Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə78/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   74   75   76   77   78   79   80   81   ...   137

 
206 
başa  mənaya,  məzmuna  yönəlsin,  forma  nəzərə  çarpmasın.  Əlbəttə, 
belə bir tələbə ancaq ustad şair əməl edə bilər. 
“Yarın belə fikri var” şeirində “Mən ədalət yolunun carçısıyam 
zülm  çağı”  [1,  s.  198]  deyən  dahi  sənətkar  ədəbiyyatın  xalqla,  onun 
dərdləri ilə bağlı olduğunu göstərmişdir. Şair görkəmli İran şairi Nima 
Yuşicə  həsr  etdiyi  “Əfsanə  şairi”  şeirində  də  bu  məsələyə  toxunur, 
lakin eyni zamanda əsl poeziyanın sənətkarın ilhamının məhsulu oldu-
ğunu da göstərir: 
 
Mən də səntək almışam əfsanədən ilhamı, 
Düşməyək kaş ki, uzaq ilhamdan, olsaq harda biz... 
Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər, 
Dərdmənd olduq fəqət hər dərdliyə, hər dərdə biz [1, s.148-149].
 
 
Poeziyanın ictimai problemlərlə bağlılığı məsələsinə şair M.Hə-
sənbəyinə  verdiyi  müsahibəsində  də  toxunmuşdur:  “Bizim  ictimai 
dərdlərimizi  şeir  vasitəsilə  açmağa  ehtiyacımız  vardır...  Oxucu  elə 
şeirlər istəyir ki, onun ictimai dərdlərini açıb göstərsin” [2, s. 129]. 
Görkəmli ədəbiyyatşünas H.Billuri Şəhriyarın sənəti barədə belə 
söyləyir:  “O, zəmanəsinin tanınmış, qabaqcıl, mütərəqqi şairlərindən-
dir, poeziyanı xalq həyatının aynası hesab edir. Xalqın həyatına yaxın 
olmağı  sənətkarın  ümdə  vətəndaşlıq  vəzifəsi  sayır.  Belə  olmayanları 
şair yox, nazim adlandırır” [3, s. 46]. 
Qeyd  etdiyimiz  kimi,  Şəhriyar  şeirlərində  poeziyanın  ilhamın 
məhsulu  olduğunu  göstərmişdir.  O,  eyni  zamanda  şeirin  ehtiyacdan 
yarandığını da xüsusi olaraq vurğulamışdır. Buradakı “ehtiyac” sözü-
nün iki mənada işləndiyini nəzərə çatdırmaq istərdik. Birincisi, söhbət 
xalqın, cəmiyyətin ehtiyacından  gedir. Ələsgər Zərrabiyə verdiyi mü-
sahibəsində  şair  deyir:  “Yeni  şeir  ağıllı  və  qiymətli,  təbii  ehtiyacdan 
doğan bir hadisədir.  Bizim günlərin bir neçə nəfər həqiqi şairini  yük-
sək  səviyyəyə  çatdıran  bu  günün  şeiri  zəmanəmizin  ehtiyacından  ya-
ranmışdır” [2, s. 117]. İkincisi, söhbət sənətkarın daxili ehtiyacından, 
şeirin ilhamla bağlılığından gedir. Ustad şair dəfələrlə demişdir ki, əsl 
şeir  sənətkarın  daxili  ehtiyacından,  ilhamından  yaranmalıdır.  M.Hə-
sənbəyinə  verdiyi  müsahibədə  ustad  şair  söyləyir  ki  “İlhama  ehtiyacı 
olduğundan şair yalnız o zaman şairdir ki, əsəri eşqlə birgə yoğrulsun. 
Əgər eşqsiz bir şair şeir yazsa, onun əsəri şeir deyil, yalnız bir üslub 
və  texniki  tələblərə  əməl  olunmuşdur”  [2,  s.  128].  Ələsgər  Zərrabiyə 
isə  o,  öz  yaradıcılığı  barədə  belə  demişdir:  “Mən  sözün  tam  məna-


 
207 
sında  ilhama  inanıram.  Şeir  yazmaq  öz  əlimdə  deyil.  Ağıl  və  biliklə 
həqiqi şeir yaza bilmirəm. Şeir mənə ilhamla gəlməlidir” [2, s.115]. 
Qüdrətli  qələm  sahibi  M.Şəhriyarın  yaradıcılığını  izlədikcə, 
onun keşməkeşli həyat yolunu, humanist, vətənpərvər şəxsiyyətini bü-
tün aydınlığı ilə görə bilərik. Ustad şair belə hesab edir ki, poeziyada 
ifadə  edilən  mətləblə  yanaşı,  müəllifin  təkraredilməz  şəxsiyyəti  də 
əksini tapmalıdır. Şəragim Yuşicə məktubunda o, atası Nima Yuşicin 
əsərləri  barədə  belə  bir  müşahidəsini  nəzərə  çatdırmışdır:  “Nimanın 
şeirində mənəvi bir şəxsiyyət, incə, şıltaq bir ruh vardır ki, bu çox mü-
hümdür və təqlidedilməzdir” [2, s. 134].  
Məhəmmədhüseyn  Şəhriyar  klassik  irslə  və  müasir  ədəbiyyatla 
bağlı prosesləri yorulmadan təbliğ edən, İran poeziyasında “şeiri-nou” 
– “yeni şeir” adlanan yenilikçi şeirin ən görkəmli nümayəndələrindən 
biri  olmuşdur.  Tədqiqatçı  Məsiağa  Məhəmmədi “Söz  mülkünün  Şəh-
riyarı”  adlı  məqaləsində  bu  barədə  belə  yazır:  “Şəhriyar  klassik  ənə-
nələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və 
novatorluq  arasında  düzgün  nisbəti,  “etidalı”,  “qızıl  ortanı”  tapmağa 
və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur” [4, s. 34]. 
Şeirlərində klassik ədəbiyyatın görkəmli nümayəndələrinin əsər-
lərindən,  sənətkarlığından  öyrənməyi  mühüm  şərt  kimi  irəli  sürən 
Şəhriyar  yeni  şeirin  ən  tanınmış  təmsilçisi  Nima  Yuşcini  də  yüksək 
dəyərləndirdiyini dəfələrlə bildirmişdir. M.Həsənbəyinə müsahibəsidə 
o,  dövrünün şeirindən müasirlik  tələbi  ilə  çıxış  edir,  müasir meyilləri 
inkar edənləri insafsızlıqda ittiham edir: “Bu günün şeirini bu şəkildə 
inkar etmək bir az insafsızlıqdır. Çünki sərbəst şeir formasının heç bir 
üstünlüyü  olmasa  da,  heç  olmasa  nəzərdə  tutulan  mövzunu  yazmaq 
üçün şairə daha artıq daxili qüdrət verir [2, s. 128]. Şairə görə, o za-
man yeni, sərbəst şeirə müraciət etmək lazımdır ki, klassik formalarda 
mövzunu  ifadə  etmək  mümkün  olmasın:  “Azad  şeir  formasını  o  za-
man  işə  salmaq  lazımdır  ki,  artıq  qəzəl,  qəsidə,  qitə  və  məsnəvi  nə-
zərdə  tutulan  mövzunu  bəyan  etməyə  imkan  vermir.  Çünki  şeir  yaz-
mağın birinci şərti şair olmaqdır. Sərbəst şeirin də başqa formalar kimi 
həddi-hüdudu olmalıdır [2, s. 128].  
Klassik formaların, xüsusilə də qəzəlin ustadı sayılan Şəhriyarın 
istər Azərbaycan, istərsə də fars dilindəki əsərləri içində sərbəst şeirin 
dəyərli  nümunələrinə  rast  gəlirik.  Şair  bu  düşüncədə  olmuşdur  ki, 
poeziyaya  yenilik  gətirənlər,  sərbəst  vəzndə  yazanlar  klassik  irsi  mü-
kəmməl  bilməli,  keçmişin  sənətkarlarının  yaradıcılığından  bəhrələn-
məlidirlər.  O,  təəssüf  hissi  ilə  qeyd  edirdi  ki,  müasir  dövrdə  bir  sıra 
sərbəst şeir yazanların klassik ədəbiyyatdan xəbərləri yoxdur: “Burası 


 
208 
təəssüf  doğurur  ki,  əksər  yenilikçilər  keçmişdə  əslən  heç  bir  ədə-
biyyatları  olmayanlar,  özlərinin  ənənəvi  keçmiş  nəsillərinin  şeirlərini 
tanımayanlar,  ya  ondan  tamamilə  xəbərsiz  olanlar  yenidən  məktəb 
yaratmağa başlamaq istəyirlər” [2, s. 129]. Bununla bərabər şair xüsu-
si olaraq qeyd edir ki, ədəbiyyatda, poeziyada  yeni meyilləri sıxışdır-
maq  olmaz,  çünki  yenilik  zamanın  tələbidir:  “Köhnəpərəst  qəzəlxan, 
qəsidə yazan şairlər də yeni şeiri gözümçıxdıya salmamalıdırlar. Çün-
ki  yeni  şeir  zamanın  hadisəsidir.  Zaman  isə  heç  vaxt  səhv  etmir”  [2, 
s.118]. 
Şəhriyarın  “Şeir  və  hikmət”  adlı  məsnəvi  formasında  yazdığı 
poeması  onun  yaradıcılıq  məramnaməsi,  poetik  manifesti  kimi  səs-
lənir. Əsərin əvvəlində müəllif hər kəsin könül verdiyi sənətlə məşğul 
olması  zərurətindən  danışır,  şeir  sənətinin  gecə-gündüz  aramsız,  yo-
rulmaz  axtarışlardan  ibarət  əbədi  döyüş  olduğunu  deyir.  Poeziyanın 
insan  qəlbinin  döyüntülərindən,  hiss  və  həyəcanlarından  yarandığını 
bildirən  Şəhriyar  şeirin  ictimai  əhəmiyyətini,  cəmiyyətdə,  insanların 
həyatında oynadığı rolu xüsusilə qeyd edir. Yalnız belə ədəbiyyat nü-
munəsi  əbədiyyət  qazana,  “illərin  üstündən  uçaraq”  milyonların  qəl-
bində  əks-səda  tapa,  yatmışları  oyada,  azadlıq  uğrunda  mübarizəyə 
səsləyə bilər: 
 
Tutulmuş gözləri aça bilən söz, 
İllərin üstündən uça bilən söz. 
 
Yatmışı oyadan qüdrətli bir söz, 
Ölünü dirildən şəfqətli bir söz.  
 
Bir söz ki, Firdovsi nərəsi kimi, 
Döyüşdə azadlıq gülləsi kimi. 
 
Döyüş meydanına aparan bir söz, 
Qəhrəman ürəkdə qəhrəman bir söz [1, s. 299-300]. 
 
Şəhriyar  əsl  şairi  döyüş  meydanında  qılınc  çalan  qəhrəmana 
bənzədir.  Lakin  o,  eyni  zamanda  qeyd  edir  ki,  həyatda  zalımların  tə-
rəfdarı,  məzlumların  düşməni  olan  söz  sahibləri  də  vardır.  Şair  belə-
lərini  gördükdən  sonra  mübarizə  meydanına  atılmaq,  sənəti  ilə  saxta, 
yalançı sözlərə qarşı etiraz səsini ucaltmaq qərarına gəlmişdir. 
Ustad  sənətkar  yalnız  odlu  bir  ilhamın  məhsulu  olan,  təkrar 
deyil,  tamamilə  yeni,  bakirə  əsərlərin  əsl  sənət  nümunəsi  olduğunu, 
yalnız  belə  əsərlərin  oxucuların  əqlinə  və  hissiyyatına  hakim  kəsil-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə