Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə68/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   64   65   66   67   68   69   70   71   ...   137

 
181 
3.
 
Qarayev Y. Tarix: Yaxından və uzaqdan. Bakı, “Sabah”, 1996.  
4.
 
Abdullazadə A. Şairlər və yollar. Bakı, “Elm”, 1984. 
5.
 
Həbibbəyli İ. Xalq şairi M.Araz. Bakı, “Azərbaycan”, 1999. 
6.
 
Yusifli V. F.Qoca. Bakı, “Nurlan”, 2005. 
7.
 
Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı, “Çaşıoğlu”, 2004. 
8.
 
Alışanlı Ş. Sözün estetik yaddaşı. Bakı, “Elm”, 1994. 
9.
 
Əsgərli Ə. X.R.Ulutürkün poetikası. Bakı, “Aspoliqraf”, 2012. 
10.
 
 Qoca F. Seçilmiş əsərləri, altı cilddə, I cild. Bakı, Azərnəşr, 2005. 
 
 
Yashar Gasimbeyli 
 
THE NEW AESTHETIC VIEWS  
TO THE LABOR AND PERIOD VALUES 
(on the basis of sixtieths’ creativity) 
 
Summary  
 
In the  article  “The  new aesthetic  views to the  worker and  period values”  is 
dealt with aesthetic renewal process of Azerbaijani poetry in 60s. At that time new 
artistic trends of poetic youth’s creativity in the literature became the main direction 
of the national poetry.  
In the article is summarized the   typical quality and aesthetic identity of new 
literary epoch in the poems dedicated to the universal, spiritual and religious moral 
values on the themes of worker.  
 
Яшар Гасымбейли 
 
НОВЫЙ ВЗГЛЯД ЭСТЕТИКИ  
НА ТРУЖЕНИКА И ЦЕННОСТИ ВРЕМЕНИ 
(на основе творчества шестидесятников)  
 
Резюме 
 
В  статье  говорится  о  происходящем  в  1960-е  годы  процессе  эстети-
ческого  обновления  в  азербайджанской  поэзии.  В  это  время  впервые  в  твор-
честве пришедшей в литературу поэтической молодёжи зародились новые ху-
дожественные  стремления,  позже  слившиеся  в  основное  направление  наци-
ональной поэзии. 
В  статье  в  лаконичной  форме  обобщается  научно  проведённый  анализ 
стихов  на  рабочую  тему,  на  темы  общечеловеческих  нравственных  и 
морально-религиозных  ценностей  в  поэзии,  составляющей  характерные  ка-
чествами и эстетическое своеобразие новой литературной эпохи. 


 
182 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Sevinc KAZIMOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Azərbaycan Dillər Universiteti 
sevinckazimova15@gmail.com
 
 
LİRİK OBRAZIN PSİXOLOJİ PORTRETİNİN TƏHLİLİ VƏ 
SOSİAL MÜNASİBƏTLƏRİN TƏSVİRİNDƏ DRAMATİZM
 
 
Açar sözlər: qatil, qurban, vicdan, qisas 
Key words: killer, victim, conscience, revenge 
Ключевые слова: убийца, жертва, совесть, месть
 
 
İnsanın  daxili  aləminin  açılmasında,  onun  ən  dərin  fikirlərinin, 
emosiyalarının izharında lirik nəsr əhəmiyyətli rol oynayır. Oxucu ilə 
birbaşa ünsiyyətin qurulması sanki müəllifin “etirafını” daha da asan-
laşdırır.  Lirikanın  əsas  xüsusiyyətlərini  saxlamaqla,  ondan  fərqli  ola-
raq  obrazı  daha  mürəkkəb,  çoxplanlı,  dinamik  şəkildə  təsvir  etməyə 
imkan  verir.  İlk  baxışdan  süjetsiz  görünsə  də,  qəhrəmanın  xatirələ-
rinin, hisslərinin, düşüncələrinin əks olunduğu hadisələr zəncirinin xa-
rici mühitlə, həyat səhnələri ilə sıx bağlılığı əsərin bütövlüyünü, axıcı-
lığını, tamlığını əks etdirir. 
Epik  süjetdən  fərqli  olaraq,  burada  metodiki  ardıcıllıq  və  hadi-
sələrin gedişatının planlaşdırılması yoxdur, əvəzində əhval-ruhiyyənin 
gözlənilməz dəyişkənliyi, müxtəlif hissələr arasında zaman və məkan 
əlaqəsinin  olmaması,  tematik,  emosional,  müvəqqəti  səhnələrin  artı-
rılması  və  s.  montaj  prosesinin  metodlarını  xatırladır.  Lirik  nəsrin 
kompozisiyası,  əsasən  iki  formada  qurulur:  səyahət  haqqında  lirik 
gündəlik;  burada  süjetin  əsasını  qəhrəmanın  təəssüratları  təşkil  edir. 
Digəri isə  lirik avtobioqrafiyadır ki,  həyatın  ən əhəmiyyətli  keçidləri, 
yaddaşın ən parlaq xatirələri və ümdə hisslər bir yerə toplanaraq əsas 
surətin şüuruna, dünyaya baxışına çevrilir. 
“Lirikanı  epik  və  dramatik  əsərlərdən  fərqləndirən  xüsusiyyət-


 
183 
lərdən  biri  də  hisslərin,  duyğuların  tərənnümüdür.  Belə  ki,  epik  və 
dramatik əsərlərdə təsvir, təhkiyə, mükalimələr əsas yer tutduğu halda, 
lirikada  hisslərin,  həyəcanların  ani  tərənnümü  əsas  tutulur.  Eposda 
obyektiv  həyatın  təsviri,  lirikada  isə  subyektiv  düşüncə  əsasdır.  Liri-
kada  da  əsas  obyekt  epos  və  dramda  olduğu  kimi  obyektiv  gerçək-
likdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv tərənnüm yolu 
ilə verilir” [1, s. 11]. 
İstənilən  janrda  yazılan  əsər  qeyd  edilən  xüsusiyyətləri  daşı-
yırsa, onu lirik nəsr adlandırmaq olar. Müxtəlif üslubların vəhdətindən 
yaranan bu forma yazıçıya öz ideyalarını təqdim etmək üçün əlverişli 
mühit  yaradır.  “Lirikada  bədii  dərketmənin  ən  başlıca  obyekti  lirik 
əsəri yaradan müəllifin özünün xarakteri, onun ən əvvəl daxili aləmi, 
əhvali-ruhiyyəsi və həyata olan emosional münasibətidir” [1, s. 16]. 
Azərbaycan  ədəbiyyatında  lirik  nəsrin  örnəklərindən  olan  “Qi-
sas”  romanı  da  detektiv  janrda  yazılmasına  baxmayaraq,  qəhrəman-
ların  xarakterik  xüsusiyyətləri,  ayrı-ayrılıqda  həyat  hekayələri,  fərqli 
düşüncə  tərzləri,  bir-birlərinə  olan  münasibətləri  və  təsirləri  lirik-
poetik şəkildə təqdim olunur. Cinayət  və cinayətkar probleminə  yeni 
bir  estetik  yanaşma  əsərdəki  surətlərin  psixoloji  portretlərinin  təsviri 
ilə çulğaşaraq fərqli bir lirik nəsr nümunəsi yaradır. Romanın fabulası, 
süjetdənkənar  elementləri,  lirik-fəlsəfi  psixologizmi  bədii  materialı 
daha  da  zənginləşdirir.  Yazıçı  Tahir  Kazımovun  “Qisas”  romanının 
janr xüsusiyyətlərindən söz açarkən, onu psixoloji, sosial-dramatik bir 
əsər  kimi  dəyərləndirmək  daha  doğru  olar.  Əsərdə  təsvir  olunmuş 
obrazlar  bir-birindən  kəskin  fərqlənən  sosial  təbəqələşmənin  nüma-
yəndələridir.  “Çirkli  pullar”,  qeyri-qanuni  yollarla  əldə  edilən  sərvət 
bu  insanların  mənəviyyatını  dəhşətli  deqradasiyaya  uğradır,  əxlaqi 
dəyərlər,  cəmiyyətin  normal  davranışı,  yaşam  tərzi  mənasını  itirir. 
Onlar müəyyən zaman dönəmində özlərini nə qədər rahat hiss etsələr 
də, zahiri təmtərağını qoruyub saxlamağa çalışsalar da, taleyin fəlakət 
qılıncı  onların  başı  üstündə  hazır  dayanır...  Hadisələr  dərin  drama-
tizmlə inkişaf etdikcə faciələrə səbəb olanların, başqalarının bədbəxt-
liyi,  talesizliyi,  uğursuzluğu  təməlində  öz  dəbdəbəli,  şan-şöhrətli  gü-
zəranlarını qurmaq sevdasına düşənlərin dəhşətli sonluqla bitən talelə-
rinin  şahidi  oluruq.  Bu  məntiqi  sonluq  həyatın  öz  dialektikasından 
doğur: heç bir əməl nəticəsiz qalmır. İnsan öz əməllərinə görə nə vaxtsa 
qanun, cəmiyyət və ən əsası vicdanı qarşısında cavab verməli olur. 
Əsərin  əsas  qəhrəmanı  Zülfiyyənin  Feyruzla  görüşməsi,  özün-
dən  xeyli  yaşlı  olan  bu  insanı  dərin  bir  məhəbbətlə  sevməsi  –  onu 
əxlaqsızlıq bataqlığından xilas edib həyatın ən gözəl anlarını bəxş etsə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə