Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə41/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

 
108 
Çox  güman  ki,  sənətkar  əsgərlərin  döyüş  ruhunu  qaldırmaq 
məqsədilə bu səpkidə tuyuqlar  yazmışdır. Erkək meydanda necə dav-
ranmalı,  özünə  güvənən  kişi  mərdi-mərdanə  tufan  qoparıb,  cəsarətilə 
hər kəsə nümunə olmalıdır – fikri tuyuqlarında əsas ideyanı təşkil edir. 
Qazi  Bürhanəddin hökmdar olmuşdur. Bunu nəzərə alsaq, şeir-
lərində mərdlik və hünərin tərənnüm olunması təəccüblü deyil. Mütə-
madi  olaraq,  qaynar  sosial-siyasi  fəaliyyəti  onu  bir  qədər  məhəbbət, 
dini, mistik motivli şeirlərə daha çox yönləndirmişdir. Lakin ərənlərə 
yol verəcək, onları meydana səsləyən, ruhlandıran tuyuqları da vardır: 
 
Qoşunlar bir-birinə qaxşaşmaşda
İki aləm çərisi çaxşaşmaşda, 
Topumuz bolınısar xalqa ümid
Bu cəhan xalqı işi oxşaşmaşda.
 
 
XV  əsr  Azərbaycan  şairi  Bədr  Şirvani  poeziyasında  yaşadığı 
çətin  tarixi  şəraiti,  hərbi  sıxıntıları  yaradıcılığında  ortaya  qoyan  sə-
nətkarlardandır.  Bədr  Şirvaninin  dövrümüzə  qədər  gəlib  çatan  divanı 
vardır.  Bu  divanda  12473  beytdən  ibarət  olan  qəzəl,  qəsidə,  rübai, 
mərasi,  müqəttiat,  həbsiyyat,  məsnəvi,  təvarix,  müəmma  kimi  janrlar 
yer  almışdır.  "Divan  hal-hazırda  Özbəkistan  Elmlər  Akademiyasının 
Əbu  Reyhan  adına  Şərqşünaslıq  İnstitutunda  132-ci  nömrə  altında 
qorunmaqdadır" [3, s. 30].  
Bədr  Şirvani  dövrünün  ictimai-tarixi  və  mədəni  mənzərəsinə 
nəzər  saldıqda,  onun  müəyyən  döyüş  motivli  beytlərinin  nədən  qay-
naqlandığını  anlamaq  olar.  Bədr  Şirvaninin  ömür  yolu  1387-1450-ci 
illər  arasındakı  dövrə  təsadüf  etdiyindən  sənətkarın  yaradıcılığında 
XV əsrin əvvəllərindən ortalarına qədər yaşanmış tarixi hadisələr əsas 
yer almışdır. 
Aparılan tədqiqatlara görə, Bədr Şirvaninin təxminən 122 beyt-
dən  çox  şeiri  tarixi  hadisələrə  həsr  olunub.  Bu  baxımdan  da  Şirvan 
ərazisində baş verən tarixi  hadisələrə diqqət  etmək vacibdir.  Belə ki, 
XIII  əsrin  20-ci  illərində  Azərbaycanın  iqtisadi  inkişafında  bir  fasilə 
yarandı. Buna səbəb isə monqolların bu illərdəki yürüşləri əsas səbəb 
kimi  tarixi  qaynaqlarda  öz  əksini  tapmışdır.  "Əsasən,  Gəncə,  Bərdə, 
Beyləqan və Şabran şəhərlərinin varlığına son qoyuldu.  Bütün bunlar 
Şirvanda hərtərəfli  geriliyə səbəb oldu.  Şirvanşahlar dövləti bu tarixi 
proseslərdən keçərək XV-XVI əsrlərə doğru siyasi fəaliyyətini davam 
etdirirdi. Bədr Şirvaninin  yaşadığı  dövrdə 1382-ci  ildə  yerli  feodallar 
İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər.  


 
109 
Şirvanşah  İbrahimin  hakimiyyət  illəri  dövründə  Şirvanşahlar 
daim  kənar  qüvvələrin  maraq  dairəsində  olmuş,  türkmən,  Cəlairi, 
Cuci, Teymuri sülalələri arasında Azərbaycan, Arran, Şamaxı uğrunda 
amansız  mübarizələr  gedirdi.  Bütün  vəziyyətlərdə  təmkinli  davranıb, 
ağıllı  siyasət  yeridən  Şirvanşah  İbrahimin  bu  keyfiyyətləri  Bədr  Şir-
vaninin də müsbət mənada diqqətini cəlb etmişdi. Şirvanşah İbrahimin 
saray  şairi  olan  Bədr  Şirvani  onu  mədh  edir,  eyni  zamanda  həyata 
keçirdiyi  bir  çox  hərbi  yürüşləri  də  heyranlıqla  nəzmə  çəkirdi.  Mə-
sələn,  şair  Şeyx  İbrahimin  Avar  qalası  adlanan  yeri  ələ  keçirməsini 
belə təsvir edir: 
 
ن امو ناخ نيک شتآ زا یتخ وس ا ر نا رف اک         بضغ نيع ز ا و راو آ هماق یتف رگ نوچ 
 
)Avar  qalasını  ələ  keçirdiyin  zaman  qəzəbli  gözündən  və  nəs-
linin  kin-küdurətindən  saçılan  od-alovla  kafirləri,  dinsizləri  yandırıb 
yaxdın) [3, s. 37]. 
 
Bu  şeirində  Şirvanşah  İbrahimin  hakimiyyət  illəri  zamanında 
tez-tez  həyata  keçirdiyi  müxtəlif  döyüşlər  zamanı  göstərdiyi  uğurlu 
siyasəti dəstəklədiyini, eyni zamanda onu böyük fəxrlə mədh etdiyini 
aydın görürük.  
Bədr  Şirvaninin  yaşayıb-yaratdığı  illər  ərzində  Şirvanın  haki-
miyyətində  idarəçilikdə  daha bir sərkərdə tarix  yazmışdı. Belə  ki,  İb-
rahim  şahın  ölümündən  sonra  onun  oğlu  və  varisi  Şirvanşah  I  Xəli-
lullah hakimiyyətə gəlmişdi. Mənbələrdə göstərilir ki, Teymurun oğlu 
Şahrux fəallaşmışdı. O, İrana, Orta Asiyaya ağalıq edirdi. Lakin Şah-
rux  Şirvana  yürüş  edərkən  Qarabağa  gələrək  burada  qışlamışdı.  Şir-
vanşah Xəlilullah qiymətli hədiyyələrlə ona sədaqətini, hörmətini gös-
tərməyə  çalışmışdı.  Bu  hərəkət  Şahrux  tərəfindən  bəyənilmiş  və  o 
Şirvanın hakimi kimi Şirvanşah Xəlilullahı tanımışdı. 
"Tarixdən bizə məlumdur ki, Qaraqoyunlu  İsgəndər Şirvana bir 
neçə dəfə qoşun yeritmişdir (1425-1427, 1428, 1431) [3, s. 46]. Onun-
la  Şirvanşah  Xəlilullah  arasında  baş  verən  döyüş  səhnələrini  Bədr 
Şirvani Xəlilullaha yazdığı qəsidələrində bu cür təqdim etmişdir: 
 
نا ديم رد یور هد رک و تشچ لکوت رن هداهن         اچزا ینکفا مصخ ات ريشمش رن تسد ه داشگ 
ناديمرد ريشراوس نيا تسناتفآ ناشخ رد            تفگ نود رگديد ه را وس ترصن بک رم رنا رت 
ناياچين یا رحص رد تخند ريگن شتسد رگد           اچ زا داتف واردنکس تمهسزا دروخ ر دنکس 
 
((Sən)  Düşməni  məhv  etmək  üçün  şəmşirə  əl  atarkən,  (o)  quy-
ruğu  kəsilmiş  halda  meydandan  üz  çevirib  qaçdı.  Fələk  sənin  zəfər 


 
110 
atını mindiyini görüb dedi: bu şir belindəki süvari meydanda parlayan 
bir günəşdir. İsgəndər sənin atdığın oxdan büdrəyib  yıxıldı, o sonsuz 
səhrada  onun  bəxti  gətirməz)  [4,  s.  46].  Bu  misralardan  bəlli  olur  ki, 
Şirvanşah Xəlilullahın İsgəndərlə olan döyüşlərində Xəlilullah böyük 
rəşadət  göstərərək  müvəffəqiyyət  qazanır.  Sənətkar  sərkərdəni  mədh 
etməklə  döyüşün  əsas  detalları  ilə  bağlı  tarixi  məlumatlar  verir.  Bir 
çox tarixi yer adları, eyni zamanda istinadgahların adlarının çəkilməsi 
həm  tarixi  fakt  olaraq,  eyni  zamanda  uğurlu  sənət  nümunəsi  kimi 
hərbi poeziyanın bariz nümunələri olaraq ortaya qoyulmuşdur. 
XVI  əsr  orta  dövr  Azərbaycan  ədəbiyyatında  xüsusi  yeri  olan 
sənətkarlardan biri də Məhəmməd Bayram xan olmuşdur. Hindistanın 
tarixində  böyük  rolu  olmuş  sənətkar,  həm  hörmətli  sərkərdə,  həm  də 
filosof, şair olaraq tarixə düşmüşdür.  
Qəzənfər  Əliyevin  "Байрам  хан  туркменский  поэт"  adlı  mo-
noqrafiyası  bu  gün  üçün  də  Bayram  xan  haqqında  yazıya  alınmış  ən 
böyük əsər olaraq qiymətləndirilir. Bu əsərdə Bayram xanın hərbçi ol-
masına rəğmən savaşa qarşı olan etirazı olduqca duyğulu şəkildə qə-
ləmə alınmışdır. "В туркменских газелях Байрам хана явствен мо-
тив  жалобы  на  пороки  современного  поэту,  раздираемого  меж-
дуусобными войнами обшества. В одной из газелей поэт говорит: 
 
Хер соз ки гаразгу дийсе,эй яр,ынанма, 
Эрбабы-гараз созиге зынхар ынанма. 
О друг мой, не верь словам интригана, 
О, не верь никогда слову корыстных людей" [9, s. 82].
 
 
Əsərdə  göstərilir  ki,  Bayram  xan  müxtəlif  hakimiyyət  qüvvə-
lərinin  feodal  münasibətləri  çərçivəsində  apardıqları  müharibələr, 
döyüşlər,  müxtəlif  hakimiyyət  çəkişmələri  onun  özünə  belə  heç  bir 
fayda  gətirməyib,  əksinə,  bu  hadisələrin  qurbanına  çevrilib.  Sənətkar 
xoşbəxtliyi xeyirxah işlərdə, təmiz mənəviyyatda görür. Müharibələr, 
döyüşlər isə ona görə ancaq bədbəxtliyə səbəb ola bilər. 
Bayram  xanın  Qəndəhar  və  Sirhindin  alınmasında  göstərdiyi 
şücaət onun Xan-xanan (Xanlar xanı) titulunu almasına səbəb olmuş-
dur. Eyni zamanda bu döyüş onun yaradıcılığında da öz  əksini bu və 
ya digər şəkildə almışdır: 
 
مهب داش روضح ميرح رد 
مغيب و مرخ مينيشنب 
مينک دنس راک رکف نآ زا دعب 
مينک دنه کلم ريخست مزع 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə