Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə83/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   79   80   81   82   83   84   85   86   ...   137

 
221 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Gülnarə MƏMMƏDOVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİNİN VƏZN SİSTEMİ 
 
Açar sözlər: çağdaş şeir, vəzn sistemi, daxili bölgü, poetik dil 
Key  words:  modern  poetry,  rhythm  system,  internal  division,  poetic 
language  
Ключевые слова: современный стих, ритмическая система, внутреннее 
членение, поэтический язык
 
 
Məlumdur ki, şeir sənəti bir dil hadisəsi olmaqla yanaşı, həm də 
bir  vəzn  və  qafiyə  sisteminə  malikdir;  insanın  ən  mübhəm,  kövrək, 
subyektiv,  sevincli,  kədərli,  təlatümləri  özünəməxsus  formada,  vəzn 
və qafiyə sistemində öz əksini tapır. Bu cəhətdən poeziya danışıq nitqi 
ilə musiqi arasında, müəyyən mənada yaxın bir mövqedə durur. Yəni 
musiqi  kimi  şeir  sənəti  də  emosiyalardan,  həyəcanlardan,  təlatüm-
lərdən,  hisslərdən  doğulur.  Poetik  düşüncə  isə  ürək  çırpıntıları,  hiss-
həyəcan  üzərində  kökləndiyindən  şeirin  daxili  ahəngi,  bölgüləri, 
təqtiləri  və  s.  həmin  ritm  üzərində  qurulur  və  səslənir.  Başqa  sözlə, 
hiss-həyəcanın  məzmunu  şeirin  daxili  bölgüsündə  və  ritmində  üzə 
çıxır. Buradan isə poeziyada forma və məzmun  vəhdəti  yaranır. For-
ma, məzmun, bədii dilin vəhdəti problemi şeir sənətinin ən qədim za-
manlarından  tədqiqat  obyekti  olmuşdur.  Aristotel  özünün  "Poetika" 
kitabında  bədii  dilin  gözəlliyi  ilə  poetik  dilin  vəhdətini  əsas  tut-
muşdur:  "Lakin  bəzi  sənətlər  vardır  ki,  bütün  deyilənlərin  (şeyləri 
təcəssüm etdirmək, təqlid və s. – G.M.) hamısından, yəni ritmdən də, 
vəzndən də, melodiyadan da istifadə  edir; məsələn, difirambik poezi-
ya..." [1, s. 43]. 
Fransız  nəzəriyyəçisi  Bualo  "Poeziya  sənəti"  adlı  məşhur  əsə-
rində də şeirin vəznə, ritm səliqəsinə, ahəng səlisliyinə diqqət çəkərək 
yazırdı:  "...şeirdə  ahəngə  diqqət  yetir,  vəzni  pozma;  misranı  iki  yerə 
bölməli  olsan,  elə  et  ki,  sözlər  arasındakı  fasilə  mənaya  xələl  gətir-


 
222 
məsin,  onu  daha  aydın  nəzərə  çatdırsın.  Xüsusilə  səy  et  və  çalış  ki, 
sözlərdəki  saitlər  dalbadal  gəlib  qarışmasın,  ahəngi  pozmasın"  [2, 
s.30]. Poeziyada fikrin  gözəlliyi ilə dilin  gözəlliyi arasındakı vəhdəti, 
əlaqəni əsas şərtlərdən biri hesab edən Bualo, hər bir şairin bədii dilə 
hakim  olması  prinsipinə  də  diqqət  yetirməyi  lazım  bilirdi.  Ümumiy-
yətlə, şeir dilinin strukturu, semantikası sonrakı dövrlərdə də nəzəriy-
yəçiləri bu və  ya digər dərəcədə fikir bildirmişlər. Azərbaycan poezi-
yası  ilə  bağlı  müxtəlif  dövrlərdə,  mərhələlərdə  məqalələrdə,  elmi 
əsərlərdə  şeirin  bir  sıra  vacib  komponentləri  haqqında  nəzəri  fikir 
bildirmişlər.  Əlbəttə,  canlı  danışıq  dilində  olduğu  kimi  poetik  dil  də 
dilin  fonetikasına,  morfologiyasına,  eləcə  də  sintaksis  və  qrammatik 
quruluşuna əsaslanır. Bu fikri təsdiq edən akademik Ağamusa Axun-
dov da dilin fonetik quruluşu ilə vəzn arasında möhkəm qarşılıqlı əla-
qənin olduğunu irəli sürərək yazır: "Şeirimizdə tonik vəzndən heç vaxt 
istifadə olunmaması isə yenə də dilimizin fonetik quruluşu ilə bağlıdır. 
Dilimiz üçün səciyyəvi olan sabit fonetik vurğu vurğulu və vurğusuz 
hecaların  növbələnməsinə  əsaslanan  şeir  dilinə  yol  tapmasına  imkan 
verməmişdir" [3, s. 15]. 
Çağdaş  Azərbaycan  şeirindən  danışarkən  daha  çox  iki  vəzn 
üzərində dayanmaq lazım gəlir; heca və sərbəst. Əruz vəznindən çağ-
daş şeirdə nadir hallarda istifadə edilməsinə baxmayaraq, bu vəzn də 
hələ ki, öz varlığını qoruyub saxlaya bilir. Həm də ona görə ki, klassik 
vəznin  hələ  də  öz  varlığını  qoruyub  saxladığını  və  yeni  mərhələdə 
qazandığı  xüsusiyyətləri  göstərmək  üçün  gərəklidir.  Baba  Pünhanın, 
İlqar Əlfinin şeirlərində bu vəzndən tez-tez istifadə edilir. Lakin indiki 
məqamda vəznlər arasında Çin səddi çəkmək, bir-birinə qarşı qoymaq 
meyli  yavaş-yavaş  aradan  çıxmağa  doğru  gedir.  Əgər  60-cı  illərdə 
poeziyamızda  iki  aparıcı  vəzn  heca  və  sərbəst  arasında  müəyyən  rə-
qabət  gedirdisə,  bu  gün  vəznləri  bir-birinə  yaxınlaşdırmaq  və  barış-
dırmaq  istiqamətində  işlər  görülür.  Maraqlıdır  ki,  bu  işləri  nəzəriy-
yəçilər,  ədəbiyyatşünaslar  deyil,  məhz  şairlərin  özü  görür.  A.Abdul-
lazadə, R.Rövşən, M.İsmayıl, R.Behrudi, R.Faxralı şeirlərinin vəznin-
də  qarışıq  vəzndən  istifadə  meyilləri  aydın  görünür.  Bəzən  bu  qarı-
şıqlıq bir şeirin daxilində baş verir, bəzən isə şair hər şeirini ayrı-ayrı 
vəzndə yazır. Hər iki halda vəzn şeirin ritmi və ahənginə uyğun olaraq 
işlənilir. Çünki şeir vəznləri hər şeydən əvvəl milli dilin xüsusiyyətləri 
ilə  əlaqədardır  və  ona  görə  yaranır,  formalaşır.  XX  əsrin  20-ci  illə-
rində  həyata  yeni  vəsiqə  alan  sərbəst  şeir  məhz  dilimizin  təbiətinə 
uyğun olduğu üçün öz varlığını qoruyub saxlaya bildi. 
Müasir  poetik  mətnin  vəzn  formalarında  isə  ölçü  və  bölgünün 


 
223 
gözlənilməsi  əsas  şərtlərdən  biridir.  Çağdaş  şeirdə  çoxhecalı  mətn-
lərdən  istifadə  yolları  müxtəlif  və  zəngindir.  Burada  demək  olar  ki, 
müxtəlif  ölçülü  və  hecalı  şeir  sistemlərindən  geniş  istifadə  edilir. 
Lakin  50-60-cı  illər  poeziyası  ilə  müqayisə  aparmalı  olsaq,  daha  çox 
yeddihecalı, səkkizhecalı və on bir hecalıların poetik mətndə üstünlük 
təşkil etməsinin şahidi  olarıq.  Halbuki vaxtilə  S.Vurğun və S.Rüstəm 
şeirində  12,  13,  14,  15  hecalı  şeirlərə  tez-tez  rast  gəlmək  mümkün 
olurdu.  Çağdaş  Azərbaycan  şeirində  isə  kiçik  ölçülü  (üçlüklər,  dörd-
lüklər,  beşliklər,  altılıqlar,  yeddiliklər,  səkkizliklər  və  s.)  şeirlərə  də 
sıx şəkildə rast gəlinir. Bunun səbəbini fikrimizcə, mövzuda və təsvir 
obyektində,  eləcə  də  təsvir  yollarında  axtarmaq  olar.  Akademik 
A.Axundovun  fikrincə:  "Hazırda  şeirimizin  təcrübəsində  üçhecalıdan 
onaltıhecalıya  qədər  şeirlər  vardır.  Çoxhecalı  ölçülərdə  adətən  təntə-
nəlik,  azhecalılarda  isə  oynaqlıq  avazı  və  poetik  melodiyası  ifadə 
olunmuşdur. Bəzi hallarda birincilərdə təhkiyəvilik intonasiyası da öz 
ifadəsini tapmışdır" [3, s. 16-17]. A.Axundovun fikrində böyük həqi-
qət vardır; bu həqiqət XX əsrin birinci yarısı üçün daha xarakterikdir. 
Lakin bugünkü poeziyada təntənəlik və pafos artıq, demək olar ki, öz 
ömrünü  başa  vurmuşdur.  Ona  görə  də  çağdaş  Azərbaycan  poeziya-
sında azhecalı şeirlər çoxluq təşkil edir. Çoxhecalı şeirləri isə ən çox 
yaradıcılığına  50-60-cı  illərdə  başlayan  şairlərin,  xüsusən  də  Xəlil 
Rzanın  yaradıcılığında  rast  gəlmək  olur.  Kiçikhecalı-dördhecalı  və 
beşhecalı,  altıhecalı  və  yeddihecalı  şeirlər  gənclərin,  xüsusən  də  Se-
vinc Çılğın, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Əlihüseyn Şükürlü 
və başqalarının yaradıcılığında yeni mahiyyət qazanır. Bu da onu gös-
tərir  ki,  zaman  dəyişdikcə  şeirin  forma  və  strukturunda,  semanti-
kasında, eləcə də vəzn, qafiyə sistemində müəyyən dəyişiklik baş ver-
məkdədir. Lakin bir məsələ var ki, onların yazdığı şeirlərdə bu ölçülər 
axıradək qorunub saxlanmamışdır. Yəni tutaq ki, strukturu altılıqla qu-
rulan şeirin bir neçə misrası bir aşağı [5], bir yuxarı [6] da ola bilər. 
Bununla  şairlər  fikrin  formaya  qurban  verilməsinin  qarşısını  almış 
olurlar.  Müxtəlif  ölçülü  misralar  daha  çox  ölçülü  sərbəst  şeir  nümu-
nələrində rast gəlinir. Ə.Şükürlünün şeirlərinin misralarını çox zaman 
müxtəlif  ölçülü  sözlər  təşkil  edir.  Bu  yazın  onsuz  keçməsini  şair 
poetik şəkildə aşağıdakı ölçüdə çatdırır: 
 
Bu yaz da 3 1-1-1 
belə keçdi 4 2-2 
bu yaz da 3 1-1-1 
mənsiz keçdi 4 2-2 [4, s. 239] 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə