Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə45/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

 
120 
haqq səsinin hayqırtılarını dünyaya çatdıran, sərbəst formada yazılmış 
əsərdir.  Şair  üzünü  cənab  senatora  tutaraq  deyir  ki,  “Bilsən  də,  bil-
məsən  də  Azərbaycanla  bağlı  bir  az  təqdimat  verim”  [15,  s.  233]. 
Sonra  da  ölkəmizin  coğrafiyası,  tarixi,  ədəbiyyatı  barədə  amerkalı 
senatorlara  bilgilər  verir.  İki  yüzillik  parçalanmağımız  barəsində  din-
ləyicilərdə təəssürat yaradır. “Qoca Şərqdə ilk dəfə Müstəqillik adıyla 
dalğalanan  bayrağam”  [15,  s.  235]  sətirləri  ilə  onları  tarixi  fakt  qar-
şısında qoyur. Qəti fikrini bildirir ki, “Arxasında durmasan Heç bir iş 
görə bilməz, nə erməni barmağı, nə erməni lobbisi” [15, s. 240]. Bun-
dan sonrakı bölümdə şair daha kəskin pafosla çıxış edir: “Arxivlərdə 
çürüməkçün Bir saralmış varaq oldu BMT-nin qətnaməsi” [15, s.243]. 
Şair bu əsərdə konkret mövqeyini ortaya qoyur, bir işə yaramaz dünya 
siyasətçilərinin  fəaliyyətinə  qarşı  kəskin  etirazını  bildirir.  Ermənis-
tanın güvəndiyi Rusiyadan pay aldığı silahlara, Fransa senatına, Nyu-
Yorkda  apardığı  təbliğata  qarşı  əks  mövqeyini  nümayiş  etdirir.  “Bu 
gün  səndə  Ermənistan  qayğısı  var,  Bu  gün  səndə  Azərbaycan  dərdi 
yoxdur” [15, s. 258] – misralarından ittihamında haqlı olduğuna inan-
dırır. Şairin bu poemanı yazmaqda  əsas məqsədi əsərin sonlarına  ya-
xın  tamamilə  bəlli  olur.  O,  Amerikaya  xitabən  bildirir  ki,  “Ədaləti 
tərəzidə  elə  çək  ki,  Şərə  doğru  əyilməsin”  [15,  s.  258].  Yəni  bir  gün 
haqqını tapdadığınız türkün (Azərbaycanın timsalında) gələcək nəsil-
lərinə cavab verməli olacaqsınız. 
Xocalı soyqırımı kimi, Şuşa şəhərinin də işğalı poemalarda daha 
çox əksini tapan mövzulardandır. Vaxtilə Qarabağ xanlığının paytaxtı 
olan bu şəhər çağdaş əsərlərdə sanki məhv edilmiş əzəmətli keçmişin 
faciəvi  simvolu  kimi  obrazlaşdırılmışdır.  E.Akimovanın  Z.Yaqubun 
“Şuşa şikəstəsi” poeması haqqında fikirlərini bir sıra həmin mövzulu 
əsərlərə şamil edə bilərik. “Poemada müəllif sanki çıxılmaz bir boşluq 
içindədir, yaralarımızın közünü qoparan “Şuşa” şikəstəsini ağı ritminə 
kökləyib” [10, s. 64]. Bu ağı ritmi bir çox əsərlərdə işğala və məzlum-
luğa qarşı etirazlarla müşayiət olunur. 
Şəhərin işğalından bəhs  edən Cabir Novruzun üç parçalı “Şuşa 
yolu”  poeması  1991-ci  ilin  mayından  2001-ci  ilin  noyabrınadək  ya-
zılıb.  Şair  əsərin  ilk  başlanğıcındaca  düz  on  ildir  Şuşa  deyə  qışqır-
dığını bildirir. “Deyirəm ki, nə kişisən, nə şairsən? Sən Şuşasız hansı 
haqla  yaşayırsan?”  [16,  s.  4]  Biz  Şuşanın  qarşısında  xalqımızla,  eli-
mizlə günahkarıq. Ən qəbuledilməz məqam odur ki, çəkməmizi dillə-
riylə silənlərə məğlub olmuşuq. Elə buna görə də, bu əbədi bir ləkədir. 
Şair  xatirindəki  Şuşanı  düşünür.  Vaxtilə  səksən  birin  yanvar  ayında 
orada  M.P.Vaqifin  mavzoleyinin  təntənəli  açılışını  yada  salır.  “Mən 


 
121 
aradım əsrlərlə azadlığı, Onun da ki yarımçığı mənə düşdü” [16, s. 10] 
sətirlərindən  şairin  açıq-aşkar  Şuşasız  azadlığı  qəbul  etmədiyini 
görürük.  Çünki  o  50  milyonluq  dövlətin  ikinci  mərkəzidir,  bu  tayda 
Təbrizin əvəzidir. Şairi sarsıdan odur ki “Təbrizdən də uzaq imiş Şuşa 
yolu” [16, s. 13]. Əvvəl üç saatlıq  olan bu  yol  indi  yüz il uzaqlaşıb. 
Qorxulu  olan  odur  ki,  zaman  keçdikcə,  Şuşa  yolu  əfsanəyə,  nağıla 
dönə  bilər.  Şair  üçün  Şuşa  yolu  Qarabağı  birləşdirən  qoşa  polad  qol 
idi;  indi  isə  “Onu  yağılar  çevirib  mənə  qarşı,  Minalanıb,  çəpərlənib 
hər  qarışı”  [16,  s.  13].  Şuşasız  hər  bir  şey,  hətta  tanrı  payı  da,  millət 
sayı  da  yarımçıqdır.  Şair  sonda  yenə  də  Şuşa  yolunun  açılacağına 
ümidini  itirmir.  Bir  gün  yenə  o  yolu  bərk-bərk  qucaqlaya  biləcəyinə 
inanır. Lakin məlumdur ki, Cabir Novruzun vəfatından illər keçsə də, 
onun bu istəyi hələ də reallaşmayıb, Şuşa tapdaq altındadır. 
Bu qədim şəhərin müasir taleyinə biganə qalmayan  yazarlardan 
biri də İlyas Tapdıqdır. Onun “Şuşa gözləyir bizi” lirik poeması Şuşa 
şəhərinin  250  illiyinə  həsr  edilib.  2000-ci  ilin  22  dekabrında  qələmə 
alınan  bu  əsər  səkkiz  parçadan  ibarətdir.  Əsər  Şuşamızın  nə  qədər 
sevimli olduğunun yada salınması ilə başlanır. “Mən Şuşanın uğrunda 
Hər  ölümə  gedərəm!”  –  [17,  s.  112]  deyənlərin  artıq  dinməməsi  və 
“Mersedes”də  gəzib-dolaşması  şairi  hiddətləndirir.  Canlarından  ke-
çənlərin qanını həqiqətən vətənə halal etməsini alqışlayır, ara qarışan 
kimi fürsət tapıb aradan qaçmadıqları üçün onları dəstəkləyir. Şuşanın 
şöhrətini  dünyaya  yayan  Üzeyirin,  Natəvanın,  Bülbülün  büstlərinin 
düşmənlər  tərəfindən  yaralanması  ürəkağrısı  ilə  xatırlanır.  Növbəti 
parçada şair bu müsibətlərdən sonra vətənimizdə yaranan etinasızlığa 
kəskin  etiraz  edir.  Ölkəmizdə  baş  alıb  gedən  bu  naqislikləri  təsvir 
edəndən sonra müəllif əsl mahiyyəti tələb edən sualını verir. “Daşaltı 
–  daş  yastığı,  Qoyub  başının  altda,  Nə  düşünür  möhtəşəm  Murov 
qaşının  altda?”  [17,  s.  114]  Əslində  Murov  burada  bütöv  türklüyün 
simvoludur.  Yəni  illər  ötüb  keçdikcə,  bu  millətin  övladları  itirilmiş 
torpaqlarını  geri  qaytarmaq  üçün  nə  düşünürlər.  Bəlkə  də,  düşüncə-
lərini  oyatmaq  üçün  müəllif  yubileylə  əlaqədar  hər  kəsi  Şuşanın  gö-
rüşünə getməyə çağırır. Çünki “Qədəmini qoyubdur İki yüz əlli yaşa, 
Başdan-başa  tamaşa  –  Şuşa  gözləyir  bizi!”  [17,  s.  114]  Əsərin  əsas 
leytmotivi də ondadır ki, neçə illərdir Şuşa bizi gözləyirsə, biz onu bu 
qədər gözlətməməliyik. 
Torpaqlarımızın işğalı elə bir mövzudur ki, yazarlar dönə-dönə o 
mövzuya  qayıdırlar.  Onlardan  biri  də  xalq  şairi  Nəriman  Həsənza-
dədir.  Vaqif  Yusifli  bu  barədə  yazır:  “İllər  keçəcək  Nəriman  Həsən-
zadə  yenə  də  müharibə  mövzusuna  qayıdacaq,  amma  bu  dəfə  Azər-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə