Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə19/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

 
46 
Vaqifi yada salır, onların dövrü və həyatı ilə özününkünü qarşılaşdırır, 
müqayisə edir və deyir: 
 
Başımın üstündə nə yumruq durur
Nə hicran səsi var mənim sazımda. 
Nə qanun qoluma qandallar vurur, 
Nə göylər darıxır xoş avazımda...
 
 
İlhamının azad olduğunu təsdiq üçün nümunələr gətirən və Bay-
ronu  yarışa  çağıran  şair,  sanki  birdən  azad  bir  ölkədə  yaşadığını  –
“xoşbəxtliyini” unudur: 
 
Kaman qaşlarını çatma, günəşim, 
Min sızıltı qopar dost ürəyindən! 
Dərin dəryalara batma, günəşim 
Əzəldən düşmənəm qaranlığa mən! 
 ... Mən ki qaranlıqdan qəfəsdən uzaq,  
Könüllər yolçusu azad bir quşam. 
Sən, ey kinli baxış, tənəni burax, 
Mən öz zəhmətimlə azad olmuşam! 
 ... Kim keçər bu yerin daşından, deyin? 
Vətəndən ayrılar hansı şərəfsiz?! 
 
Yaxud “Azad ilham”dan təqdim etdiyimiz parçanın son iki mis-
rası  “Azərbaycan” şeirində (“Azad ilham” şeiri “Azərbaycan” şeirin-
dən  sonra  yazılsa  da)  şairin  vətəni  sevdiyinə  eli  şahid  gətirməsi  və 
könülün candan ayrıla bilməməsinin səbəblərinə işıq salır. Dolayısı ilə 
o da məlum olur ki,  S.Vurğun bu şeirində  Nəsimini, Füzulini,  Vaqifi 
xatırlamaqla, təkcə onların halına  yanmır, özünün də təzyiqlər, təhlü-
kələr altında ömür sürdüyünü, adlarını çəkdiyi sənətkarlarla oxşar tale 
yaşadığını nəzərə çatdırmaq istəyir: 
 
Gətir xatirinə Vaqifi bir dəm, 
Qırıldı qəlbində bir yurdun sazı... 
Ağladı ardınca gözlərində nəm, 
Uçan durnaların küskün avazı. 
Gərdi sinəsini o fars dilinə, 
Bağırdı: Öz dilim, öz şeirim gərək... 
Yazıq! Nəğməkarın ürək nəğməsi, 
Dəydi şüşə kimi daş ürəklərə. 
Böyük bir insanın boğuldu səsi
Ahını əks etdi min dağ, min dərə. 


 
47 
Sən ey şeirimizin ana şairi! 
O tərlan xəyallı sona şairi! 
Mən səni duyduqca qəmlər yeyirəm...
 
 
Mətnaltıdan hiss olunur ki, S.Vurğun Vaqifi, təkcə “sinəsini fars 
dilinə  gərdiyinə  görə”  xatırlamır.  S.Vurğunun  Vaqifi  duyması  və 
“duyduqca  da  qəmlər  yeməsi”  onların  həm  də  oxşar  tale  yaşamasına 
görədir.  Bizə  elə  gəlir  ki,  S.Vurğunun  faciəvi  həyatından  əsər  yaz-
masının  (məlum  olduğu  kimi,  “Vaqif”  ilk  variantında  faciə  kimi  qə-
ləmə alınıb) və əsərin üç-dörd həftəyə yazılmasının səbəblərindən biri, 
bəlkə  də, birincisi elə  bu – Vaqifin  yaşadığı  həyatı (təbii ki,  əsərdəki 
həyatı  nəzərdə  tutulur)  S.Vurğunun  özünün  yaşamasıdır.  Daha  doğ-
rusu, öz faciəsini Vaqifin faciəsi kimi təqdim etmək istəyi olmuşdur. 
Əslində, gerçək Vaqifin həyatı “Vaqif”dəki həyatından xeyli fərqlənir. 
İbrahim xanın Vaqifə öz oğlu kimi yanaşması və idarəçiliyi ona etibar 
etməsi tarixdən bəllidir.  
Həyatda yaşanan hadisələri tez qələmə almaq şairlər üçün elə bir 
çətinlik  törətmir,  əgər  təsvir  etdiyi  hadisələri  sənətkar  özü  də  yaşa-
mışdırsa. Bunu S.Vurğun da etiraf edir: “Şəxsi həyatımda yaşadığım, 
yaxından  tanış  olduğum  hər  hadisəni  daha  tez,  daha  bədii  yaza  bilə-
rəm. Mən o hadisəni, o insanı günlər, həftələr, aylarca düşünürəm, ya-
şayıram, onlarla birlikdə sevinir, ağlayır, çırpınır, vuruşur, sonra yazı-
ram” [9]. 
Həm  dövrə,  həm  də  Vurğunun  yaradıcılığı  və  ictimai  fəaliyyə-
tinə  bələd bir adam  kimi  bildirmək istəyirik  ki,  həmin dövrdə  forma-
laşdırılan  mənəvi  və  fiziki  təpkilər  (təzyiqlər,  təqiblər,  həbslər,  sür-
günlər) sənətkarlara, o sıradan S.Vurğuna da çox vaxt  imkan vermə-
mişdir  ki,  fikirlərini  aşkar  bildirsinlər.  Məsələn,  S.Vurğun  dövrdən, 
zamandan  giley,  narazılığı  açıq  bildirən  əsərlərini  çap  etdirə  bilmə-
mişdir. Yeri gəlmişkən qeyd edək ki, həmin əsərlərin bəzilərindən o, 
“Vaqif” dramında da istifadə etmişdir. Bunu “Vaqif”in faciə kimi qə-
ləmə alınmış ilk variantında daha aşkar görürük:  
 
 (Vaqifi oğlu Əli bəylə gətirirlər) 
Şeyx 
Dayanın!  
Vaqif 
(kinayəli) 
Mümkünmü durub dayanmaq? 
 


 
48 
Şeyx 
(Əli bəyə) 
Oğlum, sən Allahın qüdrətinə bax 
Əli bəy 
Uzun mırıldama satılmış alçaq, 
Səni də udacaq bu qara torpaq! 
Nə oldu, tez gəlsin, deyin cəlladlar. 
Şeyx 
(ətrafa) 
Əstəğfürullah! 
Kafirə bir bax. 
Vaqif 
(qürub etməkdə olan günəşi seyr edərək, oğluna) 
Günəş qürub edir, dönür kainat,  
Əzəldən belədir vəfasız həyat. 
(günəşi göstərərək) 
O mənim ömrümün timsalıdır, bax! 
Sönən bir varlığın xəyalıdır, bax! 
Mən də yaradıldım, mən də parladım, 
Gözəllər ağzından düşmədi adım. 
İndisə yelkənim toxundu daşa, 
Bir insan ömrünü vurmadım başa. 
Oğlum, alışıram, yanıram, aman! 
Səni öldürürlər mənim ucumdan. 
Qoy uçsun başıma qayalı dağlar... 
 
1937-ci  ilin  oktyabrında  qələmə  aldığı  “Ömrümün  gündəliyin-
dən”  adlı  şeiri  ilə  bu  səhnə  arasında  səsləşmələr  var.  Doğrudur,  şair 
şeiri  yazdığı  vaxt  keçirdiyi  sarsıntıları,  çəkdiyi  əzabları  açıb-ağart-
mağa çalışmır. Əksinə,  yenicə dünyaya  gəlmiş  qızının xoşbəxt  həyat 
sürəcəyinə əminliyini ifadə edir:  
 
Sənin çocuqluğun bizdən bəxtiyar
Nə çörək dərdi var, nə su dərdi var. 
Azad yurdumuzun bir çiçəyisən
Sən şaxta vurmamış güllər təkisən. 
 
Və maraqlıdır ki, şair, sanki yenə də uşağın “bəxtiyarlığı”nı unu-
dur və ardınca körpə qızına: “Ah mehriban balam, günahsız quzum” – 
deyə  müraciət  edir.  Doğrudur,  uşaqların,  körpələrin  günahsız  olması 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə