
ayrıca  çadır  qurulur  və  yaxud  ayrı  otaq  verilir.  Qadın  məclislərində 
aparıcı avazla yanıqlı ağılar söyləyərək qadınları ağladır: 
 
Akuşqada pərdə mən, 
Düşdüm yaman dərdə mən,  
Altım torpaq, üstüm daş
Necə yatım yerdə mən?! [2]
  
 
Eynilə  kişi  məclisinin  aparıcısı  molla  da  Qurandan  ayələr  oxu-
maqla bərabər, hərdən yanıqlı səs ilə bayatı-ağı deyir, müasir şairlərin 
ana,  ata,  bacı,  qardaş  haqqında  yazdığı  şeirlər  ilə  məclisi  davam  et-
dirir. 
 
Şərik olan balanın dərdinə yaman gündə 
Rəfiqi eşq ilə xoşdu, xoş olan atadı [2].
 
 
Yas mərasimlərində Kərbəla müsibəti də xatırlanır, Həzrəti Hü-
seyn əleyhissəlamın, Xanım Zeynəbin adları çəkilir. Kərbəla şəhidləri 
Həzrəti Abbasın, Əliəkbərin, Qasımın haqqında mərsiyələr oxunur.  
 
Abbas verib ümmət yolunda iki qolların qurban, 
Qeyrətdə, şücaətdə belə gər ələmdara bağışla. 
Şahzadə Əliəkbər səs salıb indi cahana 
Qana boyanan əkbəri-sərdara bağışla. 
Qasim toyunu çün eylədi təxti-bədəvşən 
Qundağı qalan ol Əliəsgərə bağışla [2]. 
 
Xalq yaradıcılığında yas mərasimləri ağılar, bayatılar, oxşamalar 
deyilərək  qeydə  alınmışdır.  Xüsusən  ölən  adam  cavan  olarsa,  onun 
nakam  taleyi  anaları  ağladır,  bacıları  gözüyaşlı  qoyur,  ataların  belini 
bükür.  Bütün  bu  dərdlər  bayatılarda,  ağılarda  ifadə  olunur.  Eyni  za-
manda  bu  xalq  yaradıcılığı  nümunələri  yazılı  ədəbiyyata  da  sirayət 
etmişdir.  “Şifahi  xalq  ədəbiyyatı  yazıçılara  rəngarəng,  çoxmərtəbəli 
ideyalar,  süjet,  motiv,  ictimai-siyasi,  sosial  fikirlər,  xəlqilik  kimi  bə-
şəri,  humanist  hisslər  verir,  eyni  zamanda  nəsrin  qurulmasında  əsas 
element kimi də çıxış edir. Bu bəhrələnmədə yaradıcı və geniş şəkildə 
xalq dilinin leksik tərkibinin zəngin qatlarından – folklor dilinin çox-
mənalı  ifadə  və  ibarələri,  deyimləri,  frazeoloji  vahidləri,  məcaz  və 
bənzətmələri,  mübaliğə,  təşbeh  təkrirləri,  müraciət  (xitab),  təzad, 


 
54 
kinayə və onlarca digər xalq dili ünsürlərindən istifadə olunmuşdur [3, 
s. 141]. 
Göründüyü  kimi,  yas  mərasimlərində  xalq  yaradıcılığının  bu 
lakonik, dərin məzmunlu, təsirli və yaddaşa tez hopan nümunələrindən 
istifadə etməklə, aparıcı öz nitqinin təsirini məclisdəki insanların üzə-
rində  uzun  müddət  saxlamağa  çalışır.  Bunun  da  ən  yaxşı  nümunəsi 
ağılar hesab edilir. “Ağı bir janr olaraq bu və ya başqa şəkildə bütün 
dünya xalqlarının şifahi ənənəsində mövcuddur. Çünki janr universal 
xarakterlidir  və  bütün  insanlara  aid  olan  kədərli  hadisələrlə  bağlıdır. 
Bu mənada janrı ümumbəşəri janr adlandırmaq olar. Termin fərqindən 
asılı  olmayaraq,  bu  janr  əsasən  ayrılıq  və  ölüm  hadisələrinin  sözlü 
mətnlə emosional ifadəsini nəzərdə tutur” [4, s. 3]. 
Yas  mərasiminin  təsiri,  magik  qüvvəsini  artırmaq  məqsədi  ilə 
yazılı  ədəbiyyatda  müxtəlif  formalardan  istifadə  edilibdir.  Orta  əsr-
lərin  şairləri  daha  çox  qəsidələr  yazaraq  kədərin  şiddətini  artırmağa 
çalışmışlar.  Xüsusilə  Məhəmməd  Füzuli,  Seyid  Əzim  Şirvani  kimi 
şairlər  Kərbəla  müsibətini  təsvir  edərək  qəsidələri  ilə  Kərbəla  şəhid-
lərinə  yas  saxlamışlar.  Qardaş  türk  ədəbiyyatında  da  biz  yas  məra-
simlərində  bu  tipli  mərsiyələrin  oxunduğuna  rast  gəlirik.  Manastırlı 
Behaddinin “Kayıb günler” əsərində oxuyuruq: 
 
Tar içinde zemin, sema yek-ser 
Sanki matemde ser-te-ser afak. 
Mihrü mahu sehaibü ahter 
Dud-i hasret saçar alel-ıtlak! 
Bu nedir; Kerbelamı, matemmi, 
Yoksa bir girüdar-ı alemmi?
  
 
–  diye  feryadlar  koparan  Memduhun  Tunus  gurbetinde  gunude  ruh-i 
mecruhı şad olsun! Benim  de bu  gecem böyle bir Yes  Gecesi,  lisani 
halim: şu feryadlardır [5, s. 18]. 
Kərbəla  müsibəti  dedikdə,  İmam  Hz.  Hüseyn  və  tərəfdarlarının 
haqq  yolunda  şəhadəti  başa  düşülür.  “Kərbəla  Allahın  birliyinin  tən-
tənəsi, sədaqətin, ixlasın və imanın, etiqadın sınandığı yerdir. Kərbəla 
haqq  ilə  batilin  ayrıldığı  incə  nöqtədir.  Aşura  Allah  nurunun  sönmə-
yəcəyi gerçəyinin əyan olduğu gündür. Məhərrəmlik Hz. Hüseynin və 
72 şəhidin zülm, ədalətsizlik, haram, bir sözlə, yezidlik qarşısında kə-
silsə də əyilməyən başıdır” [6, s. 7]. 
Poeziyamızda  bu  gün  də  Kərbəla  müsibəti  ilə  bağlı  şeirlər  ya-
zılır. Kəmalə “Hüseyn aşiqiyəm mən” şeirində Hz. Hüseynə olan mə-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə