Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə56/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   52   53   54   55   56   57   58   59   ...   137

 
148 
lində  isə  Qafarın  ailəsinin  həyat  idealı  ortaya  çıxır.  Məlum  olur  ki, 
Qafarın  ailə  üzvləri  arasındakı  pul,  var-dövlət  hərisliyi  daha  güclü 
imiş. Ailənin xəstə düşmüş başçısı öz evində göz dağına çevrilir.  
Yazıçı Qafarın şikəst olduğu müddətdə ailənin bütün ziddiyyət-
lərini, mürəkkəbliklərini açmağa nail olur. Ailədəki ögey bacı-qardaş-
lar  arasındakı  münasibətlər  də  məhz  bu  məqamda  açılır.  Bütün  bu 
hadisələr  yazıçıya  imkan  verir  ki,  ailənin  əsl  iç  üzü  açılsın.  Lakin 
hadisələrin  gedişi  və  Qafarın  daxili  vəziyyəti  oxucuda  Qafarın  sağa-
landa, bu dəhşətli  gipsdən canını qurtaranda burdan baş  götürüb qaç-
masına gizli bir ümid yaradır. 
Yazıçı  Qafarı  nə  qədər  həlim,  zəif  təsvir  edirsə,  Fəridəni  onun 
əksinə, sarsılmaz göstərir. Fəridənin özünün etiraf etdiyi kimi o, "zə-
hər  tuluğudur".  O,  məqsədinə  nail  olmaq  üçün  hər  şeyə  əl  atır,  heç 
kəsdən və heç nədən çəkinmir. Bütün bunlar ailədə üstünlüyü, hökm-
ranlığı  Fəridənin  əlinə  keçirməsinə  səbəb  olur.  Fəridə  evdə  özünü 
hegemon kimi aparır, onu danlayır, boynuna qoyur ki, "sənin əlindən 
heç nə gəlmir, mən olmasam "Şamaxı batan kimi batarsız" və s. 
Yazıçı romanda həm də Qafar kimilərin emosiyasız yaşaya bil-
mədiyini göstərir. Baxmayaraq ki, qəzadan sonra həkim "Emosiyadan 
özünüzü  qoruyun.  Hər  halda  iki  şeydən  birini  seçməlisiz:  ya  emo-
sional  olub  az  yaşamağı,  ya  da  emosiyadan  əl  çəkib  uzun  ömür  sür-
məyi",  –  deyə  ona tapşırır.  Lakin  Qafar üçün bunu etmək o qədər də 
asan deyil. Baş verən qəza hadisəsi Qafarın gözlərini açır, onda arvadı 
Fəridəyə  qarşı  münasibətlərində  tam  aydınlıq  yaranır.  Əgər  bu  hadi-
səyə  qədər  arvadına  qarşı  müəyyən  tərəddüdlər  keçirirdisə,  bundan 
sonra fikirləri dəqiqləşir. Qafar həmişə qayıtmaq istədiyi yoldan məhz 
bu  qəzadan  sonra  qayıdır.  Sağaldıqdan  sonra  Qafar  bir  daha  bu  evə 
ayaq basmır, kəndə, ata-baba yurduna üz tutur. Yazıçı bununla Qafa-
rın evdən çıxıb getməsinin çox incə, psixoloji məqamlarını göstərmək 
istəmişdir;  birincisi,  Qafar  bir  neçə  dəfə  bunu  etmək  istəmişdisə, 
müəyyən  səbəblərdən  bu  baş  verməmişdi.  İkincisi,  qəzadan  sonra  da 
bir çox hadisələr baş vermişdi ki, bu da Qafarı evdən getməyə, dalan-
dan  çıxmağa  şərait  yaratmışdı.  Bunun  üçün  Qafarın  əlində  müəyyən 
bir səbəb də var idi. Bu səbəblərdən biri sırf psixoloji idi. Xəstə yatar-
kən  Fəridənin  birinci  ərinə  yas  saxlaması,  hətta  qəbiristanlıqda  onun 
məzarı  yanında  özünə  yer  hazırlatması  Qafara  çox  pis  təsir  etmiş  və 
evdən birdəfəlik çıxmaq qərarına gəlmişdi. Nə vaxtsa Fəridənin düzə-
ləcəyinə həmişə ümid edən Qafar bu dəfə son ümidlərini dəfn edir.  
Altmışıncılar içərisində  S.Azəri çox az  yazıçılardandır ki,  "Da-
landa"  romanı  həm  oxucular, həm  də tənqidçilər  arasında  çox böyük 


 
149 
əks-səda doğurmuşdur. Demək lazımdır ki, bu əsər həm də ədəbi tən-
qid  tərəfindən  ən  çox  təhlil  edilən  əsərlərdəndir.  Xüsusilə,  əsərin  adı 
ilə  ideyası  arasındakı  uyğunluq  və  sonluq  romanı  ən  çox  oxunan  və 
təhlil edilən əsərlərdən birinə çevirmişdir.  
Göründüyü  kimi,  S.Azərinin  "Dalanda"  romanında  altmışıncı-
ların yaradıcılığında sıx-sıx müraciət edilən şəhər həyatı və mühiti və 
burada  baş  verən  mənəvi-əxlaqi  problemlər  təsvir  edilir.  Yazıçı  mə-
nəvi azadlıq, əxlaqi məsələlərə bir neçə kontekstdən yanaşır. Həm Qa-
far  obrazı,  həm  də  onun  daşıdığı  mənəvi-əxlaqi  yük  daxilən  təmiz 
olanların cəmiyyətdə müəyyən mövqe tuta bilmədiyini göstərmək istə-
mişdir. Romanda qaldırılan əxlaqi problemlər ayrı-ayrı hadisə və ob-
razlara münasibətdə əks olunmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Nəbiyev B. Dalanda kəsişən yollar. "Kommunist", 1986, 1 aprel. 
2.
 
Əhmədov B. Sözə bağlı ömür. "525-ci qəzet", 2013, 20 mart. 
3.
 
Yusifli V. Günəşə sarı gedəndə. "Azərbaycan", 2008, № 3. 
4.
 
Azəri S. Dalanda (Roman). (Ön söz F.Qocanındır). "Yazıçı", 1982.  
5.
 
Bəşirov S. 60-cılar nəsrinin etik problemləri. Bakı, "Elm", 2006. 
6.
 
Fikrət Q. Bədii sözün qüdrəti. S.Azəri. Dalanda. Bakı, "Yazıçı", 1984. 
7.
 
Rüstəm S. Həyat biliyi və sənətkarlıq. "Ədəbiyyat və incəsənət", 1984, 23 
mart. 
 
Shahrizad Nuhova 
 
MORAL AND ETHICAL PROBLEMS  
IN SABIR AZERI`S NOVEL “DALANDA” 
 
Summary 
 
In the article moral and ethical problems have been investigated in prominent 
representative of 60`s Sabir  Azeri`s novel “Dalanda”. It’s shown that S.Azeri`s this 
novel  in  all  respects  (theme,  problems,  ideas,  narration  and  others)  is  one  of  the 
works enriching 60`s creativity. Ideas, artistic load carrying image Gafar allow us to 
say this. The writer gives wide place spiritual freedom, and moral problems in here. 
Moral  problems  raised  in  the  novel  were  reflected  in  relation  to  certain  events  and 
images. The attitude of literary criticism and literature were given wide place in the 
novel “Dalanda”.  
 
 
 
 


 
150 
Шахризад Нухова 
 
МОРАЛЬНО-НРАВСТВЕННЫЕ ПРОБЛЕМЫ  
В РОМАНЕ САБИРА АЗЕРИ «В ТУПИКЕ» 
 
Резюме 
 
В статье разбираются морально-нравственные проблемы, поставленные 
в  романе  «В  тупике»  видного  представителя  поколения  «шестидесятников» 
Сабира Азери. Указывается, что названный роман С.Азери есть произведение, 
значительно обогатившее  прозу «шестидесятников» с точки зрения тематики, 
проблематики,  идеи,  повествовательной  манеры  и  т.д.  Это  подтверждается 
идеей,  носителем  которой  является  Гафар,  художественной  нагрузкой  этого 
образа. Писатель  уделяет большое внимание нравственным проблемам, проб-
леме  свободы.  Нравственные  проблемы,  поднятые  в  романе  отражаются  в 
отдельных событиях и образах. Роман  «В тупике» широко освещался в лите-
ратурной критике и литературоведении. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə