Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə60/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   56   57   58   59   60   61   62   63   ...   137

 
160 
dilində  120000  beyt  həcmində  əsərləri  olan  XVII  əsrin  böyük  Azər-
baycan  şairi  Saib  Təbrizinin  (1601-1677)  Məhəmmədəli  Hüseyni 
tərəfindən  tərtib  edilmiş  türkcə  şeirlərinin  elmi-tənqidi  mətninə  18 
qəzəl,  1  təkbeyt  daxil  edilmişdir.  Bu  şeir  Məşhədin  Astane-Qüdse-
Rəzəvi  kitabxanasında  saxlanan  16474  nömrəli  əlyazmadan  götürül-
müşdür.  İran  alimi  Məhəmməd  Qəhrəman  bu  təkbeyti  özünün  tərtib 
etdiyi Saib Təbrizi əsərlərinin külliyyatına daxil etmişdir [3, s. 3673]. 
Şeirin başlığı və özü belədir: 
 
Dər məğlub şodəne Nədir Məhəmməd xan əz padşahe-Hind qofte şode 
(Hind  padşahlarından  Nədir  Məhəmməd  xanın  məğlubiyyəti  barədə 
deyilmişdir) 
Qəflətdən oldu Xosrovi-Turan zəbuni-Hind,  
Hər kim gedər yuxuyə, qara onu tez basar [4, s. 26]. 
 
Məlum  olduğu  kimi  Saib  1625-1633-cü  illərdə  Hindistanda  ya-
şamış,  bu  ölkədəki  ictimai-siyasi  vəziyyətdən  xəbərdar  olmuşdur. 
Fikrimizcə,  Nədir  Məhəmməd  xanın  məğlubiyyətindən  danışan  şair 
yuxuya  gedən  şəxsi  qara  basmasından  təsadüfi  olaraq  danışmır.  Ola 
bilər  ki,  Nədir  Məhəmməd  xan  ona  qarşı  təşkil  edilmiş  hücumdan 
xəbərsiz  olmuş,  Saibin  təbirincə,  yuxuda  olmuş,  buna  görə  də,  məğ-
lubiyyətə  uğramışdır,  yəni  onu  qara  basmışdır.  Poetik  mətndə  fikrin 
hərfi  deyil,  məcazi  mənada  işlədilməsi  məcaz  poetik  fiqurunun 
əlamətidir. Bundan başqa, misraları qafiyələnməyən bu fərddə təlmih 
sənətindən  də  istifadə  edilib.  Məlum  olduğu  kimi,  tarixi  hadisələrə, 
əsatir  və  əfsanələrə,  ayə  və  hadisələrə,  məşhur  alimlərin  əsərlərinə 
işarə edilməsi təlmih poetik fiqurunun əlamətidir. Şərq təsəvvürlərinə 
görə, türk, Turan ağ rəngi, Hind isə qara rəngi təmsil edir. Şeirdə türk 
mənşəli  (Hindistanda  XVI-XVII  əsrlərdə  türklər  hakim  idilər)  Nədir 
Məhəmməd  xanın  Hindistanda  məğlubiyyəti  yatmış  adamı  qara  bas-
ması və dolayısıyla qara rəngin ağ rəngə qələbə çalması ilə müqayisə 
edilib.  Buradan  Saibin  Nədir  Məhəmməd  xana  rəğbətlə  yanaşdığını 
ehtimal etmək olar.  
XVII  əsrin  görkəmli  dövlət  xadimi,  şairi  və  tarixçisi  Mirzə 
Məhəmməd  Tahir  Vəhid  Qəzvininin  əlyazması  Berlin  Dövlət  Kitab-
xanasında Ms. orient fol. 3314-cü nömrə altında saxlanan, 1842 beyt-
dən ibarət türkcə divanında məsnəvi, qəsidə, qəzəl, qitə, nəzm və tək-
beytlər toplanmışdır. Buradakı əsasən aşiqanə və didaktik mövzularda 
yazılmış 102 təkbeytdən 64-ü mətlə, 38-i isə fərddir. Vəhidin təkbeyt-
ləri  gözəl  poetik  tapıntıları,  insanın,  aşiqin  ani  ruhi  halının  təsvirini 


 
161 
məharətlə  verə  bilməsi  ilə  diqqəti  cəlb  edir.  Şairin  bir  mətləsini  nə-
zərdən keçirək: 
 
Gəldi, gördü, gözlədi, etdi, dolandırdı bəni, 
Əglədi, əgdi, əritdi, bükdü, yandırdı bəni [5, s. 217].
 
 
Gördüyümüz  kimi,  bu  şeir  ifadə  vasitələrinin  zənginliyi  baxı-
mından  seçilmir.  Yalnız  feillərin  köməyilə  sevgilisinin  əlindən  əzab 
çəkən  aşiqin  tarixçəsini,  məhəbbət  əhvalatını  oxucuya  lakonik,  lakin 
çox  təsirli  çatdıra  bilməsi  müəllifin  istedadlı,  ustad  bir  sənətkar 
olduğunu, dilimizin incəliklərini gözəl bildiyini sübut edir. Ən maraqlı 
cəhət  odur  ki,  mətlədəki  bütün  sözlər  türkmənşəlidir.  Vəhid  özündən 
əvvəl  klassik  üslubda  yazan  sənətkarlardan  fərqli  olaraq,  sırf  türk 
sözlərinə əsaslanaraq şeirdə emosionallığa nail ola bilmişdir. Məlum-
dur ki, XVII əsr şairlərimizin ustad kimi yanaşdığı Məhəmməd Füzuli 
poeziyasında ekspressivlik var, emosionallıq yoxdur. Prof. Musa Adi-
lov haqlı olaraq qeyd edir ki, “Füzuli şeiri emosional yox, ekspressiv 
səciyyəlidir.  Füzuli  şeirində  emosionallığa  yer  yoxdur,  güclü  məntiq, 
dərin rasionalizm burada əsasdır” [6, s. 152]. Vəhid Qəzvinin bir sıra 
şeirlərində, o cümlədən təkbeytlərində dilin poetik imkanlarını geniş-
ləndirmək, emosionallığını artırmaq istədiyini görürük. Başqa bir mət-
ləsində də o sırf feillərin köməyilə hiss və həyəcanlarını ifadə etmişdir: 
 
Gəldi, qucdu, üzümə görsəndi, söndürdü bəni
Bükdü bir mərdümək sarı əzbəs qucundurdu bəni [5, s. 219].
 
 
Şair  şeirlərində,  o  cümlədən  təkbeytlərində  ayrı-ayrı  obrazlara 
təkrar-təkrar  qayıdır,  öz  poetik  istedadına  uyğun  olaraq  bu  obrazlar 
vasitəsilə  oxucuya  mümkün  qədər  daha  çox  fikir  və  hisslərini  çatdır-
maq  istəyir.  İki  təkbeytində  şair  “göz”  sözünü  təkrar  etməklə,  lirik 
qəhrəmanın  dilindən  məşuqəyə  “gözüm  işığı”  deyə  müraciət  etməklə 
aşağıdakı poetik lövhələri yaratmışdır: 
 
Gözüm işığı, gözüm gözlərinə heyrandır, 
Qaçar yerində durarkən, bu türfə heyrandır [5, s. 156]. 
 
Rəhm et mənə, heyranın olum, getmə nəzərdən
Göz işığısan, göz işığı gözdə gərəkdir [5, s. 156].
 
 
İkinci  təkbeyt  səmimiyyəti,  forma  və  məzmunun  bir-birini  ta-
mamlaması, dilin imkanlarından istifadə məharəti ilə diqqəti daha çox 


 
162 
cəlb  edir.  Azərbaycanlılar  arasında  əziz,  sevimli  adamlara  “gözümün 
işığı”  müraciəti  mövcuddur.  Şair  bu  xalq  ifadəsindən  istifadə  edərək 
məşuqəsinə  deyir  ki,  mənə  rəhm  et,  gözlərim  önümdən,  nəzərimdən 
getmə, çünki sən gözümün işığısan, göz işığı isə gözdə gərəkdir. Şair 
poetik  fikrini  ifadə  etmək  üçün  çox  vaxt  xalq  deyimlərindən,  türk 
sözlərinin çoxmənalılığından istifadə edir: 
 
Duymaq sənin ləbü dəhənindən nə ehtimal
Qurbanınam, qarın doyuran aşı kor tanır [5, s. 157]. 
 
– fərdində “Qarın doyuran aşı kor da tanıyar” atalar sözündən məha-
rətlə  istifadə  edən  Vəhid  fizioloji  aclığı  yada  salmaqla  məşuqəsinə, 
məhəbbətə  mənəvi  ehtiyacını  nəzərdə  tutur.  Aşiqin  fədakarlığı  şairin 
şeirlərində  ən  çox  toxunduğu  məsələlərdəndir.  Onun  lirik  qəhrəmanı 
öz canını mey şüşəsi kimi verməyə hazırdır: 
 
Bu canımı gər istəsə canan, gülə-gülə, 
Mey şişəsi kibi verərəm can, gülə-gülə [5, s. 194].
 
 
Vəhid  Qəzvini  şeirlərinin  dili  müasirləri  ilə  müqayisədə  sadə, 
buradakı  türk  leksik  vahidlərinin  faizi  daha  çoxdur.  Onun  əksər  tək-
beytlərində dilin sadəliyi xüsusilə nəzəri cəlb edir. Bir mətləsində şair 
yarı  yadına düşərkən və o yanına gələrkən özünün ruhi vəziyyəti ba-
rədə belə yazır: 
 
Əgər keçsən könüldən, şövqdən dağın közü oynar
Gəlürsən, badeyi-könlüm özü çalıb, özü oynar [5, s. 152].
 
 
Sevgilisi yadına düşəndə belə aşiqin halı xeyli dəyişir, şövqdən 
sinəsindəki  dağın  közü  belə  oynayır.  Məşuqəsi  yanına  gəldikdə  isə 
onun  könül  badəsi  özü  çalıb,  özü  oynayır.  Şair  sanki  kənardan  aşıq 
kimi özünün ruhi durumunu müşahidə edir, məhəbbətin insana möcü-
zəli təsirinə şahid olur. Vəhidin beytlərində bütöv bir poetik mənzərə 
canlandırılır. Şair bir mətləsində ona biganə olan sevgilisinə üz tutaraq 
deyir: 
 
Olma şüküftə gər bəni yandırsa dağlar, 
Pərvanə gər yanar isə, sönməz çırağlar [5, s. 148].
 
 
Yəni əgər məni bədənimdəki dağlar (cünunluq dağları eşqindən 
dəli  olanlara  vurulur)  yandırsa,  gül  kimi  çiçək  açma,  sevinmə.  Mən 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə