Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə61/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   57   58   59   60   61   62   63   64   ...   137

 
163 
sevgilimin  ətrafında  fırlanan  pərvanəyəm.  Əgər  pərvanə  yanarsa  (əs-
lində  çıraq,  şam  yanmalı,  pərvanə  onun  ətrafına  dolanmalıdır),  çıraq, 
şam  heç  vaxt  sönməz.  Gözlərimiz  önündə  qəribə,  sürrealist  rəsmləri 
xatırladan vizual obraz canlanır. Yanan pərvanələr başına dolandıqları 
çıraqdan bəlkə də daha parlaqdırlar!  
Ümumiyyətlə, Vəhidin, onun bəzi müasirlərinin poetik axtarışla-
rı ilə XX əsrin ikinci yarısı şairlərimizin obraz, deyim, söz yaradıcılığı 
axtarışları  arasında  bir  oxşarlıq  vardır.  Təəssüf  ki,  son  dövrlərdə  üzə 
çıxarıldığından  XX  əsr  şairlərimiz  bu  nümunələrlə  tanış  ola  bilmə-
mişlər. 
Aşiqin psixoloji durumunun təsviri Vəhid təkbeytlərində ən diq-
qətəlayiq cəhətlərdəndir. Şair bir mətləsində deyir: 
 
Düşmüşəm gözündən sənin, rəngim deyər əhvalımı, 
Zə`fdən nəqqaş həm müşkil çəkər timsalımı [5, s. 220].
 
 
Sevgilisinin gözündən düşmüş aşiq elə zəifləmişdir ki, nəqqaşın-
rəssamın  onu  görüb  rəsmini  çəkməsi  müşkül  məsələyə  çevrilmişdir. 
Burada  mübaliğə  poetik  fiqurunun  kiçiltmə  növündən  məharətlə  isti-
fadə edilmişdir.  
Bir  mətləsində  şairin  lirik  qəhrəmanı  yarının  onun  sözlərinə 
cavab  vermədiyindən  inciyir,  sonra  başa  düşür  ki,  nahaq  yerə  inci-
yibmiş, sevgilisinin heç ağzı yox imiş ki, ona cavab da verə. Mübaliğə 
ilə  deyilmiş  ağzın  olmaması,  onun  kiçikliyinə  işarədir  ki,  bu  da  orta 
əsrlər poeziyasında, miniatürlərində gözəllik əlaməti hesab olunurdu: 
 
Yox dəhanı söz deyə, ondan əbəs mən küsmüşəm
Yar bitəqsirdür, mən böylə heçdən küsmüşəm [5, s. 177].
 
 
Vəhid  şeirlərində  mücərrəd  anlayışlarla  konkret  anlayışları  bir 
araya gətirərək orijinal poetik obrazlar yaradır: 
 
Bir nəfəs qafil degil məşuqə halimdən ki, bən 
Natəvanlıqdan degil mümkün ki, yadından gedim [5, s. 182].
 
 
Məşuqə hər an, hər nəfəs aşiqin halından xəbərdardır. Çünki aşi-
qin  zəiflikdən  sevgilisinin  yadından,  xatirindən  çıxıb  getməyə  halı 
yoxdur. Bir beyt, mətlə bütövlükdə bir istiarə olmuşdur. 
Klassik  ədəbiyyatda  gözəlin  qara  saçları  gecəyə  bənzədilir.  Bu 
obrazı Vəhid orijinal bir şəkildə işlətmişdir: 
 


 
164 
Halım görübən olmadı kutəh şəbi-hicran, 
Rəhm eyləmədi heç mənə bu saçı kəsilmiş [5, s. 16].
 
 
Ayrılıq  gecəsi  aşiqin  halını  görüb  insafa  gəlmədi,  qısalmadı. 
İkinci  misrada  müəllif  birdən-birə  “bu  saçı  kəsilmiş  mənə  heç  rəhm 
etmədi” deyərək oxucunu çaşqın vəziyyətə salır. Ayırd etmək olmur ki, 
“saçı kəsilmiş” gecəyə, yoxsa gözələ aiddir. Fikrimizcə, fikrin belə “iki-
başlı” deyilməsi müəllifin şeirini daha təsirli edən ədəbi priyomudur. 
Vəhid baharın gəlişinə aşağıdakı mətlələrini həsr etmişdir: 
 
Gəldi yaz, qızdı hava, dündən gərəkdir gül çıxa, 
Çünki dündən çıxdı gülü səngdən gərək bülbül çıxa [5, s. 199].
 
 
Novbahar olduvü divanəligim başlandı, 
Könlümün şişəsi ətfalı görüb daşlandı [5, s. 221].
 
 
İkinci şeirdə baharın gəlişi ilə aşiqin divanəliyinin yenidən baş-
lanmasından  danışılır.  Klassik  poeziyada  divanə  aşiqin,  Məcnunun 
uşaqlar  tərəfindən  daşlanması  barədə  çox  yazılıb.  Vəhidin  lirik  qəh-
rəmanı  isə  elə  kövrəkdir  ki,  onun  könül  şüşəsi  uşaqları  gördükdə 
qəribsəyir, “daşlanır”. 
Şair fələkdən, dərdə əlac ummağın mənasızlığı barədə yazır: 
 
Umma gərdundan əlaci-zə`fi-tale, ey məriz, 
Çünki bu gög kağız içrə bu dəvayi-xas imiş [5, s. 166].
 
 
Yəni  ey  xəstə,  taleyin  zəifliyinə,  bədliyinə,  görə  gərdundan, 
fələkdən əlac istəmə, çünki sənin xəstəliyin bu göy kağızda yazılan ən 
məxsusi  dəvadır,  nüsxədir.  Xəstəliyinin  dəvası  elə  bu  xəstəlikdir. 
Klassik ədəbiyyatda geniş yayılmış mətləbdir ki, aşiqin dərdinin əlacı 
elə dərdin özüdür. Çünki o, məhz bu eşq iztirabları ilə xoşbəxtdir. Şair 
mavi  səmanı  xəstəliyin  resepti  (və  ya  cadu-pitisi)  yazılan  göy  kağıza 
bənzətməklə istiarə poetik fiqurundan istifadə etmişdir. 
Vəhid  riyakar  din  xadimlərini,  zahidləri  tənqid  edən  aşağıdakı 
təkbeytlər yazmışdır: 
 
İnzivası nur kimi məşhur edərsə zahidi
Bir quru ağacı da yalqızlığı məşhur edər [5, s. 156].
 
 
Əgər  zahid  tənha  bir  guşəyə  çəkilməklə  məşhur  olursa,  onda 
tənha ağaclar da məşhur olmalıdır.  
 


 
165 
Bizim şeyxə yəman göz birlə baxma, qədrini bilgil
Əgərçi şeyxdir zahirdə, batində brəhməndir [5, s. 109].
 
 
Bizim şeyxə  yaman  gözlə baxmayın,  o,  yalnız zahirdə şeyxdir, 
batində isə brəhməndir. Yəni riyakarlıqda ittiham olunacaq müsəlman 
şeyxi deyildir. 
 
Yəman görməz gözü, əlbəttə, hər kim zahidi görməz, 
Yəman hərgiz eşitməz kim ki, vaizdən xəbər sormaz [5, s. 164].
 
 
Zahidi  görməyən  pis  şey  görməz,  vaizi  eşitməyən  pis  söz  eşit-
məz.  Klassik  ədəbiyyatımızda,  o  cümlədən  XVII  əsr  şairlərinin  özlə-
rinə  ustad  saydıqları  Füzuli  yaradıcılığında  bu  cür  beytlər  kifayət 
qədərdir.  
Vəhidin  həmişə  ayıq-sayıq  olmağı,  düşmənə  fürsət  verməməyi 
məsləhət görən belə bir hikmətamiz-didaktik məzmunlu mətləsi vardır: 
 
Mərd əldən fürsətin, əlbəttə, verməz düşmənə
Tiğ tək ağzı olan arxa çevirməz düşmənə [5, s. 194].
 
 
İctimai  məzmunlu  təkbeytində  şair  zəmanədən,  özlərinə  qarşı 
münasibətdən narazı olan cəmiyyətin kamal sahibi, ziyalı təbəqəsinin 
adından belə yazır: 
 
Afəti çoxdur kəmalın, etmə təhsili-kəmal, 
Bal arısı tək evi olmaz ki, viran olmaya [5, s. 194].
 
 
Kamalın,  elmin,  savadın  insana  ziyanı  çoxdur,  ağıl-kamal  qa-
zanmağa çalışma. Hamı üçün xeyirli işlə məşğul olan arının evi-pətəyi 
dəlik-dəlik olduğu kimi, kamallı adamın da evi viranəyə bənzər. 
XVII  əsr  Azərbaycan  şairi  Şərəfəddin  Mirzə  Məhəmməd  Məc-
zub Təbrizinin (?-1682) divanının Leyden Universiteti Kitabxanasında 
və  Qahirə  Milli  Kitabxanasında  saxlanan  əlyazma  nüsxəsi  əsasında 
onun ana dili irsi barədə fikir  yürütmək mümkündür. Onun divanının 
Leyden nüsxəsinə 15 dini qəsidə, 95 qəzəl və qəsidə, 1 tərcibənd, 50 
rübai  ilə  bərabər  30  təkbeyt  daxildir.  Misraları  qafiyələnən  bu  tək-
beytlər  mətlədir.  Şeirlərin  başlığında  da  “Mətale”  (“Mətlələr”)  yazıl-
mışdır.  Bu  təkbeytlərdə  şairin  dünyagörüşü,  şairlik  məharəti  özünün 
tam  ifadəsini  tapmışdır.  Ümumiyyətlə,  Məczub  şeirlərini  oxuyarkən 
ilkin  nəzəri cəlb  edən cəhət  şairin həmin dövrdə  Səfəvilər dövlətində 
gedən kəskin ideoloji mübarizədə rəsmi dövlət orqanlarının, barışmaz 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə