Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə63/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   59   60   61   62   63   64   65   66   ...   137

 
169 
sonrakı  dövrlərdə  anadilli  şeirimizdə  bu  qədər  təkbeyt  yoxdur  (daha 
dəqiq  desək,  hələ  ki,  üzə  çıxarılmayıb).  XVII  əsr  poeziyamızda  tək-
beytlərin  sayca  nisbətən  çoxluğunun  şübhəsiz  ki,  öz  səbəbləri  vardır. 
Əsərlərini  nəzərdən  keçirdiyimiz  bütün  şairlər-Saib  Təbrizi,  Vəhid 
Qəzvini,  Məczub  Təbrizi,  Səfiqulu  bəy  Səfi,  Mürtəzaqulu  Sultan 
Şamlu,  Təsir  Təbrizi  ədəbiyyatda  “hind  üslubu”nun  nümayəndələri 
olmuşlar. İstər farsdilli, istərsə də türkdilli ədəbiyyatda “hind üslubu” 
nümayəndələri öz ideyalarını, üslublarını yaymaq üçün təkbeytlərdən 
geniş  istifadə  edirdilər.  Məlum  olduğu  kimi,  “hind  üslubu”  şairləri 
təxəyyülə, xəyal gücünə, oxucu üçün qəribə görünə biləcək obrazlara, 
gözlənilməz bədii kəşflərə əsaslanırdılar.  Oxucuya ilk baxışda qəribə 
gələ  bilən,  gözlənilməz  bədii  kəşfləri  isə  bir  beytdə  etmək  mümkün 
idi.  Bütöv  qəzəl  hətta  oxucunu  bunlardan  yayındıra  da  bilərdi.  Fik-
rimizcə,  adlarını  sadaladığımız  şairlərin  təkbeytlərdən  əvvəlki  dövr-
lərlə müqayisədə daha geniş istifadə etməsinin səbəbi elə bundan iba-
rət  idi. Onlar diqqəti əsas  bədii nailiyyətlərinə  yönəltmək istəyirdilər. 
Bir sıra təkbeytlər ayrı-ayrı şeirlərin içindən götürülərək ayrıca təqdim 
edilirdi. Anadilli poeziyamızda təkbeytlərin şeirdən götürülərək ayrıca 
təqdim edilməsinə nümunə  gətirə bilərik. Mürtəzaqulu Sultan Şamlu-
nun  “Biçarə  ol  ki,  bir  büti-nikü  vüsalı  yox”  misrası  ilə  başlanan  qə-
zəlindən aşağıdakı beyt çıxarılaraq təkbeyt kimi təqdim edilmişdir: 
 
Kamillərə küdurəti-dövran yetər müdam, 
Ay bədrlənməz isə küsuf ehtimalı yox [8, s. 306].
 
 
Kamil  şəxslərə  dövran  həmişə  dərd  vermişdir.  Necə  ki,  yalnız 
bədrlənmiş, kamil ayın küsuf-tutulmaq ehtimalı vardır. Burada təmsil 
poetik  fiqurundan  istifadə  edilib.  Birinci  misrada  ifadə  edilən  fikir 
ikinci  misrada  həyatdan,  səma  cisimlərinin  hərəkətindən  misalla  izah 
edilir. 
Ədəbiyyatımızın  kiçik  həcmli  janrı  olan  təkbeytlərin  köməyilə 
XVII  əsr  poeziyamızda  cərəyan  edən  bir  sıra  prosesləri  izləmək 
mümkündür. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Пригарина  Н.И.  Образное  содержание  бейта  в  поэзии  на  персидском 
языке.  Восточная  поэтика.  Специфика  художественного  образа. 
Москва, «Наука», 1983. 
2.
 
İpekten  Haluk.  Eski  türk  edebiyatı.  Nazım  şekilləri  ve  aruz.  İstanbul, 
Dergah yayınları, 1999. 


 
170 
3.
 
Təbrizi  Saib  Mirzə  Məhəmmədəli.  Divane-Saib  Təbrizi.  Bequşeşe-
Məhəmməd Qəhrəman. Cild VI. Enteşarate-elmi və fərhəngi, 1370. 
4.
 
Hüseyni Məhəmmədəli. Saib Təbrizi. Türkcə şeirlərinin elmi-tənqidi mətni. 
Bakı, “Elm və təhsil”, 2013. 
5.
 
Qəzvini  Vəhid.  Divan.  nəşrə  hazırlayanlar:  Paşa  Kərimov,  Arif  Rama-
zanov. Bakı, “Nurlan”, 2009. 
6.
 
Adilov M. Məhəmməd Füzulinin üslubu və poetik dili. Bakı, “Maarif”, 1996. 
7.
 
Təbrizi Məczub. Divan. Bakı, “Elm və təhsil”, 2013. 
8.
 
XVII əsr Azərbaycan lirikası (Antologiya). Bakı, “Nurlan”, 2008. 
9.
 
Təbrizi Təsir. Türkcə şeirləri. Bakı, “Nurlan”, 2014. 
 
Pasha Kerimov 
 
TEKBEYT GENRE IN THE XVII  
CENTURY AZERBAIJANI POETRY 
 
Summary 
 
As  a  result  of  searching  at  the  Institute  of  Manuscripts  named  after 
Mahammad  Fizuli  of  Azerbaijan  National  Academy  of  Sciences  there  have  been 
found  a  number  of  poems  of  Azerbaijani  poets  of  the  XVII  century  in  various 
libraries  of  the  world,  written  in  the  genre  tekbeyt  (one  couplet).  In  these  verses, 
consisting  of  only  two  lines  –  one  couplet,  the  poets  such  as  Saeb  Tabrizi,  Vahid 
Gazvini, Madzhzub Tabrizi, Sefigulu bey Safi, Murtazagulu Sultan Shamlu, Taseer 
Tabrizi  have  brilliantly  expressed  their  lyrical  feelings,  social  and  philosophical 
thoughts.
 
 
Паша Керимов 
 
ЖАНР ТЕКБЕЙТА В  
АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ XVII ВЕКА 
 
Резюме 
 
В результате поисков в Институте Рукописей имени Мухаммеда Физули 
НАН  Азербайджана,  в  разных  библиотеках  мира  был  обнаружен  ряд  сти-
хотворений азербайджанских поэтов XVII века, написанных в жанре текбейта. 
В этих стихах, состоящих всего из двух строк – одного бейта такие поэты как 
Саиб Табризи, Вахид Газвини, Маджзуб Табризи, Сефигулу бек Сефи, Мурта-
загулу  Султан  Шамлу,  Тасир  Тебризи  блестяще  выразили  свои  лирические 
чувства, общественно-философские мысли. 


 
171 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Yaşar QASIMBƏYLİ 
Filologiya üzrə elmlər doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
yashargasimov@mail.ru
 
 
ƏMƏKÇİ İNSANA VƏ DÖVR DƏYƏRLƏRİNƏ  
YENİ ESTETİK BAXIŞ 
(altmışıncıların yaradıcılığı əsasında) 
 
Açar  sözlər: yeni ədəbi epoxa, sinfi-siyasi yasaqlar, yeni insan,  yeni estetik 
dəyərlər, altmışıncılar 
Key  words:  new  literary  epoch,  classified  political  bans,  new  human,  new 
esthetics values, sixtieths 
Ключевые  слова:  новая  литературная  эпоха,  классово-политические 
ограничения, новый человек, новые эстетические ценности, шестидесятники
 
 
60-cı  illərin  bədii  mənzərəsini,  xüsusən,  həmin  dövrdəki  fərdi 
üslub  və  poetik  üsulların  qarşılıqlı  əlaqəsini  və  bir-birinə  təsirini  bu 
gün  də  tam  mənada  təsəvvür  etmək  çətindir.  Gənc  şairlərin  yaradı-
cılığında varislik və novatorluq dərəcəsini, poetik təmayül və tenden-
siyaların  bir-biri  ilə  necə  və  hansı  müstəvidə  uzlaşmasını  aydınlaş-
dırmaq da asan deyil. Yeni poetik epoxanın ən parlaq və məşhur im-
zaları arasında müştərək və fərqli cəhətlər xeyli idi. 
Bu  gənc  lirik  qəhrəman  30-50-ci  illər  poeziyasının  ictimai  ov-
qatlı,  siyasi  dünyagörüşlü  lirik  qəhrəmanlarının  davamçısı,  varisi 
deyildi. Altmışıncıların yaradıcılığındakı bu yeni və özünəməxsus es-
tetik  keyfiyyət  60-80-ci  illərin  və  sonrakı  dövrlərin  ədəbi  tənqidində 
müəyyən  qədər  araşdırılıb.  Xüsusən,  Bəkir  Nəbiyev  [1],  Asif  Əfən-
diyev  [2],  Yaşar  Qarayev  [3],  Arif  Abdullazadə  [4],  İsa  Həbibbəyli 
[5],  Vaqif  Yusifli  [6],  Nizami  Cəfərov  [7],  Şirindil  Alışanlı  [8],  Əli-
zadə  Əsgərli  [9]  və  başqa  tanınmış  ədəbiyyatşünas  alimlərin  tədqiqat 
və elmi əsərlərində bu məsələlərə diqqət ayrılmışdır. Yeni lirik “mən” 
mövcud ictimai-siyasi yasaqları və sərhədləri qəbul etmədiyini, bütün 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə