Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə67/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   63   64   65   66   67   68   69   70   ...   137

 
179 
üzümü  tutub  gedirəm.  Çiçəklərə  gözəlləşməyi,  Ağaclara  yaşamağı, 
torpağa  bərəkətli  olmağı  öyrədirəm.  Mənimdir  bütün  binalar,  bütün 
çöllər,  bağlar.  Mənimdir  səmadakı  quşlar,  suların  altındakı  balıqlar. 
Çünki azad ürəyim var, azadlıq budur, qardaşım.” Gənc F.Qocanın bu 
ruhdakı və mövzudakı şeirləri hələ yazıldığı vaxtlarda ədəbi ictimaiy-
yətin diqqətini cəlb etmişdir. Ədəbi tənqidin bu şeirlərə münasibəti isə 
birmənalı deyildi. Bu şeirləri təqdir edənlər də, inkar edənlər də vardı. 
Bu  şeirin  sağlam  təlqini  və  təhlili  sonrakı  dövrlərə  aiddir.  Görkəmli 
tənqidçi Vaqif Yusifli yuxarıda misal gətirdiyimiz şeirdən bəhs edərək 
yazırdı: “F.Qocanın insan azadlığı ilə bağlı düşüncələri də onun poetik 
qayəsinin  əsas  atributlarından  biridir.  Azadlıq  nədir?  Təbii  ki,  nə  bu 
şeirin  yazıldığı  60-cı  illərdə,  nə  də  indiki  çağda  insan  sözün  həqiqi 
mənasında  azad  olmamışdır.  Azadlıq  uğrunda  isə  mübarizə  hələ  da-
vam  edir.  Hətta  müstəqilliyimizi  əldə  edəndən  sonra  da  azadlıq  haq-
qında  xəyallar  bəsləyirik.  Lakin  insanın  fərdi  azadlığı  tamam  başqa 
şeydir, ən totalitar rejimdə belə insan özünü fikrən, ruhən azad hesab 
edə  bilər.  Fikrət  Qocanın  lirik  qəhrəmanı  da  bu  mənada  xoşbəxt  in-
sandır.  Fikrən,  ruhən  azad  olan  insan  üçün  həyat  ilk  növbədə  nikbin 
mahiyyət daşımalıdır” [6, s. 19]. Bu fikirlərlə razılaşmaq mümkündür 
və  biz  də  tənqidçinin  münasibətini  müdafiə  edirik.  Amma  bu  şeirə 
başqa cür də yanaşmaq olar. Məsələn, şairin təsvir etdiyi lirik əhvali-
ruhiyyəni  tam  əks  mənada  qiymətləndirmək  olmazmı?  Müəllif  insan 
azadlığını son dərəcə, qəsdən və məqsədli şəkildə adiləşdirməyibmi? 
Lirik qəhrəmanın məhz bu mövqeyi, məsələyə bu cür münasibəti 60-cı 
illər tənqidində anlaşıqsız, bəzən isə etirazla qarşılanmışdı. Çünki yeni 
lirik qəhrəmanın, xüsusən, yuxarıda nəzərdən keçirdiyimiz lirik “mən”in 
yaşantılarında bir sıra başqa cəhət və keyfiyyətlər də nəzərə çarpırdı. 
İdeoloji  tənqid  yeni  lirik  qəhrəmanın  mənəvi  fəaliyyətində  və  xarak-
terində  “passiv  istehza”  və  “ironiya  aləminə  qapılma”  hallarını  görür 
və bunu açıqca büruzə verirdi. Sovet tənqidinin bu narahatçılığı əsas-
sız  deyildi.  Çünki  Ə.Kərimin,  F.Qocanın,  M.Arazın,  X.R.Ulutürkün 
və  başqa  altmışıncıların  lirik  qəhrəmanları  sosialist  realizmi  esteti-
kasının  qəliblərinə  sığmırdı,  hətta  onu  bir  çox  cəhətlərdən  yerli-dibli 
inkar  edirdi.  Ona  görə  60-70-ci  illərin  ən  məşhur  tənqidçilərindən 
birini  aşağıdakı  şeir  həddindən  artıq  hiddətləndirmişdi:  “Dəniz  də 
mənimdir, Üstünə səpilən ay işığı da. Sahildəki ağaclar da mənimdir, 
Yarpaqların danışığı  da.  Gedir  gəmilər, Fit səsi  mənə qalır.  Yollarda 
bütün  gözəllərin  Tökülüb  ədası,  nazı,  qəmzəsi  mənə  qalır.  Xəyalım 
hara  getmək  istəyir,  göndərirəm.  Yol  pulunu  qızırqanmıram,  Laləli 
dərələrin qoynuna atıram özümü, alışıb yanmıram”. Şeirin epiloqu söz 


 
180 
sənətinin məfkurəvi keyfiyyətinə və sosialist gerçəkliyinə nə dərəcədə 
sədaqətli olub-olmamasına cavabdeh ədəbiyyat “texnoloq”larını xüsu-
silə qıcıqlandırırdı: “Kefim istəyəndə gecələr doyunca ulduzlara baxa 
bilirəm.  Heç  baxmıram,  ya  da  Kef  çəkirəm  dünyada”.  Bu  sətirlərdə 
sosialist  realizmi  kanonları  və  qanunları  ilə  uyğunluğun  olmamasını 
hiss  edən  tənqidçi  əsəblərini  və  emosiyalarını  cilovlaya  bilməmişdi: 
“Bizə elə gəlir ki, bu cür hərcayi, iddialı lirik qəhrəmanı tərənnüm yox, 
ifşa  etmək  gərəkdir!..”.  60-70-ci  illərdə  belə  bir  mülahizənin  səs-
lənməsi şairin taleyi üçün ciddi təhlükə yarada bilərdi. Ona görə də bu 
cür  mövqedən  yazılmış  və  altmışıncıları  “ifşa”  edən  hökmlərə,  it-
tihamnamələrə  qarşı mütəmadi olaraq, sağlam  və  milli  mənafeyi  mü-
dafiə edən tənqidin səsi həmişə eşidilmişdir. Amma bu gün yarım əsrə 
yaxın  bir  vaxt  keçdiyini  və  elə  bir  siyasi,  ideoloji  təhlükənin  olma-
dığına  güvənərək,  o  şeirlər  haqqında  daha  geniş  və  cəsarətli  müla-
hizələr bildirmək zərurəti duyulmaqdadır. Həqiqətən də, F.Qocanın bu 
şeirlərində  Azadlığa  münasibətdə  müəyyən  dərəcədə  istehza,  ironiya 
mövcud  idimi?  Bizə  elə  gəlir  ki,  yuxarıda  nəzərdən  keçirdiyimiz 
şeirlərin mətnində siyasi azadlığın şişirdilməsinə, zamanın böyük mü-
baliğəsinə  yanaşmada  müəllifin  son  dərəcə  dərin  antipatiyası,  passiv 
istehzası və ayıq müasirlərinin, daha çox isə, gələcək nəsillərin həssas 
və  iti  idrakına  hesablanmış  incə  bir  ironiyası  gizlənmişdir.  Bədii 
həqiqətin  bu  cür  düşünülməsi  və  ifadəsi,  ümumən,  F.Qoca  üslubunu 
təşkil  edən  poetik  komponentlərin  mürəkkəb  qarşılıqlı  əlaqəsi,  lirika-
nın məhdud imkanlarının bu dərəcədə genişləndirilməsi və lirik “mən”in 
birbaşa,  müstəqim,  az  qala  monoloq  səciyyəli  ifadəsində  heyrətamiz 
çoxmənalılığa  nail  olmaq  ötən  əsrdə  milli  şeirimizin  ən  mühüm  və 
yaddaqalan nailiyyətlərindən biridir.  
Beləliklə,  gənc  F.Qocanın  özünüifadə  tərzi  XX  yüzildə  Azər-
baycanın  bədii  inikas  xəritəsində  yeni  ünvan,  poetik  məkan,  növbəti 
və  yeni bir üslub hadisəsi kimi milli estetik təfəkkürümüzü təzələmiş 
və  zənginləşdirmişdir.  Müdrik  F.Qocanın  möhtəşəm,  zəngin  yaradı-
cılıq  dünyası  gənc  F.Qocanın  bədii  cəsarətindən  və  kəşflərindən  do-
ğulmuş, ərsəyə gəlmişdir. Gənc şairin yarım əsr öncəki poetik həqiqət-
ləri və heyrətləri bu gün də bizi düşündürməkdədir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Nəbiyev  B.  Şair  fərdiyyəti.  Ön  söz.  (Fikrət  Qocanın  portretinə  cizgilər).  Bax: 
Fikrət Qoca. Seçilmiş əsərləri, I cild. Bakı, “UniPrint”, 2014.  
2.
 
Əfəndiyev A. Müdriklik səlahiyyəti. Bakı, “Gənclik”, 1978. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə