Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə24/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

 
61 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Rauf  SADIXOV 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
sadixov41@mail.ru 
 
HACI AXUND MOLLA RUHULLA:  
HƏYATI VƏ PUBLİSİST FƏALİYYƏTİNƏ BİR NƏZƏR
 
 
Açar sözlər: Molla Ruhulla, İslam dini, maarif, elm, tərbiyə, mətbuat 
Key words: Molla Ruhulla, Islam religion, education, science, nurture, press 
Ключевые  слова:  Молла  Рухулла,  исламская  религия,  просвещение, 
наука, воспитание, пресса
 
 
1912-ci il yanvarın 12-də Bakının keçmiş Kamenski (indiki Bə-
şir  Səfəroğlu)  küçəsindəki  151  saylı  evdə  güllə  səsi  eşidilir.  Həmin 
güllə ilə məşhur din xadimi və XX əsrin əvvəllərindəki maarifpərvər 
ziyalılarımızdan olan Hacı Axund Molla Ruhulla Məhəmmədzadə öz 
evində qətlə yetirilir.  
Hacı  Axund  Molla  Ruhullanın  qətlə  yetirilməsi  xəbəri  az  bir 
müddətdə  bütün  Azərbaycana,  hətta  onun  hüdudlarından  kənara  da 
yayılır. Onun faciəli ölümü haqqında Azərbaycan və rusdilli mətbuat 
səhifələrində geniş yazılar dərc edilmiş, bir çox ictimai və mədəniyyət 
xadimlərimiz  şəxsiyyəti  haqqında  fikirlərini  müxtəlif  mətbuat  səhifə-
lərində bildirmişlər. 
Kimdir Hacı Axund Molla Ruhulla Məhəmmədzadə? 
Hacı Axund Molla Ruhulla Məhəmmədzadə dövrünün tanınmış 
ziyalılarından  olmuş,  çıxışlarında  və  publisistik  məqalələrində  təhsil, 
tərbiyə,  qadın  azadlığı  məsələlərinə  yaşadığı  illərin  tələbləri  baxı-
mından  yanaşmağı  bacarmışdır.  Onun  Azərbaycanın  ictimai-mədəni 
həyatında oynadığı rolu Bakı vilayətinin qazisi Axund Mirməhəmməd 
Kərimağa  belə  dəyərləndirmişdir:  “Hacı  Molla Ruhullanın  məqalə  və 
moizələri, məarifə xidmət etməyi onun bir fazil-həqiqi və müsəlman-
lar üçün nadir tapılan əziz vücud olmağına şahiddir” [1, s. 4]. 


 
62 
 
*** 
 
Molla Ruhulla 1856-cı ildə Bakının Novxanı kəndində dünyaya 
göz açmışdır. Atası Ruhullanı ilk çağlar sənət yiyəsi etmək istəyirmiş, 
lakin artıq onun  yaşının  təhsil almağa uyğun olduğunu  gördükdə, bu 
fikirdən  yayınmış  və  özü  oğlunun  təliminə  başlamışdır.  Kiçik  yaşlı 
Ruhulla üç ay müddətinə müqəddəs Qurani-Kərimi başa vurur, bir çox 
surələrini əzbərləyir. İki il müddətində bir çox fənləri mənimsəyir. 24 
gün müddətində  fars dilini öyrənir. 
Ruhulla  sonra  Quba  uyezdinin  Zarat  kəndində  yaşayan  Axund 
Molla  Hüseyn  Zaratdan  dərs  alır  və  on  üç  yaşında  olarkən  təhsilini 
təkmilləşdirmək  məqsədilə  İrana  yollanır.  O,  əvvəlcə  İranın  Rəşt  şə-
hərində,  sonra  isə  Qəzvində  beş  il  müddətində  təhsil  alıb,  yenidən 
Rəştə qayıdaraq Şeyx Cavadın yanında təhsilini davam etdirir. 
Atası  Molla  Məhəmməd  vəfat  etdikdən  sonra  Ruhulla  təhsilini 
yarımçıq qoyub vətənə qayıdır. Atasının təziyə məclisləri qurtardıqdan 
sonra  yenə  əvvəlcə  Rəştə  və  sonra  da  Tehrana  qayıdıb,  nəhayət,  təh-
silini başa çatdıra bilir. Ruhulla İranda on beş il təhsil aldıqdan sonra, 
artıq  28  yaşında  ikən,  doğma  kəndi  Novxanıya  dönür  və  bir  ildən 
sonra  Hacıtərxan  (indiki  Həştərxan  –  R.S.)  şəhərinə  dəvət  olunur. 
1881-ci il iyulun 4-də şəhərin şiə-məzhəb müsəlmanlarının məscidin-
də  qazı  vəzifəsinə  təyin  edilir.  Burada  bir  neçə  ay  ərzində  şəhərin 
müsəlman əhalisi ilə ünsiyyət yaratmağa nail olur. Hacıtərxanı özünə 
ikinci  vətən  hesab  edir.  O,  bu  şəhərdə  ailə  həyatı  qurmuş  və  oğlu 
Məhəmmədsadıq orada anadan olmuşdur. (Məhəmmədsadıq Axundov 
sonralar XX  əsrin birinci rübündə  istər Azərbaycan və istərsə də  rus-
dilli  mətbuatda  maraqlı,  aktual  mövzularla  çıxış  etmiş,  milli  teatr 
tənqidimizin  təşəkkül  və  inkişafında  müəyyən  xidmətlər  göstərmişdir 
[2, s. 26-28]. 
Həmin illərdə Rusiyanın bir çox şəhərlərində olduğu kimi Hacı-
tərxan  şəhərində  yaşayan  müsəlmanlar  arasında  “tatar”,  “qafqazlı”, 
“iranlı”  kimi  ayrı-seçkiliklər  mövcud  idi  ki,  bu  da  müsəlmanlar  ara-
sında  ziddiyyətlərin,  nifaqların  yaranmasına  səbəb  olmuşdur.  Molla 
Ruhulla Hacıtərxanda olduğu ilk gündən bu ayrı-seçkiliyin, nifaqların 
aradan  qaldırılmasına  nail  olmuşdur.  Bu  səbəbdən  də  şəhərin 
müsəlman  əhalisi  1886-cı  il  aprelin  10-u  tarixində  Molla  Ruhullaya 
razılıq məktubu göndərmişlər [1, s. 20]. 
Molla Ruhulla 1886-cı ildə  İrana  getmiş,  İmam Rzanın müqəd-
dəs  məqbərəsini  ziyarət  etmiş  və  bu  səfərdən  aldığı  təəssürat  nəticə-


 
63 
sində “Risaleyi-rəzviyyə” adlı bir səyahətnamə yazmışdır. Təəssüf ki, 
Axund Molla Ruhullanın digər kitabları kimi həmin əsəri də işıq üzü 
görməmişdir.  “Risaleyi-rəzviyyə”  əsərinin  tapılıb  nəşr  edilməsi  fikri-
mizcə,  Azərbaycan  ədəbiyyatında  memuar  janrının  bir  qədər  də  zən-
ginləşməsinə səbəb olardı. 
Molla Ruhulla 12 il Hacıtərxan şəhərində xidmət etdikdən sonra 
1891-ci ildə anasının xahişi ilə Novxanıya qayıtmış, burada bir il qal-
dıqdan sonra Bakıdakı “Tazə məscid” məhəlləsində işə girmiş, 1896-
cı  il  fevralın  8-də  həmin  məscidin  prixod  mollası  təyin  edilmişdir. 
1900-cü ildə müqəddəs Həcc ziyarətinə getmiş və bu barədə də ayrıca 
bir əsər yazmışdır ki, bu da əvvəlki əsəri kimi çap olunmamışdır. 
Məkkədən  qayıtdıqdan  sonra  1905-ci  ildə  Bakı  şəhərində  azər-
baycanlı  uşaqlar  üçün  açılmış  müsəlman-rus  məktəbinə  müəllim  təyin 
olunmuş və ilahiyyət elminin əsaslarının tədrisinə başlamışdır. Həmin 
vaxtdan Hacı Axund Molla Ruhulla həyatını xalqın maariflənməsinə, 
tərəqqisinə həsr etmişdir. O, müxtəlif mətbuat orqanlarında özünün də-
yərli  məqalələri  ilə  xalqı  maariflənməyə,  cəhalətin  pəncəsindən  qur-
tarmağa,  uşaqlara  zəmanənin  tələblərinə  uyğun    tərbiyə  verməyə  ça-
ğırmışdır.  
Hacı Axund Molla Ruhullanın mətbuat səhifələrində dərc olun-
muş məqalələrinin bir hissəsi ona həsr olunmuş kitabda toplanmışdır. 
Lakin  kitabda  qeyd  edildiyinə  görə,  senzura  bir  çoxlarının  oraya  sa-
lınmasına  icazə  verməmişdir.  Bu  da    onun  fikir  və  dünyagörüşünün 
Çar  Rusiyasının  hakim  dairələrini  narahat  etdiyini  təsdiqləyir.  Ki-
tabda,  eyni  zamanda  mərhumun  bir  çox  qeyri-mətbu  yazılarının 
“əvam  cəmaətimizin  indiki  halı  nəzərə  alınaraq”  dərc  olunmadığı  da 
vurğulanmışdır. 
Molla  Ruhulla  həmçinin  İstanbulda  nəşr  olunan  “Məlumat”  və 
Hindistanın  Kəlküttə  şəhərində  çıxan  “Həbbülmətin”  məcmuələrində 
də fəal iştirak etmişdir. 
Mərhumun  mətbuat  səhifələrində  dərc  olunmuş  məqalələrindən 
əlavə bir neçə bədii əsəri də olmuşdur. O, həmçinin “İngilis xanımı” 
və “Sərgüzəşti-yetiman” adlı tarixi romanları da tərcümə etmişdir. 
Bunlardan  başqa  Molla  Ruhulla  bir  çox  poeziya  nümunələri  də 
yaratmışdır ki, onlarda onun vətən həsrəti, vətən məhəbbəti, millətinə, 
xalqına yanğısı öz ifadəsini tapmışdır. 
Hacı  Axund  Molla  Ruhulla  öz  qüvvə  və  imkanı  daxilində 
millətinin tərəqqisi və səadəti yolunda çalışmış, Hacıtərxandan Bakıya 
qayıtdığı gündən başlayaraq, şəhərdə keçirilən bütün məclis və ictimai 
yığıncaqlarda çıxış etmiş, milləti tərəqqi və maarif yoluna səsləmişdir. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə