Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə65/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   61   62   63   64   65   66   67   68   ...   137

 
175 
dəyərləndirilir.  Təkcə  bu  şeir  yox,  Fikrət  Qocanın  başqa  nəsildaş-
larının  –  Məmməd  Arazın,  Xəlil  Rza  Ulutürkün,  Əli  Kərimin,  Nəri-
man  Həsənzadənin  və  başqalarının  bu  mövzudakı  şeirləri  də  bizim 
yanaşmamızı  əsaslandırır.  Burada  Məmməd  Arazın  “Məndən  ötdü 
qardaşıma dəydi” adlı məşhur poetik ittihamnaməsini xatırlamaq kifa-
yətdir. 
Gənc  Fikrət  Qocanın  estetik  axtarışlarının  və  yeniliklərinin  zir-
vəsini onun ömrünün və yaradıcılığının erkən çağlarında qələmə aldığı 
“Salam,  Allah”  şeiri  təşkil  edir.  Bu  şeirin  ifadə  tərzi  və  üslubu 
oxucunu  bəlkə  də  müəyyən  dərəcədə  çaşdıra  bilər.  Çünki  müəllif  öz 
şeirini  Allaha  mədhiyyə  kimi  yazmağı  qarşısına  məqsəd  qoymayıb. 
Əlbəttə,  bu  gün  Allah  barəsində  tam  sərbəst  şəkildə  düşünmək  və 
yazmaq  imkanına  malik  olan  müasirlərimiz  bu  şeiri  oxuyarkən  təəc-
cüblənməməlidir. Zira, “Salam, Allah” şeiri Allahsız və ateist cəmiy-
yətin hegemonluğu dövründə qələmə alınmışdır. Biz çox vaxt keçmişə 
bu gündən çıxış edərək yanaşır və qiymət veririk. Əsrlərin sınağından 
çıxmış  böyük  həqiqəti  unuduruq  ki,  hər  bir  hadisəyə  və  ya  sənət 
əsərinə  onun  özündən  əvvəlki  dövrlərə  nəzərən  nə  dərəcədə  yeni 
olmasından  çıxış  edərək  qiymət  vermək  lazımdır.  “Salam,  Allah” 
şeirini  də  məhz  bu  kontekstdə  –  30-50-ci  illərin  Allah  haqqında  səs-
sizcə düşünməkdən belə xoflanan çoxsaylı lirik qəhrəmanlarının siya-
siləşmiş  mənəviyyatı  fonunda  dəyərləndirmək  zəruridir.  Və  şeirdə 
Sabiranə  poetik  təhkiyənin  xarakterinə  də  fikir  vermək  lazımdır: 
“Eheyy... salam, Allah! Açıram pəncərəmi. Gecə yarıdır, boşdur otaq. 
Bəri, bax, gəl, söhbət eyləyək, təkətək” [10, s. 27]. Şeir uca və misilsiz 
Tanrının  şərəfinə  yazılmış  mədhiyyə  deyil.  O  illərdə  bu  cür  şeirin 
yaranmasını da təsəvvür etmək və  gözləmək düzgün olmazdı.  Şeirdə 
Allah  haqqında  kifayət  qədər  kəskin  və  ateistlərin  xoşuna  gələcək 
ifadələr  mövcuddur:  “Deyirlər,  sən  məni  yaratmısan,  Adəm  şəklində 
Yer kürəsinə atmısan. Deyirlər, tez yaratmısan Mənim üçün ölümü də. 
Deməli,  məni  yaradan  kimi  məndən  qorxmusan.  Əlimdəsən,  Allah, 
əlimdə” [10, s. 27]. Bəs bu şeirin məqsədi və bu günümüz üçün dəyəri 
nədən ibarətdir? Şairin arzusu və istəyi, təbii ki, öz ateist müasirlərinin 
qəlbini  oxşamaq  deyildi.  Allahla  mübahisə  şəklində  düşünülmüş  və 
yazılmış şeir nəinki dolayısıyla, hətta bilavasitə Allahın varlığını təs-
diq edirdi. Çünki lirik “mən” dünyanın Sahibinə, Yaradana etiraz edir-
di. Təbii ki, bu qəribə mübahisə və çoxmənalı xitab Allahın varlığını 
cəmiyyətə  təlqin  etmək  məqsədi  daşıyırdı.  Şeirin  epiloqu  müəllifin 
məhz  bu  məqsədində  son  dərəcə  ardıcıl  və  israrlı  olduğunu  bir  daha 
vurğulayır:  “Sən,  qatı  düşmənimsən,  qatı.  Xofunla  vahiməyə  çevirir-


 
176 
sən  həyatı.  Gəl,  vuruşaq,  Allah!  Bu  vuruş  bəşərin  susuz  dodağına  su 
olacaq,  su!  Vuruşaq  ki,  çıxsın  canımdan,  Allah  vahiməsi,  Allah  qor-
xusu!” [10, s. 29]. 
Altmışıncıların  Allah  barəsində  düşüncələrinin  tarixini  “Salam, 
Allah” şeirindən başlamaq olar. Onların “Mən burdayam, ilahi” (Vaqif 
Səmədoğlu)  xitabına  gedən  yolu  “Salam,  Allah”dan  keçir.  Beləliklə, 
yeni  poetik  epoxanın  formalaşması  prosesi  məşhur  və  əsas  ictimai-
fəlsəfi  və  bədii-estetik  kanonlara,  dəyərlərə  tamamilə  təzə  yanaşma-
lara  əsaslanırdı.  Yeni  ədəbi  dövr  özündən  əvvəlki  estetik  mərhələnin 
qanunlarına və həqiqətlərinə bir təftişçi kimi  yanaşır və insan, həyat, 
tarix, dünya haqqında təsəvvürləri yeniləyərək özününküləri yaradırdı. 
Gənc  Fikrət  Qocanın  yaradıcılığı  yeni  mədəni  epoxanın  poetik  dəsti-
xəttini və simasını müəyyənləşdirən ədəbi hadisələrdən biri kimi gələ-
cəkdə də oxucu və ədəbiyyatşünasları düşündürəcəkdir.  
Poetik gəncliyin erkən yaradıcılığında dekonstruktiv yanaşmaya 
məruz qalan və hələ o zamanlar da ədəbi ictimaiyyətin diqqətini özünə 
cəlb  edən  məsələlərdən  biri  təkcə  cəmiyyətin  deyil,  ümumən,  XX 
yüzilin  əsas  problemlərindən  birinə  –  insanın  xoşbəxtliyi  və  səadəti 
haqqındakı  ədəbiyyatda  kök  salmış  ənənəyə  münasibət  idi.  Bu  möv-
zuda gənc Fikrət Qoca xeyli şeirlər  yazıb. Həmin şeirlər, qeyd etmək 
lazımdır ki, 60-cı illərdə də, sonralar da birmənalı qarşılanmayıb. Ona 
görə  ki,  müəllifin  məqsədi  heç  də  sovet  şairlərinin  ictimai  və  milli 
xoşbəxtlik  haqqındakı  qənaətlərini  və  hökmlərini  davam  etdirmək 
olmayıb.  Bu  şeirlərdə,  təbii  ki,  X.R.Ulutürkə  məxsus  açıq  etiraz  və 
üsyankarlıq  da,  V.Səmədoğluya  məxsus  səadətin  antonimi  –  bəxtsiz-
liyin və pessimizmin tərənnümü də yoxdur. Amma gənc Fikrət Qoca-
nın erkən lirikasında ictimai səadətin təsdiqi və tərənnümünü də gör-
mürük,  əksinə  onun  bu  tipli  şeirlərində  X.R.Ulutürk  və  V.Səmədoğ-
luyla  dərin  və  gizli  bir  həmrəylik  duyulmaqdadır.  Məsələn,  gəlin 
şairin həmin şeirlərindən birini birlikdə oxuyaq: “Mat qalmışam sənə: 
xoşbəxtliyini tək qoyub necə yatacaqsan bu gecə? Xoşbəxtlikdən necə 
ayrılacaqsan,  necə?  Bəlkə  səhər  oyananda  xoşbəxtliyin  itmiş  oldu? 
Səhərəcən  təklikdən  darıxıb  getmiş  oldu?  Bəlkə...  bəlkə...  Nə  bilim, 
bir gecədə dünyada o qədər şeylər olub. Axı, necə  yata bilərsən, belə 
xoşbəxtlikdən ayrılıb” [10, s. 89]. 
Oxuduğumuz  lirik  mətndə  müəllifin  “xoşbəxtlik”  anlayışına 
qəribə münasibəti diqqətinizi cəlb edirmi? Şeirdə təsvir olunan insanın 
xoşbəxtliyi əbədi olmadığını və ya ümumən, o insanın xoşbəxt olması 
müəyyən şübhə və tərəddüd yaradır. Yəni “xoşbəxt” insan yatıb səhər 
yuxusundan  bədbəxt  oyana  bilər.  Burada  insan  səadəti  anlayışının 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə