Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə69/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   65   66   67   68   69   70   71   72   ...   137

 
184 
də,  yaşamaq  eşqini  yenidən  oyandırsa  da,  bu,  sonda  Zülfiyyənin 
iztirablarının, həyat dramının davamı olur… “Qisas” romanındakı bu 
məqamlar,  həmçinin  bir  sıra  mətləblərin,  düyünlərin  peşəkarcasına 
açılması,  hadisələrin  ardıcıllığının  məharətlə  sıralanması  əsərin  təsir 
gücünün daha da artmasına şərait yaradır. 
Əsərin əvvəlində təsvir olunan Feyruz obrazı kimi təqdim olun-
muş şəxsin prototipi azərbaycanlı deyil, yəhudidir. Bir çox xəsarətlərlə 
qətlə yetirilmiş Feyruzun istintaq zamanı araşdırmalar aparılarkən, bir 
qadınla  yaşadığı  da  müəyyən  olunur.  Həmin  qadının  şöbədə  olarkən 
sorğu-sual  zamanı  dediyi:  “İlahi...  O,  məni  həyata  qaytarmışdı,  yeni 
həyat  vermişdi,  məni  paklaşdırmışdı,  adamlar  arasına  çıxarmışdı,  in-
sanlara  məni  tanıtmışdı...  İlahi,  o,  öz  ölümü  ilə  məni  yox  etdi,  öl-
dürdü...” [2, s. 55] – sözləri ilə yazıçı “mənəvi bataqlıq”dan xilas edil-
miş Zülfiyyə obrazını canlandırır. Zülfiyyənin timsalında müəllif əsər-
də bədii sözün qüdrətini ucaldır, fəlsəfi fikirlərini irəli sürür. 
Əsərdə ilk diqqəti cəlb  edən insanların bir-birinə qarşı olan qi-
sasçılıq hissidir. Əslində əsəri diqqətlə oxuduğumuz zaman aydınlaşır 
ki, roman təkcə bir qrup insanların bir-birindən qisas almaqla cinayət 
törətdiklərindən  yox,  həm  də  yaşayış,  həyat  tərzinə  görə  talelərinin 
onlardan qisas aldığından bəhs edir. 
Romandakı süjetlər, əsasən, qisas üzərində qurulur. Hər bir ob-
raz  öz  həyat  tərzinə,  səhvinə  görə  mənəvi  və  fiziki  qisas  cəzasına 
məhkum  olunur.  Bununla  yazıçı  onu  göstərmək  niyyətindədir  ki,  hə-
yatda  etdiyimiz  bütün  hərəkətlərlə  öz  gələcəyimizi  yazırıq.  Həyat 
bizdən yalnız qurban verməyimizi tələb etmir, həm də etdiyimiz səhv-
lərə  görə  nələrisə  alır.  Aldıqları  canımızı  o  qədər  yandırıb-yaxır  ki, 
gözümüzü  açıb  nəyin  doğru,  nəyin  yanlış  olduğunu  anlamırıq.  Səhv 
ardınca  səhv  edirik.  Bəzən  isə  etdiklərimizin  cəzasını  biz  yox,  əziz-
lərimiz,  sevdiklərimiz  çəkir,  onlar  ödəyir.  Bu,  bizi  daha  da  incidir. 
Ancaq  kimlərinsə  səhvlərinin  cəzasını  ödəyən  insanlar,  bütün  bu  acı-
lara dözənlər gün gələr həyatın sınaqlarından çıxar, dərdləri azalar. 
Əsərin  süjet  xəttinə  baxdıqda  bunun  şahidi  oluruq.  Hadisələr 
Xocahəsən  qamışlığında  tapılan  meyitin  şəxsiyyətini  dəqiqləşdirmək, 
cinayətin  üstünü  açmaq  üçün  gedən  araşdırmalarla  başlanır.  Hadisə-
lərin  düyün  nöqtəsi  mayor  Kərimovun  Zülfiyyəylə  söhbətidir  ki,  ci-
nayətin  necə  törədilməsi  ilə  bağlı  ilkin  təsəvvürlər  dəqiqləşdirilir. 
Burada  Zülfiyyənin  sevgisinin  böyüklüyünün,  eyni  zamanda  onun 
kədərinin  şahidi  oluruq.  Zülfiyyənin  gündəliyini  Kərimova  verməsi, 
onun  və  sevdiyi  insanın  həyatı  ilə  bağlı  olan  tükürpədici  məqamlar 
əsərin  kulminasiyasını  təşkil  edir.  Qatilin  kimliyinin  bilinməsi  ilə 


 
185 
Zülfiyyənin xəstəliyinin artması, əməliyyat olunması, düyünlərin açıl-
dığı hissədir. Final isə Xanların məktub yazaraq özünü faciəvi şəkildə 
öldürməsi ilə nəticələnir.  
Əsərdə  baş  verən  hadisələr  həyatla  birbaşa  əlaqədə  olub,  hər 
birimizi maraqlandıran məsələlərə toxunaraq maraqlı şəkil alır. Yaşı-
nın yeniyetmə illərində istəməsə belə əxlaqsız yola düşmüş, ləyaqətsiz 
həyat  sürmüş  Zülfiyyənin  bütün  ətrafı,  yaxınları,  hətta  tanımadığı 
adamlar  tərəfindən  qınaq  obyektinə  çevrildiyini  görürük.  Bizim  cə-
miyyətdə də bu cür hallara tez-tez rast gəlmək mümkündür. Bütün bu 
qınaqlar  insanların  mənəvi  alçalmalarına,  yaşamına,  həyata  qarşı  is-
təklərinin,  ümidlərinin  qırılmasına  səbəb  olur.  Belə  bir  aforizm  var: 
“İnsanları  maraqlandıran  sənin  ağrı-acın,  göz  yaşların  deyil,  etdiyin 
səhvlərdir”.  Bu,  həqiqətən  də  belədir.  Bəzən  heç  kəs  bizim  nə  qədər 
acı çəkdiyimizi görməz, onlar bizim etdiklərimizlə maraqlanarlar, da-
xili dünyamızla, həyatın bizə verdikləri ilə yox... Bu səbəbdən idi ki, 
Zülfiyyə özünü xilas etmək üçün addım atmır. Lakin yazıçı ümidsiz-
liyə qapılmır, həyatda Kərimov, Vəli kimi insanı başa düşən şəxslərin 
olduğunu vurğulayır. Bununla da çətinliklər qarşısında dayanma gücü 
verə biləcək, həyat işığı ola biləcək insanların da olduğunu göstərir.  
Romanı detektiv tipli  əsərlərdən fərqləndirən əsas cəhət  burada 
millilik  hisslərinin  qabardılmasıdır.  Burada  milli  mentaliteti  təbliğ 
edən  başlıca  obraz  Xanlar  kişidir.  Qatil  olmasına  baxmayaraq,  yazıçı 
bu obrazı gözdən salmır, obraza öz milli fikirlərini köçürərək, onu tam 
mənfi hesab edilməkdən çıxarır. Beləliklə, Xanlarov obrazı bütünlük-
də  milli  mentalitetin  dili  ilə  desək,  gözümüzün  qarşısında  qorxmaz, 
igid  bir  cəngavəri  canlandırır.  Sonda  o,  ədalətdən  qaçmır,  qatil  olsa 
belə  yalan danışmır, hər şeyi bir məktubla izah edir. Əsər boyu onun 
xətalarının  ucbatından  törədilən  qisaslar  insanların  həyatına  bais  olsa 
da, Kərimova son məktubda yazılan izahatnamə ilə Xanlar obrazı tam 
mənfi bir obraz kimi təqdim edilmir. Etdiklərinin qızının və nəvəsinin 
həyatında hansı izlər buraxdığını görən Xanlarov onları daha dəhşətli 
oyunlardan qoruyur və sonda özü üçün ölümü seçir.  
Əsərin əsas qəhrəmanı isə polis mayoru Kərimovdur. Müəllifin 
bu obrazı daxili bir vurğunluqla, insani keyfiyyətlərinə, xarakterindəki 
bütün  müsbət  xüsusiyyətlərinə  görə  rəğbətlə  yaratdığı  ilk  anlardan 
aydın  olur.  Bu  hisslər  oxucunun  da  ruhuna  hakim  kəsilir.  Təsadüfi 
deyil  ki,  həm  dəhşətli  zorakılığa  məruz  qalmış  Zülfiyyə,  həm  də  elə 
qatı  cinayətkar  Xanlar  Xanlarov  polis  zabiti  Kərimovun  vicdanlı  bir 
insan  olduğuna  qəti  əminliklə,  daxili  bir  inamla  öz  sirlərini  başqa 
kimsəyə deyil, məhz ona etibar edirlər. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə