Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə51/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

 
135 
Töküblər qanuvı ruyi-zəminə,  
Salublar cismüvi üryan, oğul vay [4, s. 209]. 
 
Müəllif  ananın  balasının  qətlinə  göz  yaşı  tökdüyünü,  qanının 
yerə töküldüyündən nalə çəkdiyini yanğı ilə təsvir edir. Sonrakı bənd-
lərdə  Fatimə  (s.ə)  ananın  oğlunun  faciəli  ölümünə  qızı  Zeynəbin  (ə) 
giryan olduğunu, atasının, babasının gözyaşı tökdüyünü, özünün başı-
na qara bağladığını, Səkinənin “baba-baba” – deyərək ağladığını qəm-
li poetik lövhələrlə təsvir edir: 
 
Gəlibdür bu çölə gözyaşlı Heydər,  
Tökər göz yaşı rüxsarə Peyğəmbər,  
Anan Zəhra, başında qarə mə`cər,  
Olublar cümləsi nalan, oğul vay 
 
Qoyub zülmün binasın əhli-kinə, 
Salublar ahü va ruyi-zəminə
Baba-baba deyüb ağlar Səkinə,  
Edibdür göz yaşın ümman, oğul vay [4, s. 209-210]. 
 
Göründüyü kimi, Nadim növhələrində, sinəzənlərində, dini şeir-
lərində  də  poeziyanın  sənətkarlıq  məziyyətlərindən  bacarıqla  istifadə 
etmişdir. Şair Kərbəla hadisələrini, imamlarımızın başına gələn müsi-
bətləri  yanıqlı  bir  dillə  nəzmə  çəkir,  bədii  təsvir  və  ifadə  vasitələ-
rindən,  lirik  ricətlərdən,  sadə  və  mürəkkəb  məcazlardan  istifadə  əsa-
sında qəmli səhnələr yaradırdı [1, s. 18].  
Nümunə  üçün  “Gəlib  Zəhra  (s.ə)  bu  gün  Kərbübəlaya”  növhə-
sinə diqqət yetirək: 
 
Gəlüb Zəhra bu gün Kərbübəlayə,  
Batub ərzü səma yeksər qərayə.  
 
Bu şəb Ali-Əba eylər çü əfğan,  
Olublar qüssədən zarü hərasan,  
Anası Fatimə olmuş nəvaxan,  
Gözü yaşlı gəlibdür Neynəvayə [4, s. 157]. 
 
Növhənin  məzmununa  bütöv  halda  nəzər  yetirdikdə  aydın  olur 
ki,  Həzrət  Fatimə  (s.ə)  müsibətə  dözməyib,  gözüyaşlı,  fəryadla  qanlı 
Kərbəlaya  gəlib.  Bu  faciəyə  Ali-Əba  (Əhli-beyt  (ə))  əfğan  edir,  göz 
yaşı tökür, qan ağlayır. Xanım Fatimə (s.ə) qanına qəltan olan Əkbə-


 
136 
rin,  susuz  qalan  Şahzadə  Qasimin,  hülqünə  xəncər  çəkilən  Hüseynin 
matəminə gələrək göz yaşı tökür: 
 
Hüseynün hülqünə xəncər qoyublar, 
Libasın cismdən yeksər soyublar, 
Bacısı Zeynəbi ağlar qoyublar, 
Vırublar başını növki-cidayə [4, s. 158]. 
 
Sonda  təxəllüs  bəndində  Nadim  bu  faciənin,  müsibətin  İslama 
yaraşmayan bir tarixi ədalətsizlik olduğunu, heç bir dində belə vəhşi-
liyin baş vermədiyini bədii sual şəklində öz-özünə verir. Son iki mis-
rada bu müsibətlərdən qəlbində yaranan yaralara söykəndiyini ürəkağ-
rısı ilə qeyd edir: 
 
Təsəvvür et bunı qəlbində, Nadim, 
Bu caizdürmi hansı dində, Nadim? 
Tapulmaz busəgah cismində, Nadim, 
Yəralər sövkəşüb yeksər yərayə [4, s. 158]. 
 
...Məlumdur ki, Həzrət Məhəmməd (s) ilahi tapşırıqları insanlara 
çatdırmaq üçün 13 il Məkkədə çalışdıqdan sonra hicrət etdi və İslam 
dövlətinin (610-cu il) əsasını qoydu.  
Həzrət Əli (ə) Peyğəmbərin (s.ə.s) əmisi oğludu. Həzrət Məhəm-
mədin (s) peyğəmbərliyinin ilk günlərindən onunla birlikdə olmuşdur. 
Peyğəmbər (s) hicrət edən zaman Əlinin (ə) 24 yaşı var idi. Əlinin (ə) 
evlənmək vaxtı artıq yetişmişdi.  
Fatimənin (s.ə) yüksək tərbiyəsi, insani xüsusiyyətləri bir çoxla-
rının diqqətini çəkmiş, onlara çoxlu elçilər gəlmişdi. Fəqət Peyğəmbər 
(s)  bu  elçiləri  rədd  edərək  Allahın  hökmünü  gözlədiyini  bildirirmiş. 
Əli (ə) dostlarının təkidi ilə Fatiməyə (s.ə) elçi gedir.  
“Peyğəmbər (s) yavaş-yavaş Əlini (ə) danışmağa sövq etdi. Əli 
(ə)  gəlişinin  səbəbini  açıb  dedikdən  sonra  Peyğəmbər  (s)  ondan  so-
ruşdu: ailə qurmaq üçün dünya malından bir şeyin varmı? Əslində bu 
sualın cavabı  məlum idi. Məgər Fatimənin  (s.ə)  Əlidən (ə) başqa bir 
tayı, ona Əlidən (ə) layiq bir ər var idimi?! [5, s. 19] 
Allahın  əmri,  Peyğəmbərin  (s)  möhürü  ilə  bu  sevda  baş  tutur. 
Fatimə (s.ə) sadə bir cehizlə gəlin köçür. Beləliklə, ən əzəmətli ailə və 
İslam tarixində ən mühüm rola malik müştərək həyat formalaşdı” [5, 
s. 20]. 
Fatimə (s.ə) həyatın yükünü çiyinlərində çəkən, səbirli, mülayim 
bir qız idi. O, aza qane olan, sevimli atası və həyat yoldaşının xidmə-


 
137 
tində  dururdu.  Əliyə  (ə)  xanımlıq,  atasının  təbirincə  desək  “atasına 
analıq edirdi”. 
Bu ilahi müqəddəs nikahın ilk meyvəsi Həsən hicrətin III ilində, 
ikinci meyvəsi Hüseyn hicrətin IV ilində dünyaya gəldi. Zeynəb (s.ə) 
və Ummi Külsüm (s.ə) isə qardaşlarından sonra dünyaya göz açıblar. 
Ailənin  son  övladı ana bətnində  şəhadətə  qovuşub və  adı  da Möhsün 
olub. 
İmam Əli (ə) Fatimə ilə evlənməsini xatırlayarkən buyurmuşdur: 
“Sonra Peyğəmbər (s) məni səsləyərək dedi: – Ey Əli. Mən: – Bəli, ey 
Allahın elçisi: – deyə cavab verdikdə Həzrət buyurdu: – Evinə daxil ol 
və zövcənlə mehriban davran. Fatimə mənim bədənimin bir parçasıdır. 
Onu  incidən  məni  də  incidir,  onu  sevindirən  məni  də  sevindirir.  Hər 
ikinizi Allaha əmanət edir və sizi Ona tapşırıram” [5, s. 21]. 
Həzrət Məhəmməd (s) və onun Əhli-beyti (ə) min ildən çoxdur 
ki,  sözün  qüdrətilə  vəsf  olunur.  Fatimənin  (s.ə)  şəhid  olan  balaları 
üçün tökülən göz yaşlarını poetik təcəssüm etdirən mərsiyələr, növhə-
lər və sinəzənlər Ali-Əba aşiqlərinin də qəlblərini və yanaqlarını nəm-
ləndirir.  O  cümlədən  yaradıcılığından  söhbət  açdığımız  qüdrətli  şair 
Hüseyn Nadimin  lirik-ruhani  şeirləri də, eləcə də onun  əvvəldə qeyd 
etdiyimiz xanım Zəhraya (s.ə) ithaf etdiyi dini poeziya nümunələri də: 
 
Zəhra səni nə növ`i üryan aradə görsün, 
Topraqlər üstə nə`şün, başun cidadə görsün. 
 
Asudə olmaram mən heç Neynəva çölündə
Tənha qalan zəmandan sən Kərbəla çölündə, 
Zülfüm ağardı, qəlbim yandı bəla çölündə, 
Zəhra səni nə növ`i tənha Minadə görsün [4, s. 190-191]. 
 
Naxçıvaninin Əhli-beytə (ə) ithaf etdiyi şeirlərdə lirik təsvir üsu-
lu  başlıca  yer  tutur.  Fatimeyi-Zəhraya  (s.ə)  həsr  etdiyi  növhələrində 
şəhid övladlarına ağlayan Ananın keçirdiyi kədərli hisslər lirik ahəng-
də poetik dillə ümumiləşdirilərək nəzmə çəkir. Şair Əhli-beyt (ə), xü-
susilə, İmam Hüseynə (ə), Həzrət Fatimənin (ə.s) dilindən verilən növ-
hələrdə bu məziyyət özünü daha qabarıq göstərir: 
 
Ey Kərbəla çölündə qurban olan Hüseynim, 
Ətfalı təşnəlıqdan ətşan olan Hüseynim. 
 
Bisər düşübdi nə`şün meydanə Kərbəladə, 
Əlvan olubdı cismün al qanə Kərbəladə, 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə