Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə35/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

 
91 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Aygün ORUCOVA 
AMEA Naxçıvan Bölməsi 
orujovaaygun82@gmail.com
 
 
EYNƏLİ BƏY SULTANOVUN “AZƏRBAYCAN QIZI”  
PYESİ BARƏDƏ BƏZİ QEYDLƏR
 
 
Açar  sözlər:  dramaturgiya,  qadın  azadlığı,  maarifçilik,  ictimai  nöqsan, 
folklor 
Key words: dramaturgy, women’s rights, education, public vice, folklore 
Ключевые  слова:  драматургия,  женское  равноправие,  просвещение, 
пороки общества, фольклор
 
 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatı  və 
mədəniyyəti  tarixində  özünəməxsus  mövqeyi  olan,  çoxcəhətli  yara-
dıcılığı  ilə  diqqəti  cəlb  edən  məşhur  şəxsiyyətlərdən  biri,  Naxçıvan 
ədəbi  mühitinin  istedadlı  nümayəndəsi  Eynəli  bəy  Sultanov  (1866-
1935)  150  il  bundan  öncə  dünyaya  göz  açmışdır.  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  sədrinin  15  fevral  2016-cı  il  tarixli 
Sərəncamı  ilə  Eynəli  bəy  Sultanovun  150  illik  yubileyinin  Naxçıvan 
Muxtar  Respublikasında  geniş  qeyd  edilməsi  Eynəli  bəy  Sultanov 
yaradıcılığının  dərindən  və  ətraflı  tədqiqi  tarixində  yeni  bir  mərhələ 
açmışdır. 
Böyük  ədib  Cəlil  Məmmədquluzadənin  (1869-1932)  “özündən 
huşyar  dost”  [1,  s.  103]  saydığı  Eynəli  bəy  Sultanov  bir  neçə  xarici 
dili  mükəmməl  şəkildə  mənimsəmiş  və  bunun  nəticəsi  olaraq  dünya 
ədəbiyyatının  korifeylərinin  əsərlərini  orijinaldan  oxuya  bilmişdir. 
1880-1886-cı  illərdə  təhsil  aldığı  İrəvan  kişi  gimnaziyasında  bir  çox 
elmləri və dilləri (rus, latın, yunan, fransız) öyrənməsi onun dövrünün 
açıqfikirli,  müasir,  zəngin  dünyagörüşlü  bir  şəxsiyyət  kimi  formalaş-
masında mühüm rol oynamışdır. Eynəli bəy XIX əsrin sonlarında hələ 
gimnaziya şagirdi ikən Naxçıvanda maarifçilik hərəkatının başçıların-
dan biri olmuş, “Ziyalı məclisi”, “Müsəlman Dram İncəsənəti Cəmiy-


 
92 
yəti” təşkil etmiş, burada ilk kitabxananın açılmasında xidmətlər gös-
tərmiş, ilk mətbəəni yaratmış, 1883-cü ildə Naxçıvanda teatrın yaran-
masında, eləcə də yeni tipli ədəbiyyatın inkişafında, bir sözlə, sosial-
mədəni  tərəqqidə  fəal  iştirak etmişdir. O, “Naxçıvan  ədəbi  mühitində 
təşkilatçı-rəhbər, rejissor və aktyor” [2, s. 206] nasir, dramaturq, pub-
lisist,  baş  redaktor,  tərcüməçi,  teatr  tənqidçisi,  pedaqoq,  ilk  qadın 
azadlığı  tərəfdarlarından  olmuşdur.  «Новое  обозрение»,  «Каспи», 
“Закавказье”,  «Кавказская  коммуна»  və  s.  qəzetlərdə  öz  dövrünün 
ictimai əhəmiyyətli hadisələrindən, problemlərindən bəhs edən ədəbi-
publisist  yazılarla  çıxış  etmişdir.  Yaradıcılığının  bütün  növ  və  janr-
larında, bütün fəaliyyətində Eynəli bəy milli mövqedən – azərbaycan-
çılıq mövqeyindən çıxış etmiş, öz xalqının dərdlərindən söz açmışdır. 
Fikrimizi  təsdiq  üçün  Eynəli  bəyin  “Mənim  xalqım”  məqaləsindən 
gətirdiyimiz bir sitat kifayət edər: “Mənim xalqım! Səni azad insanlar 
içərisində  azad,  xoşbəxtlər  içərisində  xoşbəxt,  maarifçilər  arasında 
maarifçi görə biləcəyəmmi?” [3]. 
Eynəli  bəy  Sultanov  çoxşaxəli  və  zəngin  yaradıcılığında  publi-
sistika  və  nəsr  sahəsinə  daha  çox  üstünlük  versə  də,  Azərbaycan 
ədəbiyyatı tarixində daha çox onu məşhurlaşdıran və sevdirən “Azər-
baycan qızı” (“Sənəm”, rusca “Tatarka”) pyesi olmuşdur. Orta və ali 
məktəblərin dərsliklərində  də, XX  əsr Azərbaycan  ədəbiyyatı tarixin-
dən  bəhs  edən  digər  tədqiqatlarda  da  Eynəli  bəy  Sultanovun  adı  çə-
kilərkən  ilkin  xatırlanan  əsər  “Azərbaycan  qızı”  əsəri  olmuşdur.  Bu-
nun  səbəbi  nədir  və  ya  başqa  sözlə  desək,  bu  əsərin  zamanında  bu 
qədər məşhurlaşması onun hansı məziyyətləri ilə bağlıdır? 
İlk  növbədə  onu  qeyd  edim  ki,  əsərin  mövzusu  yerli  həyatdan 
alınmışdır  və  hadisələr  də  müəllifin  qeydinə  görə  “1870-ci  illərdə 
Qafqazın  kiçik  bir  əyalət  şəhərində  vaqe  olur”  [4,  s.  27].  Azərbay-
canda  qadın  azadlığını  birinci  müdafiə  edənlərdən  olan  Eynəli  bəyin 
əsərin  əvvəlində  yazdığı  “Bütün  gənc,  gözəl  və  namuslu  qadınlara 
ithaf olunur” [4, s. 27] sözləri əsərin məzmununu, ideyasını açıqlayan 
açar  sözlərdir.  Əsərin  bədii  keyfiyyətlərindən  bəhs  etməzdən  öncə, 
onu  xüsusilə  vurğulamaq  istərdim  ki,  fikrimizcə,  “Azərbaycan  qızı” 
əsərinin bu qədər məşhur olmasının səbəblərindən birincisi və ən mü-
hümü  onun həmin vaxta qədər müstəqil bir  əsərin mövzusu kimi  se-
çilməyən  qadın  azadlığından  bəhs  etməsi  və  ya  başqa  sözlə  desək, 
XIX əsr və XX əsrin əvvəllərinin çox xarakterik bir ictimai bəlası olan 
arvadbazlığı  məsxərəyə  qoyması  olmuşdur.  Düzdür,  Eynəli  bəydən 
əvvəl də hələ ədəbiyyatımızda ilk dramların banisi, istedadlı ədib Mir-
zə Fətəli Axundovun dramlarında Azərbaycan qadını ilk dəfə səhnəyə 


 
93 
çıxarılmış,  Pərzad,  Səkinə  xanım,  Sona  xanım,  Tükəz  kimi  ağıllı, 
fərasətli,  sədaqətli  qadın  obrazları  yaradılmışdır.  Eynəli  bəyin  dram 
sahəsində  böyük  ustadı  Mirzə  Fətəli  Axundov  dünya  ədəbiyyatında 
məşhur  olan  xəsislik  mövzusunu  ayrıca  bir  komediya  üçün  mövzu 
kimi seçmiş və çox güclü bir xəsis obrazı yarada bilmişdi “Sərgüzəşti-
mərdi xəsis” (“Hacı Qara”) (1852). Bu gün də Hacı Qara adı xəsisliyin 
ümumiləşdirilmiş  obrazı  və  ya  simvolu  kimi  işlədilir.  Həm  dünya 
ədəbiyyatının  şedevrləri,  həm  də  zəngin  şifahi  xalq  ədəbiyyatımızla 
yaxından  tanış  olan  Eynəli  bəy  isə  öz  əsəri  üçün  XIX  əsrin  sonları, 
bundan  əvvəlki  və  sonrakı  dövr  Azərbaycanına  xarakterik  olan  digər 
bir  ictimai  nöqsanı  –  arvadbazlığı  tənqid  etməyi  qarşısına  məqsəd 
qoymuşdu.  Ağıllı,  gənc  və  gözəl  Azərbaycan  qızı  olan  Sənəm  ar-
vadbazlıqda ad çıxarmış, əvvəllər bir neçə gənc qadını aldadıb el için-
də  bədnam  edən  Həsənəli  bəyə  həyatı  boyu  unutmayacağı  bir  dərs 
verir.  
“Azərbaycan  qızı”  əsərindən  əvvəl  dramaturgiya  sahəsində 
istedadlı  ədib  Nəcəf  bəy  Vəzirovun  “Əti  sənin,  sümüyü  mənim” 
(1873), “Qara günlü” (1874) (Bu iki pyesin mətni tapılmayıb – A.O.
əsərləri  də  yaranmışdı.  Görkəmli  dramaturqun  “Ev  tərbiyəsinin  bir 
şəkli” (1875) komediyası, “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı 
Qəmbər”)  komediyasının  ilk  variantı  da  1875-ci  ildə  yazılmışdı.  Bu 
dövrdə,  xüsusən  də  1873-cü  ildə  Azərbaycanda  teatrın  əsası  qoyul-
duqdan sonra ədiblərin qarşısında duran əsas vəzifələrdən biri də səh-
nə üçün yeni dram əsərlərinin qələmə alınması idi. Bu sahədə ədəbiy-
yatımızda bir boşluq var idi. Teatrın xalqın maariflənməsi və mədəni 
inkişafında  mühüm  əhəmiyyəti  olduğuna  görə  bir  çox  yazıçılarımız 
dramaturgiyanın müxtəlif janrlarına müraciət edir, bu vasitə ilə zəma-
nənin bir çox qüsurlarını islah etməyə çalışırdılar. Lakin bu amil, yəni 
tamaşaya  qoyulmaq  üçün  yeni  dram  əsərlərinə  çox  böyük  ehtiyacın 
olması, Eynəli bəyin qeyd olunan əsərinin bu qədər məşhurlaşmasının 
səbəbi ola bilməzdi. Belə olsaydı, Nəcəf bəy Vəzirovun yuxarıda adını 
qeyd  etdiyimiz  əsərlərinin  də,  bəzi  digər  pyeslərin  də  bu  baxımdan 
çox böyük şansı var idi.  
E.Sultanovun pyesi qadın azadlığı, qadın və kişi (indiki mənada 
gender  –  A.O.)  bərabərliyi,  qadınların  həyatda  özlərini  müstəqil,  sər-
bəst idarə edə bilmələrindən, güclü xarakterə sahib olmalarından bəhs 
edir. Demək olar ki,  bu  əsər  əslində Eynəli bəyin müsəlman qadınını 
da  Avropa  ölkələrinin  qadınları  kimi  müasir,  öz  hüquqlarını  bilən, 
zəngin  dünyagörüşlü,  ağıllı,  iradəli,  mübariz  görmək  arzusundan  ya-
ranmışdır. Nəinki Naxçıvanda, bütün Azərbaycanda qadın azadlığının 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə