Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə33/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

 
86 
bir  hal  ilə  yol  gediyor  və  hərdənbir  qeyzli  və  qəmgin  gözlərini  qal-
xızıb  ətrafındakı  laqeydanəliyə  bir  nəzəri-qəhr  ilə  baxıb  qüvvətsizlik 
əlaməti olan dərin-dərin, soyuq-soyuq ahlar çəkirdi. Məşədinin qiyafə-
sindən  görünürdü  ki,  o  hər  nə  isə  yalnız  öz  dərdini  çəkməyib  müd-
rikanə  bir  yolda  özü  kimi  bir  çox  düçari-fəlakət  olanların,  özü  kimi 
böyük bir qisim özgələri bayramlı edib də, özləri bayramsız deyil, çö-
rəksiz belə qalanların fikrini ediyordu. 
Soyuqdan əfil-əfil əsən iki xırda uşaq və bir 9 yaşında qızları da 
durub yol gözləyirdilər. 
-
 
Dədə, hanı mənim qarandaşım? 
-
 
Mənə nə aldın? 
-
 
Anama çörək gətirmisənmi? – deyə biçarəni bu tövr suallar ilə 
araya  aldılar...  Məşədi  Qulam  bir  tövr  ilə  xuddarlıq  edib  ağlamadı. 
Qorxdu  ki,  ağlasa  balaca  uşaqlara  həddən  ziyadə  zülm  etmiş  olar. 
Özünü  şad  göstərməyə  artıq  zor  edib  dedi  ki,  balalarım,  hamısı  olar, 
ancaq  indi  işsizəm.  İş  taparsam,  sizə  yaxşı  bayramlıqlar  alaram  [3, 
s.233]. 
1908-ci ildə “Tərəqqi” qəzetində “Eydi-fitr münasibətilə” başlı-
ğıyla dərc olunmuş bu kiçik hekayədə orucluq bayramında böyük bir 
ümidlə  onu  qapıda  gözləyən  övladlarının  üstünə  əliboş  gedən  atanın 
iztirabları  bayram  ovqatına  köklənmiş  şəhərin  və  şəhərin  müxtəlif 
təbəqələrindən olan, amma eyni ruh yüksəkliyini yaşayan sakinlərinin 
fonunda  çox  məharətlə  təsvir  olunur.  Məşədi  Qulamın  özü  kimi  mə-
şədilərdən,  kərbəlayılardan  fərqli  olaraq,  bayram  günündə  böyük  kə-
dərə  qərq  olmasının  səbəbi  yalnız  finalda,  uşaqlarına  müraciətində 
aydınlaşır  ki,  məhz  bu  cəhətilə  əsər  xüsusi  təəssürat  imkanı  qazanır. 
Bu, yazıçının ideyanın təbliği naminə işlətdiyi uğurlu bədii priyomdur. 
Belə  bir  üsul  onun  kiçikhəcmli  əsərlərinin  təsir  qüvvəsini  artırmaqla 
yanaşı,  ilk  anda  hərəkətsiz  görünən  süjet  xəttinə  xüsusi  dinamika  və 
bitkinlik  də  gətirir.  Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  həmin 
dövrlərdə “Molla Nəsrəddin” məcmuəsində Ə.Haqverdiyevin “Maral-
larım”  adı  altında  satirik  portretlər  üzərində  qurulmuş  silsilə  hekayə-
ləri də dərc olunurdu. Bu hekayələrin ideya və sənətkarlıq baxımından 
ən  maraqlılarından  biri  olan  “Qiraət”in  də  baş  qəhrəmanı  məhz 
Məşədi  Qulam  adlandırılmışdı.  Bu  bir  təsadüf  idimi,  yaxud  dövrün 
müxtəlif düşüncəli ziyalılarının bir əqidəyə xidmət  yolunda müəyyən 
mənada birlik nümayişi idimi, indi bu haqda dəqiq fikir yürütmək çox 
çətindir. Əsərlərin hər ikisində imkan tapıb Məşhəd ziyarətinə gedərək 
məşədi “titulu” qazanmış Məşədi Qulamların son aqibəti və qayğıları 
əlbəttə,  bir-birindən  xeyli  fərqlidir  və  onları  yalnız  adları  yanaşdıra 


 
87 
bilər.  Ə.Haqverdiyevin  bəlkə  də  nə  vaxtsa  maddi  imkansızlıqdan 
əziyyət çəkmiş, bəlkə nə vaxtsa ailəsinin üstünə əliboş getmiş Məşədi 
Qulamı,  indi  hər  qəpiyinin  haqq-hesabını  bilən,  hər  işini  sahmanla 
görən, rifahını qurmuş bir baqqaldır, amma həm də Əbdürrəhim bəyin 
sarkazma məhkum  etdiyi  “Marallar”ının sırasında ilk  yerdə  dayanan-
lardan  biridir.  Çünki  asan  olmayan  ticarətdən  əldə  etdiklərini  arvad-
uşağına  qıymasa  da,  Nataşanın  yolunda  can-başla  israf  etməyə  hazır 
olan  bu  adam  artıq  müqəddəs  dəyərləri;  ailə,  övlad  sevgisini,  dini 
etiqadını,  inancını  belə  yüngül  əxlaqlı  bir  qadının  ayağına  vermək 
dərəcəsinə  enmiş  bir  məxluqa  çevrilib  və  ondan  əməlindən  peşman 
olmaq  ümidini  ummaq  da  mümkünsüz  görünür.  M.Ə.Rəsulzadənin 
eyniadlı  qəhrəmanı  isə  saf  vicdanın,  yüksək  əxlaqın  mücəssiməsidir. 
Ən  çıxılmaz  vəziyyətində  belə  darda  olanları  düşünməyə  özündə 
iqtidar tapan, övladlarının sevgisiylə yanan, onların ümidinin qırılma-
ması  üçün  hər  şeyə  hazır  olan  fədakar  ata,  həssas  qəlbə  malik  bir 
insandır və bütün davranışıyla oxucuda rəğbət hissi oyadır. 
Ümumiyyətlə,  yazıçının  portret  hekayələrinin  qəhrəmanları  ək-
sərən  nəcib  hisslərə  malik,  romantik  ruhlu  obrazlardır.  Bu  baxımdan 
onun  “Yeni  Qafqaziya”  dərgisində  çap  etdirdiyi  “Qəzetəçi  Seyyid” 
hekayəsi  də  maraq  doğurur.  Müəllifin  bolşeviklərin  qəzəbinə  tuş  gə-
lərək  qətlə  yetirilən  Seyyid  adlı  qəhrəmanı  sadə,  zəhmətkeş  bir  in-
sandır,  lakin  əqidəsinin,  məsləkinin  böyüklüyü  onu  yüksək  şərəf  zir-
vəsinə  qaldırır,  yenilməzliyilə  insanlığın  ali  mərtəbəsində  qərarlaş-
dırır: “Qırmızı  yanaqlarında həyat,  saf  gözlərində nəşə, gülər üzündə 
vəfa və sədaqət dolu bu sağlam vücudlu insan, eyni zamanda köksün-
də sağlam bir ruh daşırdı. Milli və vətəni qayələrdə  yapılan nümayiş-
lərdə Seyyidi daima vücudu ilə mütənasib həyəcan qaplardı. Qocaman 
Azərbaycan  bayrağını  böyük  bir  vüqarla  omuzuna  alır,  həyatının  ən 
nəşəli anlarını  yaşardı; o heç bir mükafat və ücrət bəkləməyən həqiqi 
хalq vətənpərvərliyinin səmimi bir müməssili idi” [1, s. 122]. Seyyid 
bütün varlığıyla M.Ə.Rəsulzadənin arzularının, idealının daşıyıcısıdır. 
“Ən yaxşı dirilik milli dirilikdir” – fikrini həyatının amalına çevirmiş 
M.Ə.Rəsulzadənin  əqidəsinə  görə,  sosial  mövqeyindən  asılı  olmaya-
raq özünü vətəninin, millətinin övladı bilən hər bir şüurlu insan onun 
yolunda  qurban  getməyi  də  özünə  şərəf  bilməlidir.  Bu  baxımdan  baş 
qəhrəmanının  portretinin  ilk  baxışdan  subyektiv  görünə  bilən  müəllif 
sevgisi  və  səmimiyyəti  ilə  cızılması  M.Ə.Rəsulzadə  qələmində  sual 
doğurmur. 
“Bəbir xan” hekayəsi nisbətən fərqli üslubda qələmə alınmışdır. 
Nəsrəddin şahın dövrünün hadisələrini əks etdirən bu əsərin amansız, 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə