Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə62/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   58   59   60   61   62   63   64   65   ...   137

 
166 
şiə  ruhanilərinin  tərəfdarı  olmasından,  onun  dini,  məzhəbi  təəssüb-
keşliyə  qarşı  çıxan  “vüs`əte-məşrəb”  və  ya  “vüs`əte-xülq”  (“xarakter 
genişliyi”), “sülhe-koll” (“ümumi sülh”) ideyalarını təbliğ edən mütə-
rəqqi  görüşlü  ziyalılara  qarşı  amansız  mövqe  tutmasından  ibarətdir 
(Qeyd edək ki, bu ideyalar “hind üslubu” şairlərinin, o cümlədən Saib 
Təbrizi  yaradıcılığının  ideoloji  əsasını  təşkil  edir).  Onun  təkbeytlə-
rində  bunu  görürük.  Bütün  dinlərin,  məzhəblərin,  təriqətlərin  sülhe-
kolla, ümumi sülhə gəlməsi ideyasına qarşı çıxan şair deyir: 
 
Sülhe-koll dinədür yəman nöqsan, 
Yaxşını yaxşı bil, yəmanı yəman [7, s. 147]. 
 
Məczubun  kəskin  tənqid  hədəflərindən  biri  də  IX  əsrin  ən 
məşhur  sufi  alimlərindən  olan  Bayəzid  Bəstamidir  (?-874).  Şair  bir 
mətləsində Bayəzid Bəstaminin Tanrıya üz tutaraq “sübhan” (“alqış”) 
deməsini  zindiqə  (dinsiz,  kafir)  şeytan  kimi  baş  əyməyə  bənzədir, 
bununla da ona qarşı dərin nifrətini ifadə etmiş olur: 
 
Zindiqə baş əyər şeytani, 
Başlar Bayəzid sübhani [7, s. 176].
 
 
Məczub mətlələrində də qatı şiə təəssübkeşi olduğunu vurğulayır: 
 
İki cəhan izzətiçündür nəmaz, 
Səcdə edər şiələri sərfəraz [7, s. 177]. 
 
Şairin  hakim  təbəqələrə  üz  tutub  onları  ədalətə  çağırdığı 
mətlələri də vardır. O yazır ki, zalıma rəhm etməyin özü elə zülmdür: 
 
Zalimə rəhm zülmü üdvandur, 
Xəlqi incitməyin, müsəlmandur [7, s. 176]. 
 
Məczubun  nəsihətamiz  təkbeytləri  də  vardır.  O  deyir  ki,  boş 
xəyallarla yoxsul varlanmaz, insan istədiyi mərtəbəyə ucalmaq üçün iş 
görməlidir: 
 
Rütbeyi-ali əməlsizdir məhal, 
Yoxsulu bay eyləməz künci-xəyal [7, s. 176]. 
 
Məczubun təkbeytlərindən onun ana dilini gözəl bilən, “İt hürər 
karvan  keçər”,  “Böyük  başın  böyük  də  bəlası  olar”,  “El  öz  ölüsünü 
çölə atmaz”, “Örkən nə  qədər uzun olsa da, doğanaqdan keçər”,  “Ot 


 
167 
kökü üstə bitər”, “Azın çoxla işi olmaz” kimi atalar sözlərindən, xal-
qın  danışıq  dilinə  məxsus  söz  və  ifadələrdən  məharətlə  istifadə  edən 
istedadlı şair olduğunu görürük. 
Hicri tarixi ilə 1070-ci ildə (m.1659-1660) Məşhəd valisi, 1088-
ci ildə (m.1677-1678) Herat bəylərbəyi təyin edilmiş Azərbaycan şairi 
Səfiqulu bəy Səfinin Tehran Universiteti Kitabxanasında saxlanan di-
vanında Azərbaycan türkcəsində 11 qəzəli, qitə və rübailəri ilə bərabər 
6  mətləsi  vardır.  Bunlar  lirik-aşiqanə  ruhlu,  şairin  qərib  ruhundan 
danışan şeirlərdir. Yarına kənardan həsrətlə baxan şair deyir: 
 
Yar dodağın əmər qarşıda həlva kimi, 
Baxa-baxa ağlaram nərgisi-şəhla kimi [8, s. 300].
 
 
Başqa bir mətləsində şair onu Məcnun edən sevgilisinə ən ağır 
qarğış edir: Qoy o gözəl də bu aşiqinin gününə düşsün: 
 
Bəni xar eyləyən gözlər də, yarəb, xarü zar olsun, 
Deməm kim, məndən artıq, mən kimi gözlərdə xar olsun [8, s. 298].
 
 
Səfiyə  görə,  ağaclar  da  onun  sevgilisinin  qəddindən  ötrü  bir-
birinə  sarmaşıb  zar-zar  ağlayır.  Bir  beytdə  maraqlı  bir  vizual  obraz 
yaradılmışdır: 
 
Ağaclar sarmaşıb qəddindən ayrı zar ağlarlar, 
Sızıldarlar pərirulər kimi təkrar ağlarlar [8, s. 297].
 
 
Şairin sevgilisi o qədər gözəldir ki, o, Leylini özünə ancaq gö-
zətçi, qarovulçu götürə  bilər. Onun aşiqliyi  o qədər  yüksəkdir ki,  kö-
nül quşu Məcnunun başında yuva salmışdır: 
 
Həbibim nazdan Leylini ancaq pasiban eylər
Bənim könlüm quşu Məcnun başında aşiyan eylər [8, s. 298].
 
 
Şah Süleyman Səfəvi  taxta çıxarkən (1666) qorçubaşı,  sonralar 
Qumun  hakimi  təyin  edilmiş,  təxminən  h.1105-ci  ildə  (1693-1694) 
vəfat  etmiş  Mürtəzaqulu  Sultan  Şamlunun  bizə  çatmış  Azərbaycan 
türkcəsində  yazdığı  3  məlum  müfrədi  zəmanənin,  cəmiyyətdəki  haq-
sızlıqların tənqidinə həsr edilmişdir. Onun təkbeytlərindən birində de-
yilir ki, simuzər, var-dövlət sahibi olmaq istəyən məhək daşı kimi üzü-
qara olmalıdır. Yəni vicdanlı adamlara sərvət nəsib ola bilməz: 
 


 
168 
Əgər əhli-cəhandin simü zər əxziğə talibsən, 
Gərək səngi-məhək tək eybcuvü rusiyah olmaq [8, s. 306]. 
 
Şairin başqa bir təkbeytində oxuyuruq: 
 
Eylə ki kim, əfsari-məşru ilə qəsr olur nəmaz
Qıldı kutəhömr əhli-fəzli təhsili-maaş [8, s. 306]. 
 
Şəriətdə  nəzərdə  tutulan  müəyyən  şəraitlərdə  namaz  qısaldığı 
kimi, fəzilət əhlinin ömrümü də gündəlik dolanışıq qayğıları qısa edir. 
Səfəvi hökmdarlarından Şah Süleyman (1666-1694) və Şah Sul-
tan Hüseyn (1696-1722) dövrünün məşhur şəxsiyyətlərindən və dövlət 
adamlarından olan Mirzə Möhsün Təsir Təbrizinin (1655-1719) Teh-
ranın  Sipəhsalar  Ali  Mədrəsəsi  Kitabxanasında  saxlanan  külliyyatına 
daxil olan 447 beyt həcmində türkdilli şeirləri içində  (433 beyti oxu-
maq  mümkündür)  5  lirik  –  aşiqanə  təkbeyt  vardır.  Bunlardan  üçü 
mətlə,  ikisi  fərddir.  Fərdlərdən  biri  klassik  Şərq  poeziyasında  geniş 
yayılmış  mövzuya,  məşuqənin  gözəllik  əlaməti  olan  ağzının  kiçikli-
yinə həsr edilib: 
 
Dedi bənə ol şux ki, var yaxşıca ağzım, 
Dedim: nə edəlim, heç bənim gözümə gəlməz [9, s. 54].
 
 
Məşuqə ağzının gözəlliyi ilə fəxr edir. Aşiq isə onu görmədiyini 
bildirməklə bir daha sevgilisinin ağzının gözəlliyini təsdiq etmiş olur. 
Burada şair mübaliğə poetik fiqurunun kiçiltmə növündən istifadə et-
mişdir.  
Bir  mətləsində  şair  sevgilisinə  üz  tutub  deyir  ki,  şam  sənin 
məclisində seçilmək istəyir, məgər bu kəlləgöz sənə bərabər ola bilər: 
 
Bəzmində şəm istər mümtazi-məhfil olsun
Bu kəlləgöz səninlən istər müqabil olsin [9, s. 54].
 
 
Şam məclislərin bəzəyi olmuşdur, klassik şeirdə vəsf edilmişdir. 
Lakin gözəllikdə şairin məşuqəsi ilə müqayisə ediləndə onun çirkinliyi 
üzə çıxır. Müəllif yumorla onu “kəlləgöz” adlandırır. Şamın kəlləgözə 
bənzədilməsi kinayə poetik fiqurunun əlamətidir. 
XVII əsr anadilli poeziyamızda təkbeyt janrında yazılmış şeirlər 
son  dövrlərdə  AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitu-
tunda,  dünya  kitabxanalarında  apardığımız  araşdırmalar  nəticəsində 
üzə  çıxmışdır.  Qeyd  etmək  istərdik  ki,  nə  daha  əvvəlki,  nə  də  daha 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə