Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə57/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

 
151 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Pərvin NURƏLİYEVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
nuraliyevaparvin@gmail.com 
 
ANARIN “AĞ LİMAN” POVESTİ  
ŞƏHƏR NƏSRİNİN NÜMUNƏSİ KİMİ
 
 
Açar sözlər: “Ağ liman”, şəhər nəsri, psixologizmlər, xarakter 
Key words: “White Port”, town prose, psychologysm, character 
Ключевые  слова:  «Белая  гавань»,  городская  проза,  психологизмы, 
характер
 
 
Zaman  60-cı  illərdi,  sovetlərin  nəfəsliyi  azca  açıb  azad  havanı 
içəri  buraxdığı  vaxtdı.  İnsanın  özü  haqda  fikirləşməyə  “icazə”  veril-
diyi  vaxtdı.  Amma  ən  əsası  ədəbiyyatın  adi  adamları  düşünməyə, 
onların daxili aləmini, arzularını, sevgilərini, ümidlərini yazmağa baş-
ladığı  vaxtdı...  Və  bu  cür  zamanda  Anar  üzdə  adi,  amma  dərinliyinə 
endikcə qəlizləşən, fərqliliyi, qeyri-adiliyi üzə çıxan adamlardan yazır. 
Onların balaca şəhərdəki böyük ümidlərini,  yaşantılarını, sıxıntılarını 
qələmə  alır.  Bu  şəhərdə  azad  olan  bircə  dənizdi...  Amma  onu  da 
“sahilləri sıxır”...  
Dəniz dedi ki,  
Sahillər sıxır məni... (Rəsul Rza)  
Bu  sahilin  sakinləri  “dənizi  görməsələr  belə  varlığını  hiss  edir-
lər”,  yuxularına  girir  dəniz...  limanda  durub  qırmızı  gəmilərə  tamaşa 
edirlər,  xəyallar  qururlar...  Zahirən  həyat  adi  qaydada  gedir...  Amma 
nədən belə tənhadılar hamısı? Məncə, bu zəmanənin adamları deyillər, 
ona  görə.  Dənizin  belə  “sıxıldığı”  mühitdə  yaşayırlar,  ona  görə.  Za-
manlarını qabaqlamış insanlardılar, ona görə...  
9 yaşlı Nərgiz də, 24 yaşlı Təhminə də, 33 yaşlı Nemət də, mü-
hasib Səftər də, Məmməd Nəsir də hamısı təkdi, tənhadı... 
Müəllif “Ağ liman”ı 1965-ci ildə yazıb... Təxminən on il sonra 
isə  “Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi”ni  qələmə  alıb.  On  il  tarix 


 
152 
üçün  elə  böyük  zaman  deyil.  Amma  yazıçının  insanlara  baxışının, 
qəhrəmanlarına  yanaşmasının  dəyişilməsi  üçün  kifayət  edərdi  bəlkə 
də. Ancaq axı Anar özü də yaşını, zamanını qabaqlamış insandı. Və 40 
il öncə yazdıqlarının indi də, bu gün də belə populyar olmasının, onun 
özünün yazıçı kimi, ictimai xadim kimi aktuallığını itirməməsinin əsas 
səbəbi  budur.  Təhminə  60-cı  illərin  qadını  deyil,  XXI  əsrin  qadınıdı. 
Nemətin  dərdi  keçmişdə  qalmayıb,  indi  də  davam  edir.  Məmməd 
Nəsirin  içkibazlığının  səbəbləri  hələ  də  var.  Məsələ  zamanın,  zəma-
nənin, mühitin durğunluğunda deyil. Məsələ insanın və onun zamanla 
əbədi “ədavəti”nin dəyişilməməsindədi... Həm də yazıçının bunu necə 
qələmə almasındadı...  
“Ağ  liman”  Nemətin  yuxusu  ilə  başlanır.  Elə  Nemətin  yuxusu 
ilə də bitir... Bir vaxt sürgün olunmuş valideynlərini görür birinci yu-
xusunda:  
“Növbədə  dayanan  kişilər  və  qadınlar  eyni  rəngli  boz  zolaq-
zolaq pijama və xalat geymişdilər. Təkcə Nemətin əynində mavi rəngli 
saya pijama vardı. 
Adamlar ona məzəmmətlə baxırdılar. 
Bu  zolaq-zolaq  adamların  içində  Nemət  qərib  və  əcaib  görü-
nürdü…” [1, s. 7] 
Müəllif sürreal elementlərdən, simvollardan istifadə edərək döv-
rün  faciəsini  göstərir;  sürgünlər,  zolaqlı  pijamalılar,  yaxası  lövhəli 
“xalq düşmənləri” və s. Yazıçı Nemətin qatma-qarışıq yuxusu vasitə-
siylə ilk baxışdan sürgün olunmuşları ifadə etsə də, əslində bu təsvirin 
alt  qatında  ümumi  mühitə  işarə  var.  Hamının  boz  zolaqlı  geyindiyi, 
bir-birindən seçilmədiyi şəraitdə başqa “rəngdə” – sənsə əcaibsən, qə-
ribsən, tənhasan... Nemət  də ona görə tənhadı...  Başqa olduğuna,  boz 
zolaqlı geyimli eyni adamlardan seçildiyinə görə.  
“Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” dilogiyadı 
və  bu  əsərləri  bir-birindən  ayrı  təhlil  etmək  mümkün  də  deyil.  Birini 
digərinin əvvəli,  yaxud davamı da saymaq olmaz. Yazımın  əvvəlində 
qeyd  etdiyim  kimi  hər  şey,  bütün  hadisələr  eyni  zamanda,  eyni  şə-
hərdə  baş  verir.  “Ağ  liman”ın  hər  bir  bölümü  həm  ayrıca  novelladır, 
həm  də  ümumi  bir  süjetin  tərkibidir.  “Günlərin  bir  günü”,  “İki  bir”, 
“Üçüncü”, “Təklik tilsimi” və s. hissələrin hərəsini kiçik nəsr əsərləri ki-
mi də təhlil etmək olar. Amma bunlar hamısı ümumi ideyanı ifadə edir.  
Yazıçı özü bu əsərləri qısaca izah edir – “Azad olmayan cəmiy-
yətdə  azad  adamın  yaşantıları...”  Axı  doğrudan  da  “palaza  bürün, 
elnən  sürün”,  “hamı  necə  sən  də  elə”  düşüncəsiylə  yaşayan,  hətta 
bunları məsələ, atalar sözünə çevirənlər aləmində başqalığın, fərqlili-


 
153 
yin  bədəli  çox  ağır  olur.  Və  bütün  olanlar  –  Nemətin,  Təhminənin, 
Zaurun, lap elə Məmməd Nəsirin də bəlası məhz bu fərqlilikdi... 
“Ağ liman”da öz içindəki qapalı dairədə ilişib qalan əsas qəhrə-
man  Nemətdir.  Bu  mənada  əsərin  ona  aid  fəsillərində  daxili  mono-
loqların, keçmişdən hansısa fraqmentlərin çoxluğu, daha doğrusu, keç-
mişdə baş verən hadisələrlə bu günün, indinin bir-birinə “aman vermə-
məsi” təsadüf deyil. Bir az da dəqiq söyləsək yazıçının priyomudur.  
Əsər Macarıstanda nəşr olunduqdan sonra «Könnüvvilas» («Ki-
tablar aləmində») həftəliyində çıxan resenziyada yazılmışdı: 
“«Ağ  liman»  povestinin  üslubu  da  kinematoqrafa  yaxın  olan 
ifadə vasitələrilə səciyyələnir. Anar dialoq ustasıdır. Eskizvarı qısa və 
eyni zamanda ekspressiv, gərginləşmiş təsvir ustasıdır...” [2, s. 337] 
Məncə, əsərdə kino ab-havasını yaradan təkcə dialoqların canlı-
lığı  deyil,  həm  də  təsvirlərin  dəqiqliyidir.  Yazıçı  mövzunu  təbiətin, 
məkanın  bitib-təkənməz  təsvirləriylə  uzatmır.  Amma  yuxarıda  da 
qeyd olunduğu kimi  eskizvarı təsvirlərlə bitkin  “kadrlar”  yaradır. Və 
burada əsas maraqlı məqam müqayisə imkanıdır. Əgər əsəri kino kimi 
qavrasaq,  Nemətin  keçmişinə  aid  kadrları  rəngli,  bu  gününə  aid  təs-
virləri  ağ-qara,  hətta  boz  hesab  etmək  olar.  Əslində  zahirən  indi  Ne-
mət  keçmişinə  nisbətən  daha  rahatdı,  daha  zəngin  həyat  yaşayır.  İşi, 
evi, arzuladığı qadını, ailəsi, uşağı, hər şeyi var. Amma Anarın nasir 
ustalığı da məhz bundadır ki, hər şeyi olan adamın “kasıblığını”, kim-
səsizliyini  dəqiq  göstərir.  Rus  tənqidçisi  Dmitri  Urnov  “...Yaxud  in-
versiya üzrə çoxmənalılıq” məqaləsində yazır:  
“Anarın povesti «birdən düşünməyə» (ya «anlamağa») başlayan 
və  öyrəşmədikləri  bu  əhvalın  yükünü  çəkən  insanların  müfəssəl  təs-
virilə xüsusən maraqlıdır…” [2, s. 321] 
Nemətin  “birdən  düşünməyə”  yaxud  “anlamağa”  başlaması  elə 
yuxusuyla bağlı olur. Və bu günün bozluğundan, bayağılığından, maq-
nitofona yazılmış səslər kimi yeknəsəqliyindən iki xilas yolu var. Bi-
rincisi  keçmiş,  ikincisi  Təhminə.  Ona  görə  Nemət  keçmişinin  “pür-
rəngi  çay”  rəngində  xatirələrinə  qayıdır.  Yadına  salır  olanları...  Və 
Təhminəni potensial eşqi kimi, vurula biləcəyi qadın kimi düşünür.  
“Müəllifin  incə  psixoloji  duyğusu  ondan  görünür  ki,  Nemətlə 
Təhminə bir-birinə aşiq olmurlar” [2, s. 146]. 
Macar  tənqidçisi  Zoltan  İslainin  “Ağ  liman”  haqqında  məqalə-
sindən  gətirdiyim  yuxarıdakı  fikir  düşündürücü  məqamlardan  biridir. 
Əsərə orijinallıq gətirən detaldır. Artıq söylədiyim kimi, Nemət Təh-
minəyə  aşiq  ola,  sevişə  biləcəyi  qadın  kimi  baxmır.  İşıq  kimi,  sehr 
kimi  baxır.  O  sehr  ki,  Nemət  özü  onu  itirib.  Bir  vaxt  kasıb  tələbə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə