Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə49/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

 
129 
dir. Müasir oxucuya keçmiş haqqında elə-belə söz və ya ekzotik epi-
zoddan daha çox düşüncə lazımdır" [6, s. 158]. 
Ədəbiyyatşünasın bu fikri doğrudan da tarixi yaddaşı əks etdir-
mənin  ən  yaxşı  yollarından  biri  hesab  olunur.  Məsələn,  elə  Azərbay-
can bədii nəsrinin  80-ci  illərdə  yaranan  ən  yaxşı  nümunələrindən biri 
"Köç"ü həm  də  yaddaş  salnaməsi  kimi  dəyərləndirmək olar. Bu  əsər 
zamanlararası əlaqələrin keçidi, nəsillərarası əlaqələrin zənginliyi ba-
xımından  son  dərəcə  maraqlı  bir  əsər  olaraq  ədəbi  tənqidin  diqqətini 
cəlb etdi. Romanda baş verən hadisələrin, şəxsiyyətlərin, fərdlərin bü-
tünlüklə xalqın yaddaşını əks etdirməsi bizə imkan verir ki, onu yad-
daş romanı kimi təhlilə cəlb edək. Yazıçının insanlar, inanclar, hadisə-
lər  haqqında  bədii  ümumiləşdirmələri,  əslində  elmi  ümumiləşdirmə-
lərdən  qabağa  gedir.  Bədii  düşüncənin  bu  istiqamətdə  inkişafı  onun 
tarixlə  kəsişməsini şərtləndirir ki,  bu da  yazıçı və tarixi  yaddaş  prob-
leminin həllinə xidmət etmiş olur.  
Maraqlıdır  ki,  həmin  dövrdə  dünyada  və  Sovetlər  İttifaqında 
gedən  proseslərdə  də  milli  tarixi  yaddaşa  diqqət  artmışdır;  Q.Q.Mar-
kesin əsərlərindəki tarixi yaddaş motivləri sovet ədəbi prosesinə də öz 
təsirini  göstərmişdir.  Keçmiş  həyatın,  milli  tarixi  yaddaşın  təsviri 
Bulat Okucavanın "Diletantların səyahəti" romanının əsas motivlərini 
təşkil etmişdir. M.Süleymanlının "Köç" romanında olduğu kimi, V.Çi-
vilixinin  "Yaddaş"  roman-essesi  də  bir  xalqın  tarixi  düşüncə  tərzini 
özündə əks etdirir. 
"Köç"  romanının  folklor  ruhu,  hər  şeydən  əvvəl,  Dədə  Qorqud 
yaddaşından,  dastan,  nağıl  poetikasından  irəli  gəlirdi.  Yaddaşa,  folk-
lora müraciətin beynəlxalq arenada əsas yer tutduğunu qeyd edən tən-
qidçi  A.Hüseynov  "Köç"  romanının  bədii  məziyyətinə  nəsrimizin 
ideya-estetik  hərəkəti  baxımından  nəzər  salaraq  yazır:  "...əsərdə  ən 
çox  maraq  doğuran  xüsusiyyət  folklorla  bağlılıqdır.  Məlumdur  ki, 
hazırda folklora istinad bütünlükdə İttifaq ədəbiyyatında, dünya bədii 
fikrində  güclüdür,  ondan  faydalanmağın  müxtəlif  formaları  mövcud-
dur.  Ümumiyyətlə,  indi  "nağıl",  "mif",  "pritça"  sözləri  dəbdədir.  Bə-
zən  bu  sözlər  xalis  metafora  kimi  səslənir,  yazıçı  əsərini  nağıla,  das-
tana bənzədir..." [7, s. 178]. 
M.Süleymanlının  "Köç"  romanının  poetik  ruhu,  təhkiyəsi  və 
məcazlar sistemi xalq yaddaşından, keçmişdən süzülüb gəlir.  
Müstəqillik dövründə tarixi  yaddaşa bədii nəsrdə maraq  artdığı 
kimi,  elmi-nəzəri  fikirdə  də  bu  problem  xüsusi  əhəmiyyət  daşıyır. 
Ədəbiyyatın əsas vəzifəsinin "xalqa xidmət olması" ideyası yeni tarixi 
şəraitdə  öz  funksiyasını  yada  salır  və  bu  istiqamətdə  araşdırmalar 


 
130 
aparılır. Yazıçılar kimi, ədəbiyyatşünasların, tənqidçilərin, filosofların 
da diqqəti tarixi yaddaşa, keçmişə yönəlir. Xalqın tarixi, etnogenezisi, 
bədii  düşüncəsi,  milli  kimliyi  yenidən  bədii,  elmi  araşdırmaların 
diqqət  mərkəzinə  düşür.  Azərbaycan  xalqının  tarixinin,  yaddaşının 
görünməyən, indiyədək  bədii, elmi  düşüncəyə  gətirilməyən problem-
ləri araşdırılır; onun tarixin müxtəlif vaxtlarında obyektiv, ya subyek-
tiv səbəblərdən tarixi yaddaşında iz salan, lakin bugünədək qaranlıqda 
qalan  hadisələr,  şəxsiyyətlər  obyektiv  mövqedən  təhlilə  cəlb  edildi. 
Azərbaycan  yazıçılarının,  filosoflarının  çiynində  tarixin  yaddaşının 
araşdırılmasının ağır bir yük olduğunu dərk edən ədəbiyyatşünas, tən-
qidçi  Y.Qarayev  yeni  mərhələdə  problemin  araşdırılmasına  diqqət 
çəkərək yazırdı: "Millət tarixin ibrətindən, ilahi, bəşəri, milli yaddaş-
dan  xəbərsiz  olanda  isə  dövran  da  bədbin  və  ağır  ləngər  vurur,  xü-
susən ictimai əxlaq, etnik mentalitet böhran keçirir, gələcəyə utopik və 
apokalipsis baxış güclənir. 
İndi,  iki  əsrin  yol  ayrıcında  öz  daxilində  məhz  Apokalipsisi  – 
"məhşər  ayağı"nı  (divan  gününü!)  gözləyən  üçüncü  minillik  bizi 
gözləyir" [8, s. 16]. 
Əlbəttə,  minilliklərin  qovşağında  xalqın  milli  yaddaşını  bərpa 
etməsi  və  təzələməsi  yeni  nəslin  payına  düşür;  bu  dövrdə  milli 
özünüdərk  hissi  artır,  dil,  din,  tarixi  yaddaş,  mental  dəyərlər  xüsusi 
əhəmiyyət  daşıyır,  etnik  şüur  formalaşaraq  yeni  bir  mərhələyə  daxil 
olur.  Bu  mərhələdə  milli  ədəbiyyat  tarixinin  yenidən  araşdırılmasına 
ehtiyac  duyulur,  onun  dövrləşdirilməsi  problemləri  ortaya  çıxır. 
Ehkamçı  "sosialist  realizmi"nin  imkan  vermədiyi  milli  tarixi  yaddaş 
mövzusu  bədii  düşüncədə  öz  əksini  tapır.  Cümhuriyyətin  süqutu, 
azərbaycanlıların  soyqırımı  ilə  bağlı  tarixi  faktların  aşkara  çıxması 
milli  yaddaşda  yeni  bir  situasiya  formalaşdırmış  oldu.  30-cu  illər 
həqiqətləri,  repressiya,  deportasiya  problemləri,  İkinci  Dünya  müha-
ribəsinin  acı  həqiqətləri  də  tarixi  yaddaşda  hələ  özünün  həqiqi  qiy-
mətini almamışdı. Sovetlər dönəmində dərsliklərdə tarixi yaddaşa yer 
verilməməsi  gənc  nəsildə  milli  kimliyinə  bağlılıq  yaratmadığı  kimi, 
onu kökündən ayırmaq  məqsədi  daşıyırdı.  Bu buxovdan qurtulmanın 
yeganə yolu isə tarixi yaddaşa qayıtmaq, milli kimlik və milli ideyanı 
yaşatmaqdan  ibarət  idi.  Y.Qarayevin  yazdığı  kimi:  "Tarixdə  misli 
görünməmiş miqyasda,  kütləvilikdə ifrat  totalitar hadisə – sənətin və 
ədəbiyyatın  büsbütün  siyasi-ideoloji  stereotipə,  mütləq,  dəmir  nor-
mativə, bürokrata, dəftərxanaya tabe edilməsi kimi paradoksdan, bədii 
düşüncənin  özündə,  strukturunda  və  tərzində,  onun  təşkilinin  sxe-
mində  və  modelində  başlanan milli-mənəvi  özgələşmədən xilas  yolu-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə