Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə47/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   43   44   45   46   47   48   49   50   ...   137

 
125 
nımaq istəyindən, keçmişinə müstəqil müraciət ehtiyacından doğurdu. 
Ədəbiyyatşünas  Y.Qarayev  bu  tendensiyanı  nəzərdə  tutaraq  yazırdı: 
"Son  illəri  nəsrdə  tarixi  janrın  hərtərəfli  intibah  dövrü  adlandırmaq 
olarmı?  Öz  tarixilik  axtarışlarında  bu  nəsr  hansı  çətinliklərlə  qarşı-
laşır?  Tarixi  əsərlər,  əlbəttə,  çox  yaranır.  Bəs  onların  cəmindən  bir 
xalqın  bədii  tarixi  və  tarixi  taleyi  cəm  ola,  yarana  bilirmi?  Bu  əsər-
lərdə  eyni  bir  milli  və  sosial  tarixə  verilən  vahid,  qlobal  konvensiya 
ifadə edilirmi?  
Axı,  tarixi  əsərlərdə  zaman  və  xalq  qarşısında  bədii  cavabdeh-
liyin meyarı daha böyük və miqyaslıdır: o, həmişə və hər yerdə "Mən 
kiməm?" – sualına "Bəs babam kimdir?" – sualı ilə birlikdə cavab ve-
rir. Məsələn, həqiqi tarixi nəsr – nəsrdə dərk olunan milli tarix və milli 
taledən başqa bir şey deyildir" [1, s. 24].  
Azərbaycan  bədii  nəsri  zaman-zaman  epik  planda  xalqın  həya-
tını,  məişətini,  psixologiyasını,  mövcud  əhvali-ruhiyyəsini  əks  etdir-
mişdir.  Lakin  tarixi  yaddaş  anlayışı  dövrün,  zamanın  ideoloji  qatla-
rında  hər  vaxt  eyni  cür  anlaşılmamışdır.  Bəzən  yazıçının  özünün  in-
terpretasiyası,  bəzən  isə  faktları  təhrif  etməsi  xalqın  milli  tarixi  yad-
daşını düzgün əks etdirməməsinə gətirib çıxarır. Tarixi yaddaşın düz-
gün  əks  etdirilməsini  vacib  prinsiplərdən  hesab  edən  rus  ədəbiyyat-
şünası  V.Oskotski  sənədlərdən  istifadəni  diqqət  mərkəzinə  çəkərək 
yazır:  "Sənədlərə  arxalanmaq  tarixi  romanın  təbiətini  başa  düşmək 
üçün həqiqətən çox şey verir" [2, s. 35].  
Elə  də  olur  ki,  yazıçı  tarixi  faktı  bütün  dərinliyi,  mahiyyətini 
dərk edə bilmədiyindən milli yaddaşı axıradək təsvir edə bilmir, yaxud 
da tarixi  yaddaşı  olduğu kimi  təsvir edir, hadisələri tarixi  ardıcıllıqla 
göstərməklə  öz  işini  bitmiş  hesab  edir.  Halbuki  tarixi  yaddaşın  bədii 
nəsrdə  bərpası  yalnız  tarixi  faktların  salnamələrdə  olduğu  kimi  veril-
məsindən  ibarət  deyil,  həm  də  onu  bədii  obrazlarla,  qüvvətli  xarak-
terlərlə  dövrün,  hadisələrin  mənzərəsini  yaratmaq,  xalqın  milli-əxlaqi 
inkişaf prosesini düzgün göstərməkdən ibarətdir. Bu yanaşma müxtəlif 
vaxtlarda müxtəlif cür başa düşüldüyündən ona münasibət də müxtəlif 
olmuşdur.  Bütün  bunlar  tarixi  yaddaşın  əks  etdirilməsindən  bu  yana 
ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. Tarixi  yaddaşın təs-
virində  elmi-nəzəri  fikirdəki  bu  ziddiyyətlər,  hər  şeydən  əvvəl,  prob-
lemə  birtərəfli  yanaşmadan  irəli  gəlmişdir.  Sovet  dövründə  xalqın  öz 
keçmişinə  nəzər  salmasında  olan  məhdudlaşdırmalar  da  onun  tarixi 
yaddaşını düzgün əks etdirməməsinə səbəb olmuşdur. Görkəmli yazıçı 
və  tənqidçi  M.Hüseyn  yazıçının  tarixi  yaddaşı  təsvir  etməsində  ya-
ranan problemlərə nəzər yetirərək yazırdı: "Tarixçinin faktik məlumatı 


 
126 
yazıçının  məlumatından,  yəni  bədii  əsərdə  göstərdiyi  hadisələrdən 
fərqlənir  və  gələcəkdə  də  fərqlənəcəkdir.  Bu  səbəbə  görə  də  bədii 
yaradıcılıq  süzgəcindən  keçmiş  tarixi  faktları  elmi  tarixin  faktları  ilə 
müqayisə etmək vəzifəsini öhdəsinə götürən hər bir müəllif, eyni za-
manda bədii  yaradıcılığın da öz xüsusiyyətlərini  bilməyə  məcburdur" 
[3, s. 415].  
Qeyd  etmək  lazımdır  ki,  M.Hüseynin  40-cı  illərdə  yazdığı 
"Yazıçı və tarix" məqaləsi özünün elmi erudisiyası, nəzəri hüdudları, 
təcrübi istiqaməti ilə son dərəcə qiymətli olduğu kimi, həm də zama-
nında  tarixi  yaddaş  probleminə  işıq  salan  proqram  xarakterli  elmi 
araşdırmadır.  Yazıçı  həm  də  ədəbi  təcrübəsindən  irəli  gələn  prob-
lemləri bütün dərinliyi və vüsəti ilə qavradığındandır ki, tarixi yaddaş 
problemini  obyektiv  şəkildə  araşdırmağa  və  müəyyən  nəticələrə  gəl-
məyə  nail  olur.  Hələ  yazıçının  dövründə  tarixi  yaddaşa  az-az  müra-
ciətlər  olsa  da,  dövrün  ideoloji  meyillərini  nəzərə  almadan  problemə 
aydınlıq  gətirməsi  yazıçının  mövqeyini  möhkəmləndirməyə  xidmət 
edir.  Yazıçının  aşağıdakı  fikri  bu  gün  də  öz  əhəmiyyətini  itirməyib: 
"Çox ola bilər ki, tarixi mövzuda yazılmış bədii əsərin süjeti başdan-
başa uydurulsun, buna baxmayaraq, əsərdə təsvir olunan tarixi hadisə 
və tarixi  konkretlik  şübhə doğurmasın.  Burada tələb olunan  əsas  şey, 
yenə  də  həmin  dövrün  ümumi  səciyyəsini  dürüst  anlamaq  və  dürüst 
göstərməkdir" [3, s. 422].  
Azərbaycan  bədii  nəsrində  tarixi  yaddaşı  təsvir  edən  əsərlərin 
bəzilərində qarşıya qoyulan məqsədlərin fərqli olmasına baxmayaraq, 
müəyyən səbəblərdən onların bir qismində reallıqlar tarixə uyğunlaş-
dırılmamış, təhriflərə yol verilmiş, nəticədə ideya-bədii cəhətdən zəif 
əsərlər  də  meydana  çıxmışdır.  Ədəbi  tənqid  bu  cür  əsərlər  haqqında 
mətbuatda  öz  sözünü  demiş,  bu  əsərlərin  qüsurlarını  göstərmişdir. 
Bəzən  isə  ən  yaxşı  tarixi  romanlarımızda  tarixi  yaddaşın  pozulması 
hallarına  rast  gəlinir  ki,  ədəbi  tənqid  buna  da  dərhal  öz  reaksiyasını 
vermişdir.  Məsələn,  M.İbrahimovun  bəzən  təsvirçiliyə  meyil  etməsi, 
Ə.Cəfərzadənin  əsərlərinə  tarixi  şəxsiyyətlər  haqqında  geniş,  dəqiq 
tarixlər daxil etməməsi  və s. kimi  qüsurlar diqqətdən  yayınmamışdır. 
Yaxud  M.Hüseynin  "Qılınc  və  qələm"  əsəri  ilə  bağlı  iradına  nəzər 
yetirək.  Tənqidçi  romanın  məziyyətlərini  qeyd  etməklə  yanaşı,  tarixi 
yaddaşın  pozulması  hallarına  da  rast  gəlindiyini  bildirərək  yazırdı: 
"Nizaminin danışığında Şimali və Cənubi Azərbaycan birliyi də yanlış 
izah olunmuşdur. "...Nizami Azərbaycan dövlətlərinin vəhdəti zərurə-
tini  meydana  atsaydı,..  o  zamankı  Azərbaycan  dövlətləri  arasındakı 
çəkişmələrin  Azərbaycan  xalqını  zəif  salmağından  bəhs  etsəydi,  o 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə