Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə76/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   72   73   74   75   76   77   78   79   ...   137

 
201 
Strukturalistlərin ən maraqlı tətbiq sahələrindən biri dildir. Dilin 
və dillərin anlaşılması üçün Ferdinand De Sössürün rolu əvəzsizdir. O, 
dillərin  strukturunu  həmin  dildəki  sözlərin  ifadə  etdiyi  mənaya  görə 
təsnifləndirmişdi. Sössür dilin strukturunu tarix və zamanla müəyyən-
ləşdirmir.  Dilin  az  dəyişkən  olması  təklifini  irəli  sürür:  “Dildə  ancaq 
konkret olmayan mexanizmlərin ayrılığı vardır” [13, s. 13]. Əlbəttə ki, 
bu da sözün semantikasında, ifadə çalarlığında, mənasında əks olunur. 
Misal  üçün  “fransız  dilində  bir  cümlə  götürək:  Toto  sois  sage”, 
tərcüməsi  belədir.  Toto  yaxşı  oğlandır.  Ancaq  “sage”  sözünü  “yaxşı 
vaxt”  kimi  işlədə  bilmirik.  Çünki  sage  sözü,  “ağıllı”,  “kamallı”  mə-
nasında  yaxşı  məna ifadə edir” [6, s. 17]. Ferdinand De Sössür dilin 
strukturunu şahmata bənzədir [13, s. 18]. Fiqurların materialı taxta və 
ya  sümükdən  olsa,  oyunun  və  şahmatın  mahiyyəti  dəyişməz.  Ədə-
biyyatın da ümumi mahiyyəti ciddi bir dəyişikliyə məruz qalmasa da 
fərqli  dövr  və  zamanlarda  struktur  fərqləri  ortaya  çıxmışdır.  “Yarım-
çıq  əlyazma”  romanı  da  estetik  zərurət  kimi  yaranıb.  Kamal  Abdul-
lanın  poststruktural  mətn  modeli  Jak  Derridanın  nəzəriyyəsinə  ya-
xındır, daha dəqiq desək, həmin konsepsiyanın mətndə tətbiqidir. Der-
rida  strukturalizmi  fəlsəfə  və  ədəbiyyatda  dekonstruksiya  anlayışına 
görə işlənib [12, s. 123]. “Yarımçıq əlyazma” romanı da “Dədə Qor-
qud” eposunun dekonstruksiyasıdır. Ancaq bu köçürmə, yeni mətn ya-
ratma mexaniki, texniki xarakter daşımır. Polifonik  mətn  dünyası  ya-
ratmaq və sonsuz sayda, tolerant düşüncə sisteminə xidmət edir. Klod 
Levi-Ştraussun antropologiya, Rolan Bartın semiotika və ədəbi tənqid, 
Jak  Lakanın  psixoanalitikadakı  strukturalist  nəzəri-metodoloji  görüş-
ləri  Azərbaycan  ədəbiyyatında  konseptual  ədəbi  ifadəsini  “Yarımçıq 
əlyazma”  romanında  tapır.  Poststrukturalizmi  daha  yaxşı  anlamaq 
üçün  onun  tətbiq  sahələrinə  və  imkanlarına  nəzər  salmaq  zəruridir. 
Mişel  Fuko  tarix  və  yaddaş  münasibətlərini,  struktur  və  poststruk-
turalizm barədə daha sadə və anlaşıqlı yazdı. XIX əsrdə romantizm və 
pozitivizmin  müəyyən  bir  struktura  malik  olmasından  sonra  XX  yüz 
ildə digər dünya görüşləri və cərəyanların, dil, mədəniyyət, fəlsəfə və 
elm sahələrinin strukturalizmi yarandı. Filosof Cerard Raulet bütün bu 
məsələlərə  Mişel  Fuko  ilə  söhbətlərində  aydınlıq  gətirdi.  “Struktura-
lizm  və  poststrukturalizmi  linqvistika  və  mifologiya  kimi  sahələrdə 
tətbiq  edənlər  üçün  strukturalizmin  nə  olması  daha  aydın  idi”  [14, 
s.10].  Rəssamlıq,  musiqi,  memarlıq,  folklor  və  ədəbiyyat  sahələrində 
dəqiq, konkret parametrlər yox idi. Ədəbiyyat və ədəbi tənqiddə post-
strukturalizm  Birinci  Dünya  müharibəsindən  sonra  modernizmlə  baş-
layan  bir  xətt  kimi  formalaşdı.  Mixail  Baxtin  “Sənət  və  məsuliyyət” 


 
202 
kitabında  ədəbiyyat  sahəsində  nəzəri-praktiki  strukturlardan  söhbət 
açdı. Bədii əsərlərdə qəhrəmanların fiziki simmetriyasından ruhlarının 
ölçü  və  keyfiyyətinə  qədər  ən  xırda  detallar  belə  təhlil  olundu.  Bu, 
ənənəvi-modernist  dünyagörüşü  və  təcrübəyə  əsaslanırdı.  Baxtin  rus 
və  Avropa  strukturalistlərindən  fərqli  olaraq  sənət  və  ədəbiyyatda  al-
ternativ, çoxsəsli strukturlar, poetik metodlar kəşf etməsi ilə fərqləndi. 
“Əgər  sənətin  mahiyyəti  dedikdə,  sənətin  metafizikasının  ifadə  edil-
məsi  başa  düşülərsə,  elmi  məlumatın  sadəcə  işlərin  bu  cür  problem-
lərdən  müstəqil  olaraq  davam  etdirildiyi  məqamda  mümkün  olduğu-
nun qəbul edilməsi lazım idi. Amma artıq metafizikayla ciddi polemi-
kalara  girmək  lazım  deyil  və  poetikanın  iddia  etdiyi  müstəqillik  də, 
müəyyən  bir  sənətin  kanonlarını,  insan  mədəniyyətinin  bütövlüyü 
çərçivəsində estetikanın fərqli təbiətinin qavranışından və sistematika 
müəyyən  etməsindən  asılı  olaraq  tamamilə  fərqli,  daha  bədbəxt  bir 
mənaya  bürünmüş  vəziyyətdə  inşa  etmək  iddiası  deyə  bilərik”  [15, 
s.290]. Mixail Baxtinin “karnaval roman”, “kokteyl roman” estetikası 
polifonik  bir  struktur  idi  [16].  Arxitektura  sənəti  ədəbiyyata  tətbiq 
edildi. Artıq ədəbiyyat təkcə mənanın deyil, həm də strukturun esteti-
kasını  sərgiləyirdi.  Bu,  daha  əvvəl  struktur  estetikasının  olmadığına 
dəlalət etmir. Sadəcə nəzəri-metodoloji olaraq təkmilləşdirildi. Baxtin 
klassik  yazıçılar  və  onların  əsərlərini,  Rable  və  Dostoyevski  poeti-
kasını belə məna və quruluş cəhətdən tədqiq etdi. Azərbaycan ədəbiy-
yatında  Kamal  Abdullanın  romanları  struktur  və  ifadə  estetikasının 
cəmindən  doğuldu.  “Yarımçıq  əlyazma”  romanı  yeni,  ədəbi  oyun 
strukturu qurdu və oxucuyla ünsiyyətə  girib onu da  ədəbi oyunun bir 
iştirakçısına çevirdi. Əslində bu keyfiyyət antik dövrdən günümüzəcən 
ədəbi əsərin əsas şərtidir. Ancaq Kamal Abdulla sonsuz sayda variantı 
ola biləcək ədəbi oyunlar qurdu. Mişel Fuko ədəbi oyun və priyomları 
ən vacib xüsusiyyət kimi dəyərləndirir. Çünki oxucu virtual mətn dün-
yasına  inanmalıdır.  “Yarımçıq  əlyazma”nın  poststruktural  estetikası 
Mixail Baxtinin  “Karnaval  roman”,  Leslie  Fiedlerin “xəndəkləri dol-
durun” tezisi ilə üst-üstə düşür. Kamal Abdulla “Yarımçıq əlyazma”da 
sonu  bilinməyən  bir  struktur  estetikası  sərgiləyir.  Fuko  belə  bir  qu-
ruluşun  tərifini  verir.  “Oyun,  ancaq  sonunda  nə  olacağını  təsəvvürü-
nüzə gətirə bilmədiyiniz vaxt dəyərli olur” [17, s. 7]. “Yarımçıq əlyaz-
ma” romanında Şah İsmayılın öz oxşarı ilə yer dəyişməsi, Dədə Qor-
qudun  içində  gizlətdiyi  sirlər  təsəvvürə  sığmayacaq  qədər  gözəl  və 
dəqiq  işlənib.  Hər  iki  xəttin  bir  sirri  var.  Bu,  həm  süjetdə  özünü 
göstərir, həm də məna baxımdan dəyər ifadə edir. Kamal Abdulla hər 
gün  yaşadığımız  həyatda  nə  qədər  gizli  məqamlardan,  sirlərdən 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə