Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə70/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   66   67   68   69   70   71   72   73   ...   137

 
186 
T.Kazımov  Zülfiyyə  obrazının  daxili  dünyasını  açmaq  üçün 
Kərimova  “Xatirə  dəftəri”ni  vərəqlədir.  Gündəliyi  oxuduqdan  sonra 
hadisələrin  mərkəzində  olan  zavallı  qızcığaza  daha  da  acıyır.  Onun 
yazdıqlarından,  hisslərindən,  sevgisinin  gücündən  təsirlənən  mənəvi 
xilaskara  çevrilən  Kərimov  Zülfiyyəyə  əlindən  gəldiyi  qədər,  hətta 
ondan daha artıq kömək edir, yardım əlini uzadır. 
Əsərdə  baş  verən  bütün  hadisələr  Zülfiyyə  obrazı  ilə  bağlıdır. 
Yazıçı  oxucunu  mürəkkəb  həyat  ziddiyyətlərinin  girdabında  boğul-
maqda  olan,  qurtula  bilməyən  Zülfiyyənin  faciəli  həyatı,  acınacaqlı 
taleyi  ilə  tanış  etdikcə,  oxucu  onun  həyat  dramının  səbəblərini  ay-
dınlaşdırmağa  çalışır.  Bu  gənc  qızın  taleyinin  uğursuzluqları  sanki 
əvvəlcədən  proqramlaşdırılmışdır.  Lakin  kim  tərəfindən,  necə,  nəyə 
görə?  Zülfiyyənin  bədbəxtliyinin,  addım-addım  gözqaraldan  uçuru-
mun kənarına yaxınlaşmasının baiskarı kimdir, bu suallara cavab tap-
maq müşkülə çevrilir. Bu müəmmaların  aydınlaşdırılması  həm  orqan 
işçiləri, həm də elə Zülfiyyənin özü üçün heç də asan olmur.  
Düşdüyü çətinliklərdən çıxış yolunu Kərimovda görən Zülfiyyə, 
onu  mənəvi  xilaskarı  hesab  edir.  Öləcəyini  sandığı  anda  Kərimova 
məktub  yazaraq  qızını  ona  əmanət  edir.  Bu  adamın  qızına  sahib  çıx-
masını,  onu  övladı  kimi  böyütməsini  istəyir.  İstəyir  ki,  qızı  Güney 
sahibsiz  qalmasın,  mehriban,  tam  bir  ailə  mühitində  sağlam  bir  gənc 
kimi yetişsin. Onun mənəvi xilaskarı hesab etdiyi insan həqiqətən Zül-
fiyyəni uçurumun, sözün əsl mənasında düşdüyü çarəsizlikdən çıxarıb 
xoşbəxtliyin  yolunu  göstərir.  Zülfiyyə  əslində  Kərimovu  sevdiyini, 
evli olan xilaskarına vurulduğunu hesab edir. Lakin yazıçının obrazlar 
üçün  seçdiyi  gələcək  həyat  bu  şəxslər  üçün  daha  əlverişli  olur.  Belə 
çətin vəziyyətdə müəllif başqa, yeni bir obraz canlandırır və bununla 
da hər şey öz qaydasına düşür. Vəli Kərimovun məsləhəti ilə Zülfiyyə 
ilə  görüşür,  yaxınlıq  edir,  tanıdıqca  onu  sevir.  Yazıçı  “Qisas”ın  da-
vamı  kimi  yazılmış  “Mənəvi  xilaskar”  hissəsində  xoşbəxt  bir  ailənin 
təməlini  təsvir edir. Zülfiyyə  də sonda haqqı  olan  xoşbəxtliyi,  mehri-
banlığı  tapır  və  əsərdə  təsvir  olunan  ən  möhtəşəm  hissələrdən,  duy-
ğusal  anlar  yaşadan  parçalardan  bir  hissəsi  Zülfiyyənin  xatirə  dəftə-
rində,  gündəliyində  əks  etdirilir.  Yazıçının  dediyinə  görə  bu  hissə  öz 
bədii təxəyyülünün məhsuludur.  
Tahir Kazımov qəhrəmanlarının mənəvi-psixoloji portretini çox 
incəliklə,  hər  surətin  özünəməxsus  cizgilərini  ustalıqla  təsvir  etməyi 
bacaran bir  yazıçıdır. O, istər mayor Kərimov, istərsə də faciəli tale-
yinin acılarını yaşayan Zülfiyyə olsun, hər birinin psixoloji fərdiliyini, 
xarakterini,  fərqli  çalarlarını  ustalıqla  yaradır.  Zavallı  qızın  iztirab-


 
187 
larını, qəlbində tüğyan edən təbəddülatı  onun öz sözləri ilə təsvir et-
diyi  gündəliyində  oxucunun  diqqətinə  çatdırır.  Zülfiyyə  qısa  həyat 
tarixçəsinin  ağrılı-acılı  günlərini  gündəliyinə  etibar  edir,  heç  kimə 
demədiklərini,  anasından  belə  gizlin  saxladıqlarını,  onu  üzüb  haldan 
salan xatirələrini ağ vərəqin yaddaşına köçürür, nə vaxtsa Feyruzun bu 
gündəliyi oxuyacağına, onun keçmişi, faciəli ömür yolu barədə dolğun 
məlumatı olacağına ümid edir. Bəlkə o zaman Feyruz onun günahsız-
lığına  inanacaq,  alçaq  niyyətli,  rəzil  insanların  əxlaqsız  mənəviyyatı-
nın qurbanı olduğuna əmin olacaq... 
Müəllifin romana daxil etdiyi Rəhman, Raya obrazları əvvəldən 
sona qədər  əsərdə  rəzalət  rəmzi  kimi  hər  yerdə  əxlaqsızlıq, mənəviy-
yatsızlıq toxumu səpməklə məşğuldurlar. Raya, Rəhman və onun dost-
larının eyş-işrət məclisləri üçün gənc qızları tora salmaqla məşğuldur. 
Sayı-hesabı bilinməyən neçə qız-gəlin Rayanın qurbanı olur. Zülfiyyə-
nin  gündəliyi  ilə  tanışlıqdan  sonra  Kərimov  cinayətin  Zülfiyyə  ilə 
bağlı hissəsini aydınlaşdırır.  
Hələ 4 il əvvəl – 14 yaşlı Zülfiyyə dərsdən qayıdan zaman qar-
şısında bir maşın dayanır, içəridən boylanan kişi mehribanlıqla soru-
şur:  “Ülviyyənin  qızısan?”.  Qızın  “Bəli”  cavabını  eşidib  təklif  edir: 
“Otur,  evinizə  aparım.  Ananı  tanıyıram,  yaxşı  qadındır”  [2,  s.  108]. 
Rəhmanın  anasını  tanıdığını  söyləməsi,  həm  də  onu  tez-tez  kitab-
xanaçı  Raya  ilə  gördüyündən  Zülfiyyə  heç  nədən  şübhələnməyib 
maşına  əyləşir.  Rəhman  maşını  şəhərdən  kənara  sürür,  qamışlıq  bir 
yerdə  saxlayır,  bu  gözdən  uzaq,  xəlvət  yerdə  köməksiz  qızın  namu-
sunu  ləkələyir.  Sonra  da  onu  hədələyir:  “Bu  barədə  bir  kimsəyə  söz 
desən  anasız  qalarsan”  [2,  s.  109].  Cismən  və  mənən  sarsılmış  qızcı-
ğaz  anası  üçün  qorxduğundan  yaxınlarına  və  hüquq  mühafizə  işçi-
lərinə məlumat verə bilmir. Bir neçə gün sonra Rəhmanın usta adı ilə 
evlərinə  göndərdiyi  cavan  bir  oğlan  da  qızın  başına  eyni  oyunu  açır. 
Artıq  bakirəliyini  itirmiş,  geriyə  yolu  qalmayan  qızı  salonuna  cəlb 
etmək üçün Raya hərəkətə  keçir. Onunla  yaxınlıq  edir, mehribançılıq 
göstərir  və  bir  gün  özü  ilə  bərabər  yaşadığı  villaya  gətirir.  Buranın 
əxlaqsız bir yuva olduğunu başa düşən və qaçmaq istəyən Zülfiyyəni 
zərbə  ilə  vuran Raya onu taleyi  ilə  barışıb, deyilənlərə  əməl  etməsini 
məsləhət  görür.  Əks  təqdirdə,  onu  bütün  şəhərdə  biabır  edəcəyi  ilə 
hədələyir.  Beləliklə,  Zülfiyyə  Rayanın  mənəviyyatsızlıq  zindanında 
Rəhmanın haqsız-hüquqsuz quluna çevrilir.  
Az  sonra  hər  şeyi  planlaşdıran  Rəhman  artıq  məqamın  yetiş-
diyini düşünərək, Rayanın  vasitəsilə Feyruzu villaya qonaqlığa dəvət 
edir, burada onun Zülfiyyə ilə tanışlığı üçün şərait yaradır. Feyruz isə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə