Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə55/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   51   52   53   54   55   56   57   58   ...   137

 
146 
bütün  ziddiyyətləri  ilə  göstərmək  üçün  də  bu  iki  məkan  kifayət  edir. 
Fikrət  Qoca  obrazın  mühitlə  münasibətlərini  təhlil  edərək  yazır: 
"Qafarın  doğulub  boya-başa  yetirdiyi  mikromühitin  əxlaq  normaları 
bir para ictimai mətləbləri anlamaqda da ona mane olur. Qafarın ailə-
də, məktəbdə aldığı əxlaq dərsinə görə, gərək hamıda vətəndaşlıq hissi 
güclü  olsun,  gərək  insanlar  hər  şeydə  ilk  növbədə  cəmiyyətin  məna-
feyini düşünsün... Lakin real həyatda Qafar başqa vəziyyət görür. Elə 
buna  görə  işini  çoxdan  qurtarsa  da,  ac  və  yorğun  olsa  da,  dəniz  sa-
hilində bir sualı hey təkrar edə-edə dolaşır: "Axı, kimi aldadırıq? Niyə 
aldadırıq? Nəyin naminə aldadırıq?" [6, s. 6]. 
Qafar  bu  cür  sualları  özünə  çox  verir,  hərçənd  adamlar  bu  cür 
sualların  yanından  ötüb  keçir,  belə  məsələlərə  toxunmaq  nədir,  eşit-
mək  belə  istəmirlər.  Qafar  isə  bu  cür  suallarla  ictimai  problemləri 
qaldırır.  O,  heç  cür  başa  düşə  bilmir  ki,  tam  hazır  olmayan  bir  bina 
niyə  vaxtından  qabaq  təhvil  verilməlidir?  Mükafat,  plan,  ucuz  şöhrət 
naminə bu kimi saxtakarlıqlar nəyə lazım? Bunların xalqa, cəmiyyətə 
qarşı  cinayət  olduğunu  doğrudanmı  dərk  etmirlər?!  Qafar  bu  kimi 
sosial-mənəvi  suallarla  olduğu  mühitə  qarşı  çıxırdı.  Və  günlərin 
birində məhz bu sualları götür-qoy edərkən dalanda onu maşın vurur. 
Sürücü isə akademik Mürşüdovun oğlu idi. Bəlkə də yazıçı sürücünün 
akademik  Mürşüdovun  oğlunun  olmasını  təsadüfi  verməyib.  O,  bir 
nazir oğlu da ola bilərdi. Qafarın həyatı bir dəfə elmi rəhbərinin ona 
biganəliyi sayəsində korlanmış, necə deyərlər, dalana dirənmişdi. Bu-
nunla  yazıçı  elmi  mühitdə  korlanmış  mənəvi  həyatın  deqradasiyasını 
göstərmək istəmişdir. İndi isə akademik oğlu onu maşınla vurub şikəst 
etmişdir. Yazıçı Mürşüdovları harınlaşmış ailə kimi təsvir edir. F.Qo-
canın  da  fikri  belədir  ki,  bu  rastlaşma  adi  bir  rastlaşma  deyil,  əsərin 
ideyasına  xidmət  edir:  "Bu  rastlaşma  iclas  salonunda,  şəxsi  mənafe 
üstündə  baş  versəydi,  Mürşüdovlar  onu  mənən  əzib  şikəst  edə  bilər-
dilər.  Mürşüdovların  nəzərində  bu,  sırf  təsadüfidir,  «allahın  işidir». 
Əslində isə, təsadüf deyil, o ərköyün alim oğlu hardasa, kimisə şikəst 
etməli idi" [6, s. 7]. 
Əlbəttə, qafarlar həyatda tək deyildir, həm də bu obrazla müəl-
lifin  demək  istədiyi  ideya  böyükdür.  Bəzilərinin  fikrincə,  Qafarın 
faciəsi  həyatını  düzgün,  zamana  uyğun  tərzdə  qura  bilməməsindədir. 
Əslində  onların  bu  "zamana  uyğun  qura  bilməmişdir"  anlayışının  ar-
xasında  gizlənən  mətləbin  özü  böyükdür.  Çünki  cəmiyyətdə  axına 
qarşı gedən insanların həyatı və taleyi həmişə belə olur. Qafarın əxlaq 
kodeksi  cəmiyyətin  qanun-qaydalarına,  həyat  tərzinə  hörmət  etmək, 
ona qarşı duranlar isə biganəlik, qənimətçilik, saxtakarlıq, ucuz şöhrət 


 
147 
naminə  xalqı  aldatmaq,  həyatının  mənasını  şəxsi  rahatlığında,  ailəsi-
nin eyş-işrətlə gün keçirməsində görməkdədir. Qafar  ya onlara qarış-
malı,  ya  da  bütün  varlığı  ilə  bu  vəziyyətə  üsyan  etməli  idi.  Qafarı 
ikinci  yola  gətirən amillərə  əsərdə müəyyən işarələr də  vurulur. Hələ 
tələbəlik illərində, arxivdə işləyəndə, sonra aspirantlıq dövründə, daha 
sonra  tikintidə  çalışanda  dövlətin  qarşıya  qoyduğu  tələbə  cavab  ver-
məyə, hər yerdə və həmişə vicdanının səsinə qulaq asmağa, bir sözlə, 
ictimai mənafeyi şəxsi mənafedən üstün tutmağa can atırdı. Lakin mü-
hit özü bunu qəbul etmirdi, bu mühitin adamları Qafarı anlamır, daha 
doğrusu, anlamaq istəmirlər. Şair Süleyman Rüstəm Qafarın düşdüyü 
mühiti və obrazın  daşıdığı  ictimai  yükü  yüksək  qiymətləndirərək  ya-
zır:  "...çünki  onların  idealıyla  Qafarın  idealı  daban-dabana  ziddir. 
Çünki  Qafarın  həyata  baxışı  onların  şəxsi  mənafeyinə  ziyan  vurur. 
Hətta iş o yerə çatır ki, hər şeydə düzgünlük, halallıq axtardığına görə 
Qafarı  "qəribə  adam",  "Don  Kixot"  adlandırırlar.  Əslində  isə  gəlin 
görək  Qafarın  qəribəliyi  nədədir?  Qafar  istəyir  ki,  arxivdə  çalışanlar 
mənəvi  sərvətin  müqəvva  qarovulçusuna  çevrilməsinlər,  onların  da 
fikrində,  zəkasında  bir  hərəkət,  məna  yaransın,  yəni  özlərini  ətalətin 
kor axınına təslim etməsinlər" [7].  
"Dalanda" romanındakı obrazlar (Qafar, Fəridə, Mahmud, Çim-
naz,  Gülsəfanı,  Qəmər  xanım,  Hacı  müəllim  və  b.)  öz  dolğunluğu, 
təbiiliyi  ilə  yadda  qalırlar.  Yazıçı  bu  obrazların  hər  birini  birtərəfli  – 
yalnız tamamilə müsbət, ya da tamamilə mənfi göstərmir, onların xa-
rakterindəki  ziddiyyətləri – işıqlı və qaranlıq  cəhətləri real,  inandırıcı 
boyalarla  təsvir  edir.  Fəridə  təkcə  pul  düşkünü  kimi  təsvir  olunmur, 
həm  də  ailə  üçün  can  yandıran,  özünü  hər  yerə  vuran  bir  ana  təsiri 
bağışlayır. Balalarını ürəyincə dolandırmaq naminə özünü şəhid edir, 
işdən  sonra,  nə  qədər  yorğun  qayıtsa  da  evdə  ona-buna  paltar  tikir. 
Gülsəfa, yurdunun, ocağının çırağı sandığı Qafarı nə qədər çox istəsə 
də onun dul qadın  aldığını  biləndə, ürəyi  ağrıya-ağrıya oğlunu evdən 
qovur. Yaxud vaxtilə böyük ideallarla yaşayan Hacı müəllim indi keç-
miş  şagirdi  Qafarın  yarımçıq  elmi  işini,  yəni  şüurunu,  zəkasını  pulla 
almağa hazırdır.  
Yazıçı  Mürşüdovlar  ailəsini  iki  ildən  bir  ərli-arvadlı  (bəzən  ər 
ayrı,  arvad  ayrı)  xaricə  səfərə  çıxan,  maşınlı-maqnitofonlu  (bunlar  o 
dövrdə  varlılığın  əlamətləri  hesab  olunurdu)  oğullarını  uzaq  ölkələrə 
ezamiyyətə göndərməyə hazırlaşan bir ailə olaraq təsvir edir. Belə bir 
məqamda  törədilmiş  cinayətin  üstünü  basdırmaq  üçün  ailə  ən  çirkin 
vasitələrə  əl atır. Onlar Qafarın arvadı Fəridənin var-dövlət  ehtirasın-
dan istifadə edərək bu qəzanı gizlətməyə nail olurlar. Bunun müqabi-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə