Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə74/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   70   71   72   73   74   75   76   77   ...   137

 
196 
“Trotskiçi-zinovyevçi  əksinqilabçı  blokunun  terrorçuluq  fəaliyyəti 
haqqında” gizli məktub hazırladaraq bütün respublikalara göndərir.  
Təbii ki, Moskvada baş verən proseslər və ədəbi-ictimai aləmdə 
böyük  rezonans  doğuran  hər  bir  hadisə  dərhal  Azərbaycanın  ədəbi 
sferasında  da  özünü  büruzə  verirdi.  İctimai-siyasi  həyatdakı  mürək-
kəblik, ziddiyyətlilik bütövlüklə ədəbi prosesdə çaşqınlıq yaratmışdır. 
Şura  mətbuatında  çap  olunmayan,  bu  prosesə  qoşulmayıb  kənardan 
seyr edənlər və yaxud onun əleyhinə çıxan yazarlar Azərbaycan ədəbi 
mühitində “voronskiçilik”, “pilnyakçılıq” kimi ədəbi mühit üçün təh-
lükəli sayılan “ünsür”lərə çevrilərək hakim partiya tərəfindən ən ağır 
cəzalara-sürgünlərə, həbslərə, güllələnməyə məruz qalırdılar.  
Onlardan  biri  də  dövrün  metodoloji  və  ideoloji  əyintilərinə 
uymadan  öz  yaradıcılığını  davam  etdirən  H.Cavid  idi.  Əlbəttə,  bu 
marksist  dünyagörüşlü  siyasət  və  ədəbiyyat  adamlarını  razı  sala  bil-
mirdi.  Ona  görə  də  uzun  müddət  ədalətsiz,  haqsız  tənqidlərə  məruz 
qalan  H.Cavid  vulqar  sosiologiya  və  şəxsiyyətə  pərəstişin  hökm  sür-
düyü  illərdə  ancaq  tənqid  hədəfi  olmuşdur.  Hakim  partiyanın  onu 
“yeni  metodoloji  prinsiplərlə  yazmağa  dəvət  etməsinə  rəğmən  müm-
kün  qədər  öz  yaradıcılıq  prinsiplərinə  (nadir  istisnaları  nəzərə  alma-
saq) 30-cu illərdə də sadiq qalıb” [1, s. 164]. 
Məqsədinə,  amalına  sadiq  qalan  H.Cavidi  günün  nəbzini  tuta 
bilməməkdə  günahlandıran  proletar  yazarlarının  yanlış  fikirdə  oldu-
ğunu zaman sübut etdi. “Günün nəbzini tuta bilməməkdə” günahlan-
dırılan  H.Cavid  əsrin  nəbzini  tuta  bilmişdir”  [8,  s.  17]  ki,  bu  gün  o, 
həm bir qələm sahibi, həm də bir pedaqoq kimi şəxsiyyəti, sənəti, ya-
radıcılığı ilə gənc nəslə örnəkdir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Cavidşünaslıq II-III (araşdırmalar toplusu). Bakı, “Gənclik”, 2007. 
2.
 
Humanitar elmlərin  müasir durumu  və ədəbiyyatşünaslığın nəzəri-metodo-
loji  məsələləri.  (Beynəlxalq  elmi  konfransın  materialları).  Bakı,  “Elm”, 
2010. 
3.
 
Hacıyev Rəfiq Zəka. XX əsr Azərbaycan romantizminin estetik prinsipləri. 
Namizədlik dissertasiyası. Bakı, 1967. 
4.
 
Əfəndiyev  T.  Romantik  dramaturgiyada  tarixilik  və  bədiilik.  Doktorluq 
dissertasiyası. Bakı. 
5.
 
Babayeva Q. Mustafa Quliyevin ədəbi-nəzəri görüşləri. Namizədlik disser-
tasiyası. Bakı, 2004. 
6.
 
Bualo. Poeziya sənəti. Bakı, Azərnəşr, 1996. 
7.
 
“Na rubeje Vostoka” jurnalı, № 9, 1935. 
8.
 
Azər T. Cavid əfəndi. Bakı, Azərnəşr, 2004. 


 
197 
 
 
Sevil Hasanova 
 
HUSEYN JAVID’S CREATIVE WORK AND THE THEORETICAL  
AND METHODOLOGICAL PRINCIPLES OF THE SOVIET PRESS 
 
Summary 
 
One  of  the  researcher-scientists  is  Huseyn  Javid  who  has  contributions  in 
researching  of  Azerbaijani  literature.  In  those  years  there  were  a  lot  of  articles 
dealing  with  H.Javid’s  creative  work.  Though  he  was  invited  for  writings  on 
ideological  principles  he  refused  this  proposal.  In  the  1920-40s  literary  process  in 
the methodological and ideological relations were developing in accordance with the 
principles of socialist realism. Those years H.Javid was one of the authors who was 
accused for his writings by critics. The authors of such kind of articles mainly were 
critics M.Huseyn, A.Nazim, H.Zeynally, M.Gulyev and others. Idea is the source of 
literary and artistic creativity, as well as publicity, its major branch. The opinion of 
H.Javid profoundly reflects such problems as nationality, realism, ideology etc. The 
root of all these ideas represents the civil goal, the civil sense, briefly Azerbaijanism. 
The  idea  giving  an  impetus  to  creativity  is  a  product  of  the  ability  of  watching  a 
professional.  
 
Севиль Гасанова 
 
ТВОРЧЕСТВО ГУСЕЙН ДЖАВИДА И ТЕОРЕТИКО-
МЕТОДОЛОГИЧЕСКИЕ ПРИНЦИПЫ СОВЕТСКОЙ ПЕЧАТИ 
 
Резюме 
 
Творчество выдающегося деятеля истории печати Азербайджана всегда 
находилось  в  центре  внимания.  Основная  цель  научной  статьи  изучение  его 
творчества.  Именно  в  эти  годы  возрастает  число  статей  и  рецензий  о  твор-
честве Г.Джавида.  Ему  не  раз предлагали, чтобы он создавал  произведения  в 
соответствии с идеологическими установками времени, но писатель был далек 
от  этого.  В  1920-1940-е  годы  литературный  процесс  в  методологическом  и 
идеологическом  отношении  развивался  в  соответствии  с  принципами 
социалистического реализма. Это был период, когда Г.Джавид наиболее часто 
подвергался  нападкам  со  стороны  литературной  критики.  У  истоков 
литературно-художественного творчества и публицистики, являющейся одной 
из его важных ветвей, стоит идея. В творчестве Г.Джавида всесторонне нашли 
свое отражение народность, реализм, идейность и т.п. проблемы. 


 
198 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Ülvi BABAYEV
 
Bakı Mühəndislik Universiteti 
ubabayev@qu.edu.az
 
 
KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMA” 
ROMANINDA POSTSTRUKTURAL FUNKSİYA 
 
Açar sözlər: Kamal Abdulla, “Yarımçıq əlyazma”, roman, poststrukturalizm, 
funksiya, yeni, mətn, model 
Key  words:  Kamal  Abdulla,  “The  Incomplete  Manuscript”,  novel, 
poststructuralism, function, new, text, model 
Ключевые  слова:  Кямал  Абдулла,  «Незаконченная  рукопись»,  роман, 
постструктурализм, функция, новый, текст, модель
 
  
Ədəbiyyat  tarixi  və  ədəbi  mətnlər  təcrübə  emalatxanası  rolunu 
oynayıb və bu proses davam edir. İstər formada, istərsə də məzmunda 
keyfiyyət  dəyişiklikləri  öz  dövrünün  ədəbiyyat  kəşfləridir.  Xüsusən, 
modern  ədəbiyyat  sabit  və  dəyişkən  düşüncə  arasında  böyük  bir  fərq 
sərhəddi  yaradandan  sonra  təcrübələr  çoxaldı.  Modernistlər  nihilist, 
aqnostik düşüncələri bədii mətnlərdə, xarakterlərin şüurunda, davranı-
şında  bədii  tədqiqata  çevirdilər.  Yeni  poetik,  estetik  strukturlar  ədə-
biyyatın praktiki imkanlarını genişləndirdi. Azərbaycan ədəbiyyatında 
da bu proses öz əksini tapdı. Kamal Abdulla çağdaş, xalis postmoder-
nist  nəsrin  aparıcı  rolunu  oynadı.  Postmodern  nəsrə  xas  keyfiyyətlər 
Azərbaycan  ədəbiyyatı  və  oxucusu  arasında  kommunikasiya  əlaqələ-
rini  genişləndirdi.  Hal-hazırda  da  Kamal  Abdulla  hekayə  və  roman-
larında  çağdaş  dünyanı  dastanların,  əfsanələrin,  miflərin,  həmçinin 
peripateizmin  yeni  bədii  strukturu  ilə  obrazlaşdırır.  Burada  arxetiplər 
bütləşmiş  anlayışları  təkrarlamır.  Yeni  ədəbi  mexanizmin  içində  bir 
detal kimi  təqdim olunur. Bu baxımdan Kamal  Abdulla nəsri moder-
nist  və  postmodernist  estetikanın  bir  çox  komponentini  özündə  cəm-
ləşdirir.  Nəsrimiz  dünya  nəsrinə  inteqrasiya  edir,  bu  həm  də  qlobal 
oxucu auditoriyası deməkdir. Kamal Abdulla qələmində təzahür edən 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə