Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə48/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

 
127 
dövrün xüsusiyyətini daha düzgün göstərmiş olardı" [3, s. 573]. Tən-
qidçi  M.Hüseynin  tarixi  yaddaşın  pozulması  ilə  bağlı  bu  iradı,  ümu-
miyyətlə,  elmi-nəzəri  fikrin  problemə  aydın  ifadəsi  kimi  səslənir  və 
gələcək tədqiqatlar üçün nəzəri baza rolunu oynayır.  
Əlbəttə,  tarixi  mövzu  və  yaddaş  Azərbaycan  bədii  nəsri  üçün 
tamamilə yeni bir hadisə idi; klassik nəsrdə belə bir bədii təcrübə zəif 
olduğundan ilk nümunələrin ədəbi tənqid tərəfindən dəyərləndirilmə-
sində müəyyən çatışmazlıqlar da ola bilərdi. Çünki ədəbi tənqid üçün 
tarixi  yaddaşın bərpasına münasibət və onu təhlil etmək üçün nəzəri, 
elmi  təcrübə  yox  idi.  Ona  görə  də  Y.V.Çəmənzəminlinin,  M.S.Ordu-
badinin  tarixi  yaddaşla  bağlı  ədəbi  tənqidin  iradlarında  metodologiya 
və  tarixi  mövzu  ilə  əlaqəli  aydın  elmi  konsepsiya  yox  idi.  Üstəlik 
rəsmi  ideologiya  əsərə  obyektiv  qiymət  verməyə  imkan  vermirdi.  Bu 
illərdə  tarixi  əsərə  daha  çox  proletar  düşüncəsi  və  bolşevik  nöqteyi-
nəzərindən  qiymət  verilirdi.  Y.V.Çəmənzəminlinin  "Qızlar  bulağı" 
romanı məhz belə bir tənqidlə üzləşmişdi. Əli Hüseynzadənin "Qızlar 
bulağı"  məqaləsində  romanla  bağlı  obyektiv  təhlillər  aparıldığı  kimi, 
onu  ideoloji  mövqedən  tənqid  də  əsas  yer  tuturdu.  Romanın  tarixi 
yaddaşın bərpası ilə bağlı yerlərini fantaziya əlamətləri sayan tənqidçi 
oxucunu romanın "utopiya, yoxsa tarixi roman" dilemması qarşısında 
qoyduğunu  yazır.  Əlbəttə,  romanın  dərc  olunduğu  dövrdə  tarixi  yad-
daşda bədii təxəyyülün rolu hələ yetərincə müəyyən edilməmişdi. Ona 
görə də müəllif əsərə tarixi roman kimi yanaşsa da, yazıçının romanın 
ideyasını müəyyənləşdirən bədii təxəyyülü ilə razılaşa bilmir: "Şuralar 
ölkəsində  inkişaf  edən  sosialist  ədəbiyyatı,  belə  əsərlər  yaratmaqla, 
bəşəriyyətin keçmiş həyatının istismarı, zülmü, vəhşət və dəhşətilə bə-
rabər  zəhmətkeş  kütləyə  açıb  göstərməli,  onları  doğuran  səbəb  və 
şəraiti  izah  etməklə,  yeni  həyat  quruluşuna  lazımi  istiqaməti  vermək 
yolunda kütlənin şüurunu müəyyən hədəfə doğru təşkil etməlidir.  
Bu məsələni düzgün həll edə bilmək üçün tarixi romanın ehtiva 
etdiyi  devri  və  ya  hadisəni  azad  bir  surətdə,  mücərrəd  və  fantastik 
deyil,  biləks  tarixin  tələb  etdiyi  zaman  və  məkan  daxilində  olmaq 
şərtilə, o devri və ya hadisəni əhatə edən, onu tamamlayan, izah edən 
aktlar kompleksi içərisində əks etdirməlidir" [4, s. 32]. 
Göründüyü kimi, tənqidçi yazıçı üçün sanki bir çərçivə çəkərək 
ona  bu  cızıqdan  kənara  çıxmamağı  tövsiyə  edir.  Mövcud  ideologiya 
tarixi  yaddaşa,  mövzuya  da  sosialist  realizmi  prinsiplərindən  yana-
şaraq bədii əsərləri beynəlmiləlçi mövqedən qiymətləndirməyə üstün-
lük verirdi. Halbuki tarixi yaddaşı beynəlmiləlləşdirmək, tarixə bu gü-
nün  nöqteyi-nəzərindən  qiymət  vermək  yolverilməzdir.  Hər  dövrün 


 
128 
xarakterinə  uyğun,  zamanın  hadisələrinin  doğurduğu  müxtəlif  talelər, 
insan  xarakterlərini  özündə  ehtiva  edən  süjet  xətlərinin  olması  daha 
məqsədəuyğun hesab edilir.  
60-cı  illərdən  başlayaraq  tarixi  yaddaş  bədii  düşüncə  müstəvi-
sində yeni formatda çıxış etməyə başladı. Tənqidçi Elçin bunu nəzərdə 
tutaraq "Sosrealizm bizə nə verdi" araşdırmasında folklora müraciətin 
səbəblərini belə izah edirdi: "Məhz belə bir bədii-estetik amal özündən 
əvvəlki  onilliklərin  üzərindən  folklora  körpü  saldı  və  Süleyman 
Rəhimovun,  Mehdi  Hüseynin,  İlyas  Əfəndiyevin,  Ənvər  Məmməd-
xanlının  bəzi  hekayələri  yalnız  folklor  əsasında  yazılmış  ayrı-ayrı 
nümunələr idisə, "altmışıncılar"ın yaradıcılığında folklor alt qatın mü-
hüm hissəsinə çevrildi, hiss və həyəcanların təsvirində, psixoloji qat-
ların açılmasında sitat yox, mahiyyətin ifadəsi oldu" [5, s. 58].  
Yazıçı  tarixi  yaddaşı  təsvir  edərkən  tarixi  faktları,  məlumatları 
nəzərə  almalıdır,  ancaq  onu  olduğu  kimi  verməyə  məcbur  deyildir, 
tarixdən  bizə  məlum  olmayan  hadisə  və  obrazlar,  epizodları  da  bədii 
təxəyyül  vasitəsilə  vermək  bədii  yaradıcılığın  xarakterindən  doğur. 
Yazıçının  əsas  məqsədi  tarixi  yaddaşı  bərpa  etmək,  dövrü,  mühiti, 
onun  xarakterini  düzgün  təsvir  etməkdir.  Uzun  müddət  ideologiya 
tərəfindən  yönləndirilən  nəzəri  fikrin,  ədəbi  tənqidin  tarixi  yaddaşa 
müraciətində müəyyən məhdudiyyətlər olduğundan bədii nəsrdə tarixi 
yaddaşa  müraciətdə  sərbəstlik  olmamışdır.  Bununla  belə  tarixi  yad-
daşın bədii əsərlərdəki təsviri tənqidçi və ədəbiyyatşünaslar tərəfindən 
araşdırılmış,  problemə  nəzəri,  elmi  baxış  sərgilənmişdir.  Dünya  ədə-
biyyatının məşhur yazıçıları Valter Skott, Lev Tolstoy, Ceyms Oldric, 
Aleksey Tolstoy, Vasili Yan və başqalarının əsərlərində tarixi yaddaşa 
müraciət edilmiş, keçmiş tarixi faktların və bədii təxəyyülün qarşılıqlı 
münasibətləri  səviyyəsində  formalaşmışdır.  Görkəmli  rus  tənqidçi  və 
ədəbiyyatşünasları  V.Belinski,  Y.Tınyanov,  S.Zlobin  və  başqalarının 
məqalələrində də tarixi yaddaşın bədii nəsrdə təsviri problemlərinə bu 
və ya digər dərəcədə münasibət bildirilmişdir. 
Azərbaycan  ədəbiyyatşünasları  və  tənqidçiləri  Mehdi  Hüseyn, 
Mirzə  İbrahimov,  Məmməd  Arif,  Qulu  Xəlilov,  Məsud  Əlioğlu, 
Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Elməddin Əlibəyzadə, Akif 
Hüseynli, Yavuz Axundlu, Nazif Qəhrəmanlının tədqiqatlarında tarixi 
yaddaş problemi bu və ya digər şəkildə araşdırılmışdır. N.Qəhrəmanlı 
tarixi yaddaşa yazıçı münasibətini belə ifadə edir: "...tarixə yazıçı mü-
nasibəti  tarixi  dövrə  baş  vurub  çıxmaqdan  ibarət  olmur.  Bu,  həm  də 
xalqın böyük mənəvi ehtiyatına, onun düşüncə xəzinəsinə, şüur sərvə-
tinə yüksək bələdlik və həmin mənbələrdən məharətlə istifadə demək-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə