Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə73/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   69   70   71   72   73   74   75   76   ...   137

 
193 
Romantizmə  marağın  və  onun  tədqiqinin  “ikinci  mərhələsi 
1920-30-cu  illər  hesab  oluna  bilər”  [4,  s.  16],  lakin  bu  tənqidçilər 
“poetika məsələlərinə marağı formalizm hesab edir, ədəbi cərəyanlara 
münasibətdə metodoloji istinadgah olaraq Plexanovun və Belinskinin 
estetikasına əsaslanırdılar” [4, s. 17]. Tədqiqatçı alim romantizmin ilk 
mərhələsinin  məhz  romantiklərin  özləri  tərəfindən,  yəni  M.Hadi, 
A.Şaiq,  A.Səhhət,  H.Cavid  tərəfindən  izah  və  şərh  edildiyini  qeyd 
edir.  Üçüncü  mərhələnin  isə  1950-ci  illərin  sonlarında  başladığı 
bildirilirdi: “50-ci illərdə Abbas Səhhət haqqında dissertasiya və mo-
noqrafiyası  ilə  Kamal  Talıbzadə  romantizmə  ögey  münasibətin  qor-
xunc  tilsimini  sındırdı.  1955-ci  ildə  onun  “Abbas  Səhhət”,  1956-cı 
ildə  Əziz  Mirəhmədovun  “Abdulla  Şaiq”,  1958-ci  ildə  “Məhəmməd 
Hadi”  monoqrafiyaları  çap  olundu.  Bununla  uzun  fasilədən  sonra 
romantizmşünaslığın üçüncü mərhələsinin əsası qoyuldu” [4, s. 17]. 
1980-ci  illərdən  sonra  romantizmşünaslığın  yeni  –  dördüncü 
mərhələsinin  başlanmasını  qeyd  edən  T.Əfəndiyev  sovet  dövrünün 
ədəbi-tənqidi haqqında da maraqlı fikir və mülahizələrini söyləyib.  
Ümumilikdə  Sovet  dövrü  Azərbaycan  tənqidinin  bir  çox  meto-
doloji  qüsurları  o  dövrün  anlamı  ilə  desək,  ümumsovet  tənqidi  ilə 
müştərək xüsusiyyətlərə  malik  idi. “Sırf sosioloji  meyarlara üstünlük 
verən  tənqid  çox  zəruri  olan  poetika,  söz  sənəti  məsələlərinin  forma-
lizm ədəbi cərəyanına aid edərək, ondan yan keçir, formalizmi isə yeni 
dövr  və  yeni  mədəniyyət  üçün  yararsız,  düşmən  elan  edirdi”  [5, 
s.116]. 
1920-30-cu  illərdə  cəmiyyətdə  olduğu  kimi,  ədəbi  həyatda  da 
yeniliklə  köhnəlik  arasında  amansız  mübarizə  gedirdi.  Təbii  bu  mü-
barizə tarixi bir proses idi. Odur ki, “dağılan və doğulan era” arasında 
gedən  gərgin  həm  ictimai-tarixi,  həm  də  ədəbi-nəzəri  prosesə  mər-
kəzdən  rəhbərlik  edilir  və  onun  qayda-qanunları  ilə  idarə  olunurdu. 
ÜİK(b)P  1925-ci  ildə  qəbul  etdiyi  Qətnamə  dövrün  ədəbi-tarixi  və-
zifəsi  olaraq  proletar  ədəbiyyatı,  mətbuatın  hegemonluğu  ideyasını 
təbliğ etməyə başladı.  
H.Cavid irsinin qiymətləndirilməsi fonunda Azərbaycan ədəbiy-
yatşünaslığının metodoloji inkişaf mərhələlərini izləmək mümkündür. 
Unutmaq olmaz ki, sovet ədəbi prosesi uzun müddət yalnız sosrealizm 
ədəbi-tənqidi  metodologiyasını  tətbiq  edib.  Lakin  bu  gün  sosrealizm 
öz  ömrünü  başa  vursa  da,  ədəbi-bədii  prosesin  öyrənilməsi  davam 
edir. Amma bu da bir həqiqətdir ki,  sovet  dövründə  sosrealizmin xü-
susiyyətlərinə  yad  olan  əsərlər  də  yaranıb  ki,  bu  gün  onlar  ədəbi-
mühitdə aktualdır. Məhz buna görə həmin dövrün “ədəbi-bədii düşün-


 
194 
cəsini  yenidən  araşdırmaq  və  metodoloji  cəhətdən  qiymətləndirmək 
lazımdır” [1, s. 8].  
Amma  1920-30-cu  illərdə  bəzən  həyatı  dərk  etməyin  dialektik-
materialist metodu ilə bədii metod mexaniki eyniləşdirilir, nəzəri fikir 
ədəbiyyat  tarixində  metod  probleminin  qoyuluşunda  milli  bədii 
təcrübənin inkişaf qanunauyğunluğu kifayət qədər nəzərə alınmırdı.  
Sovet dövrü mətbuatı və ədəbiyyatı haqqında, xüsusən də 1920-
30-cu illər ədəbi prosesini ədəbiyyatşünaslar belə səciyyələndirirlər ki, 
“tarixin heç bir mərhələsində ədəbiyyat 20-30-cu illərdə olduğu kimi, 
hakim sinfin, yaxud partiyanın, eləcə də dövlət ideologiyasının rupo-
runa  bu  dərəcədə  çevrilməyib”  [1,  s.  25].  Hətta  1970-ci  illərdə  belə 
ədəbiyyatşünas  alimlərimiz  bu  fikirdə  idilər  ki: “Azərbaycan  ədəbiy-
yatının  əsl  elmi  fundamental tarixini  yaratmaq sahəsində  əsas  ağırlıq 
marksist ədəbiyyatşünaslığının üzərinə düşmüşdür. Azərbaycan mark-
sist ədəbiyyatşünaslarının görkəmli nümayəndələrinin səyi nəticəsində 
ədəbiyyatımız sistematik bir şəkildə dövrlə, ictimai həyatla sıx surətdə 
bağlı olmuşdur” [6, s. 25].  
Bəli,  məhz  dövrlə,  ictimai  həyatla  bu  həyatda  baş  verən  ha-
disələrlə  bağlılığın  nəticəsi  olaraq  Şura  inqilabı  təbliğat  ruporuna 
mətbuatı  və  ədəbiyyatı  da  qoşdu.  Əslində  bu  yalnız  Sovet  dövründə 
belə  olmayıb.  Bütün  siyasi  çevrilişlər,  inqilablar  zamanı  dövrün,  za-
manın  mahiyyətindən  irəli  gələn  əsərlər  yaranır,  amma  bu  əsərlərin 
ömrü o qədər də uzun olmur.  
Lakin  Sovet  dövründə  ədəbiyyat,  mətbuat,  ümumiyyətlə,  ədəbi 
proses  birmənalı  olaraq  siyasi  şərtlər  altında  inkişaf  etdiyi  üçün  bu 
dövrdə baş verən siyasi hadisələr ədəbi prosesin istiqamətini bir müd-
dət  dəyişmiş  və  onu  ideoloji  çərçivəyə  salmağa  müvəffəq  olmuşdu. 
Çünki həmin illərdə ədəbi prosesin istiqamətini dəyişən, ona təsir edən 
faktorlar (kollektivləşmə, şəxsiyyətə pərəstiş, repressiya, İkinci Dünya 
müharibəsi, Stalinin ölümü, siyasi hakimiyyətdəki dəyişikliklər və s.) 
mühüm  rol  oynadı.  Ona  görə  də  bu  dövrün  elmi-nəzəri,  metodoloji 
sahədə həlli vacib problemləri açıqlanmalı, tam aydınlıq gətirilməli və 
həll edilməlidir. 
XX  əsrin  əvvəllərində  əsasən  də  20-30-cu  illərində  ədəbiyyatı, 
mətbuatı,  ümumiyyətlə,  ədəbi  prosesi  bolşevikləşdirmək  və  proletar 
ədəbiyyatı,  mətbuatı  yaratmaq  yolunda  “gərgin,  amansız,  şiddətli, 
rəhmsiz  bir  mübarizə  və  mücadilə  aparılırdı”.  Nəticə  isə  çox  faciəli 
oldu. Bolşeviklər hakimiyyəti zəbt edən kimi, ilk olaraq  ədəbiyyatın, 
mətbuatın  inkişafı  üçün  qərar  və  qətnamələr  verərək  ədəbi  prosesi 
nəzarətə götürdülər.  


 
195 
İlk  olaraq  mərkəzdə,  sonra  isə  əyalətlərdə  təbliğat  şöbələri  ya-
randı.  AK(b)P  və  Bakı  MK-ində  1923-cü  ildə  təbliğat  şöbəsi  təşkil 
edildi. Şöbə ölkədəki bütün təbliğat vasitələrinə nəzarəti bir istiqamət-
də cəmləşdirərək daha da gücləndirdi.  
“Birmənalı olaraq ədəbiyyatda, mətbuatda ədəbi proses də “mil-
lətçilik, türkçülük, cümhuriyyətçilik” (bolşeviklər bu sözü müsavatçı-
lıqla əvəz edirdilər) düşmənçilik donunda qələmə verilir, yeni millət-
lərarası  münasibətlər  sistemi-beynəlmiləlçilik  ortaya  atılırdı.  Əslində 
isə  “beynəlmiləlçilik”  adı  ilə  hakimiyyəti  ələ  keçirən  bolşeviklər  tə-
rəfindən Azərbaycanda antitürk siyasəti aparılırdı” [1, s. 12]. 
Mətbuatdan  və  ədəbiyyatdan  ən  kəsərli  təbliğat  vasitəsi  kimi 
istifadə  edən  hakim  partiya  1925-ci  ildə  “Gənc  qızıl  qələm”  cəmiy-
yətini  yaratdı  və  cəmiyyət  tezliklə  hegemonluğu  ələ  aldı.  Cəmiyyət 
həm  mətbuatda,  həm  də  ədəbiyyatda  “proletar  üslubunun  yeganə  üs-
lub olduğunu” [1, s. 24] israrla tələb edərək, birmənalı şəkildə yazar-
ları ona səsləyərək ölkədə ədəbiyyat, mətbuat, bütün ədəbi proses Şura 
inqilabının qələbəsinə xidmətə sövq edildi.  
Bütün  bunlar  Azərbaycanın  ədəbi-mədəni  mühitinə  daha  çox 
təsir  etdi.  Belə  ki,  “cəmi  bir  neçə  il  əvvəl  start  götürən  Azərbaycan 
mətbuat  “bumu”na  son  qoyuldu;  yalnız  bolşevik  mətbuat  orqanları” 
[1,  s.  13]  fəaliyyətdə  idi.  Mətbuat  “Bütün  ölkələrin  proletarları,  bir-
ləşin!” şüarı altında hakim partiyaya tabe edilərək, marksizm-leninizm 
(sonralar  stalinizm  də  əlavə  olundu)  ideyalarının  təbliğatçısına  çev-
rilirdi.  Sovetlər  birliyi  ərazisində  aparılan  bu  mübarizə  proletariatın 
qələbəsi  ilə  nəticələnsə  də,  “hər  şeyi  marksizm  həyati  görüşlərinə 
uyğunlaşdırmaq  daxildə  ədəbi  müxalifətin  yaranmasına  imkanlar 
açdı” [1, s. 26].  
Rusiyada  siyasi  müxalifətin  görkəmli  nümayəndəsi  Z.Trotski 
siyasi sferada olduğu kimi bolşevizmin ədəbi-mədəni həyatdakı müda-
xiləsinə  də  qarşı  çıxdığı  üçün  İ.Stalin  onu  1926-cı  ildə  siyasi  büro 
üzvlüyündən, 1927-ci ildə isə partiyadan xaric etdi.  
Trotski  və  onun  həmfikirləri  olan  A.K.Voronski,  B.Pilnyak, 
Pereverzev  qəti  olaraq  istedadın  və  qabiliyyətin  zorlanmasının  əley-
hinə çıxaraq “sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları 
sənətin metodları deyil. Sənət sahəsi partiyanın komanda edə biləcəyi 
bir sahə deyildir” [7, s. 5] prinsipini irəli sürdülər. 
1934-cü ilin  yanvar-fevral aylarında Moskvada partiyanın XVII 
qurultayı keçirilir. Stalin bir daha bu qurultayda özünə müxalif olan-
ları  zərərsizləşdirməyə  başlayır  və  1936-cı  ilin  iyulun  29-da 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə