Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə44/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

 
117 
hissə  “Üzü  didərginliyə”,  son  bölüm  isə  “Didərgin  qəbri”  başlığıyla 
verilib. Narxanım ananın 35 yaşlı oğlu Fəxrəddin həm kar, həm də lal 
idi.  Ananı  balasını  xilas  etməyə  çovğun,  boran,  yoxuş,  yarğan  qoy-
murdu.  Ana  taqətdən  düşüb  qar  üstə  yıxılıb  qalanda  oğluna  dəstədən 
geri qalmamağa,  yoluna davam etməyə işarə edir. Lakin əlacsız oğlu 
anasının əllərini toqqasıyla öz ayaqlarına bağlayıb dəstənin arxasınca 
sürünməyə  başlayır.  Dağın  zirvəsində,  tanrıya  ən  yaxın  yerdə  Fəx-
rəddinin ürəyi partlayır. Bu müsibətin ağrılarını şair belə qələmə alır: 
 
... Dırnaq-dırnaq eşdilər qarı, 
Ovuc-ovuc qaşıdılar qarı. 
Tapdılar torpağı, 
bir dırnaq da qopmadı torpaq. 
Əldən düşüb axır, 
İki daş arasında dəfn elədilər. 
 
Azərbaycanlıların  yurd-yuvalarından  köçürülməsi  məqsədli  şə-
kildə ilin ən sərt fəslinə salınır. Qar altında tamamilə donmuş torpaqda 
qəbir  də  qazmaq  mümkün  olmur.  Əlacsız  qalıb  meyidi  daşların 
arasında “dəfn edirlər”. Fəxrəddin o kəndin torpaqsız “dəfn edilən” ilk 
ölüsü olur. Bununla da o, otuz beş illik lallığını anasına bağışlayır. Bu 
yerdə şair folklora müraciət edir. “İsgəndərin buynuzu var. Buynuzu... 
Və  gələn  gün  buynuzsuz  qoçun  qisasını  buynuzluda  qoymayacaq”,  – 
[7,  s.  74]  sətirlərində  mübarizənin  davam  etdiyinə  və  haqlı  tərəfin 
qələbəsi ilə bitəcəyinə ümid edildiyi görünür. 
Müharibənin  bədii  əksi  barədə  Nərgiz  Cabbarlı  “Müharibə  və 
ədəbiyyat”  məqaləsində  yazır:  “Biz  yaxın  tarixdə  çoxumuzun  gör-
mədiyi, duymadığı, hətta bəzilərinin heç hiss etmədiyi bir müharibəni 
yaşadıq.  Halbuki müharibə haralardasa çox  yaxınlarda  gedirdi. Onun 
dəhşətlərini  isə  hər  zamanlar  olduğu  kimi,  yalnız  zərbəsini  dadanlar 
duyurdular.  Amma  deyilənə  görə,  söz  sənətinin  (təxəyyüllə  birlikdə 
götürülərsə)  istənilən  dəhşətin  təəssüratını  yaratmaq  gücü  var.  Hər 
halda, indiyə qədər yaradılanlar arasında bu fikrin sübutu olan əsərlər 
mövcuddur”  [8,  s.  228].  Təbii  ki,  bu  tipli  əsərlər  Azərbaycan  ədə-
biyyatında  da  yaradılmışdır.  Çağdaş  dövrdə  yazılan  əsərlərdə  müha-
ribənin  gedişatının  təsvirindən  daha  çox,  onun  insan  taleyində  oyna-
dığı  amansız  rolundan  yazılır.  Ən  yeni  tarixin  ədalətsiz  müharibə-
lərindən  biri  də  Qarabağ  müharibəsidir.  Bu  müharibənin  başvermə 
səbəbləri  və  törədilən  qırğınların  kökündə  dayanan  ictimai-siyasi 
prinsipləri  böyük  ictimai  xadim  Cavad  Heyət  belə  xarakterizə  edir: 


 
118 
“Əlbəttə  ki,  Qarabağın  işğalı  tək  erməni  qoşununun  işi  deyil...  Bu 
savaş  erməni-azəri  savaşından  çox  xristian-müsəlman  davası  və  xaç 
savaşlarının yenidən canlanmasıdır” [9, s. 682]. Elə bu səbəblərdən də 
həmin  savaşın  əhatə  dairəsi  daha  böyükdür.  Neçə  illərdir  bu  savaşın 
bitməməsi  artıq  dünyanın  həlli  vacib  olan  qlobal  problemlərindən 
birinə  çevrilib.  Siyasətçiləri  məşğul  etdiyi  qədər,  yazarları  da  məşğul 
edən  bu  müharibə  ən  müxtəlif  janrlarda  bədii  təcəssümünü  tapır. 
Bununla  belə,  poema  janrında  da,  mövzuya  kifayət  qədər  müraciət 
edildiyini görmək olar.  “Qarabağ olaylarının bədii  təcəssümü, müha-
ribə görüntüləri yaratmaq meyilləri poemada qabarıqlaşır. Son iki ildə 
Qarabağa,  milli  ağrılarımıza,  şəhid  obrazlarının  təcəssümünə  həsr 
olunmuş  bir  sıra  əsərlər  var  ortada:  Ələkbər  Salahzadənin  “Xocalı 
xəcilləri”,  Fikrət  Qocanın  “Şəhidlər  xiyabanı”,  Zəlimxan  Yaqubun 
“Şuşa”, Ədalət Əsgəroğlunun “Xoca”, gənc şair Ələmdar Cabbarlının 
“Kəlbəcərsiz 19 il”, Musa Ələkbərlinin “Mübariz”, Şahnaz Nəsirlinin 
“Mübariz”,  Mahir  Cavadoğlunun  “Riad”  poemaları  adından  da  bəlli 
olduğu kimi müharibə gerçəklərini əks etdirən poemalar sırasındadır” 
[10,  s.  61].  Qarabağ  müharibəsinin  ən  müxtəlif  səhnələrinin  poema-
larda canlandırılmasına kifayət qədər nümunələr gətirmək olar 
Ələmdar Cabbarlının “Kəlbəcər tacıdır Azərbaycanın” poeması 
da  yaşanılmış  ağrıların  təzahür  formasıdır.  Əsərdə  Məmməd  Aslan, 
A.Cəmil, X.R.Ulutürk, Dədə Şəmşir, Dədə Ələsgər, Ənvər Rza, Aşıq 
Ədalət, Sücaət, Mirsəyyaf, Bəhmən Vətənoğlu kimi sənətkarların ad-
ları  çəkilir.  Şairin  fikrincə,  Kəlbəcərə,  eləcə  də  Qarabağa  qayıtmaq 
üçün  bütün  Azərbaycan  sonacan  qana-qan  deməlidir.  “Bu  xalqın  bu 
boyda  dözümü  səbri,  Dünyanın  növbəti  möcüzəsidi”  misralarında 
üsyankar  bir  qazilik  ruhu  hiss  olunur. Şairin  vətənsizlikdən  sarsılmış 
ümidləri poemada ifadəsini belə tapır: 
 
O çiçək fəsilə, o gül havaya
O qarlı dağlara tamarzıyıq biz. 
Elə yaz gəlsə də, qış içindəyik, 
Zil qara yazılan bir yazıyıq biz [11, s. 12]. 
 
Poema  barədə  Əsəd  Cahangir  yazır:  “Burada  Ələmdar  bir  fərd 
kimi,  bir  Azərbaycan  vətəndaşı  kimi  əvvəlcə  öz  sözünü  deyir,  sonra 
rəsmi  olaraq  Ali  Baş  Komandana  üz  tutur.  Amma  bununla  kifayət-
lənmir  –  Bütün  dünyanın  Ali,  Mənəvi  Baş  Komandanı  olan  Allahın 
özünə belə bu nida, bu çağırış gedib çatır” [11, s. 33]. Əslində poema-
da  yaşanılan  ağrıların  inandırıcı  olması  şairin  öz  şəxsi  taleyi  ilə  əla-


 
119 
qədardır. Bu ağrıların təzahürünü yalnız Kəlbəcərin işğalına həsr olun-
muş  əsərlərdə  görmürük.  Ötən  əsrin  ən  dəhşətli  faciəsi  olan  Xocalı 
soyqırımına həsr edilən əsərlərin yazılmasında da hiss edirik 
Ermənilərin  məqsədli  şəkildə  azərbaycanlılara  qarşı  həyata  ke-
çirdikləri  həmin  soyqırımın  bədii  əksi  olan  Ə.Salahzadənin  “Xocalı 
xəcilləri”  poeması  barədə  Fikrət  Sadıq  yazır:  “...Xatın,  Xirosima, 
Xocalı.  Fikir  verin,  Bu  bədbəxt  məkanların  üçü  də  “X”  hərfi  ilə 
başlayır. “X” həm də “iks” deməkdir. Şair deyəndə ki, “X” ilində “X” 
elində, Xocalı adında bir yer xarabalığa döndü yağı əlində. Hamı başa 
düşür  ki,  söhbət  nədən  gedir”  [12,  s.  2].  Eyni  mövzunun  başqa  bir 
poemada  bədii  əksini  Ədalət  Əsgəroğlu  yaratmışdır.  “Bədii  məziy-
yətlərinin  üstünlüyünə  görə  Ədalət  Əsgəroğlunun  “Xocam,  Xocalı” 
poeması  diqqət  çəkir.  Əsərdə  Xocalı  Xoca  və  ziyalı  obrazı  kimi 
təqdim  olunur.  Onun  əldən  getməsi,  zəbt  olunması  da  rəmzi  olaraq 
ziyalılığımızın,  aydınlığımızın  əldən  getməsi,  mənəvi  aşınma  zəmini 
kimi düşünülmüşdür” [10, s. 62]. Bu faciənin 13-cü ildönümünə həsr 
olunmuş  poemasında  Zəlimxan  Yaqub  səkkiz  yaşlı  Xəzangül  adlı 
Azərbaycan  uşağının  timsalında  ermənilərin  qəddarlıqlarının  bütün 
təfərrüatlarını  yaratmışdır.  Anası,  bacısı  gözləri  qarşısında  öldürülən 
bu  qızın,  atası  da  diri-diri  ağaca  sarınıb  yandırılır.  Ermənilərin  əsl 
simasının şərhini bu poemanın təhlilində M.Nəcəfova belə vermişdir: 
“Zəlimxan Yaqubun “O qızın göz yaşları” poemasında yaratdığı düş-
mən  obrazı  öz tamlığı,  bitkinliyi,  düşmənin  bütün  qəddar,  məkrli,  ci-
nayətkar əzazilliklərini hərtərəfli özündə əks etdirməsi ilə bu mövzuda 
yazılmış  əsərlərdən  seçilir  desək,  yanılmarıq”  [13,  s.  226].  Poemada 
iki millətin milli kimliyi onların əməlləri ilə təqdim olunur. Bunlardan 
biri  canından  keçsə  də,  Qarabağa  erməni  torpağı  deməyən  türkdür, 
digəri  isə  qəsbkarlıqları  azmış  kimi  körpə  uşaqlara  da  işgəncə  ver-
məkdən  həzz  alan  ermənidir.  Əsərin  təsir  gücü  və  bədii  cəhətləri 
barədə Mübariz Məsimoğlu  yazır: “Epik təsvir və onu müşayiət  edən 
lirik  hisslər  zərgər  dəqiqliyi  ilə  bir-birinə  “qaynaq  edilib”.  Ancaq, 
“qaynaq  yeri”  gözlə  görünmür.  Hiss  olunmur  ki,  sərbəst  oxuyursan, 
yoxsa heca, əsl poeziya formadan daha çox mətləblərdə olurmuş” [14, 
s.  323].  Poemada tarixi hadisə, real  gerçəklik qələmə  alınsa da,  əsərə 
süjetli  poema  kimi  yanaşmaq  doğru  olmaz.  Bu  cür  xüsusiyyət 
Zəlimxan Yaqubun əsərlərinin əksəriyyətində özünü göstərir. 
Ümumiyyətlə,  Qarabağ  müharibəsinə  qarşı  istər  ictimai-siyasi 
fəaliyyətində,  istərsə  də  bədii  mətnlərində  kəskin  etiraz  edən  şəxsiy-
yətlərdən biri də Zəlimxan Yaqub olmuşdur. Şairin 2001-ci ilin iyun-
iyul  aylarında  yazdığı  “Tanı  məni,  Amerika”  poeması  Azərbaycanın 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə