Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə66/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   62   63   64   65   66   67   68   69   ...   137

 
177 
nisbiliyi və ya müvəqqətiliyi də ifadə olunub. Amma daha çox diqqəti 
çəkən xoşbəxtliyin  yalanlığı, saxtalığı və ya  yoxluğudur. Bu həqiqəti 
gənc Fikrət Qoca son dərəcə məharətlə ifadə edib. Poetik həqiqətlərin 
bu  cür  sətiraltı  mənalar  və  son  dərəcə  incə  işarələr  vasitəsi  ilə  əks 
etdirilməsi  təcrübəsinə  XX  əsr  poeziyasında  bir  sıra  ustad  sənətkar-
ların, o cümlədən M.Ə.Sabirin, S.Vurğunun, R.Rzanın, Ə.Kərimin və 
təbii ki, F.Qocanın poeziyasında rast gəlirik.  
Həqiqət  və  azadlıq  bütün  zamanlarda  bədii  təfəkkürün  diqqət 
mərkəzində  dayanan  ictimai-estetik  anlayışlardır.  Yaradıcı  insanın 
simasını,  şərəf  və  ləyaqətini  təyin  edən  bu  mənəvi  keyfiyyətlər  heç 
vaxt  öz  aktuallığını  itirməyib.  Öz  dövrü  həqiqətlərinə  sədaqət  sənət-
karın  mənəviyyatı  və  tarix  qarşısındakı  məsuliyyətini  həmişə  açıq-
aydın nümayiş  etdirib. Söz sənətinin azadlığa münasibəti də ilk öncə 
həqiqətə  necə  və  nə  dərəcədə  sayqı  ilə  yanaşmaqdan  asılı  olub.  Öz 
dövrünün  həqiqətlərinə  arxa  çevirən  ədəbiyyatın  azadlıq  barəsindəki 
dəyərləndirmələri  də  saxta  olmağa  məhkumdur.  Altmışıncıların  öz 
poetik həqiqətlərini yaratmaqla bağlı estetik axtarışları onların azadlıq 
ünvanına yönəlmiş mənəvi-əxlaqi hökmləri ilə daha da dolğunlaşırdı. 
Gənc  Fikrət  Qocanın  həqiqət  və  azadlıq  haqqında  bir  neçə  şeiri  var. 
Bu  şeirləri  yeni  poetik  epoxanın  varlığını  və  mahiyyətini  səciyyə-
ləndirən bədii əsərlər hesab etmək olar. Həm də bu şeirlər ümumilikdə 
altmışıncıların  mənəvi-estetik  qənaətləri  ilə  çox  yaxın  və  həmahəng-
dir. Gənc şairin “Həqiqət” (1963) şeirində  yuxarıda söylədiklərimizin 
inikasını görürük. “Günəş böyük həqiqətdir, Ondan incimək olmayır. 
Təriflənmək  ləyaqətdir,  Bəyənməmək  qəbahətdir  özgə  söz  demək 
olmayır”  [10,  s.  273].  Müəllif  öz  dövrünün  böyük  həqiqətindən  söz 
açır, onu günəş adlandırır. Amma bu şeiri günəşin tərifinə və təhlilinə 
həsr  olunmuş  bir  əsər  kimi  dəyərləndirmək  düzgün  olmazdı.  Əksinə, 
“Həqiqət”  yazıldığı  dövrün  günəş  kimi  böyük  həqiqəti  haqqındakı 
şeirdir.  Yəni  yarandığı  zamanın  ən  böyük  həqiqətinə  poetik  münasi-
bəti əks etdirir bu şeir. O dövrün ən böyük həqiqəti və ya həqiqətlərini 
isə biz öz təsəvvürümüzdə canlandırmalıyıq. Şeirin pafosunu və məq-
sədini  doğru-düzgün  dərk  etmək  üçün  həmin  həqiqətləri  fikrimizdə 
bütövləşdirərək  aşağıdakı  misraları  oxuyanda  biz  şeirin  və  şairin 
həqiqətə  baxışını  anlayırıq:  “Günəş  böyük  həqiqətdir,  Böyük  olmaq 
böyük dərddir, – O hər yanda olsun gərək, O hər yana çatsın gərək...” 
[10, s. 273]  Mətnin həqiqətə  yanaşmasını və münasibətini  yuxarıdakı 
misralar daha aydın və sərrast ifadə edir. O, yəni həqiqət hər yerdə ola 
bilmir, hər yana çata bilmir. Həqiqətin azlığını və bir çox hallarda isə 
yoxluğunu şair son dərəcə məharətlə, günəş obrazının təbii və coğrafi 


 
178 
imkanlarından  istifadə  edərək  söyləməyə  nail  olub.  Şeirin  son  mis-
raları da müəllifin həqiqətlə bağlı narahatlığını və nigarançılığını, hə-
qiqətsizliklərin dəhşətini vurğulayır: “Günəş böyük həqiqətdir, Ondan 
incimək  olmayır.  Beləsinin  verdiyi  ziyan  böyük  dərddir  heç  kəsə 
demək olmayır” [10, s. 273]. Amma gördüyünüz kimi, kiməsə söylə-
mək  nə  qədər  çətin  və  təhlükəli  olsa  da,  gənc  müəllif  “Günəş  kimi 
böyük  həqiqətlərin”  verdiyi  “böyük  ziyan”  barəsində  öz  oxucusuna 
məlumat verməyə cəsarət etmişdi. 
Azadlıq haqqındakı şeirlərində də gənc şairin poetik məharəti və 
cəsarəti  heyrətamizdir.  Bu  şeirlər  yenicə  formalaşmaqda  olan  Fikrət 
Qoca üslubunun nadir və təkrarsız təzahürləridir. Hətta həssas oxucu 
da  indicə  nəzərdən  keçirəcəyimiz  poetik  nümunələri  dəfələrlə  oxu-
yarkən  qəribə  bir  heyranlıq  və  təəccüb  duyğusundan  ayrıla  bilmir; 
Gənc  müəllif  bu  cür  poetik  nəticələrə  axı  necə  nail  ola  bilib?  “Azad 
insanıq”  (1964)  şeirinin  ifadə  tərzi  çox  qəribədir:  “Çiynimdə  ulduzlu 
səma, İslanmış səkilərdə Rəngarəng reklamların əksini Geyirəm ayaq-
larıma. Bürkülü  günlərdə sərin  Ağac kölgəsində sərinləyirəm,  elə bil 
çimirəm” [10, s. 5]. Bu sətirlərdə insan azadlığının xüsusi bir əlaməti 
və  ya  cəhəti,  azadlığın  rəmzi  olan  bir  nişan  yoxdur.  Lirik  “mən” 
özünün  adi,  hərgünkü  həyatından,  hərəkətindən,  gəzintisindən  bəhs 
edir. İnsan azadlığının özünəməxsus bir təzahürünü və ya görüntüsünü 
görmək məqsədilə yenə şeirə nəzər salırıq: “Soyuqlu gecələrdən inci-
mirəm  Bürünürəm  gümüşü  Ay  işığına  Səhərəcən  tamaşa  eləyirəm 
Yerlə  göyün  barışığına.  Gecələyirəm  Ya  dörd  divar  arasında,  Ya  da 
elə-belə,  dünyada”  [10,  s.  5].  Biz  bu  misralarda  da  insan  azadlığının 
görünən və görünməyən hansısa bir əlamətini müşahidə etmirik. Lirik 
“mən”in yaşantıları, müəllifin təsvir etdiyi lirik situasiya öz poetikliyi 
və cazibədarlığı ilə qəlbinizi oxşayır. Amma onların heç biri fövqəladə 
və ya qeyri-adi təsir bağışlamır. Yəni müəllif insan azadlığının çox adi 
və  sadə  bir  şey  olduğunu  vurğulayır.  Lirik  qəhrəmanın  öz  vəziyyəti 
haqqındakı etirafı da azadlığın yenə də adiliyini, təbiiliyini və heç kim 
tərəfindən verilmədiyini göstərir: “Əzələmdə ilan kimi qıvrılıb gücüm, 
Ürəyimdəki bir yığın arzudur-köçüm. İşimdir – hara əlimi atsam, Yo-
lumdur – hara üzümü tutsam” [10, s. 5]. 
Fikrət Qoca lirik qəhrəmanının azadlıq ovqatı və təsəvvürü onun 
bu mövzudakı başqa şeirlərində də əks edilib. Aşağıdakı şeirdə də qə-
ribə  azadlıq  əhvali-ruhiyyəsinin  ifadəsi  ilə  qarşılaşırıq.  Bu  qəribəlik 
obrazlardan və bədii ifadə vasitələrindən başqa həm də şeirin ruhunda, 
mündəricəsində və lirik “mən”in azadlığa münasibətindədir: “Başımı-
zın  üstündə  günəş,  Ayağımın  altında  doğma  bir  ada...  Hara  gəldi 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə