Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə58/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   54   55   56   57   58   59   60   61   ...   137

 
154 
olduğu, Əsədin uşaqlarının dərslərinə kömək etdiyi, onun xanımı Sü-
rəyyaya vurulduğu zamanda qalıb o sehr. Nə zaman ki: 
“Havada  baharın  nəfəsi  duyulurdu.  Yaz  gecəsinin  nəfəsi.  Bir 
fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq kimi qəlbində 
dalğalandı: birdən-birə dərk etdi ki, Sürəyyaya aşiq olub. Bu kəşf da-
mardakı  qan  kimi  təpədən  topuğacan  içini  dolaşdı,  dövran  etdi, 
qızdırdı. 
… O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri hadırladı. 
Səhərəcən Sürəyya da onunlaydı” [1, s. 114]. 
Onda kasıb idi, dar daxmada yaşayırdı, ailəsi, qadını, övladı, işi 
yoxdu... Amma onda xoşbəxt idi. Çünki içini limhəlim dolduran duy-
ğuları,  qəlbində  bayraq  kimi  dalğalanan  sevgisi,  arzuları  vardı.  Sə-
hərəcən küçələri hadırlaya bilirdi, azad idi... Və Sürəyya... Gecələrini 
əlindən  alan,  yuxusunu  ərşə  çəkən  Sürəyya  onda  onunlaydı.  Onda 
daha  çox  onunlaydı,  nəinki  indi,  ər-arvad  olanda...  Əsədin  qəfil  ölü-
mündən sonra evlənmişdilər, bir qızları da olmuşdu, Nərgiz. Əsəddən 
də  olan  iki  qızla,  Karmenlə,  Cildayla  birgə  böyük  ailə  olmuşdular. 
Amma tənha idi Nemət.  Sehrini itirmişdi,  mühitin qanunlarıyla  yaşa-
mağa məcburdu, ona görə...  
Müəllif  dövrə  aid  bir  çox  gizli,  aşkar  qanunları,  münasibətlər 
sistemini,  davranış  qaydalarını  bir  qonaqlıqla,  Nemətin  evindəki  yı-
ğıncaqla çatdırır. Əslində o zəmanəyə aid şablon qonaqlıqlar  – men-
yudan tutmuş sağlıqlara, söhbətlərə kimi hamısı təkrarlanan məclislər 
çox şeyi ifadə edir. Bəzi personajların xarakteri də elə bu məclislərdə 
açılır. “Ağ liman”da da, “Beşmərtəbəli evin  altıncı mərtəbəsi”ndə də 
bu  cür  səhnələrlə  dövrə  aid  xarakterik  məqamlar  göstərilir.  Amma 
“Ağ liman”da mühitin yeknəsəqliyini təkcə Nemətin evindəki qonaq-
lıq yox, həm maqnitafona yazılmış səslər ifadə edir. Sürəyyanın, Kar-
menin, Cildanın, balaca Nərgizin, Bikə xalanın təkrarlanan sözləri hər 
gün  eyniylə  təkrarlanan  günlərin,  həyatın  əksidir.  Nemətin  həyatının 
əksi...  Təhminənin  məsləhətiylə  dördüncü  düymə  vasitəsiylə  maqni-
tafona yazılmış səsləri pozmaq olar... Amma! Mühit və onun ayrı-ayrı 
fərdləri  dəyişilməyəcək,  hər  halda  Nemətin  həyatından  “pozulmaya-
caq”... Nə qədər “bir də mən görsəm ki...” deyib təkrar eləsə də...  
Bir  sözlə,  yazıçı  bu  mühit  dediyimizi  müxtəlif  simalarda  sim-
vollaşdırıb. Adi kuryerlikdən yüksək vəzifəyəcən gəlib çıxmış Dadaş, 
Sürəyyanın  bacıları  Ayla  ilə  Tahirənin  ailələri,  onu-bunu  müzakirə 
etməkdən yorulmayan dost-aşna...  
... Bir də Məmməd Nəsir!  
Anar yaradıcılığının kefli İsgəndəri saymaq olar Məmməd Nəsi-


 
155 
ri.  Heç  vaxt  evlənməyib,  bir  həsirdi,  bir  Məmməd  Nəsir...  orfoqra-
fiyanı dəfələrlə dəyişsələr də, onu işdən çıxarda bilməyiblər. İş deyən-
də  ki,  korrektor  işləyir  uzun  illərdi...  həyatda  iki  ehtirası  var:  nərd 
atmaq  və  vurmaq.  Ən  böyük  arzusu  isə  gəmiyə  minib  Krasnovodska 
getməkdi. Əlbəttə, bala-bala vura-vura.  
Yazıçı  Məmməd  Nəsirin  simasında  tənhalığın  ayrı  bir  şəklini 
göstərir. Zahirən adidən-adi, hətta bəsit - sanki icazəylə gülən, qapıdan 
da  üzr  istəyən  adamın  daxilini,  dərinliyini  üzə  çıxarır.  Və  məhz  elə 
Kefli İsgəndərsayağı ağıllı ifadələrin Məmməd Nəsirin dilindən veril-
məsi heç təsadüfi deyil:  
“...hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.” 
“...ən yaxşı səfər şərab kuzəsinin boğazından dibinə səfər etmək-
dir.” 
“...qudurasan qurbağa... bizim rayon, sizin rayon...” 
“...qarnını doldurmasan, ürəyini boşalda bilməzsən.” 
“bu  dünya  bir  yer  deyil.  Bir  başım  açılmır,  bir  macal  eləyə 
bilmirəm ki, gedib özümü öldürüm.” 
…Və nəhayət,  
“Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı 
mərtəbəsi də ola bilər, onda nə vardı ki...” [1, s. 125] 
Əslində  bu  bir  az  da  bəsit,  bayağı  tərzdə  deyilmiş  fikirlərin  alt 
qatında  dərin  mətləblər  durur.  Öz  aləmində  Mirzə  Cəlillə  görüşən, 
keçmişin  kişilərini  addımbaşı  tərifləyən  Məmməd  Nəsirin  əsas  prob-
lemi hər şeyi bilməsidi. O, bu gün qılıncının dalı da, qabağı da kəsən 
Dadaşın bir vaxt “Ay Dadaş, başına daş…” deyə danlamasını, kimin 
kimdən danos  yazmasını, kimin hardan hara gəlməsini bilir. Və onun 
tənhalığının  kökündə  də  elə  bu  durur.  Nərdi  öz-özüylə  oynamasının, 
özünə bir həmdəm tapmamasının dərində gizlənmiş səbəbi budu. Sa-
dəcə yazıçı bütün bu mətləbləri Məmməd Nəsirin sadə, bəsit obrazı ilə 
elə pərdələyib ki…  
Nəşriyyatda çox şeydən (hər şeydən!) xəbərdar və qocalığın gə-
tirdiyi tənhalığa düçar olan təkcə  Məmməd Nəsir deyil… Bir də mü-
hasib Səfdər dayıdı!  
Rəqəmlər  “xəstəliyinə”  tutulmuş  mühasib  təkcə  işdə  yox,  hə-
mişə, hər yerdə hesablayır, sayır, vurur, çıxır, toplayır. Amma bu, elə-
belə  vərdiş  deyil.  Asudə  zamanın  çoxluğundan,  baş  qatmaq  ehtiya-
cından yaranan “işdir”. Axı beyni başqa qayğılarla, fikirlərlə, fərəhli, 
yaxud elə adi gündəlik məsələlərlə məşğul olan, dostları, qohumlarıyla 
vaxtını keçirən adamın pillələri saymağa, avtobusun rəqəmlərini vurub 
çıxmağa  imkanı,  həvəsi  də  olmaz...  Hətta  o  mühasib  olsa  da  belə... 


 
156 
Səfdər  dayının  işdən  sonrakı  saatlarını  təsvir  edən  “Təklik  tilsimi” 
fəslinin  təkcə  elə  adı  çox  şey  deyir.  Və  bir  anlıq  adama  elə  gəlir  ki, 
bütün  günü  rəqəmləri  çək-çevir  edən  qəhrəman  bu  tilsimi  sındırmaq 
üçün kod (şifrə!) axtarır. Amma arvadı Minəni iki ay öncə dəfn edən-
dən sonra bu tilsimin nə zamansa açılacağına ümidi də qalmayıb. Axı 
qızı da ailəsiylə birgə Qvineyada işləyir... 
Yazımın  bu  yerində  Səfdər  dayının  xarakterini  zənginləşdirən, 
tənhalığını  daha  dəqiq  ifadə  edən  detalları  sadalamazdan  öncə  yazı-
çının üslubundan söz açmaq yerinə düşər. “Ağ liman”ın bədii əsər ki-
mi  mükəmməlliyinin  bir  sirri  də  üslubun,  dilin  hadisələrlə,  xarak-
terlərlə  tam  şəkildə  uyğun  gəlməsidir.  Fikrət  Qoca  hələ  əsərin  əlyaz-
masını oxuyandan sonra (o zaman Moskvada təhsil alırdı) Anara mək-
tubunda yazırdı:  
“Anar, salam!  
Əsərini  oxudum.  Sevindim.  Lap  çox  sevindim.  Ən  yaxşı  cəhəti 
budur ki, əsərdə mənfi tip yoxdur. Nə mənfi, nə müsbət. Hamısı adam-
dı.  Yaxşı  adamdı.  Düşünəndi.  Ağıllı  adamlardı.  Cildanın,  Karmenin 
dili, Zaurun məktubu və i.a. hamısı yaxşıdır. Təhminə, Nemət… Adam 
bilmir onların hansı bizə daha çox oxşayır” [2, s. 445]. 
Bu  oxucuya  hesablanmamış  sadə  dost  məktubunda  “Cildanın, 
Karmenin dili”nin vurğulanması məndən ötrü xüsusi məqamdı. Çünki 
əslində bu qısa eyhamla əsərin məziyyətlərindən biri vurğulanır. “Ağ 
liman”da hər kəs öz dilində, öz yaşına, dünyagörüşünə, hətta savadına, 
sənətinə  uyğun  danışır.  Və  tam  əminliklə  demək  olar  ki,  burada  ye-
rində  işlənməyən,  yerinə  düşməyən  sözə  rast  gəlmək  mümkün  deyil. 
Amma əsərin dili ilə bağlı digər məsələ ondan ibarətdir ki, yazıçı tək-
cə  qəhrəmanlarının  danışıq  tərzini  yox,  öz  təhkiyəsini  də  hadisələrə, 
hər bölümün məzmununa uyğunlaşdırır. Məsələn, daha öncə  dediyim 
kimi,  əgər  Nemətlə  bağlı  fəsillərdə  kinematoqrafiya  elementlərindən, 
üslubundan  istifadə  olunursa,  Zaurla  Təhminəyə  aid  hissələrdə  bir 
qədər lirik, poetik təsvirlər üstünlük təşkil edir. “Təklik tilsimi”nin bu 
mənada  nəzərə  çarpan  cəhəti  odur  ki,  yazıçı  rəqəmlərə  aludə  qəhrə-
manı  haqqında  özü  də  rəqəmlərlə  danışır.  Ağzındakı  dişlərin,  pencə-
yinin düymələrinin, endiyi pillələrin sayı,  yediyi  yeməklərin qiyməti, 
taksi  sayğacındakı  rəqəmlər,  bir  sözlə,  təkcə  Səfdər  dayının  düşün-
cələri yox, elə yazıçının da təhkiyəsi rəqəmlərlə doludu və bu oxucuda 
xüsusi  ovqat  yaradır.  Və  yazıçı  bu  üsluba,  təhkiyəyə  sadiq  qalaraq 
qəhrəmanının da tənhalığını simvollaşdırır:  
“Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin 
ağrıya, evin dama.  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə