Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə71/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   67   68   69   70   71   72   73   74   ...   137

 
188 
qıza  qarşı  heç  bir  kobudluğa,  əxlaqsız  hərəkətə  yol  vermir,  əksinə, 
gətirib  evlərinə  yola  salır.  Bir  müddət  sonra  onlar  görüşürlər.  Feyru-
zun  diqqət  və  qayğısından  çox  məmnun  olduğundan  özünü  azad, 
xoşbəxt  insan,  sevilən  bir  qadın  kimi  hiss  edir.  Daha  Zülfiyyənin 
həyatında  onu  gündə  bir  kişiyə  satan  Raya,  onun  mənəvi  əzablarının 
baiskarı, faciə bataqlığına sürükləyən Rəhman yoxdur. Feyruz Rayaya 
bir  daha  Zülfiyyə  ilə  görüşməyi  qadağan  edir.  Bir  müddət  sonra 
Zülfiyyə  Feyruzun  onun  ürəyini  fəth  etdiyini  anlayır,  aralarında  ya-
xınlıq  olmasa  da,  artıq  onları  sevgi  telləri  öz  cazibəsinə  çəkir,  qəlbi 
həsrətlə  çırpınan  qız  bir  an  belə  onu  xəyalından  çıxara  bilmir,  ayrı-
lığına dözmür. Və günlərin birində hər ikisi suya həsrət təşnələr kimi 
bir-birlərinə qovuşurlar... 
Yazıçı  mahir  bir  süjet  ustadı  kimi  oxucunu  əsərin  kulminasi-
yasına hazırlayır. Artıq bizə elə gəlir ki, əsərin qəhrəmanları ilə bağlı 
bütün sirləri aydınlaşdırmışıq, daha qaranlıq bir məqam qalmamışdır. 
Elə əsərin bu yerində məlum olur ki, baş verən hadisələr barədə bütün 
təfərrüatları  bilmirik.  Mayor  Kərimov  cani  Xanlar  Xanlarovun  izinə 
düşmək,  onu  yaxalamaq  üçün  son  vasitə  kimi  Rayanın  köməyindən 
istifadə  etməyi  qərara  alır.  Bu  zaman  gözlənilməz  hadisə  baş  verir: 
anonim  zənglə  Rayanın  evinin  “bataqlıq”  olduğu  aşkar  edilir,  əxlaq-
sızlığa cəlb edilmiş neçə qız-gəlin biabırçılıqla polis idarəsinə aparılır. 
Rəhmanın əmrlərinə tabe olan, iyrənclikdə, qəddarlıqda heç də geridə 
qalmayan  Raya  da  həyatın  rəzil  insanlardan  aldığı  qisasdan  yan  qaça 
bilmir,  Təkcə  Zülfiyyəni  deyil,  bir  çox  saf,  məsum  qızları  aldadaraq 
əxlaqsızlığa sürükləyən Raya günahsızların ahına tutulur. Ana olandan 
sonra  etdiklərinə  görə  nisbətən  peşman  olsa  da,  içdiyi  spirtli  içkilər, 
qəbul  etdiyi  narkotik  dərmanların  nəticəsində  düşdüyü  quyudan  çıxa 
bilmir,  əksinə,  daha  da  bataqlığa  yuvarlanır.  Dərmanların  və  içkinin 
aludəçisinə çevrilmiş Raya dəli olur. Gecənin bir aləmində körpəsinin 
üşüdüyünü  zənn  edərək  əvvəlcə  onu  qaynar  ütü  ilə  ütüləmək  istəyir, 
sonra nə fikirləşirsə, qaynar su ilə  dolu vannaya  ataraq öldürür. Özü-
nün son yeri isə dəlixanada uşağını yatırtmağa çalışan ruhi xəstə kimi 
təsvir edilir. 
Öz  taleyinin  qisasına  məruz  qalanlardan  biri  də  Xanların  oğlu 
Feyruzdur. Feyruz atasını anasının ölümündən sonra dərhal unutmuş, 
həbsxanaya  isə  yalnız  atasının  gizlətdiyi  qızılların  yerini  öyrənmək 
üçün  getmişdi.  Feyruz  atasının  ölüm  xəbərindən  sonra  həbsxanaya 
meyiti  götürmək  üçün  çağırılsa  da,  oraya  ayaq  basmamışdı.  Atasının 
sağ  olduğunu  bildikdə,  olub-keçənləri  həyatından  silmək  üçün  onu 
aradan  götürtmək  istəmişdi.  Amma  həyat  ondan  öz  qisasını  atasının, 


 
189 
doğmasının  vasitəsilə  alır.  Yaşadığı  hər  mənəviyyatsız  ilə  görə  –  48 
yaşında  vurulan  48  bıçaqla  öldürülür.  Əsərdəki  obrazların  həyatları, 
niyyətləri, bütün mətləbləri Feyruzun ölümü üçün aparılan istintaq za-
manı  oxuculara  məlum  olur.  Fırıldaqçı  adamların  özü  kimi  də  fı-
rıldaqçı  dostları  olar.  Pula  görə,  daha  da  varlanmaq  arzusuna  görə 
Viktor  dostunu  satır,  hətta  onun  ölümündə  yaxından  iştirak  edir. 
Yazıçı bu obrazlar vasitəsilə Xanlardan fərqli olaraq tam mənfi planda 
əks olunmuş Feyruzun, Rəhmanın, Mirzənin, Viktorun, Rayanın belə 
cəzalarına  çatmalarını  göstərir.  Müəllif  bununla  demək  istəyir  ki,  hə-
yat heç nəyi qarşılıqsız qoymur, hər kəsi  yeri və zamanı gəldikdə öz 
layiqli  cəzasına  çatdırır.  Rəhmanın,  Feyruzun  bıçaqla  öldürülməsi, 
Mirzənin  güllələnməsi,  Viktorun  qalan  ömrünü  həbsxanada,  Rayanın 
isə ruhi xəstəxanada keçirməsi bu fikirlərin heç də yanlış olmadığı qə-
naətinə gətirir insanı...  
Bir  neçə  gün  sonra  isə  növbətçi,  mayor  Kərimova  sarışın  saçlı 
bir  oğlanın  onun  üçün  məktub  qoyduğunu  bildirir.  Məktub  axtarışda 
olan  Xanlar  Xanlarov  tərəfindən  göndərilir.  Burada  istintaqı  maraq-
landıran bütün sualların cavabı öz əksini tapır. Xanlar “İzahat” – mək-
tubunda hər şeyi  etiraf edir və Kərimova ithafən yazır ki,  “...nə  yazı-
ramsa,  xahiş  edirəm  hamısına  inanasınız.  Sizə  böyük  hörmətim  var. 
Mənə  inansanız,  ruhum  şad  olar  və  nisgilli  getmərəm...”  [2,  s.  193] 
Beləliklə, Xanların məktubundan məlum olur ki, Rəhman binamus bir 
adam  olduğundan  həbsxanada  onu  cəzalandırıblar.  Qisas  almağı 
düşünən  Rəhman  isə  Xanların  on  dörd  yaşlı  qızı  Zülfiyyəni  çirkaba 
saldıqdan  sonra,  qisasını  daha  da  dəhşətli  etmək  üçün  Zülfiyyəni 
Xanların  yeganə  oğlu  Feyruzla  tanış  edib,  insanlığa,  kişiliyə  yaraş-
mayan  bir  yolla  amansız  qisas  alır.  Buna  görə  də  Xanlar  onun  hök-
münü  verir,  bıçaqla  öldürüb  meyitini  zibilliyə  atır.  Eyni  zamanda 
yeganə  oğlu  Feyruzu  da  öldürdüyünü  etiraf  edir.  “Feyruz  oğul  kimi 
mən  atasına  qarşı  naxələf,  nankor,  xain  çıxdı,  məni  mühakimə  edir-
dilər,  o  isə  məndən  pulların  yerini  soruşurdu.  Ölüm  hökmünü  15  illə 
əvəz etdilər, teleqram vurdum ki, atan ölüb, gəl meyitimi apar, ancaq 
gəlmədi” [2, s. 195]. Xanlar yeganə oğlunu da xüsusi amansızlıqla öl-
dürdüyünü etiraf edir. Məktubunun sonunda Kərimovdan Zülfiyyədən 
muğayat olmasını, qayğısına qalmasını xahiş edir... Bir gün sonra isə 
Xanlar  bağ  evində,  qızının  gözləri  qarşısında  özünə  qarşı  dəhşətli 
ölüm hökmünü icra edir... 
Beləliklə,  romanın  hər  bir  surətində  cəmiyyətin  tipik  insanları-
nın  ümumiləşdirilmiş  obrazını  yaradan  müəllif  lirik  nəsrin  poetik-
liyindən məharətlə istifadə edərək bitkin bir süjet ərsəyə  gətirib. Eniş 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə