Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə75/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   71   72   73   74   75   76   77   78   ...   137

 
199 
modernist-postmodernist  poetika  və  mədəniyyət  dünyada  baş  verən 
proseslərlə  virtual  əlaqə  yaradır.  “Nitsşe  və  Freyddən  başlayaraq 
fərdə, təkcə bir işçi, istehlakçı, hətta bir vətəndaş olaraq baxılmır” [1, 
s.  170].  İnsanın  ruhu  və  şüuraltı  da  öyrənilməyə  çalışılır.  Fəlsəfədən 
fərqli olaraq, ədəbiyyat psixoanalitik təcrübəni daha əyani və praktiki 
səviyyədə  tətbiq  edir.  Ədəbiyyatın,  sənətin  xidmətləri  isə  daha  vacib 
və zəruridir. Kamal Abdulla romanlarında həmin zəruri amillər, post-
struktural  sosial  funksiya,  fərqli,  orijinal  estetik  formatda  işlənir. 
“Sehrbazlar dərəsi” [2] romanı modern düşüncə miqyası və yeni yazı 
texnikası ilə fərqlənməklə yanaşı, həyata yeni baxışın estetikasını kəşf 
edir.  İntiqam  hissinin  nə  qədər  qeyri-humanist  olması  göstərilir. 
“Unutmağa kimsə  yox” [3] romanında zaman kəfkiri bütün dövrlərlə 
əlaqədədir.  Eramızdan  əvvəl  başlayan  vaxt  qrafiki  2057-ci  ilə  qədər 
uzanır. Yazı sənətinin çoxqatlılığı, polifonizmi bir dünya ilə kifayətlən-
mək  istəməyən  müəllifin  postmodern  yozumunda  mənalanır.  “Sehr-
bazlar  dərəsi”ndə  kinin  daim  təkrar  olunan  bir  arxetip  olması  estetik 
səviyyədə  şərh  olunur  və  postmodern  süzgəcdən  keçirilir.  Kamal 
Abdulla  intiqam  hissi  ilə  yaşayan  insanın  məhvini  nağıl  dilində  nəql 
edir.  Keçmişlə  indinin,  nağılla  reallığın  bir-birinə  qarışdığı  mətləblər 
poststruktural  ədəbi  ahəng  və  ahəngsizliyə  çevrilir.  Ahəngsizlik  isə 
xaos  və  qarışıqlıq  demək  deyil,  Derridanın  “qəribə  ədəbiyyat  kəşfi 
olan dekonstruksiyadır” [4, s. 35]. Bəzi hallarda dekanonizasiyadır.  
“Yarımçıq  əlyazma”  [5]  romanında  isə  bütləşdirilən,  tabulaşan 
dəyərlər  poststruktural,  estetik  mahiyyət  kəsb  edir.  Bəs  poststruktu-
ralizm nədir? “Poststrukturalizm insan, dünya və məna haqqında nəsə 
yaratmaq və  yenidən  yaradılan anlayışlar arasındakı  əlaqələrə verilən 
addır” [6, s. 13] Kamal Abdulla “Yarımçıq əlyazma” romanında yeni, 
alternativ  bir  baxış  dünyası  təqdim  edir.  “Toxunulmaz”,  tabu  mətn 
“Kitabi-Dədə  Qorqud”  eposu  təzə  kompozisiya  libası  geyinir.  Post-
strukturalizm  ənənəni  sorğu-sual  edir.  Kamal  Abdulla  da  “Yarımçıq 
əlyazma” və eləcə də digər romanlarında yeni semantik ovqat yaradır. 
Keçmişlə  indi  arasında  ünsiyyət  genişlənir.  Dil,  mədəniyyət  və  ədə-
biyyatın  sabit  qalan  dəyərləri  dəyişdirməsi,  yaxud  yenidən  baxışıdır. 
Bu poststrukturalizmin  ən vacib  xüsusiyyətləridir. Bunun ilkin,  əsaslı 
nümunəsi “Yarımçıq əlyazma” romanıdır. “Kitabi-Dədə Qorqud” epo-
sunun birmənalı təhlili fərqli düşüncələrin və estetik kəşflərin qarşısını 
alıb və  almaqdadır.  Bu  hal  ədəbiyyatın  estetik  inkişaf və irəliləyişini 
ləngidir. Ancaq bu böyük sənət abidəsinə dil, forma, məzmun və hətta 
dastan  personajlarının  xarakter  keyfiyyətləri  baxımından  poststruk-
tural  konsepsiya  ilə  baxanda  ədəbiyyatımız  yeni  təcrübə  imkanları 


 
200 
qazanır. Məqalədə həmin təcrübə imkanlarını praktiki cəhətdən tətbiq 
edən  “Yarımçıq  əlyazma”  romanı  təhlil  edilir.  Beləliklə,  müstəqillik 
illəri  Azərbaycan  ədəbiyyatında  modern,  nəzəri  kanonların  praktiki 
tətbiqini  konkret  nümunə  əsasında  görmək  mümkündür.  Bu  nümunə 
“Yarımçıq əlyazma” romanıdır. 
Orta  dövr  Avropa  ədəbiyyatı  peripateizm  və  İncilə  əsaslanırdı. 
Dantenin “İlahi komediya”sı bu ədəbi görüşə start verdi. Maarifçi və 
renessans  çağın  ədəbiyyatı  da  eyni  mənbələrdən  qidalanırdı.  Ancaq 
Rable  “Qarqantua  və  Pantaqruel”  romanında  ənənədən  imtina  etdi. 
Dekartın  “zəka və intuisiyanı  təbiətin irsi  bir hissəsi” [7, s. 11] kimi 
qiymətləndirməsi,  rasional  fəlsəfi  görüşləri  məhz  Rable  qələmində 
sənət miqyasında təzahür etdi. Rable Dekart fəlsəfəsini, determinizmi 
ədəbiyyatda  qabaqladı.  Böyük  Fransa  inqilabı  (1789-99)  romantizm 
və  realizmin  sürət  və  təkamülünə  səbəb  oldu.  Avqust  Komtenin  po-
zitivist  konsepsiyası  mimezis  estetikanın,  realizmin  formalaşmasına 
təsir  göstərdi.  Giddensin  modernizmə  verdiyi  tərif,  həm  də  incəsənət 
və ədəbiyyatın tematik semantikasına təsir göstərdi: Modernizm “dörd 
əsas istiqaməti – sənaye, kapitalizm, müharibənin sənayeləşməsi, icti-
mai  həyata  nəzarət  mexanizmi  və  istehlak  artımını”  [8,  s.  14]  döv-
riyyəyə  gətirdi.  Kafka,  Coys,  Herman  Brox  və  Robert  Muzilin  mo-
dernizmi  həmin  dörd  əsas  ictimai  mexanizmin  cəsəd  və  ruha,  ət  və 
qana  bürünmüş  ədəbi-estetik  tendensiyalarını  ifadə  etdi.  Modernist, 
avanqardist nəsrdə səbəb və nəticəyə əsaslanan realizm, insan və tanrı 
arasındakı  əlaqə  kəsildi.  Güc  texnoloji  kəşflərin  və  sənayeləşmənin 
ətrafında cəmləşdi. Moizəçi yazıçılar və qəhrəmanlar öz təsir güclərini 
itirdi.  Yazıçılar  cəmiyyətin  çox  bilən  insanı  olmaq  statuslarını  da 
itirdilər  və  antiqəhrəmanlar  “təhkiyə  meşələrində”  [9,  s.  6]  məskən 
saldılar.  Maks  Frişin  “Gündəlik”ləri  də  modern  ədəbiyyatın  dəyişən 
atmosferindən xəbər verirdi: “Bütün bu olanlar və böyük həqiqətlərin 
sarsılmasından sonra, sanki ələ gələn, dəqiq bir zaman qavramı varmış 
kimi davranmaq və səbəb-nəticəyə əsaslanan arxayınlıqla yazmaq mə-
nasızdır” [10, s. 350]. Frişin bu fikirləri modernist, avanqard ədəbiy-
yatla  səsləşməklə  yanaşı,  həm  də  postmodernizmi,  poststrukturalizmi 
ehtiva edir. Artıq yeni estetika ehtimallara söykənir. Sonsuz, sərhədsiz 
ehtimal yumağına bürünən ədəbiyyat bir düşüncədən, bir idealdan, bir 
konsepsiyadan  uzaqlaşır.  Çoxsəsli,  çoxşaxəli  poststruktural  mətnlər 
yazılır.  Leslie  Fiedlerin  postmodern  ədəbiyyatın  nəzəri-metodoloji 
problemləri  ilə  bağlı  fundamental  məqaləsi  “Xəndəkləri  keçin  və 
boşluqları doldurun”[11] ilə strukturalistlərin təklif və qənaətləri yeni 
bir ədəbi quruluşa poststrukturalizmə mənbə oldu [12]. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə