Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə59/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   55   56   57   58   59   60   61   62   ...   137

 
157 
Səfdər  dayı  minnətdarlıqla  köhnə  yalınayaq  çəkmələrinə  baxdı. 
Ayaqları bu çəkmələrin içində elə rahat, elə xoş idi ki...” [1, s. 223] 
Deyəsən  elə  bircə  çəkmə  sarıdan  bəxti  gətirmişdi  Səfdər  dayı-
nın...  Həmdəmi  ilə  də  tək  bir  görüş  yeri  qəbiristanlıq  olandan  sonra 
kimsəsi qalmamışdı. Telefonu da susmuşdu. Vaqif Səmədoğlu «Anla-
maq və anlanılmaq istəyən adam» məqaləsində bunu dəqiq təhlil edir:  
“İnsanın  kimisə  olmalıdır,  bir  hayanı,  ya  heç  olmasa  məhrəm 
bir əşyası – bu tema, müxtəlif şəkillərdə Anarın bütün yazdıqlarından 
keçir.  «Ağ liman» povestində  tənha qoca telefonundan ayrılmır, hal-
buki çoxdanlır ona nə bir kəs zəng edir, nə də o bir kəsə zəng eləyir. 
Telefon  qocanın  bir  növ  hayanıdır,  ona  ev  itinə  alışan  kimi  alışıb. 
İtdən  fərqli  olaraq  telefon  hürmür,  zingildəmir,  dəstəkdən  yalnız  ca-
vabsız zummerin uzun səsi gəlir” [ 2, s. 334]. 
Telefon “zingildəmir”… Amma yazıçı qəhrəmanının yalqızlığı-
nı tam ifadə etmək üçün daha uğurlu priyom işlədir. Telefon susursa, 
ildə-ayda bir dəfə gələn zəng də yanlışdısa, bu bir dərddi, amma zəng 
eləməyə  heç  kiminin  olmaması  və  sonda  elə  özünə  zəng  edib  yağış 
damcılarının səsinə bənzər kəsik siqnallar dinləməsi… dərd deyil, hə-
yat tərzidir, tənhalığın “gündəlik hayata” çevrilməsinin simvoludu. 
“– Məşğuldur, danışır, – dedi. Güldü, sonra nədənsə bir az tutu-
lan kimi oldu. 
Dinləməyə  başladı.  Bir  xeyli  qulaq  asdı.  Dəstəkdən  zəhlətökən 
bir ardıcıllıqla səslər eşidilirdi: du, du, du, du, du...  
Elə bil payız günü evin damır...” [1, s. 224] 
Amma  qoca  Səfdər  dayının  axşamçağı  evində  oturub  telefonla 
başını  qatması  nə  qədər  təbiidisə,  gənc  Nemətin  hər  dəfə  poçta  girib 
məktub soruşması o qədər qəribədi, düşündürücüdü.  
“O heç yerdən, heç kimdən məktub gözləmirdi: Yox yerdən mək-
tub  çıxmayacaqdı  ki...  Yaddaşını  ələk-vələk eləsə də başqa şəhərdən, 
ya  Bakının  özündən  ona  "do  vostrebovaniya"  məktub  yazacaq  bir 
adam xatırlaya bilməzdi. Amma nədənsə bu küçədən tək keçəndə hər 
dəfə həmin pəncərəyə yanaşırdı. Yanında bir sənəd olmayanda heyif-
silənirdi…” [1, s. 33] 
Əslində  Səfdərin  öz  telefon  nömrəsini  yığıb  dinləməsiylə,  Ne-
mətin  ona  göndərilməyəcək  məktubları  yoxlamasının  təməlində  eyni 
hiss durur: möcüzə gözləntisi! Ani bir məqamda, heç diqqət çəkməyən 
hadisədən  nəyinsə,  daha  dəqiqi  həyatın  dəyişiləcəyinə,  möcüzə  baş 
verəcəyinə inam…  
Ancaq bu Şəhərin möcüzə gözləməyən, amma gözlənilməz mö-
cüzəylə qarşılaşan sakinləri də var…  


 
158 
ƏDƏBİYYAT 
 
 
1.
 
Anar. Seçilmiş əsərləri (6 cilddə) II cild. Bakı, “Nurlan”, 2004.  
2.
 
Əfəndiyev Ə., Əliyeva Z. Çağdaşları Anar haqqında. Bakı, “Oskar”, 2008. 
3.
 
Pənah G. Anar və folklor. Bakı, “Elm”, 2007.  
4.
 
www.anar.az . 
 
Parvin Nuraliyeva 
 
ANAR’S NOVEL "WHITE PORT"  
AS AN EXAMPLE OF TOWN PROSE 
 
Summary 
 
In the publication the novel "White Port", which author is one of the eminent 
representatives  of  modern  Azerbaijan  literature  Anar  has  become  the  object  of 
analysis.  Here  the  novel  has  been  researched  in  the  context  of  its  theme,  idea-
problem,  artistic  characters.  In  the  publication  the  attitude  towards  the  written 
researches  about  the  novel  has  been  mentioned,  they  have  also  been  benefited  in 
their turn somehow. 
 
Парвин Нуралиева 
 
ПОВЕСТЬ «БЕЛАЯ ГАВАНЬ» АНАРА  
КАК ОБРАЗЕЦ ГОРОДСКОЙ ПРОЗЫ 
  
Резюме 
 
Объектом исследования статьи является повесть «Белая гавань» Анара, 
одного  из  выдающихся  представителей  современной  азербайджанской  лите-
ратуры.  Повесть  в  данной  статье  была  рассмотрена  в  контексте  темы,  идеи-
проблемы и создания художественных образов. В статье отмечены материалы 
ранее  проведённых  исследований  о  романе,  которые  были  успешно  исполь-
зованы автором данной работы. 


 
159 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Ədəbiyyat nəzəriyyəsi 
 
Paşa KƏRİMOV 
Filologiya üzrə elmlər doktoru 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
pasha_kerimov@list.ru
 
 
XVII ƏSR ANADİLLİ AZƏRBAYCAN  
ƏDƏBİYYATINDA TƏKBEYT JANRI
 
 
Açar sözlər: qəzəl, qəsidə, müləmmə, mürəbbe, müxəmməs 
Key words: ghazal, gasida, mulamma, murabbe, mukhammas 
Ключевые слова: газель, касыда, муламма, мураббе, мухаммас
 
 
XVII  əsr  Azərbaycan  poeziyasında  əruz  vəznli  klassik  janrlar-
dan  qəzəl,  qəsidə,  müləmmə,  mürəbbe,  müxəmməs,  müsəddəs,  tər-
cibənd, tərkibbənd, məsnəvi, saqinamə, rübai, qitə ilə bərabər, təkbeyt 
də  özünə  yer  almışdı.  Məlum  olduğu  kimi,  beyt  klassik  Şərq,  o 
cümlədən  Azərbaycan  ədəbiyyatında  əsas  poetik  nitq  vahididir,  iki 
misradan  ibarətdir.  Birinci  misrası  “sədr”,  ikincisi  “əcuz”  adlanır.  İki 
misranın  bir  beytdə  birləşməsi  üçün  onların  eyni  vəzndə  olması 
zəruridir. Klassik poeziyamızda bitkin bir fikri ifadə edən beyt Avropa 
poeziyasındakı şeirə bərabər hesab olunur [1, s. 89]. Əski Şərq kitab-
larında da beyt  çox zaman “şeir” sözü ilə eyni  mənada işlədilmişdir. 
Klassik  ədəbiyyatda  təkbeytlər  ayrıca  bir  janrdır  ki,  bunlar  da  forma 
cəhətdən  iki  yerə  bölünür:  İki  misrası  həmqafiyə  olan  təkbeytlər 
“müqəffa”,  “müsərra”  və  ya  “mətlə”;  misraları  həmqafiyə  olmayan 
təkbeytlər isə  “müfrəd” və  ya “fərd” adlanır.  Qəsidə və qəzəllərin ilk 
həmqafiyə beytləri, qəsidələrin içindəki həmqafiyə beytlər də “mətlə” 
adlanır [2, s. 13]. 
XVII  əsr  şairlərimizdən  Saib  Təbrizi,  Vəhid  Qəzvini,  Məczub 
Təbrizi,  Səfiqulu  bəy  Səfi,  Mürtəzaqulu  Sultan  Şamlu  və  Təsir 
Təbrizinin  ana  dilindəki  təkbeytləri  barədə  məlumatımız  vardır.  Fars 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə