Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə54/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

 
144 
Müəllif bütün hadisələri Qafar və onun ailəsi fonunda təsvir edir 
və ideyanı  bu  ailənin  timsalında gerçəkliyin  tipik və  səciyyəvi  cəhət-
lərini  ümumiləşdirməyə  çalışır.  Bu  cəhətdən  əsərin  qəhrəmanı  Qafar 
Azərbaycan bədii nəsrində olan heç bir obraza bənzəmir, tamamilə ye-
ni, orijinal obraz olaraq verilir. Romanın əsas qəhrəmanı Qafar əxlaqi-
estetik  görüşlərinə  görə  düz  adamdır,  həmişə  halal  zəhmətə  qatlaşıb, 
ədalətlidir,  haqqı  nahaqqa  verməməyə  çalışıb.  Lakin  elə  məsələ  də 
bundadır, çünki bu istəyi yerinə yetirmək bəzən heç də adamın özün-
dən asılı olmadığı kimi, həm də ona baha başa gəlir. Çünki yaşadığın 
mühitin  buna  imkan  verməsi  lazımdır.  Yəni  yaşadığın  mühit,  ətra-
fındakı insanları əhatə edən həyat özü bunu doğurmalıdır. Əgər nəzərə 
alsaq ki, Qafar da insandır və onun zəif tərəfləri var, onda məsələ bir 
qədər də aydınlaşar. Elə olur ki, Qafar bu həyata, axına qarşı gedə bil-
mir, ona qarışaraq itir. Bəzən  müqavimət  göstərsə də, bu müqavimət 
stereotipləri sındırmaq üçün bəs etmir. Obrazın bu xüsusiyyəti dövrün 
ədəbi tənqid tərəfindən də qeyd olunmuşdur. Tənqidçi V.Yusifli yazır: 
"...Qafar səhvlərini bilə-bilə, dərk edə-edə yaşayır. Qafar çox dözümlü 
insandır. Bu dözüm və səbr isə onun başına nələr gətirmir. Qafar elə 
bu  dözümlə  arvadı  Fəridənin  dözülməz  "fəlsəfəsinə",  davranış  və 
rəftar  tərzinə  uzun  müddət  müqavimətsiz  yaşayır,  həmişə  belə  hesab 
edir  ki,  Fəridə  bir  gün  ağıllanacaq,  ailənin  maddi  imkanlarını  nəzərə 
alıb, böyük şeylərin davasını aparmayacaq" [3, s. 156]. 
Qafar çalışdığı iş yerində (tikinti sahəsi) hər cür əliəyriliyə, bü-
rokratizmə,  yarıtmazlığa  qarşı  kəskin  mövqedə  dayanır,  yalnız  öz  işi 
ilə  məşğul  olmur,  eyni  zamanda  cəmiyyəti  narahat  edən  problemlərə 
öz münasibətini bildirir, lakin bunun da ağrısını həmişə çəkməli olur. 
Belə  münasibət  bildirmələrin  birində  müdiri  Yaqubovla  aralarındakı 
dialoq onun xarakterinin mahiyyətini açmaq üçün ən yaxşı detal olur. 
Yaqubovun ona "– Ə, səni iş icraçısı götürmüşəm, yoxsa xalq nəzarət-
çisi?" sualına "– İş icraçısı götürmüsüz, mən də çalışıram ki, vəzifəmi 
vicdanla,  namusla  yerinə  yetirim",  –  deyə  cavab  verir.  Yaqubov  isə 
başqa cür düşünürdü:  
"–  Yaxşı,  yemini  kəsərəm,  boğazına  qurd  düşəndə  qanarsan  ki, 
namusla işləmək nə olan şeydir. 
– Mən çörəyi ömrüm boyu kişi kimi təmiz, halal yemişəm, heç 
kəsin yanında gözükölgəli olmamışam. 
Yaqub birdən əlini əlinə vurub güldü. 
– Ə, sən Don Kixotsan! Canınçün əsl  Don Kixotsan! İyirminci 
əsrin Don Kixotu!.. 
–  Mən  belə  dolanmaq  istəmirəm,  Yaqub.  Mən  belə  dolanmağa 


 
145 
qırxı  keçənəcən  öyrənməmişəmsə  innən  belə  xasiyyəti  dəyişmək  çə-
tindir" [4, s. 196-197]. 
S.Azəri "Dalanda" romanında cəmiyyətin dərdini, sosial bəlasını 
göstərir.  Bu  problemlər  cəmiyyəti  içindən  dağıdan  problemlərdir. 
S.Azərinin ədəbi qəhrəmanı da məhz bu problemlərə qarşı çıxır. Lakin 
o, bu cəmiyyətdə tək deyildir. Anarın "Şəhərin yay günləri" dramının 
da qəhrəmanı ilə yaxınlıq, doğmalıq təşkil edir. Maraqlıdır ki, cəmiy-
yətdə  Qafar  da  Don  Kixot  kimi  qəbul  edilir.  Hər  iki  obrazın  dövrün, 
cəmiyyətin xarakterini əks etdirdiyini önə çəkən ədəbiyyatşünas Sabir 
Bəşirov  bu  obrazları  müqayisə  edərək  onları  eyni  mövqedən  qiymət-
ləndirir:  "Qafara  Hadı  müəllim  demişdi  ki,  sənin  alimliyin  heç  kəsə 
lazım  olmayacaq!  Doğrudan,  Qiyasın  da  alimliyi  sözün  geniş  məna-
sında  heç  kimə  gərək  olmur.  Qəhrəmanı  nəzərində  bir  həsir,  bir  də 
Məmmədnəsir,  Firuzun  nəzərində  Don  Kixot,  Dilarənin  nəzərində 
maymaq,  əbləh  və  qotur  prinsiplərlə  yaşayan  adam  kimi  qiymətlən-
dirilir. Don Kixotluq Qiyasın da faciəsidir-düzgün hərəkətlərin səfeh-
liklə,  nadanlıqla  yozulması!  Ləyaqətsizliyi  həqiqət  kimi  başa  düş-
mək!.." [5, s. 194]. 
Əslində  hər  iki  obrazın  xarakter  etibarilə  bir-birinə  uyğun  gəl-
məsi  və eyni  mövqedən  təsviri  Altmışıncıları bir-birinə  yaxınlaşdıran 
xüsusiyyətlərdən  olduğu  kimi,  həm  də  həyat  hadisələrinin,  cəmiyyət 
problemlərinin oxşarlığından irəli gəlirdi. Qafar da bu cəmiyyətdə ya-
şayır, ancaq hamı kimi yaşaya bilmədiyindən həyat ona çox ağır gəlir. 
Qafar  özünü  işdə  necə  göstərirsə,  evdə,  ailədə  özünü  o  cür  aparır, 
arvadının mənəvi zülmünə tab gətirməyə çalışır. Sabir Azəri öz qəhrə-
manını birtərəfli, sxematik, təsvirdən çəkinmiş, obrazı bütöv verməyə 
səy  göstərmir,  əksinə  onu  ziddiyyətlər  içində  çabalayan  bir  xarakter 
kimi  verməyə  çalışır.  Bunun  üçün  onun  həyat  yoluna  da  nəzər  salır. 
Məlum  olur  ki,  tikintidə  işləməzdən  qabaq  Qafarın  ən  böyük  arzusu 
elmi işçi olmaq, namizədlik dissertasiyası müdafiə etmək olsa da, bu 
arzusuna çata bilmir. Buna səbəb isə mövcud elmi mühitin olmaması-
dır.  Belə  ki,  elmi  rəhbəri  ona  kömək  edib  müəyyən  istiqamət  ver-
məkdənsə,  evinin  işlərini  gördürür,  bazarlığa  yollayır  və  bununla  da 
mənliyini təhqir edir. Qafar isə bütün bunlara dözə bilmir və buradan 
qaçmalı olur. Yazıçı Qafar obrazını sona qədər təmiz və işıqlı göstərir, 
onu  həm  öz  ailəsində  –  arvadının  mənəvi  zülmünə  tab  gətirə-gətirə, 
onun deyintilərini eşidə-eşidə, həm də işlədiyi yerdə hər cür haqsızlığa 
sinə  gərə-gərə  şəxsiyyətini,  ləyaqətini,  mənəvi  saflığını  qoruyan  bir 
xarakter olaraq təsvir edir. Romanın sonuna qədər də yazıçı Qafarı bu 
iki xətt üzrə inkişaf etdirir. Həm evdə, həm də işdə. İnsan xarakterini 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə