Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə72/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   68   69   70   71   72   73   74   75   ...   137

 
190 
və  yoxuşları  ilə  oxucunu  intizarda  saxlayan  əsər  bəşər  övladının  əsl 
üzünü,  dərin  düşüncələrini,  ədalət  naminə  mübarizəsini  əks  etdirir, 
yaddaşda uzun müddət silinməyəcək izlər buraxır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Babazadə  B.  Ədəbiyyatda  lirik  növ:  dərs  vəsaiti.  Bakı,  Bakı  Universiteti 
nəşriyyatı, 2008. 
2.
 
Kazımov T. Qisas. Bakı, “Nurlan”, 2011. 
  
Sevinj Kazimova 
 
PSYCHOLOGICAL PORTRAIT OF A LYRICAL CHARACTER AND 
DRAMATIC EFFECT IN THE DESCRIPTION OF SOCIAL RELATIONS 
 
Summary 
 
Fate – this is a life lived by man. In this life, each of us has to overcome some 
difficulties, moral and spiritual sufferings. And only a person with a strong character 
can  overcome  all  these  problems  and  help  people  in  distress.  For  the  people,  to 
whom  life  showed  its  cruel  face,  the  most  serious  challenge  is  their  loneliness  – 
because very often society does not accept them. 
The  character  of  the  novel  “Revenge”  also  had  to  endure  a  lot.  Those  who 
were the cause of her troubles, have lost their dignity, conscience and honor. And in 
the  end  the  fate  takes  its  fair  decision  punishing  them.  The  plot  of  this  novel  once 
again shows the relevance of the problem of man and society. The writer convinces 
that the problems arising in the lives of the people should be solved in a society. 
 
Севиндж Кязимова 
 
ПСИХОЛОГИЧЕСКИЙ ПОРТРЕТ ЛИРИЧЕСКОГО ОБРАЗА И 
ДРАМАТИЧЕСКОЕ ОПИСАНИЕ СОЦИАЛЬНЫХ ОТНОШЕНИЙ 
 
Резюме 
 
Судьба – эта жизнь, прожитая человеком. В этой жизни каждому из нас 
приходится  преодолевать  какие-то  трудности,  моральные,  духовные  страда-
ния.  И  только  человек  с  сильным  характером  может  преодолеть  все  это  и 
помогать людям, попавшим в беду. Для людей, которым жизнь показала свое 
жестокое  лицо,  самым  серьезным  испытанием  становится  их  одиночество  – 
потому что очень часто общество не принимает их. 
Персонажу романа “Месть” тоже пришлось пережить очень многое. Те, 
которые были причинами ее бед, потеряли свои достоинства совести и чести. 
И в конце судьба принимает свое справедливое решение, наказывая их. Сюжет 
этого романа еще раз показывает актуальность проблемы человек и общество. 
Писатель  убежден  что,  проблемы  возникающие  в  жизни  людей  должны 
решаться именно в обществе. 


 
191 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Sevil HƏSƏNOVA 
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
 
HÜSEYN CAVİD YARADICILIĞI VƏ SOVET  
MƏTBUATININ NƏZƏRİ-METODOLOJİ PRİNSİPLƏRİ
 
 
Açar  sözlər: sovet dövrü, ictimai  məzmun, ədəbi proses, tənqid, tədqiqatçı, 
ideoloji münasibət, metodoloji münasibət, ədəbi tənqid 
Key  words:  soviet  period,  social  content,  literary  process,  criticism, 
researcher, ideological attitude, methodological attitude, literary criticism 
Ключевые  слова:  советский  период,  общественное  содержание,  лите-
ратурный процесс,  критика,  исследователь,  идеологическое  отношение, мето-
дологическое отношение, литературная критика
 
 
Azərbaycan  nəzəri-estetik  fikir  tarixinə  özünəməxsus  uğurları, 
ziddiyyətləri və faciələri ilə daxil olmuş zəngin dövrlərdən biri 1920-
30-cu  illərdir.  XX  əsrin  ilk  on  illiyində  vüsət  almış  intibah  milli 
ideologiyanın  formalaşması  ilə  –  yəni  Azərbaycan  Xalq  Cümhuriy-
yətinin qələbəsi ilə başa çatdı. Azərbaycanda milli dövlətin süqutu və 
bolşevik  işğalı  ilə  başlanan  1920-30-cu  illər  isə  Azərbaycan  nəzəri-
estetik fikir tarixinə çox ziddiyyətli, mürəkkəb mərhələ kimi düşdü.  
1920-ci  illərin  ortalarından,  1940-cı  illərin  sonlarına  kimi 
Hüseyn  Cavid  yaradıcılığı  və  şəxsiyyəti  ilə  bağlı  yazılan  çoxsaylı 
ədəbi-tənqidi,  elmi,  bədii-publisistik  məqalələr,  resenziyalar,  rəylər 
birmənalı olaraq H.Cavid yaradıcılığında “ziddiyyət” axtarışında olub. 
Kimi  1926-cı  ildən  sonra  H.Cavidin  yaradıcılığında  “ciddi  dönüş 
olduğunu”  iddia  edib,  kimi  də  “yeni  quruluşa  qarşı  biganəliyindən” 
şikayətlənib.  Təbii  ki,  bu  dövrün  ideoloji  və  metodoloji  prinsiplərin-
dən irəli gələn bir hal idi.  
Sovet  ideologiyasına  uyğun  olaraq  ölkədə  ədəbiyyat,  mətbuat, 
bütövlükdə  ədəbi  proses  siyasətə  meyilləndiyi  bir  zamanda  “ədəbi 


 
192 
proses  ədəbi  qanunlarla  yox,  siyasi  göstərişlər,  mülahizələr  əsasında 
işləməyə başlayır” [1, s. 39]. Sovet dövründə ədəbiyyat, mətbuat siya-
si şərtlər altında inkişaf etdiyinə görə bütövlükdə ədəbi proses ideoloji 
çərçivədə fəaliyyət göstərib və bu dövrdə baş verən hadisələrə mövzu 
baxımından təsir göstərən faktorlar (məsələn, kollektivləşmə, sənaye-
ləşmə,  Stalinin  ölümü  ilə  siyasi  hakimiyyətdəki  dəyişikliklər  və  s.) 
mühüm rol oynayırdı.  
Görkəmli yazıçı E.Əfəndiyevin fikrincə: “Dünya ədəbiyyatı tari-
xində siyasət, rəsmi ideologiya heç bir ədəbi cərəyana sosrealizm də-
rəcəsində  müdaxilə  etməyib.  Bu  cəhətə  biz  30-40-50-ci  illərin  kon-
tekstindən baxsaq, o zaman həmin siyasi müdaxilə, eyni zamanda in-
zibati müdaxilə, ağır, sarsıdıcı fiziki və mənəvi zərbə idi” [2, s. 64] ki, 
bu zərbəyə daha çox milli ruhlu yazarlarımız məruz qaldı.  
20-ci  yüzilin,  xüsusən  də  1920-30-40-cı  illəri  Azərbaycan  ədə-
biyyatının  və  mətbuatının  “sıx  sosialist  realizmi  (sosrealizm)  ədəbi 
metodu ilə bağlı olan” dövrüdür. Bu dövrdə Azərbaycan ədəbiyyatının 
və mətbuatının böyük simalarının  yaradıcılığını inkar etmək qətiyyən 
düz olmazdı. Əksinə, biz uzun illər onların yaradıcılığını, elmi-nəzəri, 
bədii-publisistik  irsini  tədqiq  və  təhlil  edə-edə,  öyrənə-öyrənə  gəl-
mişik.  Məhz  bu  illərdə  C.Məmmədquluzadə,  C.Cabbarlı,  S.Hüseyn, 
H.Cavid,  Ə.Cavad,  M.Müşfiq  kimi  ictimai  fikir  tariximizin  forma-
laşmasında  yeri  olan  yazarlarımız  var  idi  və  “XX  əsrin  ilk  onilliklə-
rindən formalaşmış milli ictimai və bədii şüur tipi 20-30-cu illərdə də 
yaşayırdı” [2, s. 200]. Həqiqətən də 1920-ci illərin sonları və 1930-cu 
illərin  birinci  yarısında  Azərbaycanda  ədəbi-mədəni  və  elmi  fikrin 
inkişafı üçün siyasi-mənəvi reallıqlar mövcud idi.  
“1920-30-cu  illərin  əvvəllərində  sovet  şərqşünaslığı  və  ədəbiy-
yatşünaslığı  elminin  yeni  istiqamətlə  inkişaf  etdiyi  bir  dövr  idi”  – 
söyləyən cavidşünas alim M.Cəfər də cavidşünasların əksəriyyəti kimi 
düşünürdü ki, təkcə H.Cavid irsi deyil, “ümumən Azərbaycan roman-
tizminin  təhlil  və  qiymətləndirilməsində  nəzəri-metodoloji  cəhətdən 
bir neçə tarixi mərhələ mövcuddur.  
Bu  mərhələlər  ədəbiyyatşünaslığın  ümumi  inkişaf  səviyyəsi  ilə 
yanaşı,  romantik  sənətə  münasibətdəki  fərdiliklə  də  səciyyələnir. 
Azərbaycan  estetik  fikrinin,  ədəbi  tənqidinin  tarixini  öyrənmək  mə-
qamlarında,  həmçinin  Azərbaycan  romantizminin  ümumnəzəri  prob-
lemlərinə,  onun  ayrı-ayrı  nümayəndələrinin  ədəbi  irsinə  həsr  edilmiş 
tədqiqatlarda romantizmin nəzəriyyəsi və tematikası haqqında təmayül 
və konsepsiyalardan da bəhs olunmuşdur” [3, s. 67].  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə