Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə27/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   23   24   25   26   27   28   29   30   ...   137

 
69 
dakı  hədisinə  əsaslandırmışdır.  Rəsul-Əkrəm  həzrətləri  buyurmuşdur 
ki,  hər  doğulan  insan  üns,  məhəbbət,  mərifət  kimi  fitrət  əsliyası  üzrə 
doğulur. Sonra  ata və  ana onu hər dinə istəyirsə  çöndərə  bilər. Buna 
görə də Hacı Ruhullanın fikrincə, ilk və dini tərbiyə anadan olmalıdır. 
O,  insanları  vəhşi  heyvanlar  halına  döndərməkdə  elmsiz,  tərbiyəsiz 
anaları günahlandırmış və bu fikrini onunla əsaslandırmışdır ki, uşaq-
ların  analarından  eşitdikləri  xürafat,  biədəbanə  hekayələr,  qaranlıq 
fikirlər  safürəkli,  pak  və  vicdanlı  balaların  tərbiyəsini  pozmuş  olur. 
Məqalə  müəllifi  qadınlarımıza  uşaqlara  xoş  əməllərdən,  insaniyyət-
dən, məhəbbətdən, xeyirxahlıqdan danışmağı məsləhət görmüşdür. 
 
*** 
 
Kitabda publisist-jurnalist Sənətulla İbrahimovun [1, s. 158-160], 
görkəmli ədib və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin [1, s.162-
164] yazıları da verilmişdir. Dramaturq Molla Ruhullanı zülmət içində 
millətin  əlinə  düşən  bir  nur  kimi  qiymətləndirmiş  və  o  nuru  qoruya 
bilməməyə  görə  ürəkağrısı  ilə  heyifsilənmişdir.  Molla  Ruhullanın 
qətlə  yetirilməsilə  əlaqədar  olaraq  Şəkidən  Axund  Mirzə  Fərəcullah 
Pişnamazzadənin  göndərdiyi  başsağlığı  məktubunda  bu  gözlənilməz 
xəbərin Şəkinin müsəlmanlarına pis təsir etdiyini, qəlbləri son dərəcə 
dağdar  elədiyini,  Şəki  ruhanilərinin  bu  xəbərdən  fövqəladə  dərəcədə 
kədərlənərək  böyük  “Cameyi-məscidində”  “cənnətməkanın  istirahət 
ruhu  üçün  dua  və  niyaz  edib,  mərhumun  oğlu  və  ailəsinə  və  o  cüm-
lədən bütün millətə başsağlığı” verdiyini yazmışdır [1, s. 170]. 
Kitabda  verilmiş  yazılardan  böyük  ziyalı  və  publisist,  ictimai 
xadim Məhəmməd Əmin Rəsulzadənin Hacı Axund Molla Ruhullaya 
həsr  etdiyi  “Xatirət  xəzinəm”  başlığı  ilə  dərc  olunmuş  xatirəsi  də 
böyük maraq doğurur [1, s. 176-180].  
M.Ə.Rəsulzadə  həmyerlisi  Molla  Ruhullanın  qətlini  vətəndən 
uzaqda  olarkən  eşitmiş  və  hadisə  zamanı  Bakıda  olmadığından  və 
buna  görə  mərhumun  ailəsinə  və  Bakı  ürəfasına  bu  müsibət  müna-
sibətilə  başsağlığı  vermək  imkanı  olmadığından  təəssüflənmiş,  dostu 
Məhəmmədsadığa  (mərhumun  oğlu  –  R.S.)  təziyənamə  yazmış,  bu-
nunla  da  mərhumun  ailəsinin  kədərini  bölüşməklə  insanlıq  vəzifəsini 
yerinə yetirdiyini qeyd etmişdir. 
Molla Ruhullanın qətlə yetirilməsi münasibətilə Mircəfər Seyid-
zadənin, Əliabbas Müznibin, Abdulla Şaiqin, Əli Razi Şamçızadənin, 
Acizin,  Çakərin,  Əlisəttarın  və  başqalarının  şeirləri  də  kitabda  veril-
mişdir. 


 
70 
 
ƏDƏBİYYAT 
 
1.
 
Şəhid-mərhum  fazil  əlhac  Molla  Ruhulla  Axundun  əhvalatına  dair  məc-
muədir. Bakı, “Kaspi” mətbəəsi, 1913. 
2.
 
Mirəhmədov  Ə.,  Axundov  M.  Azərbaycan  jurnalistləri  və  naşirləri.  Bakı, 
2013. 
3.
 
Zeynalzadə A. Jurnalistləri niyə həbs etdilər. Azərbaycan mətbuat tarixinin 
antologiyası, 2-ci cild. Bakı, 2011. 
4.
 
Halımıza dair. “İrşad”, 1906, № 126, 130, 134; 1907, № 22. 
5.
 
Bizdə maarifə təbii pərdələr. “Yeni həqiqət”, 1911, № 23, 26, 29. 
6.
 
Molla Nəsrəddin. 1912, 20 yanvar, № 3. 
 
 
Rauf Sadikhov 
 
HAJI AKHUND MOLLA RUHULLA:  
THE GLANCE TO HIS LIFE AND PUBLICISTIC ACTIVITY 
 
Summary 
 
In the article is researched the life, educational and publicistic activity of Haji 
Akhund Molla Ruhulla Mammadzade who studied religion in Iran at the beginning 
of XX centuries. The main object of the research is the book of “Journal on the story 
of the late Haji Molla Ruhulla Akhund” published in 1913 and his articles published 
in  periodicals.  In  the  article  the  investigation  of  the  life  and  publicistic  activity  of 
Haji Akhund Molla Ruhulla Mammadzade is scientific innovation of the research.  
 
Рауф Садыхов 
 
ГАДЖИ АХУНД МОЛЛА РУХУЛЛА: ВЗГЛЯД НА ЖИЗНЬ И 
ПУБЛИЦИСТИЧЕСКУЮ ДЕЯТЕЛЬНОСТЬ
 
 
Резюме 
 
В  статье  освещается  пройденный  путь,  просветительская  и  публи-
цистическая деятельность получившего в  начале  ХХ  века в Иране  блестящее 
религиозное  образование  Гаджи  Ахунда  Молла  Рухулла  Мохаммедзаде. 
Основной  объект  исследования  изданный  в  1913  году  сборник  и  статьи, 
опубликованные  в  периодической  печати.  Новизну  исследования  составляют 
впервые  привлечённые  к  изучению  жизнь  и  публицистическая  деятельность 
Гаджи Ахунда Молла Рухулла Мохаммедзаде. 


 
71 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Вафа ГАДЖИЕВА 
Доктор философии по филологии 
Института литературы имени Низами 
haciyeva_vafa@mail.ru
 
 
КОРАН И «СОКРОВИЩНИЦА ТАЙН»  
НИЗАМИ ГЯНДЖЕВИ 
 
Açar sözlər: Quran, Nizami Gəncəvi, “Sirlər xəzinəsi”, iqtibas 
Key words: the Koran, Nizami Ganjavi, “Treasury of Mysteries”, quotation 
Ключевые  слова:  Коран,  Низами  Гянджеви,  «Сокровищница  тайн», 
иктибас 
 
Объектом  данного  исследования  является  вступительная 
часть  поэмы  «Сокровищница  тайн»  великого  азербайджанского 
поэта  и  философа  Низами  Гянджеви  (XII  в.),  оставившего,  как 
известно, после себя богатое поэтическое наследие. В этой ввод-
ной  части,  как  правило,  содержится  славословие  Творца  и  его 
пророка  Мухаммеда:  поэт  посвятил  отдельный  раздел  воспе-
ванию единобожия («тоухид»), Единства Творца. 
Определив место первой поэмы-маснави «Махзан ал-асрар» 
в творчестве Низами Гянджеви, проф. Рустам Алиев отмечал, что 
«Поэма  «Сокровищница  тайн»  («Махзан  ал-асрар»)  занимает 
особое место в бессмертной «Пятерице». Будучи первой из поэм 
Низами, она отличается от его последующих эпических произве-
дений,  прежде  всего  своей  структурой,  композицией  и  дидакти-
ческой  формой,  избранной  для  выражения  мыслей  автора»  [1, 
с.6]. 
Исследователи многогранного поэтического наследия поэта 
всесторонне изложили очерк его жизни и литературной деятель-
ности. К числу таких авторов можно отнести известных востоко-
ведов, авторов многочисленных изысканий [2].  
Уже  в  90-е  годы  XX  века  азербайджанский  востоковед 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə