Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə52/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

 
138 
Gəlləm, oğul, bu gün mən əfğanə Kərbəladə
Xun ilə cismi-pakı əlvan olan Hüseynim [4, s. 203-204]. 
 
“XIX əsr Ordubad şairlərinin dini lirikasında Kərbəla müsibəti-
nin  acı  səhnələri  şəhid  analarının  və  bacılarının  dili  ilə  nəzmə  çəki-
lirdi. Ana və bacıların nalə və fəryadını ifadə edən bu şeirlərdə lirizm 
daha qüvvətli idi. Dini lirikada yaradılan dərdli ana və bacı obrazları 
lirik-sentimental  üslub  üçün  daha  əlverişli  olduğundan  şairlərin  çox 
qismi Kərbəla şəhidlərinin qəmli faciəsini Həzrəti-Fatimeyi-Zəhranın, 
Həzrəti-Zeynəbin,  Həzrəti-Gülsümün,  Həzrəti-Səkinənin  və  Həzrəti-
Şəhrəbanunun  şəhidlərə  xitabı  və  ya  mükamiləsi  yolu  ilə  təsvir  edir-
dilər” [6, s. 213-214]. 
Hüseyn Nadimin yaradıcılığında göstərdiyimiz nümunələrdən də 
aydın  olduğu  kimi,  Həzrət  Fatimə  (s.ə)  İmam  Hüseyn  (ə)  üçün  göz 
yaşı axıdan ana kimi təsvir olunurdu: 
 
Düşən xaki-xun üstə üryan, oğul vay
Susuz can verən Həqqə ətşan, oğul vay. 
 
Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay
Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay, 
Oğul vay, oğul vay, oğul vay, oğul vay, 
Hüseyn vay, Hüseyn vay, Hüseyn vay, Hüseyn vay  
[4, s. 205-206]. 
 
Sinəzəni  oxuyanda  insanın  ürəyi  parçalanır.  Ana  naləsi  ürəyi 
dağlayır, bu poetik ağı insanı göz yaşlarına qərq edir; ana qanlı torpaq 
üstündə  üryan,  susuz  qalan  şəhid  oğlu  üçün  ağlayır.  Vətənsiz  ölən, 
nəşi üç gün dəfnsiz qalan balası üçün nalə çəkir.  
Növhəxanların, o cümlədən Nadimin yaratdığı dərdli ana obraz-
ları  Azərbaycanın  müxtəlif  bölgələrində  yazıb-yaradan  şairlərin  ya-
radacaqları  qadın  qəhrəmanları  üçün  ədəbi  örnək  rolunu  oynayırdı. 
Nadimin və müasirlərinin yaratdıqları Fatimeyi-Zəhra (s.ə) obrazı dahi 
M.Füzulinin eyni adlı xanım qəhrəmanının xələfi, yeni  yaranan bədii 
nümunələrin  sələfi  idi.  Əhli-beyt(ə)  şairlərinin  yaratdığı  Həzrət  Fati-
mənin  (s.ə)  poetik  obrazı  gələcəkdə  yaranacaq  dərdli  ana  obrazları 
üçün bədii-poetik, ədəbi təsvir və istinad rolunu oynayacaq... 
Həzrət  Fatimə  (ə)  gənc  yaşlarında  xəstələnir  və  bu  xəstəlikdən 
vəfat edir. Ölümqabağı halını soruşanlara Allaha həmd-səna edib atası 
Peyğəmbərə (s) salam göndərərək cavab verir... 


 
139 
Həzrət Fatimə (s.ə) bütün İslam dünyasının qadınları üçün ideal, 
əbədi, nümunəvi, müqəddəs varlıq, namus, abır-həya rəmzidir. Xanım 
Zəhra (s.ə) qəhrəmanlar yetişdirən, islamın qələbəsi uğrunda canından 
keçən şəhid anasıdır: 
 
Nazlı başı kül üstə mehman olan, Hüseyn vay, 
Ətfalı dəstbəstə giryan olan, Hüseyn vay. 
Hüseyn vay, Hüseyn vay. 
Bərhəm olan cəlalı, 
Talan olan mənalı, 
Əsir olan əyalı [4, s. 244]. 
 
“İmam Sadiq(ə) buyurur ki, Fatimənin (s.ə) səhifəsi bizim yanı-
mızdadır. Onlar bilirlər Fatimənin (s.ə) səhifəsi nədir?  
...Həmin səhifə bir kitabdır ki, atasının ölümündən sonra Fatimə-
yə imla edilmişdir...” [7, s. 298-300] 
 
Yasə batub Ali-Əli cümləsi
Ərşə çıxub naləvü əfğan səsi, 
Zeynəbimün qalmayub heç bir kəsi
Peykəri sədparə, Hüseynim vay, 
Bikəsü biçarə, Hüseynim vay [4, s. 269]. 
 
Həzrət Fatimənin (s.ə) böyük məqam sahibi olması haqqında bü-
tün dini-tarixi mənbələrdə olan minlərlə əhvalatlar öz əksini tapmışdır. 
“Ənəs İbn Malik deyir, Peyğəmbər (s) düz altı ay sübh namazı vaxtı 
evindən çıxıb məscidə gələrdi. Gələrkən Fatimənin (s.ə) evinin qarşı-
sında ayaq saxlayıb buyurardı: Namazdır, ey mənim Əhli-beytim (ə)! 
Həqiqətən  Allah  siz  Əhli-beytdən  (ə)  bütün  çirkinlikləri  uzaqlaşdırıb 
sizi tər-təmiz, pak etmək istəyir” [8, s. 335]. 
“Həzrət Məhəmməd (s) can üstə olarkən qızı Fatimə (s.ə) ağla-
yaraq başını atasının sinəsi üstünə qoyur. Qızının çox ağladığını görən 
Peyğəmbər (s) onun qulağına bir söz deyir. Bundan sonra Fatimənin 
(s.ə) çöhrəsi açıldı və bunun ardınca Peyğəmbər (s) dünyadan köçdü.  
Bir çox rəvayətlərdə bildirilir ki, sonralar Fatimədən (s.ə) soruş-
dular: Peyğəmbər sənə nə dedi ki, o narahatçılığın və sıxıntın keçdi? 
Buyurdu: Peyğəmbər (s) mənə xəbər verdi ki, ailəsindən ona qo-
vuşacaq ilk şəxs mənəm. Mənim ölümümlə onun ölümü arasında uzun 
bir müddət olmayacaq. Bu mənim nigarançılıq və sıxıntıma son qoy-
du” [9, s. 860].  


 
140 
Şeyxülislam Allahşükür Paşazadə “Qafqazda İslam” monoqrafi-
yasında  klassik  şairlərimizin  dinlə  bağlılığını  şərh  edərək  belə  yazır: 
“Xaqani də, Füzuli də, Nizami də, Nəsimi də – Allah onların hamısın-
dan razı olsun”. – Allaha, Onun Peyğəmbərinə və kitabına inanan, təq-
dir olunana əməl edən, inkar ediləndən yan keçən mömin adamlar ol-
muşlar. Möminlər üçün isə ən səciyyəvi xüsusiyyət dinin təqdir etdiyi 
əməlisalehlikdir.  Bu  adamların  dünya  duyumunun  əsasını  din  təşkil 
edir.  Deməli,  onların  sənəti  də,  əməlləri  də  dindən  bəhrələnir”  [10, 
s.150]. 
Möhtərəm  şeyximizin  bu  fikirlərini  adıçəkilən  şairlərin  sələflə-
rinə, eləcə də Hüseyn Nadim Naxçıvaniyə də şamil etmək olar. Onun 
Naxçıvan  ədəbi  mühitində  öz  məxsusi  yerini,  ədəbi  mövqeyini  gör-
mək  olur.  “Şairin  qüdrəti  onda  idi  ki,  özünün  cəmiyyət  üçün  faydalı 
olan mütərəqqi və tövsiyələrini dini baxışları ilə sintez şəklində oxu-
cusuna çatdıra bilirdi” [11, s. 38]. 
Qüdrətli söz ustası, Əhli-beyt şairi Hüseyn Nadim Naxçıvaninin 
yaradıcılığının  çox  hissəsini  dini  mövzuda  yazdığı  şeirlər  təşkil  edir. 
Nadim növhə və sinəzənlər qələmə almaqla, insanlarda mənəvi-əxlaqi 
paklıq,  təmiz  məfkurə,  dosta  məhəbbət,  düşmənə  nifrət  kimi  hisslər 
aşılayırdı.  
Yaradıcılığından  aydın  olduğu  kimi  Nadim  İslam  dininə  həyat 
və  yaradıcılığı  boyu  sədaqət  göstərmiş  iman,  etiqad  sahibi  olmuşdur. 
Şairin  dini-poetik  irsində,  Əhli-beyt  (ə)  nümayəndələrinə  ithaf  etdiyi 
mərsiyə, növhə və  sinəzənlər də onların  müəllif  tərəfindən real,  canlı 
obrazlarının  yaratdığının  şahidi  oluruq.  Fatimeyi-Zəhrayə  (s.ə)  ithaf 
etdiyi növhələr janrın tələblərinə uyğun yüksək sənətkarlıqla yazılmış 
bədii-poetik nümunələrdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Hüseyn  Nadim  Naxçıvani.  Seçmə  şeirlər.  Tərtib  edəni,  müqəddimə  və 
izahların müəllifi Əsgər Qədimov. Bakı, Azərnəşr, 1993.  
2.
 
Nağısoylu M. “Məhəmməd Füzuli Həzrət Fatimə (s.ə) haqqında... “İslamın 
səsi” qəzeti: Bakı, № 70 (439), 30.06.2005. 
3.
 
Şeyx  Məkarim  Şirazi.  Fatimə  dünyanın  ən  üstün  qadını.  Bakı,  “Zərdab 
LTD”, 2009. 
4.
 
Hüseyn  Nadim  Naxçıvani.  Divan.  Tərtib  edən,  ön  söz,  lüğət  və  izahların 
müəllifi Hacı Mustafa Mailoğlu. Bakı, İSBN, 2012. 
5.
 
Ayətullah  Məhəmməd  Məhəmmədi  Reyşəhri.  Həzrət  Əli  İbn  Əbu  Talibin 
(ə)  ensiklopediyası.  Tərcümə  edən  Ağabala  Mehdiyev.  Bakı,  “Nurlar” 
2013.  
6.
 
Qədimov Ə. XIX əsr Ordubad ədəbi mühiti. Bakı, ADPU, 2010. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə