Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə39/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   35   36   37   38   39   40   41   42   ...   137

 
102 
Əlisa Nicat romanında diqqəti daha çox Çaldıran döyüşünə yö-
nəldir,  Şah  İsmayılla  Sultan  Səlim  arasında  gedən  müharibənin  iki 
qardaş türk xalqını parçalamağa aparan münaqişənin fəlsəfəsini açır.  
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı hər şeydən əvvəl 
Dədə  Qorqud  dastanı  haqqında  əvvəllər  nəzərə  çarpmayan  cəhətlərin 
üzə çıxarılması ilə orijinaldır. Bəlkə də, bu roman nəzərdən qaçanların 
dilə  gətirilməsi  baxımından  önəmli  olduğu  üçün  seçilir.  Bu  əsərdə 
yazıçı  sələflərindən  fərqli  olaraq  keçmiş  və  bu  günü  bir  araya  gətir-
mişdir. Belə ki, XVI əsrdə  yaşayan Şah İsmayıla XXI  əsrdə  yaşayan 
müəllifin gözü ilə baxılır. Bu əsərdəki Şah İsmayıl obrazı ilə əvvəllər 
yazılmış  romanlarda  yaradılmış  Şah  İsmayıl  obrazı  fərqlidir.  Bu 
barədə  Xəyalə  Əliyevanın  fikirlərinə  baxaq:  “Romanın  digər  bir  his-
səsi  Şah  İsmayıl  Xətai  dövrü  ilə  bağlıdır.  Romanda  Azərbaycan  tari-
xində  müstəsna  yeri  olan  Şah  İsmayıl  Xətai  bədii  obraz  kimi  post-
modern  düşüncə  tərzində  yenidən  işlənmişdir.  Yazıçı  Şah  İsmayılın 
obraz olaraq mistifikasiyasını yaratmışdır. Bəzi tədqiqatçıların fikirləri 
bədii  nəsrdə  də  öz  əksini  tapmış  olur.  Belə  ki,  bir  sıra  tədqiqatçılar 
qeyd edirlər ki, Şah İsmayıl Xətai öz oxşarını saraya gətirmişdir. Be-
ləliklə, onun barəsində belə bir mistifikasiya formalaşmışdır ki, oxşarı 
şeirlər yazmış, xəttatlıqla məşğul olmuşdur. Bu barədə geniş müzaki-
rələr, hətta mübahisəli diskussiyalar da olmuşdur. Bu kimi tarixi-bədii 
problemi Kamal Abdulla “Yarımçıq  əlyazma”ya gətirmişdir. Roman-
da  Ş.İ.Xətai  dövrü  iki  yerə  bölünür.  Çaldıran  döyüşünə  qədərki  və 
Çaldırandan  sonrakı,  görkəmli  sərkərdə,  cəngavər  padşah  obrazı  və 
şair Xətai” [3, s. 34]. 
Nümunələrdən də  göründüyü kimi,  Azərbaycan tarixi  romanla-
rında Şah İsmayıl Xətainin obrazı özünəməxsus şəkildə yaradılmışdır. 
1514-cü  ildə  Çaldıran  döyüşü  yalnız  iki  dövlətin,  iki  böyük  tarixi 
şəxsiyyətin qarşıdurması deyil, bütün bir Qərbi Asiya və Şərqi Aralıq 
dənizi coğrafiyasının; Türkiyə, İran və ərəb ölkələrinin; türk, türkmən 
və  fars  tarixlərinin  düzəlməz  xəttləri  bu  döyüşdə  hazırlanmışdır.  Bu 
döyüş  bir  münaqişə  nöqtəsidir  və  münaqişənin  nəticələri  hələ  də  da-
vam etməkdədir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Axundlu  Y.  Azərbaycan  tarixi  romanı:  mərhələlər,  problemlər  (1930-2000). 
Bakı, “Adiloğlu”, 2005. 
2.
 
Məhərrəmova C. Xətai haqqında roman. “Azərbaycan müəllimi”, 16 iyun 1982. 
3.
 
Poetika.izm. AMEA. Elmi jurnal. “Elm və təhsil”, № 2, 2016.  
4.
 
Kərimzadə F. Xudafərin körpüsü. Bakı, 1982. 


 
103 
5.
 
Kərimzadə F. Çaldıran döyüşü. Bakı, 1988. 
6.
 
Cəfərzadə Ə. Bakı-1501. Bakı, 1981. 
7.
 
Əlisa Nicat. Qızılbaşlar. Bakı, “Yazıçı”, 1983.  
8.
 
Kamal Abdulla. Yarımçıq əlyazma. Bakı, 2004. 
 
Yasemin Meydan 
 
IMAGE OF SHAH ISMAIL IN THE AZERBAIJANI  
HISTORICAL  NOVELS  
 
Summary 
 
The  article  is  dedicated  to  novels  dedicated  to  Shah  Ismayil  Khatai.  The 
novels have been analyzed in the context of modern thinking. A number of articles 
and  studies  have  been  quoted.  Real  events  have  studied  the  synthesis  of  artistic 
thinking.  
 
Ясемин Мейдан 
 
ОБРАЗ ШАХА ИСМАИЛА В АЗЕРБАЙДЖАНСКИХ  
ИСТОРИЧЕСКИХ РОМАНАХ 
 
Резюме 
 
В  статье  говорится  о  романах,  посвящённых  Шаху  Исмаилу  Хатаи, 
которые  анализируются  в  контексте  современного  мышления.  Приводятся 
цитаты из ряда статей и исследований. Представлен синтез реальных событий 
и художественного воображения. 


 
104 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Güllü SEYİDLİ 
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi 
nigar.turk@yandex.ru
 
 
ORTA ƏSRLƏR AZƏRBAYCAN  
ŞEİRİNDƏ HƏRB MÖVZUSU
 
 
Açar sözlər: orta əsrlər, hərb mövzusu, ədəbiyyat, tarix, siyasət 
Key words: middle ages, military poetry, literature, history, policy 
Ключевые  слова:  средневековье,  военная  тема,  литература,  история, 
политика
 
 
Orta əsrlər Azərbaycan ədəbiyyatı müəyyən ictimai-siyasi çətin-
liklərlə yadda qalmışdır. Baş verən tarixi proseslər mövcud ədəbiyya-
tımızdan  yan  keçə  bilməmiş,  bu  və  ya  digər  şəkildə  öz  təsirini  gös-
tərmişdi.  XIII  əsrin  əvvəllərindən  başlayan  ağır  monqol  əsarəti  bir 
müddət  ədəbiyyat,  incəsənət  və  elmin  inkişafını  ləngitmişdi.  Lakin 
işğalçılar da tarixi zərurətlə hesablaşmaya bilməzdilər. Yerli əhali ilə 
müqayisədə  maddi  və  mənəvi  inkişaf  səviyyəsi  xeyli  aşağı  olan 
monqollar  azərbaycanlıları  dövlət  idarələrinə  cəlb  etməyə,  onların 
mədəniyyət  və  həyat  tərzini  qəbul  etməyə  məcbur  oldular.  Beləliklə, 
monqollar  nəinki  Azərbaycan  mədəniyyətinə  və  dilinə  təsir  göstərə 
bilmədilər,  əksinə,  özləri  tezliklə  assimilyasiyaya  uğrayıb,  yerli  əha-
liyə qarışdılar.  
Həm  tarixi,  həm  də  ədəbi-mədəni  şərait  qədim  və  orta  dövrlər 
Azərbaycan  ədəbiyyatına  təsirini  göstərirdi.  Belə  bir  zamanda  Azər-
baycan ədəbi mühitində hərb poeziyasının hansı səpkidə formalaşması 
olduqca  böyük  maraq  doğurur.  Qeyd  etdiyimiz  kimi,  XI-XII  əsrlər 
ərəb-fars  dilinin  üstünlüyü,  XIII  əsrdən  başlayaraq  monqol  istilası, 
XIV əsr Əmir Teymurun işğalçı yürüşləri xalqın mənəvi-mədəni həya-
tına  təsirsiz  ötüşmədi.  Bu  tarixi  şərait  birbaşa  ədəbi  nümunələrdə  öz 
əksini tapmalı idi. 
XI  əsrdən Qətran Təbrizinin (1012-1088-ci illər) yaradıcılığı ilə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə