58
Özü də qaçqın həyatı yaşayan Maşallah Xudubəyli “Göyçə
həsrətli bayatılar” kitabı ilə bütöv bir elin faciələrini anlatmağa çalı-
şıbdır. Yurd həsrəti, öz dərdi, vətən göynərtisi ürəyinin yarasına, qəl-
binin naləsinə çevrilibdi. Müəllif yazır ki, “dərdlərimlə baş-başa qa-
larkən mənim də yurd yerimin göynərtisi beləcə bayatılaşdı” [18, s. 5]:
Əzizim, Göyçə dağı,
Qarlıdı Göyçə dağı.
Qalmışam əl-amanda,
Sinəm də Göyçə dağı [18, s. 36].
Yaxud:
Eləmi, dərdiməndə,
Dərdin de dərdiməndə.
Mən Göyçənin dərdiyəm,
Göyçənin dərdi məndə [18, s. 40].
Şair-yazıçı Eldar İsmayıl Maşallah Xudubəylinin kitabına yaz-
dığı “Həsrətli bayatılar – hikmətli bayatılar” adlı ön sözündə şairin
bayatılarından nümunələr verərək aşağıdakı fikri ifadə etmişdir:
“Al barı,
Bağça-bağdan al barı.
Özünü şəhid elə,
Torpağını al barı.
Çağırış gözəl çağırışdır. Türk ərənlərinin bizlərə olan tapşırığı
və tövsiyəsidir. Müdrikliyi, rəşadəti, cəsarəti olan xalqın Atillaları,
Əmir Teymurları, İldırım Bəyazidləri, Şah İsmayılları, Qara Yusifləri
yetişmişdir. Bu gün damarlarında ulu oğuz ərənlərinin qanını daşıyan
igidlər yenə qədim torpaqları basar, keçər...
Basarkeçər,
Yad əldə Basarkeçər.
Vaxt gələr göyçəlilər
Düşməni basar, keçər!” [19, s. 23]
Ümumiyyətlə, 508 (beş yüz səkkiz) bayatı (bunların içərisində
ağılar da var) ilə müəllif bütöv bir elin dərdinin, faciəsinin böyük-
lüyünü nəinki nümayiş etdirir, həm də mübariz olmaq, o yurdlara geri
59
dönmək, tarixi ədalətsizliyi aradan qaldırmaq istəyini də oxucularla
bölüşür. Hər misrasında, hər sözündə Göyçə mahalının addım-addım
kəndlərini, yurdlarını gəzib dilləndirən bu bayatıların səsi-sorağı
zaman keçdikcə unudulmayacaq, daha da hündürdən səslənəcək, o
yurd sahiblərini səfərbərliyə çağıracaqdır.
Yas mərasimi insanın həyatının sonucu olaraq formalaşmış
ritual kimi insanın əbədiliyə gedişinin kədərli, dərdli ağılar, bayatılar
və mərsiyələrlə obrazlı şəkildə uğurlanmasıdır. Bu uğurlamada insanın
həyatda gördüyü yaxşı işlər xatırlanır, yaxşı əməlləri qeyd edilir,
qonşular, qohumlar ilə əlaqəsi haqqında söhbətlər edilir, mərdliyi,
yüksək insani keyfiyyətləri görk olsun deyə sadalanır. İslam dininə
uyğun olaraq hər müsəlmanın taziyə məclislərində Quran oxunur,
həmdi-surə bağışlanır, fatihə verilir. Ölən adamın üçündə, qırxında,
ilində ehsan verilir, qəbir üstünə gedilərək mərhum yad edilir. Başsağ-
lığı taziyəsinə gələnlər mərhumun yaxınlarına dərdlərinə şərik olduq-
larını bildirir, təskinlik verirlər. Şəhidlərə, müharibədə, vətən yolunda
düşmənə qarşı mübarizə aparıb həlak olanlara müasir şairlər layla-
elegiyalar, ağılar, bayatılar yazırlar ki, bunlar da təkcə yas mərasim-
lərində deyil, anım günlərində, bayram günlərində məktəblərdə, müx-
təlif
tədbirlərdə oxunur, ölən adamın igidlikləri mədh edilir.
ƏDƏBİYYAT
1.
Xalqımızın deyimləri, duyumları. Bədii ədəbiyyat. Toplayıb yazıya alanı,
işləyəni və tərtib edəni: Həkimov M.İ. “Maarif”, Bakı, 1986.
2.
Ordubad folklor örnəklərindən. Arxiv özümüzdədir.
3.
Bayat Füzuli, Bəşirli Xatirə. Azərbaycan folkloru və yazılı ədəbiyyat. Bakı,
“Elm və təhsil”, 2013.
4.
Poetik yaddaşımızda ağılar. Tərtib edəni, toplayanı və ön sözün müəllifi
Sədaqət Nemətova. “Qızıl dağ”, 2007.
5.
Manastırlı Baheddin. Kayıp günler, 1. Baskı: Lefkoşa, Kıbrıs, 2010.
6.
Bayat Füzuli. Kərbəla folkloru, Məhərrəmlik rituallarından şəbih meydan
tamaşalarına. Bakı, “Elm və təhsil”, 2014.
7.
Kəmalə. Hüseyn aşiqiyəm mən. “Azərbaycan” j., 1997-3/4.
8.
Zəlimxan Yaqub. Şuşa şikəstəsi. “Azərbaycan” j., 2013/8.
9.
Azərbaycan folkloru antologiyası, XXIII, Naxçıvan örnəkləri, 2-ci c. Bakı,
“Elm və təhsil”, 2012.
10.
Кузнецова В. Причитания. Народные знания. Фольклор. Народное
искусство. Москва, 1991.
11.
Abid Əmin. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Bakı, “Elm və təhsil”,
2016.
12.
Abdulla Bəhlul. Azərbaycan mərasim folkloru. Bakı, “Qismət”, 2005.
13.
Xəlil Ağaverdi. Əski türk savlarının semiotekası. Bakı, “Səda”, 2006.
60
14.
Xürrəmqızı Afaq. Azərbaycan mərasim folkloru. Bakı, “Səda”, 2002.
15.
Ələmdar Arifə.
Şəhid ağıları, Ağlama. “Azərbaycan” j., 2013/8.
16.
Qafarlı Zirəddin. Bir baş daşına yazılanlar. “Azərbaycan” j., 2014/3.
17.
Əsgərova Sədaqət. Bayatılar. “Azərbaycan” j., 2014/4.
18.
Xudubəyli Maşallah. Göyçə həsrətli bayatılar. Bakı, “Nurlan”, 2011.
19.
İsmayıl Eldar. Həsrətli bayatılar – hikmətli bayatılar. Göyçə həsrətli baya-
tılar. Bakı, “Nurlan”, 2011.
Nizami Muradoglu
THE REFLECTION OF MOURNING
CEREMONY IN MODERN POEM
Summary
The mourning is the ceremony that connecting Azerbaijan poem with
folklore in the independence period. The mourning ceremony is the ritual after death
of the man which executing with the participation of relatives and friends. The
elegies and bayatis (a kind of Azerbaijani poem created by common people) are the
examples showing the man’s sadness and grief which rendering in mourning
ceremonies in folklore. In comparison with elegies in our written literature these
examples are short and laconic. Giving these forms to the written literature the poets
who have benefited from the folklore want to show loves to the heroes who have
become eternal with their deaths. The elegies, bayatis and lullaby-elegies writing to
martyrs take an important place in modern poetry.
In the article is dealt with the analysis of the poems that belong to the
mourning ceremonies in modern poetry.
Низами Мурадоглу
ОТРАЖЕНИЕ ПОХОРОННОГО ОБРЯДА
В СОВРЕМЕННОЙ ПОЭЗИИ
Резюме
Одним из обрядов, связывающих азербайджанскую поэзию периода
независимости с фольклором является похоронный обряд. Траурный обряд
совокупность ритуалов, проводимых близкими и родственниками умершего. В
устной народной литературе баяты, причитания, исполняемые при похорон-
ном обряде – это образцы, выражающие человеческую печаль и горе поэти-
ческим образом. Эти образцы, по сравнению с марсие в письменной лите-
ратуре, в устной традиции более лаконичны. Поэты, писавшие под воздей-
ствием фольклора, обращаясь к этим формам в письменной литературе, хотели
выразить любовь к героям, увековеченным своей смертью. В современной
азербайджанской поэзии особенно широко распространены причитания,
баяты, колыбельные песни-элегии, посвященные светлой памяти шехидов.
В статье анализируются образцы современной поэзии, связанные с по-
хоронным обрядом.