Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə53/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   49   50   51   52   53   54   55   56   ...   137

 
141 
7.
 
Məhəmmədəli  Reyşəhri.  Əhli-beyt.  Quranda  və  hədisdə.  2  cilddə,  I  cild. 
Tərcümə edəni Seyyid Həsən Musəvi. Bakı, İSBN, 2009. 
8.
 
Dr.Cəfər  Sübhani.  Əbədiyyat  nuru  Həzrət  Muhəmməd.  Tərcümə  edəni 
Mais Ağaverdiyev, ön sözün müəllifi Vasim Məmmədəliyev. Bakı, Qüds-
Dekor, 2010. 
9.
 
Seyid  Haşim  Rəsuli  Məhəllati.  Tərcümə  edənlər  Z.Bağırov,  M.Müctəba. 
Bakı, İSBN, 2009. 
10.
 
Şeyxülislam  Allahşükür  Paşazadə.  Qafqazda  İslam.  Elmi  redaktoru  Ziya 
Bünyadov. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993.  
11.
 
Kərimov  R.  Mir  Mehdi  Xəzaninin  həyat  və  yaradıcılığı.  Bakı,  “Elm  və 
təhsil”, 2014.  
  
Sabina Ahmadova 
 
CHARACTER OF HAZRAT-FATIMA IN THE  
CREATIVITY OF HUSSEYN NADIM NAKHCHIVANI  
 
Summary 
 
Husseyn  Nadim  Nakhchivani    was  an  outstanding    representative  of  the 
literary environment of Nakhchivan  at the end of XIX  -beginning of XX  centuries. 
The  poet's  literary  heritage  mainly  consists  of  the  poems  dedicated  to  Ahli-Beyt. 
This  article  deals  with  H.N.Nakhchivani's  novha  and  sinazans  dedicated  to  Hazrat 
Fatima.  At  the  same  time,  Hazrat  Fatima's  image  has  been  characterized  from  the 
historical-poetic  point  of  view.  Novha  and  sinazans  dedicated  to  Hazrat  Fatima  by 
H.N.Nakhchivani  are  valuable  poetic  samples  which  match  with  the  rules  of  the 
genre. 
 
Сабина Ахмедова 
 
ОБРАЗ ХАЗРЕТ ФАТИМЕ В ТВОРЧЕСТВЕ  
ХУСЕЙН НАДИМА НАХЧЫВАНИ 
 
Резюме 
 
Хусейн  Надим  Нахчывани  является  выдающимся  представителем 
творческой  литературной  среды  Нахчывана  конца  XIX  –  начала  XX  вв. 
Поэтическое  наследство  поэта  составляют  произведения,  посвящённые  в 
основном  ахли-бейту.  В  данной  статье  рассматриваются  новха  и  синазаны 
Хусейн  Надима  Нахчывани,  посвящённые  Хазрет  Фатиме.  В  то  же  время, 
образ Хазрет Фатиме, опираясь на религиозные, исторические и литературные 
источники,  анализируется  в  историко-поэтическом  аспекте  на  образцах 
посвящённых ей новха и синазанов. 


 
142 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Şəhrizad NUHOVA 
Bakı Slavyan Universiteti 
sehrizad.nuhzade@mail.ru
 
 
SABİR AZƏRİNİN “DALANDA” ROMANINDA  
MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR
 
 
Açar  sözlər:  Sabir  Azəri,  “Dalanda”  romanı,  mənəvi-əxlaqi  problemlər, 
cəmiyyət  
Key words: Sabir Azeri, novel “Dalanda”, moral-ethical problems, society 
Ключевые  слова:  Сабир  Азери,  роман  «B  тупике»,  моральные  и 
этические проблемы, общество 
 
 
60-80-ci  illərdə  şəhərdə  baş  verən  hadisələr,  sosial-psixoloji 
problemlər yazıçıları daha çox maraqlandırırdı. Anarın, Elçinin, Sabir 
Əhmədovun  romanlarında  adi  həyat  hadisələrində,  məişət  əhvalat-
larında  "xırda"  adamların  və  hadisələrin  timsalında  bir  çox  ciddi, 
bəşəri,  mənəvi-əxlaqi  və  sosial  mətləblər  təsvir  olunurdu.  S.Azəri  və 
V.Babanlının  povest  və  romanlarında dövrün, mühitin  mənəvi-əxlaqi 
problemləri  sosial  ziddiyyətlər  kontekstində  verilir.  S.Azərinin  "Da-
landa", "Darıxan şəhər" və s. povest və romanlarında şəhər mühitinin 
sosial  ictimai  ziddiyyətləri  mənəvi-əxlaqi  problemlər  baxımından 
uğurlu bədii həllini tapır.  
S.Azərinin  "Dalanda"  romanında  da  məhz  bu  cür  hadisələr  və 
mənəvi-əxlaqi problemlər təsvir edilir. Onu da deməliyik ki, əsər nəşr 
edildikdən sonra ədəbi tənqid tərəfindən uğurla qarşılanmışdır. Bütün 
əsərlərində  maksimum  dərəcədə  həyat  həqiqətinə  sadiq  qalan  yazıçı 
burada  da  bədii-estetik  kredonu  davam  etdirmişdir.  Akademik  Bəkir 
Nəbiyev  əsərə  yazdığı  resenziyada  da  diqqəti  adın  rəmzi  mənasına 
yönəldərək  yazır:  "Romanın  adı  rəmzi  məna  daşıyır  və  yazıçının  is-
tifadə  etdiyi  bədii  vasitələr  bu  mənanın  müvəffəqiyyətlə  açılmasını 
təmin  edir.  Mürəkkəb  münasibətli  və  mövqeli,  müxtəlif  xarakterli 
adamların  birgə  fəaliyyət  göstərdiyi,  üz-üzə  gəldiyi  böyük  şəhərlərin 


 
143 
dar  dalanları  da  var.  Yazıçı  həmin  dalanlardan  birini  öz  əsərində  bir 
növ təcrübə meydanı kimi götürür" [1]. 
Maraqlıdır ki, romanın malik olduğu geniş sosial tutum da məhz 
bu meydanda bədii şərhini tapan hadisələrin əhatəliyi  və  dəqiqliyi  ilə 
üzə  çıxır.  Bu  dalanda  sözün  həqiqi  mənasında  bütün  cəmiyyət  təsvir 
edilir.  Buradakı  qəhrəmanların  yaşadığı  dalanın  ümumi  mənzərəsi, 
qəhrəmanların  fəaliyyəti  qətiyyən  cəmiyyətdən  təcrid  olunmamışdır: 
bu  dalanda  hər  kəs  var;  adi  adamlardan  tutmuş,  akademik,  inşaatçı, 
dərzi,  qatıqsatan,  gənclər,  yeniyetmələr  və  b.  bütövlükdə  cəmiyyətin 
bütün təbəqələri ilə rastlaşırıq. 
Ömrü  boyu  arzulamadığı,  qəlbinə,  ruhuna,  mənəviyyatına  yad 
olan bir mühitdə  yaşayan, lakin həmişə öz daxili təmizliyini, mənəvi 
saflığını  qoruyub  saxlamağa  çalışan,  ən  çətin  anlarda  belə  həmin 
saflığın,  təmizliyin  işığına  boyanan  İnsan  dalanı  yol  sayıb  getsə  də, 
yolun  yarısında  bu  yoldan  geri  qayıtmalıdır.  Əsərin  bədii  estetik  qa-
yəsi  bundan  ibarətdir  ki,  insan  yolu  səhv  gedərsə,  günlərin  birində 
həmin  yoldan  dönmək,  həmin  mühitdən  çıxıb  getmək  üçün  özündə 
güc  tapmalıdır.  "Dalanda"  romanının  başlıca  qayəsi  məhz  bundan 
ibarətdir,  bütün  hadisələr  də  çox  doğru  olaraq  bu  ideya  ilə  bağlıdır. 
Romanda  hadisələr  İçərişəhərdəki  köhnə  dalanların  birində  baş  verir. 
Burada baş verən hadisələr, əslində, hər gün həyatımızda, mənəviyya-
tımızda rastlaşdığımız hadisələrin əks-sədası  kimi  səslənir. Ancaq bu 
məkan  şərtidir,  müəllif  öz  qəhrəmanlarını,  onların  duyğu  və  düşün-
cələrini köhnə dalanda baş verən hadisələrlə məhdudlaşdırmır. Müəllif 
təhkiyəsi  ilə  zaman-zaman  bu  məkandan  kənara  çıxır.  Yəni  məkanın 
kiçik olması heç də əsərdəki ideyanı kiçiltmir, əksinə kiçik bir məkan-
da baş verən hadisələr qlobal dünya ilə bağlanır və  getdikcə miqyası 
genişlənməyə  doğru  gedir.  S.Azəri  epizminin  gücü  ilə  “Dalanda” 
romanında  dövr,  zaman  üçün  (bəlkə  də  bütün  dövr  və  zamanlar)  xa-
rakterik  olan  mənəvi-əxlaqi,  psixoloji  problemlər  bədii  cəhətdən 
uğurlu həllini tapdığına  diqqət  çəkən B.Əhmədov  yazır: "Digər əsər-
ləri  kimi,  bu  romanda  da  yazıçının  baş  qəhrəmanı  böyük  bir  ictimai, 
mənəvi yükün daşıyıcısı kimi çıxış edir. Ancaq müəllifin başlıca məq-
sədi  cəmiyyət  və  insan  problemidir  və  bu  cəmiyyətdə  hər  şey  insan 
azadlığının məhdudlaşdırılması ilə bağlıdır. Nəzərə alsaq ki, müəllifin 
təsvir  etdiyi  məkan  kimi  “dalan”  məcazi,  metaforik  mənadadır,  o  za-
man  yazıçının  cəmiyyət  və insan, cəmiyyət  və  azadlıq problemlərinə 
yeni  bədii  münasibətin  izlərini  görməmək  mümkün  deyil.  Qafarın 
“dalan”ı tərk edərək doğulduğu məkana getməsi onun azadlığa qovuş-
ması anlamına gəlir" [2]. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə